Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə24/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

__________________Milli Kitabxana__________________ 
72 
 
Fizika ilə biologiyanın elmi əlaqəsini    bir neçə istiqamətdə inkişaf 
etdirmək olar. 
1. Fiziki hadisə bioloji prosesin bir hissəsidir və onu müşayiət 
edir.  Dialektik materializmə görə  həyat hadisələrini fiziki və ya 
kimyəvi hadisələr səviyyəsinə  gətirmək olmaz, çünki həyat sadə 
hərəkət formalarının  ən yüksək səviyyədəki sintezidir, sadə  hərəkət 
formalarının qanunları bu yüksək hərəkət formasını öyrənməkdə bizə 
kömək edir. Materiyanın ümumi hərəkət qanunları kimi fizika 
qanunları da universaldır. Bu cəhətdən canlı orqanizmlər və cansız 
təbiət eyni qanunlara tabedir, 
2.  Xarici muhitin canlı   orqanizmlərə fiziki təsiri. Xarici 
mühitin orqanizmə göstərdiyi fiziki təsirlərə misal olaraq Yerin cazibə 
sahəsinin, iqlimin, elektrik və maqnit sahələrinin, kosmik şüaların, 
müxtəlif tezlikli radio dalğalarının və s. təsirini göstərmək olar. 
Kosmik uçuşlar əsrində, bu amillərin təsirini göstərmək daha vacibdir. 
Alimlərin apardıqları tədqiqatlar sübut edir ki, bu amillərin təsirini 
insanlara lazım olan istiqamətdə  dəyişdirmək və ondan müəyyən 
məqsədlər üçün istifadə etmək olar. İndi fiziki amillərin müalicə 
məqsədilə istifadə edilməsi və bu sahədəki müvəffəqiyyətlərimiz 
hamıya məlumdur. Fiziki amillər vasitəsilə bitki və heyvanların 
məhsuldarlığını artırmaq təşəbbüsləri də son zamanlar sürətlə inkişaf 
edir. 
3. 
Fizika canlı  təbiəti öyrənmək üçün vasitələr və metodlar 
mənbəyidir. Biologiya   fiziki  vasitələrdən Levenquk dövründən, 
yəni mikroskop kəşf ediləndən bəri istifadə edir. Lakin indiki dövrdə 
fizikanın biologiyaya müdaxiləsi geniş bir cəbhə təşkil edir. Elektron 
mikroskopu, rentgen quruluş analizi, nişanlanmış atomlar, sabit və 
yüksək tezlikli cərəyanlar, radio tezlikli   elektromaqnit  dalğaları və s. 
ilə aparılan işlər indi bioloji obyektlərin tədqiqində böyük şöhrət 
qazanmışdır. 
4. 
Bionika, canlı  təbiətin tədqiqat nəticələrindən fizika   və 
texnikanın inkişafında   istifadə   edir. Müasir elmin ən perspektivli 
istiqamətlərindən biri də canlı və cansız təbiət arasındakı analogiyanı 
öy- 
  


__________________Milli Kitabxana__________________ 
73 
 
rənmək, bundan müxtəlif   elmi-texniki   problemlərin həllində istifadə 
etməkdir. 
Canlı orqanizmlərdə  səmti bilmək, lokasiya, ümumi idarəolunma 
sistemləri, hərəkət etmək üsulları, canlı «mühərriklərin» energetik 
məsələləri, təkamül prosesində  əldə edilmiş etibarlılıq, həssaslıq, 
zəriflik, iqtisadi cəhətdən çox əlverişli olmaq və s. kimi faktlar fizika 
ilə biologiya arasındakı əlaqəni inkişaf etdirmək üçün böyük imkanlar 
yaradır. 
Orta məktəb kursunda fizika proqramının  əksəriyyət mövzuları 
biologiya ilə  əlaqəni göstərmək üçün istifadə oluna bilər. Lakin 
müəllim necə  gəldi yox, bu əlaqənii konkret formalarını 
səciyyələndirən misallar seçməklə  şagirdlərin diqqətini buna cəlb 
etməlidir. Ona görə də fizika ilə biologiyanın əlaqəsini möhkəmlədən, 
fənlərarası assosiasiya yaratmağa xidmət göstərən çoxlu didaktik 
material toplamalıdır. 
Hər şeydən əvvəl, müəllim çalışmalıdır ki, fənlararası əlaqəyə həsr 
edilmiş material proqram çərçivəsindən kənara çıxmasın.  Əks halda 
fizikanın bir sıra vacib məsələləri, müasir texnikanın  əsasını  təşkil 
edən mövzular kölgədə qalar, məsələ  həllinə vaxt qalmaz, şagirdlar 
canlı aləmə daha çox meyl gösqərərək fizika fənni qarşısında duran 
əsas məqsəddən uzaqlaşarlar, həddindən artıq yüklənərlər və s. 
Fizika kursuna daxil edilən biofiziki material Nər  şeydan  əvvəl, 
ümumtəhsil məsələlərinə xidmət etməli və  tərbiyəvi məqsəd 
güdməlidir. Biofiziki materialın məzmunu ən  əsas bioloji proseslərin 
fiziki təbitinə aid olmalıdır. Nümunə üçün götürülmüş hadisə  və 
faktların izahı hazırda fizika və biologiya kurslarında etiraf edilmiş 
ümumi nəzəriyyə  və qanunlara uyğun gəlməlidir. Faktlar və istifadə 
edilən terminlər həm fiziki, həm də bioloji cəhətdən doğru olmalıdır. 
Burada  əsas məqsəd bütün şagirdləri biofizik və ya bionik etmək 
deyil, bu elmlərə olan marağı artırmaq, bioloji tədqiqatlarda fizikanın 
metodlarının böyük rol oynadığına onları inandırmaq, fiziki və texniki 
amillərin canlı  təbiətə  təsirini açmaq, canlı obyektlərin və 
ümumiyyətlə bütün canlı  təbiətin insanlar tərəfindən qorunmasının 
bizim özümüz və  gələcək nəsillər üçün nə  qədər vacib olduğunu 
göstərmək, bu ruhda onları tərbiyə etməkdir. 
 


__________________Milli Kitabxana__________________ 
74 
 
 Biofiziki material şagirdlərin    başa    düşəcəyi şəkildə verilməli 
və onları    yormamalıdır.        Başqa sözlə, qeyd edilən faktlar və 
gətirilən misallar onların iş xüsusiyyətlərinə  və  nəzəri hazırlığına    
uyğun olmalıdır. 
Biofiziki material şagirdlərin təfəkkürünün inkişafına və onlarda 
dialektik-materialist dünyagörüşü yaranmasına xüsusi xidmət 
göstərməlidir. Materialı seçərkən, bizi əhatə edən caplı        və cansız 
aləmin yeganəliyi haqqında 
şagirdlərin təsəvvürlərinin 
formalaşmasına, bunu həyata keçirmək    üçün yeni imkanlar 
yaranmasına yönəldən   mövzuları götürmək   lazımdır. Seçilmiş 
material      bir  sıra təbiətşünaslıq anlayışlarının konkretləşməsinə  və 
ümumillşməsinədə  kömək etməlidir. Məlumdur ki, fizikada öyrədilən 
bir sıra anlayışlardan biologiyada geniş istifadə olunur. Həmin 
anlayışlardan istifadə etdikdə biologiya müəllimləri çox vaxt onların 
fizika dərslərində necə formalaşması ilə hesablaşmırlar. Nəticədə eyni 
bir anlayış    «parçalanaraq»   öz universallığını itirir. Ona görə də bu 
məsələyə ciddi fikir vermək və bunu düzgün həll etmək üçün 
biologiya    müəllimi ilə sistematik əlaqə saxlamaq lazımdır. Biofiziki 
materialın fizika dərslərindəki yeri və  məzmunu aşağıdakı qaydada 
həyata keçirilə bilər: fizikanın tədris proqramını  və    ümumi 
strukturunu dəyişmadən, fiziki materialın həcminə   toxunmamaq   
şərtilə   biofiziki material fraqmentləşdirilir. Hər bir fraqmentlelə bir  
minimum  biofiziki   material   daxil edilir  ki həmin fraqmentin  
məzmun butövlüyü pozulmur və proqram materialı ilə uyğunlaşdırılır. 
Fraqmentlə  fizika dərsi arasında adekvatlıq şərti pozulmur. 
Fizika alə biologiya arasındakı  əlaqənin öyrənilməsini    
sistemləşdirmək    məqsədilə    aşağıda göstərilən şəkildə bir cədvəl 
tərtib etmək və bunu getdikcə təkmilləşdirmək faydalıdır, 
 
§ 5. ŞAGİRDLƏRİN BİOFİZİKİ TƏHSİLİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ YOLLARI VƏ VASİTƏLƏRİ 
 
Fizika ilə biologiyanın  əlaqəsi dərsdə, ekskursiyalarda, müstəqil 
işdə, müəllimin göstərdiyi    ədəbiy- 
 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə