Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə26/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

__________________Milli Kitabxana__________________ 
78 
 
Elektromaqnit   dalğaları Canlı orğanizmlər 
elektromaqnit   
dalğalarını  şüalandıran mənbə kimi, 
 
 
elektromaqnit  dalğalaının     bioloji təsiri,  
onların  biologiyada,    tibbdə, kənd 
təsərrüfatında  istifadə edilməsinə aid 
misallar.
 
Optik cihazlar 
Müxtəlif   çanlılarda gözün quruluşu, uzaq 
va yaxıngörmədə eynəyin rolu, 
mikroskopun tətbiqləri.
Spektral analiz 
 
Biologiyada spektral    analizin tətbiq-
lərinə aid misallar. 
İnfraqımızı və ultrabənövşəyi şüalar  
Genetikada  və  kənd   təsərrüfatında bu 
şüaların rolu 
Rentgen  şüaları Bu 
şüaların seleksiyada rolu, rentgeno-
terapiya və rentgenodiaqnostika. 
İşıqlanma Bitkilərdə fotoperiodikliyin    rolu,  buna 
aid misallar işıqlanmanın bitkilərin 
məhsuldarlığına təsiri, süni və təbii işığın 
çanlı orqanizmlərin təsirindəki əsas fərq. 
Fotosintez Fotosintez 
rosesində işığın energetik  rolu.   
Məhsuldarlığı      artırmaqda  əhəmiyyəti, 
bioloji müvazinəti qorumaqda rolu. 
Lüminessensiya Lüminessensiya
 
bəzi  orqanizmlərin 
işıqlanması səbəbləri, bunun izahı, bioloji 
prosesləri öyrənməkdə biolümines-
sensiyanın rolu,  biolüminessensiyanın 
hadisəsinin tibbdə tətbiqi 
Yüklü hissəçiklərin qey də alınması
 
 
 
 
Müxtəlif  orqanizmlərin   radioaktiv   
şüalaimanın təsirinə    olan    həssaslağının 
müxtəlifliyi. 
Nüvə  fizikası,   izotoplar 
Nişanlanmış          atomlardan        tibbdə, -   
biologiyada    və  kənd    təsərrüfatında 
istifadə   olunması,   bioloji   müdafiə 
haqqında anlayış. 
 
yatdan nstifadə edərək referatlar   və məruzələr   hazırlamaqla həyata 
keçirilir. Təcrubə göstərir ki, biofizika elementlərilə tanışlıq dərsdə 
öyrədilən mövzuya uyğun fraqmentlər  şəklində    aparıldıqda vaxta 
daha çox   qənaət   edilir. 
  


__________________Milli Kitabxana__________________ 
79 
 
bu  əlaqənin sistematik və istiqamətlənmiş olmasına kömək edir. 
Fizika ilə biologiyanın  əlaqəsinin keniş  təhlili ancaq sinifdənkənar 
məşğələlərdə mümkündür. Dərs prosesində isə ancaq bu əlaqəni 
səciyyələndirən bir sıra mühüm məsələləri  əhatə edən fraqmentlər 
əlavə material kimi verilir. Əlbəttə, bütün mövzular üçun fizika ilə 
biologiyanın  əlaqəsinin metodiki cəhətdən necə  həyata keçiriləcəyi 
haqda ümumi resept vermək olmaz və bu formal xarakter daşıyar, heç 
bir səmərəsi də olmaz. Çünki bu sahədəki elmi nailiyyətlər gündən-
günə artır. Ona görə də verilən resept də tez köhnəlir. Lakin ayrı-ayrı 
misallar üzərində bu əlaqənin optimal şəkildə  həyata keçirilməsi və 
biofiziki materialın məzmununun  şagirdlər tərəfindən  şüurlu 
mənimsənilməsi yollarını göstərmək çoxfaydalı olar. Misal olaraq 
sabit elektrik cərəyanını  nəzərdən keçirək. Dərsin  əsas məsələsini 
müəllim izah edib qurtardıqdan sonra sadə bir təcrübə ilə canlı 
orqanizmlərdə  də yüklərin istiqamətlənmiş  hərəkətinin baş verdiyini 
nümayiş etdirir. Bunun üçün qabaqcadan yoxlanmış  və yaxşı effekt 
verən hər hansı  ağac budağını, bitki gövdəsini dövrə hissəsi kimi 
qəbul edib sadə elektrik dövrəsi qururuq. Budağı elektrik dövrəsinə 
daxil etmək üçun iynəşəkilli elektrodları onun uclarına taxırıq. Bu 
zaman bitki gövdəsi cərəyan keçirirsə, onda həmin carəyanı dövrəyə 
ardıcıl qoşulmuş qalvanometr göstərir. Bu qayda ilə bitkilərdən 
cərəyan buraxaraq onların qızdığını da nümayiş etdirmək olar. Qızma 
dərəcəsi çox böyük olmamasına baxmayaraq onu elektrotermometrlə 
qeyd etmək olur. Naqil-bitki sabit cərəyan dövrəsinə qoşulduqdan 
sonra ona yaxınlaşdırılan maqnit əqrəbi meyl edir. Bu onu göstərir ki, 
bitkidən cərəyan keçdikdə onun ətrafında maqnit sahəsi yaranır. 
Beləliklə,  şagirdlər təkcə cansız təbiətdə deyil canlı  təbiətdə  də 
elektrik cərəyanını keçirən naqillərin mövcud olduğunu bilavasitə 
müşahidə edirlər. Bu qayda ilə dövrə hissəsi üçün Om qanununu 
keçdikdə canlı  təbiətin naqillərində söhbət açmaq olar. Müəllim 
mövzu haqqında  əsas məlumatı verdikdən sonra, canlı 
orqanizmlərdəki toxumalara və ya bioloji mayelərə aid bir   neçə 
xüsusi müqaviməti şagirdlərin    nəzərinə    çatdırır. 
Məsələn, Om.m ilə ifadə etdikdə xüsusi   müqavimətin- 
 


__________________Milli Kitabxana__________________ 
80 
 
qan üçün 1,6, əzələ üçün 2, quru dəri uçün 10
5
, sümük üçün 10
7
 
olduğu  ədəbiyyatdan məlumdur. Həmin qiymətləri metalların xüsusi 
müqavimətlərilə müqayisə edərək  şagirdlər bilavasitə görürlər ki, 
orqanizmin toxuma və mayeləri metallara nisbətən elektriki pis 
keçirir. Orqanzmin- su çox olan yerində isə elektrikkeçirmə  də çox 
olur- və suyun miqdarı ilə mütənasib şəkildə artır. Dəri zədələndikdə 
elektrik cərayanının keçməsinə olan müqavimət xeyli azalır. 
Zədələnməmiş dəridə cərəyan əsasən piy və sal vəzilərilə axır. Nazik 
və nəm dəri elektriki yaxşı keçirir.  Fakultativ  məşğələlər, orta təhsil 
bazasında ixtisas seçməyin  əsasını  təşkil edir. Bu məşğələlər orta 
təhsilin məzmununun xeyli zənginləşməsinə,  şagirdlərin  əmək və 
politexnnk təlim hazırlığının artmasına, müxtəlif fənlərin tədrisi 
prosesində inteqrasiyanın inkişaf etməsinə kömək göstərir. Fizika ilə  
biologiyanın  əlaqəsinə  həsr edilmiş  həmin fakultativ kurs nəinki 
şagirdlərin seçdiyi sahəni dərindən öyrənmələrinə, həm də orta 
məktəb kursuna daxil olan təbiət fənlərinin qarışılıqlı əlaqəsini və bir-
birinə təsirin dərindən dərk etmələrinə şərait yaradır. 
Akademik N.P.Dubininin qeyd etdiyi kimi, elmin müasir inkişaf 
səviyyəsində biologiya, fizika, kimya və riyaziyyatın məktəb 
kursunun kompleks məsələlərinə  həsr olunmuş kitablar çox faydalı 
olar, belə bir kitab şagirdlərə, sintetik elmlərin son nailiyyətləri 
haqqında məlumat verərdi. 
Fakultativ kurslara aid proqramda   hələlik   belə bir kurs nəzərdə 
tutulmamışdır,  şagirdlərin fakultativ kurs seçmək imkanları 
məhdudlaşdırılmışdır. Lakin buna ehtiyac var və xüsusilə kimya-
biologiya təmayüllü məktəblərdə həmin kurs çox fayda verə bilər. 
Hazırda eyni bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilir. Bunun 
kimi də, eyni bir elm sahəsi təkcə bir obyekti yox, bir neçə sahənin 
obyektlərini öyrənir. Biologiyanın bir sıra kəşfləri və nailiyyətləri 
fizika və texnikanın yüksək inkişaf səviyyəsi nəticəsində  əldə 
edilmişdir. Bu baxımdan  şagirdlərin diqqətini canlı  təbiətin fiziki 
metodlarla öyrənilməsinə  cəlb etmək metodoloji bir zəruriyyət təşkil 
edir. Fizika və canlı aləm» mövzusunda təşkil edilən fa- 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə