Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

_______________ Milli Kitabxana _______________ 
126 
 
Bilsən qüdrət qələmi nə qəşəng çəkib səni,  
Bir nigar təsviritək şux, gözəl surətini. 
 
Tanrı ən parlaq dürrü kəmərinə bağlayıb,  
Can ipinin ucunu ciyərinə bağlayıb. 
 
Sən dünya çəmənində bir az zəif, kəmnəfəs,  
1285
       Fəqət ən çevik ceyran sənlə yarışa bilməz. 
 
Bütün canlı xilqətlər öz qulun, nökərindir,  
Düşüb sənin toruna, dən istəyənlərindir. 
 
Min-min xilqət üstə sən hüma quşu kimisən,  
Yerində əyləş, az ye, az incit onları sən. 
 
Ağlı, qaralı hər şey bu cahan yarışında,  
Tər töküb, can yandırır bir vəzifə başında. 
 
Bəduğur sayılsa da bayquşlar əfsanədə,  
Tanrı xəzinəsinə bülbüldür viranədə. 
 
Bu varlıq pərdəsinə bürünmüş hər xilqətin,  
1290
       Öz cisminə yaraşan bir canı vardır yəqin. 
 
Sənin dənizindəki gövhərdən kəmdir onlar,  
Fəqət dünya dürrünə sahib, məhrəmdir onlar. 
 
Səndən kəm olanları vur hesaba yerbəyer,  
Bu cəfa çəkənlərin muzdunu insafla ver. 
 
Yaxşı-pis nə gəlibsə bu varlıq aləminə,  
Yaxşılıqda, pislikdə ayna tutublar sənə. 
 
Sənə papaq verənə başmaq verəsən gərək,  
Pərdəli gəz, pərdəni yırtarlar yoxsa Aytək. 


_______________ Milli Kitabxana _______________ 
127 
 
Oyan! Fəqət sübhtək pərdə cıran olma sən,  
1295 
      Qaranlıq gecə kimi pərdə saxla, əzizlən. 
 
Pərdəli qalmalıydın, neçin həddini aşdın?  
Çıxdın pərdə dalından, yasaq yeri dolaşdın. 
 
Sən hörümçək torunun ağzında nə vaxtacan,  
Acgöz milçəklər kimi elə çırpınacaqsan? 
 
Duy pərdə ardındakı Tanrı ərənlərini,  
Pərdəli saxladılar sənin hər cür sirrini. 
 
Pərdəlidir arılar, sanki gül pərdəsi var,  
Sənin pətəyin isə bu göylər, bu səmalar. 
 
Pərdəsiz könülləri kənardan seç, uzaqlaş!  
1300
       Sirri olmayan sözü dinləmə heç, uzaqlaş! 
 
Barmağına dolayıb dünyanı çərx - utanmaz,  
Səni oyuncaq bilir bəlkə kaftar oyunbaz! 
 
Pərdəlisən, əlini uzatma başqa yerə, 
Bu pərdənin dalında uyma yad ahənglərə. 
 
Sən əsrar pərdəsinin xəlvətində get, əyləş,  
Dinlə məhrəm pərdəni, azca düşün, fikirləş. 
 
Get, cismini qırxca gün dustaq et barı, ey ər,  
Cismini könlün kimi saf bir aləmə döndər!
 
 
Zindanda yatmaq ilə şərəf qazanır ərlər, 
  
    
1305
 Yusif 
zindana 
düşdü, əbəsmi yatdı məgər? 
 
Könlün qədrini bilmək, o zirvəyə ucalmaq,  
Riyazətlədir yalnız, igidliklədir ancaq! 


_______________ Milli Kitabxana _______________ 
128 
 
Könlünün mədənində yatan saf qızıl ki, var,  
Gümüş tək görünməsin, riyazətlə qıl aşkar, 
 
Riyazətlə yetərsən elə bir zirvəyə ki,  
Ayağın altda qalar nakəslər bir gül təki. 
 
Təslim olsa əzminə harın, kür təbiətin,  
Adınla möhürlənər sikkəsi sədaqətin. 
 
Təbiətlə ağılın yar olsa, inan sənə,  
1310
       İş yetir dəmirçiylə əttar hekayəsinə. 
 
Dəmirçiyə gedərsən, çınqı düşər üstünə,  
Əttara baş çəkərsən, rayihə dəyər sənə. 
 
Xilqətin işlərindən çətin taparsan nicat,  
Dünya qəfəsində də xeyli qısadır həyat. 
 
Adət buxovlarını qırıb atan əzmkar,  
Səadət karvanına qafiləsalar olar. 
 
Boş sevdadan əl üzmək - böyüklük əlaməti,  
Nəfsi ram edə bilmək - peyğəmbərlik qüdrəti. 
 
Təslim eyləyə bilsən nəfsini iradənə,  
1315
       Öz mülkün bil cənnəti, halaldır cənnət sənə. 
 
Nəfsin zınqırovundan fəryad səsidir gələn,  
Şeytana muzdur olma, dinin bəndəsi ol sən! 
 
Dinə sığın, cəbrə döz, elə zirvəyə qalx ki,  
Yaxın düşə bilməsin sənə məhşər atəşi. 
 
Cəhənnəm atəşindən Əbu-Talibi bir vaxt,  
Peyğəmbərin sevgisi qoruyacaqdır ancaq. 
 
Həqq əhlinin gözündə həqq nuru var, göz yetir,  
- Həqqin nuru hər kəsə nicat verən zirehdir. 


_______________ Milli Kitabxana _______________ 
129 
 
FİRİDUN ŞAHIN CEYRAN OVU HEKAYƏTİ 
 
Bir neçə həmdəmilə Firidun səhər-səhər,  
1320
       Saraydan çıxdılar ki, bir az seyr eləsinlər. 
 
Bir çəmənə gətirdi onu ovçu duyğusu,  
Burda bir yavru gördü - gözəl ceyran yavrusu. 
 
Qulaqları, gərdəni o qədər zərif, hamar...  
Gözləri, qılçaları səndən mərhəmət umar. 
 
Şah baxdı heyran-heyran, lapdan sıçradı ceyran,  
Bircə göz qırpımında uzaqlaşdı ovçudan. 
 
Ovçunu ovladı ov. Şahın ürəyi uçdu,  
Bütün marağı, eşqi ovun ardınca qoşdu. 
 
Yanan ciyəri kimi Rəxşi od-alov aldı,  
1325
       Ahunun göbəyitək kaman neçin yumşaldı? 
 
Nə at çatır tozuna, nə ox tutur ceyranı,  
Şimşək sürətli Rəxşin ox sürəti bəs hanı? 
 
Oxdan sorur: - Hanı bəs o kin dolu uçuşun?  
Atdan sorur: - Hanı bəs o ildırım qaçışın? 
 
Heç biri kara gəlmir, hər ikisi yorulmuş,  
Otyeyən bir heyvanın önündə məğlub olmuş. 
 
- Məgər elə indicə, ey şah, - dil açdı kaman, 
- Qarşında deyildimi dilsiz-ağızsız heyvan? 
 
Gəzirdi zirehinin himayəsində yazıq,  
1330
       Kimin həddi var ki, de, zirehinə sanca ox? 
 
Böyüklərə xoş gəlməz, bəlkə dəyər kefinə,  
Gəlib özgə əl vursa çalğıçının dəfinə. 
  


_______________ Milli Kitabxana _______________ 
130 
 
Ucalan, dağları ara, ey şahim, müdam,  
Ta ki yüksək durarsan ucaların dağından. 
 
İnsanlıq sifətidir hər yaxşılıq, duysanız,  
Xidmətidir kişiyə şərəf gətirən yalnız. 
 
İlkin yaranışdakı əhdə sadiq olmaqdan, 
Ülvi nə var? Qoy desin hünərli, məğrur insan! 
 
Əhdin kəmərinə qoy vəfa əlini hər an,  
1335
       Ta ki verdiyin sözü, heç vədə pozmayasan. 
 
Keşik çəkən ilanın xəzinədə gözü yox,  
Çünki başdan-ayağa xidmət kəməridir o. 
 
Kainatın tacıdır xidmət edən kəhkəşan,  
Hər şey xidmət kəməri bağlamışdır binadan. 
 
Hünər riştəsi tutan dilavərlər, qoçaqlar,  
Belinə öz əlilə xidmət kəməri bağlar. 
 
İşıq qaynağıdır mum - bal şanının zinəti,  
Arıya xidmətilə qazanmış bu dövləti. 
 
Sən ki xidmət yolunda kəmərini bağladın,  
1340 
      Qalx, ey Nizami, yüksəl, açıqdır qol-qanadın. 
 
         Səkkizinci söhbət 
 
YARADILIŞIN HÜSNÜNƏ DAİR 
 
İlk dəfə xəlq olunmuş xilqətlərin çoxusu,  
Tanrının dəryasından içməmişdi hələ su. 
 
Nə dunyanın ovcunda səxa dənizi vardı,  
Nə cahanda bircə toz, bircə çibin qanadı. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə