Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə12/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

 
 
25 
 
qeyri‐bircins  xarakterli  olmasını  sübut  etmiş  və,  əlavə  olaraq,  əks  işarəli  zərrəciklərin 
müxtəlif kütlələrə malik olması  müəyyən edilmişdir  (şəkil 2.1).  
Sonrakı  tədqiqatlar  maqnit  sahəsində  sola  meyl  edən  şüalanmanı  ikiqat 
ionlaşmış  helium  atomlarının  (helium  atomlarının  nüvələrinin),  sağa  meyl  edən 
şüalanmanı  isə  işıq  sürətinə  yaxın  sürətlə  hərəkət  edən  elektronların  yaratmasını 
göstərdi. Bu şüalar,  uyğun olaraq,  α  ‐  və  β  ‐ şüalar adlandırıldı. 
Az sonra radioaktiv şüalanmanın üçüncü komponentə də malik olması müəyyən 
edildi.  Aydın  oldu  ki,  üçüncü  komponent  rentgen  şüalanmasına  oxşar  xüsusiyyətlərə 
malikdir.  Fərq  yalnız  ondan  ibarətdur  ki,  bu  şüalanma,  rentgen  şüalanması  ilə 
müqayisədə,  daha  yüksək  tezliyə  və  nəticədə  daha  yüksək  nüfuzetmə  qabiliyyətinə 
malik şüalanmadır. 
Radioaktiv şüalanmanın bu komponenti  γ  ‐ şüalar adlandırıldı. 
 
                                                  α          γ              β      
 
 
 
 
                                 N                                                           S 
                                                                                                                                    
 
 
                             
 
 
                                Şəkil 2.1. Radioaktiv şüalanmanın qeyri‐bircins xarakteri 
 
 
Məlum    oldu  ki,  müxtəlif  mühitlərə  (maddələrə)  nüfuzetmə  qabiliyyətinə  görə   
α ‐,  β ‐  və   γ ‐ şüalar bir‐birindən kəskin fərqlənir. Belə ki, α ‐ şüalar ən kiçik, β ‐ şüalar 
nisbətən böyük,  γ ‐ şüalar isə  çox  yüksək  nüfuzetmə  qabiliyyətinə  malikdirlər. Daha  
dəqiq desək,  α ‐ şüalar  üçün  hətta  0.1 mm  qalınlıqlı kağız vərəq belə qeyri‐şəffaf 
mühit  olduğu  halda,  β  ‐şüalar  bir  neçə  millimetr  qalınlığında  alüminium  lövhə 
tərəfindən  tamamilə  udulurlar,  γ  ‐şüalar  isə  1  sm  qalınlıqlı  qurğuşun  lövhəni  belə 
sərbəst keçə bilirlər (şəkil 2.2). 
 
2.4. Radioaktivliyin növləri 
 
Radioaktivlik   dedikdə,  elementar  zərrəciklər   və   yaxud   da   γ ‐ kvantlar 
şüalandırmaq yolu ilə bir atom nüvəsinin özbaşına digər atom nüvəsinə  çevrilməsi 
başa düşülür. 
Radioaktivliyin α ‐ parçalanma, β ‐ çevrilmə (elektron zəbti də daxil olmaqla),  γ ‐ 


 
 
26 
 
               
 
 
                  
Şəkil 2.2.   α ‐, β ‐   γ ‐ şüaların mühitlərə nüfuzetmə qabiliyyətini əks   
                                     etdirən sxem. 
 
şüalanma,  neytron  şüalanmasıbir protonlu   və  iki  protonlu  radioaktivlikklasterli  
radioaktivlik  və ağır  nüvələrin sponton bölünməsi  kimi növləri vardır.  
Qeyd edək ki, radioaktiv çevrilmələrin sadalanan növlərinin hamısında enerjinin, 
impulsun,  hərəkət  miqdarı  momentinin,  elektrik,  barion  və  lepton  yüklərinin 
saxlanması qanunları ödənilir. 
2.4.1.   α  ‐  parçalanma.    Artıq  qeyd  etdiyimiz   kimi,  α ‐ parçalanma  helium   
atomlarının  nüvələrindən  ibarət  zərrəciklər  selinin  yaranması  ilə  müşayiət  olunan 
şüalanma  növüdür.  İki  proton  və  iki  neytrondan  ibarət  helium  nüvəsinin  kütləsi 
4.002777  a.k.v.  ‐ ə bərabərdir. 
Bu    günədək    qırxa    qədər    təbii,  iki  yüzdən    artıq    isə    süni    α  ‐  aktiv    nüvə  
müəyyən etmək mümkün olmuşdur.  
α  ‐  parçalanma  nəticəsində    “ana”    nüvə  adlanan   
Z
X
A
    nüvəsi  aşağıdakı  sxem 
üzrə yeni  
Z‐2
Y
A‐4
   “qız”   nüvəsinə çevrilir: 
                    
   
4
2
4
*
2
He
Y
X
A
z
A
Z






 
Burada 
Y
*
   işarəsi  ilə  həyəcanlanmış  halda  olan  nüvə  göstərilmişdir  ki,  o  da,    
γ ‐kvant şüalandırmaqla   
                    







4
2
4
*
2
A
z
A
z
Y
Y
  
sxemi  üzrə həyəcanlanmamış hala keçir. 
 
α  ‐  radioaktiv  nüvələrin  şüalandırdığı  α  ‐  zərrəciklərin  kinetik  enerjisi  adətən 
müəyyən bir qiymətə malik olur. Əksər α ‐ radioaktiv elementlər üçün bu qiymət 4‐9 
Mev intervalında dəyişir. Bu nüvələrin yarımparçalanma periodları isə, əksinə, kifayət 
qədər geniş intervala  (10 
‐7 
san  ‐ dən  2∙10
17 
 il  ‐ ə qədər)  malik olur. 
 
Mühitin  müəyyən  təbəqəsindən  keçərkən  α  ‐  zərrəciklər,  əsasən,  atom  və 
molekulların    xarici    elektronları    ilə    qeyri  ‐  elastiki    qarşılıqlı    təsirdə    olurlar.    Bu 
zaman α ‐ zərrəciyin elektrik sahəsi həmin elektronları o həddə qədər sürətləndirir ki, 
Alfa‐ zərrəciklərin qarşısını adi kağız vərəqlə 
tamamilə kəsmək olur 
 
 
Beta zərrəciklərdən nazik alüminium lövhə ilə 
qorunmaq mümkündür 
 
 
Qamma şüaların intensivliyini kifayət qədər 
qalın qurğuşun təbəqənin vasitəsi ilə 
azaltmaq mümkündür 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə