Microsoft Word poema+++++. doc



Yüklə 2,85 Kb.
Pdf görüntüsü
səhifə39/50
tarix25.11.2017
ölçüsü2,85 Kb.
#12322
1   ...   35   36   37   38   39   40   41   42   ...   50

Эюйярчин 
 
 
180
Reqinanın son vaxtlar pozulmuşdu yaddaşı, 
Elə bil ki, dünyada heç Artur olmamışdı. 
Hazırlıq işlərinə qarışmış idi başı, 
Toya çağırmadığı tanışı qalmamışdı. 
Görəsən, bu barədə Artur nəsə bilirmi? 
Əgər bilirsə belə, nə fərqi onun üçün? 
Reqina gözləməli deyil ölənə kimi, 
Bütün yaşananların axırı gəlir bir gün. 
Reqina məsələyə bir səmtli yanaşırdı, 
Gördüyünə istinad eləyirdi təbii. 
Reqina Arturun da yerinə danışırdı, 
O özü nə düşünür, bilmirdi...bilmirdi ki... 
Bilmirdi o, gecələr bəzən səhərə kimi, 
Aranı dağa, dağı arana daşıyırdı. 
Reqinanın sevinci Artura bəs deyilmi?! 
İki qəlb bir sevginin gücünə yaşayırdı. 
Sevildiyini duymaq özü elə sevgidir, 
Reqina sevərdimi, Artur unutmuş olsa? 
Ürəklər arasında gizli yol gəlib gedir
Sevgi yaşaya bilməz, birində yol qırılsa. 
Həmin bağa getdilər axşam Anselim ilə, 
O bağa ki orada şənlik quracaqdılar. 
Yallı gedirmiş kimi güllər verib əl-ələ, 
 Sağdış, soldış yerinə sanki duracaqdılar. 
Anselim Reqinaya pıçıldayırdı nəsə. 
Yarpaqlar səs verirdi sevənlərin səsinə. 
İstəmirdi bir ot da ondan inciyib küsə, 
Dünyanı xoşbəxt görmək istəyirdi, əksinə. 
Dünyanı xoşbəxt etmək gücündəydi, əslində... 
Reqinanın saçına çəhrayı çiçək taxıb: 
– Sənin fikrin hardadır? 
– Fikrim köçən gəlində... 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
181
Gör, nə gözəl görünür, sanki təzə Ay çıxıb. 
– Darıxdın? 
– Axı nədən? 
– Gəlinlik donun üçün. 
Geyəcəksən tezliklə, sənə daha yaraşır. 
–  Bunu hardan bilirsən? 
– Özün söylədin o gün. 
– Mən dedim?  
Ay yalançı, fikrim yenə qarışır... 
Gözəl olmaq şərt deyil, gərək bəxt gözəl ola. 
Bəxtinə nə olub ki, nədən razı deyilsən? 
Bir halda ki mənimlə çıxmısan uzun yola, 
Keçmişi xatırlayıb yas tutmağı burax sən. 
Səni xoşbəxt edəcəm. 
– Hmm... Xoşbəxtlik... hanı o? 
Mən xoşbəxtəm! 
– Bəs niyə gileylisən bəxtindən? 
– Sözgəlişi söylədim. 
Həyatın sükanı o... 
– Yəni bəxt? 
– Yox, xoşbəxtlik, bəxtə inanmıram mən. 
– Reqina, bu fikrində Artura zidd gedirsən, 
O ki əsas götürür mücərrəd xarakteri
55

– İnanıb inanmamaq asılı deyil məndən, 
Özümü buna məcbur eləyə bilmərəm ki. 
Sən səmaya nəzər sal, buludlar nə danışır? 
Ağ bulud, qara bulud–biri qız, biri oğlan. 
Barmaqları, saçları bir-birinə qarışır, 
Nədir onları belə bir-birinə bağlayan? 
Deyəcəksən sevgidir, mən də deyərdim eşqdir, 
                                                 
55
 Taleyə inanmaq 


Эюйярчин 
 
 
182
Nədən bütün varlıqlar insandan vəfalıdır? 
Deyərdim ki, dünyanın özündən qədim eşqdir, 
Məhəbbət hər bir kəsin daxili əhvalıdır. 
Bu kiçik yaşıl tala bizim şahidimizdir
Bu axşamın uzanan tor barmaqlı əlləri. 
Səma su zanbaqları yetişdirən dənizdir, 
Dalğalanır başımız üstə irəli, geri. 
Göldə isə, əksinə, buludlar zanbaqlarla, 
Zanbaqlar çıraqlarla birgə hana toxuyur. 
Göy şahmat taxtasıdır ağ bulud qaralara   
Qalib gəlibmiş kimi zəfər himni oxuyur. 
Anselim dedi: – Çox vaxt qaralar qalib gəlir
Sən ağlara tərəfsən? 
– Doymuşam ağlamaqdan.  
Öyünməkdən həmişə acığım gəlib, gəlir, 
Amma seçə bilirəm cox vaxt qaranı ağdan.  
Böyüyəndən qaraya tərəf yüyürürəm ki, 
Dünyanın görünməyən üzünü görə bilim. 
– Nə oldu, görə bildin? 
– Görə bildim, təbii, 
İzah edəcək sözlər tapmayıb hələ dilim. 
Bu mənada Artura çox borcluyam, Anselim, 
O mənim idrakımı vəcdə gətirə bildi. 
İstəyərdim səsini hərdən duyam, Anselim, 
Axı görmürəm onun üzünü neçə ildir. 
Əlbəttə, dost kimi yox, böyük filosof kimi 
Artur Şopenhauer səcdəgahımdır mənim. 
Ürəyimdə ilk eşqin ucu qalır ox kimi, 
Tərki-dünyalıq hissi öz günahımdır mənim. 
Hər tərəf səssiz idi, susmuşdu o da, bu da, 
Təbiət danışırdı nəbatətin yerinə. 
Elə bl düşüncəyə dalmışdı kiçik Budda, 


Дцнйа ирадя вя тясяввцр кими 
 
 
183
Öncüllük vəzifəsi götürüb üzərinə. 
Gündüz Gün yandırmasın deyə göldəki daşlar 
Başlarına mamırdan çətir düzəltmişdilər. 
Çoxdan yuvalarına çəkilmişdilər quşlar
Səslərini içinə qısıb gizlətmişdilər. 
Bağın dərinliyindən İsaq-Musaq quşunun 
Nigaran səsi pozdu aradakı sükutu: 
– Artur Şopenhauer gənc vaxtında yaşının 
Müdrik qoca kimiydi, ona yaraşırdı bu. 
– Filosof qadınları sevə bilmir, Reqina, 
Onların barəsində tənqid ilə danışır. 
Mənim belə deməyim gəlməsin acığına, 
Onun bir çox fikrində bu mövqe anlaşılır. 
Mənə qəribə gəlir, sevib əzizləməyə  
Axı qadından başqa kişilərin kimi var?  
Ürəyimdən keçəni utanıram deməyə, 
Yoxsa qadınlar haqda dastan söyləmək olar. 
– Anselim, inanmıram qadınları sevməsin, 
Axı bəşəriyyətə xidmət eləyir dahi. 
Fikirdən əvvəl çatır qulağa qəlbin səsi, 
Gözəllik dərk olunsa, oxa tuş gəlməz ahu. 
Arturda bu incimiş ruhun etirazıdır, 
Əslində, məhəbbətin çoxluğundan yaranır. 
Filosofların hansı həyatından razıdır? 
Onlar rahat bir günü özlərinə qısqanır. 
Artur Şopenhauer şikayət edir, çünki  
Ürəyinin ən məhrəm nöqtəsi zədələnib. 
Yaralı ruh danışır onun yerinə sanki, 
Görünür, bu anlarda bir az da qəhərlənib. 
Bizim hanı mövqemiz, mövqe bildirmək üçün, 
Sənin, mənim fikrimi axı kim soruşacaq? 
Sabah keçmiş olacaq yaşadığımız bu gün, 


Yüklə 2,85 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə