Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

_______________ Milli Kitabxana _______________ 
150 
 
Bu divlər yatağından qalxır elə alovlar,  
Qəmin ürəyi dərya, ürək bir damcı olar. 
 
Od tutan bu çöllərin zahirinə uyanlar,  
Ciyər kimi donarlar, atəş kimi yanarlar. 
 
Neçin cırmaqlayırsan bu cəhənnəm çölləri?  
Rədd et, ver cəhənnəmi, al cənnəti sən geri! 
 
Bu tozlu-kirli məbəd nə qədər ki, durur sağ,  
Fələk təqib edəcək səni ayaqbaayaq. 
 
Gələr, bir gün səni də yaxalar o bağrıdaş,  
1575
       Götürər yavaş-yavaş, itirər yavaş-yavaş. 
 
Bu torpağın başına dönüb dolanan insan,  
Məgər sabah bir ovuc torpaq olmayacaqsan? 
 
Heç bir kəsi tapdama, dayan, fikirləş bir an:  
Sənintək çoxlarını tapdalayıb bu dövran. 
 
De, kim apara bildi dünyadan salamat can?  
De, kim oxuya bildi bu yazını sonacan? 
 
Dayan, neştər tikanın ayaq basma üstünə,  
Özünü qoru... min-min neştər durub qəsdinə. 
 
Burda neyləyəcəksən, dolaşma veyil-veyil,  
1580
       Bir tələdir bu dünya, güvənməli yer deyil. 
 
Fəna mənzilidir bu, səbat axtarma, əbəs  
Bura payız yelləri bahar gətirə bilməz! 
 


_______________ Milli Kitabxana _______________ 
151 
 
NƏZƏR SAHİBİ BİR MÖBİDİN DASTANI 
 
Ağsaçlı qoca möbid, yeri, yurdu Hindistan,  
Yol keçəndə nə gördü? Bir bostan, bir gülüstan. 
 
Ortasında naxışlı imarətlər, qəsrlər,  
Qucağında çiçəklər əsim-əsim əsərlər. 
 
Fələk kimi qan tökən qönçələr beli bağlı,  
Az ömürlü lalənin başından çıxıb ağlı. 
 
Fəvvarədir çəmənin tər süsəni, laləsi.  
1585
       İncə boylu qamışlar - qənd, şəkər piyaləsi. 
 
Öz oxuyla yaralı güllər qalxana bənzər,  
Canının qorxusundan əsir salxım söyüdlər. 
 
Bənövşənin saçları öz boynuna bağ olmuş,  
Nərgizin ətəkləri gümüş axçayla dolmuş. 
 
Güllə qucaq-qucağa, nəfəs-nəfəsə lalə,  
Biri yaqutla süslü, o biri incilərlə. 
 
Yazıq hardan bilsin ki, bircə günlük ömrü var,  
Sabahı düşünmədən bu gün olmuş bəxtiyar. 
 
O ağsaçlı ixtiyar seyrə daldı gülzarı,  
1590
      Bir aydan sonra yenə burdan düşdü güzarı. 
 
Hanı o güldən əsər, hanı bülbüldən əsər?  
Burda qarğa qarıldar, burda saxsağan gəzər. 
 
Cəhənnəm əvəz etmiş elə bil cənnət yeri,  
Yəhudi məbədinə köçmüş qəsrin qeysəri. 
 
Yaxşılıq elə bil ki, buxarlanıb yoxalmış,  
Gül qomları yerində tikan qomları qalmış. 
 


_______________ Milli Kitabxana _______________ 
152 
 
O xəzan bağçasında qoca ayaq saxladı,  
Hər şeyə güldüsə də, öz bəxtinə ağladı. 
 
- Bu dünyada heç nəyin vəfası yoxmuş - dedi.  
1595
       Dərdi çox, çəfası çox, səfası yoxmuş - dedi. 
 
Hər nə ki, baş qaldırır bu torpaqdan, bu sudan,  
Axırda viran olur, köklü-köməcli viran! 
 
Xərabət diyarından yaxşı bir yerimiz yox,  
Xarab olmaqdan özgə üstün tədbirimiz yox. 
 
Rahib haqqın yoluna çevirincə üzünü,  
Həm Tanrını tanıdı, həm dərk etdi özünü. 
 
O sirr gövhərlərinin sərrafı oldu qoca,  
Gövhərşünas tərəfdə qaldı ömrü boyunca. 
 
Sən ey məcusilikdən, müsəlmanlıqdan qafil,  
1600
       Sən qurumuş bulaqsan, damcın da yox, bunu bil. 
 
Sən o hindli qocadan geri qalma, kəm olma,  
Tərk elə bu cahanı, bu heçliyə vurulma! 
 
Daim məstsən gül kimi... bu məstlikdən əl çək sən,  
Papağın, kəmərinlə çoxmu əylənəcəksən? 
 
Qalx, gülün kəmərini burax əlindən, burax!  
Güllər sənin qanınla kəmər bağlayıb ancaq. 
 
Papağınla kəmərin bəla kəsilib sənə,  
Sən onları girov ver eşqin meyxanəsinə. 
 
Papaq ucaldar səni, xacə qılar könülə,  
1605
       Kəmər səni qul eylər bu torpağa, bu gilə. 
 
Çalış, ağalıq, qulluq qəmindən qurtulasan,  
Nizamdan Nizami tək bəlkə azad olasan. 
 


_______________ Milli Kitabxana _______________ 
153 
 
On ikinci söhbət 
 
DÜNYAYA VİDA 
 
Vaxtdır, bu əyyam ilə, dur, vidalaş son kərə,  
Bu dünyanın torunu tərk et dən sevənlərə. 
 
Bundan gözəl ölkə tap, işıq gəlsin gözünə,  
Bu hücrədən möhtəşəm bir qapı aç özünə. 
 
Könul, göz nemətləri səninlə bahəm gedir,  
Nalən də, göz yaşın da, bil ki, son azuqəndir. 
 
Üç-dörd gilə yaş töksən ayrıldığın torpağa,  
1610
       Fidan kimi göyərər, könlün qalxar ayağa. 
 
Dəvə xislətlisənsə, yolda rəqs elə, oyna,  
Yoxsa atma cübbəni fil ayağı altına. 
 
İndi ki, bir telə də burda məhrəm deyilsən,  
Yalnız ölüm barədə düşünəsən gərək sən. 
 
Getdi könlüncə olan dostların, tanışların,  
Kimlə əyləşəcəksən, hanı zövqdaşların? 
 
Gərçi hələ dünyada incə söhbət əhli var,  
Kim səninlə qonuşar? Kim sənə həmdəm olar? 
 
Bu natəmiz torpaqda, ey pəhrizçi könüllər,  
1615
       Təmiz su gəzməyiniz əbəs deyilmi məgər? 
 
Var-yoxun dağılmamış, hicran gəlməmiş hələ,  
Qazancını, pulunu dağıt, payla, bəxş elə. 
 
At çiynindən yükünü, bir az asan get, asan,  
Yükün yüngülləşərsə, mənzilə tez çatarsan. 


_______________ Milli Kitabxana _______________ 
154 
 
Aradığın könülsə, qalx, göylərə baş çək sən!  
Yoxsa yerdə, boş evdə axı neyləyəcəksən! 
 
İndi ki, sən düşmüsən bu quyuya, bu tora,  
Divarından deşik aç, ta çıxasan bayıra. 
 
"Mim" kimi həlqələnmiş bu dünya çevrəsini,  
1620
       Parçalayıb atmasan, eldən buraxmaz səni. 
 
Bu ulduzlu göylərin hədəf olma oxuna,  
Bu çevrə sınırından çıx kənara, karıxma. 
 
Çıxa bilsən gecənin, gündüzün cızığından,  
Bu çevrə xəttini də kecə bilərsən, inan. 
 
Ayaq basacağın yer möhkəm deyilsə əgər,  
Heç bir işin dalınca getmə, çalışma hədər. 
 
Hansı işə girişsən, hünər göstər, dada çat,  
Geri qayıtmaq üçün sən mütləq bir lağım at. 
 
Yolçuluğa - səfərə könül verən bir adam,  
1625
       Qərək daim saqına yol üstündə quyudan. 
 
Selin-suyun ağzında ev-eşik quran insan,  
Barı bir qapı aç ki, sel gələndə qaçasan. 
 
İtin adı gələndə tülkünün rəngi qaçdı,  
Dərhal yuvasındaca ikinci deşik açdı. 
 
Bilmədi mavi qübbə çoxdan kəsib yolunu,  
Tülkü ovçusu fələk tüstüylə boğar onu. 
 
Bəs bu necə sevincdir, bəxtəvərsən elə bil,  
Ey özündən xəbərsiz, ey qəflətindən qafil! 
 
Sən əhd etdin, gələrkən bu fəna dünyasına,  
1630
       Dərd çəkib, dönəcəksən tez bəqa dünyasına. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə