Microsoft Word P. doc titul doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə27/33
tarix25.05.2018
ölçüsü2,49 Kb.
#45873
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

__________________Milli Kitabxana__________________ 
81 
 
kultativ kurs şagirdlərə  təbiətin kompleks şəkildə öyrənilə bildiyini 
göstərməklə yanaşı, onlarda təbiətə  məhəbbət hissini və müstəqil 
tədqiqat aparmağı öyrədər.  Şagirdlərdə öz tədqiqat nəticələrini təhlil 
etməyi bacarmaq kimi keyfiyyətlər inkişaf edər.        Onların gələcək 
ixtisası ilə orta təhsilləri arasında körpü yaradar. 
«Fizika və canlı aləm» fakultativ kursunun məşğələləri  şagirdləri 
fizika, kimya, biologiya və   onların sintezindən ibarət elmlərlə tanış 
edir, onların tətbiq dairələrini    göstərir,    fiziki hadisələrin və 
qanunların bioloji proseslərdəki rolunu və yerini təyin edir. Müasir 
biologiya elmi, sonrakı inkişafı üçün, fizikanı, kimyanı və   riyaziyyatı   
yaxşı bilən, elektronika və radiotexnikadan   baş   çıxaran, mürəkkəb 
cihaz və aparatları işlətməyi bacaran kadrlar    gözləyir.    «Fizika və 
canlı aləm»      adlı   fakultativ kursu keçən gənclər belə   kadrların   
hazırlanması işində fəal mövqe   tuta    bilərlər.    Fakultativ kurs üçün 
material seçərkən    ümumi    informasiyanın həcmini deyil, oiların 
içərisində biologiya ilə fizikanın  əlaqəsini daha qabarıq  şəkildə 
göstərən mövzular götürmək məqsədəuyğundur.    Belə   olduqda    
kursun məzmununu təyin etmək xeyli sadələşir.    Həmin    kurs, digər 
fakultativ kurslardan fərqli olaraq, təkcə biliyi dərindən öyrənmək 
məqsədi güdmür. O həm də fizika ilə biologiyanın  əlaqəli    
məsələlərini   dərindən açmağı, inkişaf etdirməyi və  dərikləşdirməyi 
də  nəzərdə tutur. Bunları  nəzərə alaraq biz fakultativ kursun 
məzmununu muəyyən edərkən aşağıdakı prinsipləri əsas götürmüşük: 
1. «Fizika və canlı» fakultativ kursunun məzmunu, biofizika və 
bionikanın  əsas inkişaf istiqamətlərini müəyyən edən, onun vacib 
məsələlərini izah edən faktlar və anlayışlardan ibarət olmalıdır.  
2. Seçilmiş material ümumi işə  tədqiqat xarakteri verən  şərait 
yaratmalıdır. 
3.  Şagirdlərdə elmə daha böyük maraq tərbiyə      etməyə imkan 
verməlidir. 
  4.  Şagirdlərin müstəqil bilik    almaqlarına    kömək 
göstərməlidir. 
 5. Fakultativ kursun materialı fizika və biologiya elmləri üzrə 
məktəb proqramına   uyğun   olmalıdır. 
  


__________________Milli Kitabxana__________________ 
82 
 
ali məktəb kursundan müəyyən mövzuları həmin   kursa daxil etməyə 
yol verilməməlidir. 
b. Fakultativ kursun materialı müasir elmi-texniki tərəqqi 
səviyyəsində olmaqla bərabər elmin ən son nailiyyətlərini  əhatə 
etməlidir. 
Məlumdur ki, fiziki biliklərin metodoloji əsası  və ümumiyyətlə 
fiziki təhsilin məzmunu eksperimentlə bağlıdır. Bu, olduğu kimi, 
biofizikaya da aiddir. Çünki biofizika bir tərəfdən öz strukturasına 
görə, tamamilə, fizikaya oxşayır, digər tərəfdən də o canlı 
orqanizmlərdə baş verən fiziki və fiziki-kimyəvi prosesləri öyrənir. 
Ona körə də fakultativ kursda şagirdləri eksperimental faktlarla tanış 
etməyə  də xüsusi yer verilməlidir. Həmin istiqamətdəki işi nümayiş 
təcrübələri, frontal təcrübə  və müşahidələr, fizika praktikumu, 
sinifdənkənar məşğələlər və müşahidələr şəklində aparmaq olar. 
Eksperiment nəticələrinin təhlili, müşahidə olunan hadisələrin  ən 
vacib cəhətlərinin aşkar edilməsi, təcrübə  şəraitinin nəzərdən 
keçirilməsi və s. şagirdlərin elmi mühakimə aparması üçün şərait 
yaradır və fakultativ kursun eksperimental bazasını  əmələ  gətirir. 
Şagirdlərin fakultativ məşğələlərlə  tədqiqat xarakterli eksperimentlə 
məşğul olması, onların praktik vərdişlərini artırır və biofizika elminə 
yaxınlaşmaq üçün əlavə bir yol açır. 
Fakultativ məşğələlərdəki eksperimentlərdə tədqiqatçılıq adi fizika 
dərslərindəkindən daha yüksək səviyyədə olmalıdır. Çünki, canlı 
təbiətdəki fiziki hadisələri müşahidə etmək, bu   hadisələri    bioloji 
prosesin bir hissəsi kimi ayırmağı bacarmaq və xüsu-silə onu təhlil 
etmək qabiliyyəti özbaşına yaranmır. Bu qabiliyyəti yaratmaq üçün 
şagirdlərə   hadisələri müstəqil müşahidə etmək, təhlil və mühakimə 
yolu ilə  həmin müşahidələrə elmi tədqiqat elementləri gətirmək  
imkanı vermək lazımdır. 
Böyük təchizat tələb etməyən bir sıra maraqlı  təcrübələrlə  bəzən 
çətin məsələləri həll etmək olar. Məsələn, bioloji obyektlərin bir sıra 
fiziki xassələrini təyin etmək və onları  səciyyələndirən parametrləri 
bilavasitə ölçmək, elektrik və maqnit sahələrinin, rentgen şüalarının 
canlı orqanizmlərə təsirini aydınlaşdırmaq və s. bioloji hadisələrin ge- 
 
 


__________________Milli Kitabxana__________________ 
83 
 
dişindəki ümumi dəyişiklikləri,  bütün hallarda  bu təsirlərin 
obyektdəki iri molekulların bəzi kimyəvi rabitələrinin qırılmasına və 
ya ionların yerdəyişmə xarakterinin əvvəlkindən fərqlənməsinə    
gətirir. Eyni sözü dənli və  mədəni bitkilərin toxumlarına göstərilən 
müxtəlif fiziki təsirlər üçün də demək olar. Hazırda səpin qabağı 
toxumlara fiziki təsir göstərmək üçün onlarla üsullar vardır. Yumşaq 
rentgen  şüaları ilə, ultrasəslə, maqnit və ya elektrik   sahəsilə 
toxumlara fiziki təsir göstərdikdə        alimlərin fikrincə, onlarıi 
daxilində təxminən eyni proseslər əmələ gəlir. Toxum enerji kvantını 
alır   və bu   enerji canlı rüşeymi təşkil   edən molekullara təsir edir. 
Bəzi molokullar «qəlpələrə» ayrılır.  Əlavə enerjisi olan molekulyar 
hissəciklər yaranır. Sərbəst elektronların sayı  dəyişir. Müasir nüvə    
fizikası bela fəal hissəciklərin sayını və enerjisini ölçməyi bacarır. 
Təcrübə  və müşahidələr göstərmişdir ki, toxum daxilində  fəal 
hissəciklərin sayı artdıqca onun həyat qüvvələri də artır. Belə ölçmələr 
elmi cəhətdən əsaslanmış dəqiq göstərişlər verə bilir. 
Beləliklə, fiziki metodlardai istifadə edilməsi, nəticədə bitkilər 
haqqında elmi dəqiq elmlərə yaxınlaşdırır, onların məhsuldarlığının 
artması üçün şərait yaradır. Bütün bu masələlər fakultativ kursda öz 
əksini tapmalıdır. 
Fakultativ kursa daxil olan fizika praktikumları da tədqiqat 
xarakterli olmalıdır. Bu işləri aparmaq üçün təlimat və icmal 
qabaqcadan hazırlanıb şagirdlərə təqdim edilir. 
Biologiya materialı üzərində hazırlanmış fizika praktikumu 
şagirdlərin biliyinin artmasına, onlarda fiziki tədqiqat metodlarını 
biologiyada tətbiq etmək bacarıq və  vərdişlərinin aşılanmasına  şərait 
yaradır. Tədqiqat xarakterli bu işlər həm də  tərbiyəvi  əhəmiyyət 
daşıyır. Çünki, şagirdlərin materialist dünyagörüşünün 
formalaşmasına, politexnik biliklərinin artmasına, təbiətin səbəb-
nəticə  əlaqələrinin onların özləri tərəfindən aşkar edilməsinə kömək 
edir. 
Fakultativ kursa böyük gələcəyi olan və fiziki təsirlərlə 
səciyyələnən məsələlər daxil etməklə şa- 
 
 
 
  


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə