Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə28/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   25   26   27   28   29   30   31   32   33

__________________Milli Kitabxana__________________ 
84 
 
girdlərin biofizikaya marağını artırmaq olar. Məsələn, irsiyyəti idarə 
etmək, telebiologiya, həyat proseslərinin öyrənilməsində  əsas yer 
tutan fiziki cihazlar və s. kimi məsələlərə fakultativ kursda müəyyən 
yer verilməlidir.  Şagirdlərin  əsas fənləri öyrənərkən aldıqları biliklər 
zəminində onlara verilən bu yeni məlumat biliyin daha şüurlu 
mənimsənilməsinə müəyyən xidmət göstərir. 
«Fizika və canlı aləm» fakultativ kursunun tədris materialının 
məzmunu və strukturası fizika kursuna müvafiq şəkildə  təyin edilir. 
Çünki, fizika ilə biofizika arasındakı "analogiya axıra qədər davam 
edir. Məsələn, fizikanın mexanika bölməsinə müvafiq olaraq 
biofizikada biomexanika bölməsi var. Bunun kimi də molekulyar 
fizika bölməsinə uyğun molekulyar biologiya, elektrikə uyğun—
elektrobiologiya, maqnetizmə uyğun - maqnitobiologiya, işıq bəhsinə 
uyğun-radiobiologiya bölmələri mövcuddur. 
Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq biz, «fizika və canlı 
aləm» fakultativ kursuna aşağıdakı məsələlərin daxil edilməsini lazım 
bilirik. 
Giriş. Biofizika fənninin öyrəndiyi məsələlər. Onun məqsəd və 
vəzifələri. Biofizikanın inkişaf tarixi. 
Biomexanikanın elementləri, insan və heyvanlarda dayaq-hərəkət 
aparatının mexaniki elementləri. 
Cazibə sahəsinin canlı orqanizmlərə təsiri. 
Canlı orqanizmlərin hərəkət prinsipləri (qaçmaq, uçmaq, üzmək və s). 
Nümayişlər. 
1. Obyektin 
formasının onun möhkəmliyinə təsiri. 
2. Canlı orqanizm toxumalarına   (məsələn, sümüyə) 
Huk qanununun tətbiqi. 
3. Suda 
reaktiv 
hərəkət. 
4. Müstəvi lövhə fırlandıqda yaranan qaldırıcı 
qüvvə, Maqnus effekti. 
5. Biologiya 
və texnikanın   problemləri   filmindən fraqmentlər 
göstərmək. 
6. Anatomiya 
 
muzeyinə    ekskursiya.        Həyat  proseslərində 
molekulyar fizika və termodinamika elementləri. Diffuziya və osmos. 
Maddələr mübadiləsində    bu hadisələrin rolu. Termodinamikanın    
qanunları,    onların canlı obyektlərə tətbiq oluna bilməsi. 


__________________Milli Kitabxana__________________ 
85 
 
Nümayişlər.  
1. Canlı orqanizmlərin  ayırdığı istilik    miqdarının ölçülməsi. 
2. 
İzoləedilmiş sistemin mexaniki modeli. 
3. Açıq sistemin stasionar halının    mexaniki modeli. 
4. Qazların məsaməli gildən diffuziya ilə keçməsi, bu hadisənin  
mexaniki modeli. 
5. «Diffuziya» 
və «Tənəffüs    orqanlarının quruluş  və 
funksiyaları» filmlərindən fraqmentlər göstərmək. 
6. Bitki 
membranında osmosun müşahidə edilməsi. 
7. Müxtəlif konsentrasiyalı    məhlullarda    insan 
qanı eritrositlərində baş verən   osmos   hadisəsinin 
müşahidə edilməsi. Izotonik, hilotonik və hipertonik 
məhlullar. 
Elektrobiologiya elementləri. Canlı orqanizm elektriki keçirən 
naqil kimi. Elektrik cərəyanının müalicə məqsədilə işlədilməsi. 
Bioelektrik hadisələr.  
Nümayişlər. 
1. Canlı   orqanizmin   toxumalarının   elektrikkeçirməsi. 
2. Sabit 
cərəyanın təsirilə orqanizmə  dərman      vasitələrinin 
yeridilməsi. 
3. Biocərəyanların qeydə alınması. 
4. Dəyişən maqnit sahəsində elektrolitik qızması. 
5. Elektrolit 
məhlullarında    və   dielektriklərdə 
yüksək tezlikli sahənin təsirilə yaranan istilik effektlərinin müxtəlif 
olması. 
6. «Baş  beyindəki biocəroyanlar»,  «Tibbi-bioloji tədqiqatdarda 
biocərayanlar», «Yüksək tezlikli    cərəyanlar» adlı filmlərdən 
fraqmentlərin göstərilməsi. 
7. Bitki 
toxumalarının elektrikkeçirməsi. 
Ekskursiya. 
Yerli poliklinikanın fizioterapiya kabinəsinə getmək. Hiss 
orqanlarına aid biofiziki material. Canlı orqanizmlərin və insanın hiss 
orqanlarının müqayisəsi. Eşitmə  və  səs aparatlarının fiziki əsasları. 
Görmə. Lokasiya və canlıların öz istiqamətini təyin edə bilməsi. 
 
 


__________________Milli Kitabxana__________________ 
86 
 
 
Nümayişlər. 
1. Hava 
sirenasının iş prinsipi. 
2. 
Gözün   modeli.   Akkomodasiya   mexanizmi, gözün 
nöqsanları və onların aradan qaldırılması. 
3. «Canlıların dili», «Qara dənizdə yaşayan bəzi 
balıqlar», «Insanın eşitmə orqanı», «Göz və görmə», 
«Görmə orqanı» filmlərindən fraqmentlər. 
Elektromaqnit sahəsi və canlı orqanizmlər. Işıq və bitkilər. Fotoperiodizm. 
Fotosintez. Optik şüalanmanın bioloji təsiri. Biolüminessensiya. 
1. Spirt 
məhlulunda xlorofilin flüoressensiyası. 
2. Tibbdə istifadə olunan şüalanma mənbələri. 
3. «Işıq və həyat», «Yaşıl bitkilərin təbiəti    və 
insan həyatında  rolu»  filmlərindən  fraqmentlər. 
4. Su 
bitkilərində baş verən   fotosintezin intensivliyinə  işıqlanmanın 
təsiri. 
5. Keyfiyyət analizində luminessent metod. 
Canlı tobiəti öyrənməkdə fiziki metodların rolu. 
Diaqnoz vermək və tədqiqaq aparmaq məqsədilə biopotensialların qeydə 
alınması. Mikroskop, onun növləri və canlı obyektləri öyrənməkdə rolu. 
Rentgen  şüaları, rentgenoskopiya, rentgenoqrafiya, rentgen quruluş analizi 
haqqında anlayış. Nişanlanmış atomlar metodu. 
Numayişlər. 
1. Mikroskopda 
şüanın yolu. 
2. Rentgen 
aparatının        modeli.        «Rentgen  şüaları» filmindən 
fraqmentlər. Tibbi-bioloji   tədqiqatlarda biocərəyanlardan istifadə etməyə aid 
əyani vasitələr. 
3. Atom 
enerjisindən kənd təsərrüfatında istifdə etməyə aid əyani 
vasitələr. 
Ekskursiya. 
Poliklinikanın kardiologiya və rentgen kabinəsinə getmək. 
Radiobiologiya elementləri.  Şüalanmanın ilk təsiri. Hüceyrəyə  və bütün 
orqanizmə  şüalanmanın təsiri. Dozimetrlər. Ionlaşdırıcı  şüalanmadan tibbdə 
və biologiyada istifadə olunması. Bu şüalanmalardan bioloji müdafiə olunma 
qaydaları, 
Nümayişlər. 
1. Dozimetr və radiometrlərin iş prinsipi.  
  
 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə