Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

_______________ Milli Kitabxana _______________ 
198 
 
Ağlını itirib ki, sayıqlayır gəvəzə,  
2145
         Yoxsa dayana bilməz o, mənimlə göz-gözə. 
 
Ertəsi gün bərbəri yenə bir az əylədi,  
O qəlp pul üstündəki damğa gördü eynidi. 
 
Bir də, bir də xəlifə o bərbəri sınadı,  
Gördü bədbəxt ustanın qırılmayıb inadı. 
 
-Vaxtdır, - dedi, - bu işi ayırd eləmək gərək,  
Vəzirilə qonuşdu: - Bir məsləhət ver görək. 
 
Adicə bir dəlləyin göz qoyun təlaşına,  
Nə cür alın yazısı yazmaq istər başıma. 
 
Mənə damad olmağı heç ona yaraşarmı?  
2150
        Görün, nə deyir mənə, üzündə həya varmı? 
 
Yəqin bəla gətirir başıma qəza-qədər,  
Gövhərimə atılan daş deyilmi bu məgər? 
 
Öz ülgücü əlində, söz ülgücü ağzında,  
Başım qalıb bu iki qılıncın arasında. 
 
Vəzir dedi: - Başqadır bəlkə səbəb, şəhriyar!  
Ayağının altında bəlkə bir xəzinə var. 
 
Bu cahil dəliqanlı yanına gəldiyi dəm,  
Əmr et, yuxarı keçsin bir az durduğu yerdən. 
 
Höcətləşsə, dirəşsə, əmr et, boynu vurulsun,  
2155
         Qazaq durduğu yeri, görək nədir bu əfsun? 
 
Usta bərbər dinlədi xəlifənin sözünü,  
Cəld yerini dəyişdi, yığışdırıb özünü. 
 


_______________ Milli Kitabxana _______________ 
199 
 
Heyhat, durduğu yerdən ayrılcaq rəngi qaçdı,  
Gur, ötkəm səsi batdı, dili, nitqi dolaşdı. 
 
Sözündə, üz-gözündə tamam başqa bir əhval,  
Ədəb, tərbiyə nuru yerinə gəldi dərhal. 
 
Xəzinəymiş, sən demə, ayaq basdığı torpaq,  
Şah aynasında görmüş özünü, qismətə bax. 
 
Xəzinədən bir addım çəkilən kimi geri,  
2160
       Yenə bərbər külbəsi qarşılayır bərbəri. 
 
Ayaq basdığı yeri bellə qazıb çapdılar,  
Doğrudan da, ordaca bir xəzinə tapdılar. 
 
Bəli, kim ki, dünyada xəzinə üstündədir,  
Ağzından gövhər saçır, yerə, göyə hökm edir. 
 
Nizaminin də tilsim qıran söz xəzinəsi  
Bir alovlu qəlbidir, bir də büllur sinəsi. 
 
               İyirminci söhbət  
 
ƏSRDAŞLARIN YARAMAZLIĞINA DAİR 
 
Biz ki əl çəkənlərik mənəmlik qovğasından,  
Bəs niyə yapışmışıq dünyanın yaxasından? 
 
Bağlandığın bu dünya yıxdı, xar etdi səni,  
2165
       Uddu bu qara torpaq gör nə qədər pöhrəni. 
 
Ömür karvanı getdi, soruş indi biz nəyik?  
Qafilənin ardınca sürünənlər kimiyik. 
 
Çiynimizdə cüt mələk dərdimizi çəkmədə,  
Bizimlə ülfətindən şeytan belə qüssədə. 
 


_______________ Milli Kitabxana _______________ 
200 
 
Dünya işində oduq, xidmət işindəsə buz,  
Gah külxan kimi isti, gah da kül kimi nursuz. 
 
Hanı göz aydınlığı, hanı könül işığı?  
Şaşırmış insanların olurmu rahatlığı? 
 
Gecədən qaranlıqmış qiyamətin səhəri,  
2170
        Sübh namaz qılanların hanı bayraq əlləri? 
 
Dodaqlarda qırıldı qayğısız, şən gülüşlər,  
Canda nə qüvvə qaldı, nə arzudan bir əsər. 
 
Uç, qanadlan, uzaqlaş sən bu qanlı tələdən,  
Çarə yalnız ayıqlıq, vermə fürsəti əldən. 
 
Qurd tülküdən dişlidir, tülkü qurddan bic, zirək,  
Sivişib xilas olur daim kələk gələrək. 
 
Cəhd et, verdiyin sözü yetirəsən yerinə,  
2175 
      Çalışma nəfsin üçün, çalış Tanrı xeyrinə. 
 
Külə döndər qəlbini, vəfa yalnız ondadır,  
İnsaf gilindən doğan reyhanımız ondadır. 
 
Ürəyin qazandığı hər qələbə, hər zəfər,  
Sədaqətdən eşilmiş ən möhkəm yaya bənzər. 
 
Görüb tərifləməsən insanda bir hünəri,  
Bəlkə əlindən düşüb itər hünər gövhəri. 
 
İnsanda bir qüdrəti görüb vəsf etsən əgər,  
Onun qüdrət qaynağı birə beş qüvvətlənər. 
 
Sərraf gözlü bir insan görərsə hünərini,  
2180 
       Əzizləyər, gözünün üstündə saxlar səni. 
 


_______________ Milli Kitabxana _______________ 
201 
 
Yalnız hünər gücünə paka çıxıb bu torpaq,  
Heyhat, bu gün dünyada yox hünərdən səs-soraq. 
 
Hünərli, baş qaldırıb, açarsa geniş meydan,  
Hünərsiz çalışar ki, bassın onun başından. 
 
Zaman cana doydurub, hünərlini məhv edər,  
O qədər dağ basar ki, hünərdən bezər hünər. 
 
Riyazət hünərini bir tamaşa zənn elər,  
Ərənlər barəsində qara fikrə düşənlər. 
 
Səxavətli mərdlərə israfçı deyir onlar,  
2185 
      Sədaqəti, vəfanı müftə qulluq sayanlar. 
 
Səxavət onlar üçün yalnız rişxənd qaynağı,  
Müdrik söz, qüdrətli söz - qurumuş sel yatağı. 
 
Buz üstünə çəkərlər vəfa nəqşini yayda,  
Qaralamaq istərlər Günəşi də, Ayı da. 
 
Kim ki, xoş nəfəsilə rifah, dinclik yaradır,  
Onların nəzərində cərahətdir, yaradır. 
 
Şirin söz, dadlı şərbət dadsalar bir dodaqdan,  
Şərbətçinin dişini qırmaq istərlər əlan. 
 
Bal göbəkli əncirtək sözlər verən alimi,  
2190
       Görüb üz turşudarlar sirkə içibmiş kimi. 
 
Fəziləti, hünəri görən bir göz qalmadı,  
Qüsur, eyb axtaranlar hey artdı, azalmadı. 
 
Dənizdə inci tək-tək, çör-çöp qədərsizdi, bil,  
İnsan övladı üçün bir hünər də az deyil. 
 


_______________ Milli Kitabxana _______________ 
202 
 
Dəclə korun gözündə bircə damlaya bənzər,  
Çəyirtkənin qıçını qarışqa qanad bilər. 
 
Ar alan, namus satan dəllallar, qəlbi korlar,  
Hünərli, ya hünərsiz hamını qısqanırlar. 
 
Bunlar çamura batmış cəsəddən daha murdar,  
2195
       Ürəyi parçalayan dərddilər, zəqqumdular. 
 
Tüstü olub boğarlar bircə zəka görsələr,  
Yel olub söndürərlər, bir çıraq yansa əgər. 
 
Halma bax dünyanın, gör kimlərdi rəhbəri?  
Kimlər məngirləməkdə ən gözəl mövqeləri?! 
 
Evdə öz namusunu qoruya bilməyənlər,  
Öz əhditək məni də bəlkə sındırmaq istər?! 
 
Fəzilətdə Ay kimi nurluyam, bilir aləm,  
Bu gün incəlsəm belə, sabah bədrlənərəm. 
 
Onlar bəxş edib mənə nə qədər dərdi, qəmi,  
2200
        Barı bircə çələng də ala biləcəklərmi? 
 
Mənim könül bağımdan dərdiyim hər şerimi  
Onlar inkar edirlər əski Nuh qövmü kimi. 
 
Sən ey Xızrın bayrağı, ucal, bir qəza törət!  
Yağdır, xoş nəfəsli Nuh, məlunlara min lənət! 
 
Qəlbimdə onlar kimi yamanlıq sevdası yox,  
Yad eləsəm onları unutsun məni məxluq. 
 
Onların yamanlığı kinlə nərildəyən od,  
Mənim cavabım isə - qılınc kimi bir sükut. 
 
İncisi tək olanda hoqqa hay-haray salar,  
2205 
      Çox olanda dincələr, səsi-küyü azalar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə