Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə10/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   ...   6   7   8   9   10   11   12   13   ...   148

 
 
21 
 
Bununla  da  Bekkerelin  uran  duzunun  heç  bir  xarici  təsir  olmadan  yüksək  nüfuzetmə 
qabiliyyətli şüalar yarada bilməsini sübut etmiş oldu.  
Beləliklə,  1896‐cı  ilin  mart  ayının  1‐də  saat  11‐də  maraqlı  bir  hadisə  ‐  uran 
duzunun  naməlum  şüalar  yarada  bilməsi  hadisəsi  kəşf  olundu.  Aydın  oldu  ki,  yeni 
şüalar bir çox xassələrinə  görə  rentgen şüalarına oxşayır. Daha dəqiq desək, bu şüalar 
da,  rentgen  şüaları  kimi,  qalın    kağızdan,    ağacdan,    nazik    metal    lövhədən    sərbəst  
keçə  bilir  və  rentgen şüalarına oxşar olaraq, havanı ionlaşdıra bilir. 
Aşkar  oxşarlıqlarına  baxmayaraq,  sonradan  uran  duzunun  yaratdığı  şüaların 
rentgen şüalarından fərqli xüsusiyyətlərə malik olması müəyyən edildi. Aydın oldu ki, 
rentgen şüalarından fərqli olaraq, bekkerel şüaları əks olunma və sınma qabiliyyətinə 
malik deyillər.  
Daha  sonra  uranın  çoxlu  sayda  birləşmələri  üzərində  təcrübələr  aparmaqla, 
Bekkerel  yeni  növ  şüalanmanın  uranın  birləşmələrinə  deyil,  məhz  uran  elementinin 
özünə məxsus olduğunu müəyyən edə bildi. 
Yeni  şüalanma  növünün  yalnız  uran  elementinə  xas  olan  xüsusiyyət  olduğunu 
fərz edən Bekkerel, həmin şüalanmaya “uran şüalanması” adını verdi. 
Həmin  vaxtdan  başlayaraq  uranın  bu  qeyri‐adi  xüsusiyyəti  bir  çox  məşhur  fizik 
və  kimyaçıların  diqqətini  cəlb  etdi  və  “Görəsən,  bu  cür  özbaşına,  heç  bir  xarici  təsir 
olmadan  baş  verən  şüalanma  digər  kimyəvi  elementlər  üçün  də  xarakterikdirmi?” 
sualına cavab tapmağa cəhdlər edildi. İlk dəfə olaraq, Pyer Küri və onun xanımı Mariya 
Skladovskaya  ‐  Küri  müəyyən  etdilər  ki,  uran  yeni  növ  şüalar  yarada  bilən  yeganə 
kimyəvi  element  deyil  və  1898‐ci  ildə  onlar  Fransada  torium  elementinin  də  həmin 
formada  şüalar  yarada  bilməsini  sübut  etdilər.  Bundan  sonra  Pyer  və  Mariya  Kürilər 
oxşar  xassəli  elementlər  aşkar  etmək  məqsədi  ilə  uran  və  toriuma  malik  yataqlarda 
intensiv tədqiqatlara başladılar və tonlarla filizdən bir neçə milliqram miqdarında yeni, 
o  vaxta  qədər  məlum  olmayan  kimyəvi  element  ayıra  bildilər.  Uran  və  torium  kimi 
yüksək  nüfuzetmə  qabiliyyətinə  malik  şüalar  yarada  bilən  həmin  element  Mariya 
Kürinin vətəni Polşanın şərəfinə polonium adlandırıldı.  
Mariya  Küri  bir  qədər  sonra  intensiv  şüalanma  yaradan  başqa  bir  element  də 
kəşf etdi və həmin element radium (şüa saçan, işıq saçan) adlandırıldı. 
Qeyd edək ki, polonium elementinin kəşfinə görə 1898‐ci ildə Mariya Küri birinci 
dəfə  (Pyer  Küri  ilə  birlikdə),  radiumun  kəşfinə  görə  isə  1911‐ci  ildə  ikinci  dəfə  Nobel 
mükafatına layiq görülmüşdür. 
Adları  çəkilən  kimyəvi  elementlərin  xarici  təsir  olmadan,  özbaşına  şüalanma 
yarada  bilməsi  hadisəsi  Kürilərin  təklifi  ilə  radioaktivlik  hadisəsi,  yaranan  şüalar 
radioaktiv  şüalar,  həmin  şüaları  yaradan  elementlər  isə  radioaktiv  elementlər  
adlandırıldı. 
Bu  gün  müəyyən  edilmişdir  ki,  Mendeleyev  cədvəlində  83‐cü  xanada  yerləşən 
elementdən  başlayaraq  cədvəlin  sonuna  qədər  bütün  elementlər  radioaktivlik 
xassəsinə malikdirlər. 
Çoxlu sayda tədqiqatlar nəticəsində müəyyən edildi ki, radioaktivlik dayanıqsız 
atomların təbii, özbaşına elə parçalanmasıdır ki, bu parçalanma nəticəsində atomlar 


 
 
22 
 
bir  sıra  aralıq  radioaktiv  elementlər  yaratmaqla,  son  nəticədə  radioaktiv  xassəyə 
malik olmayan stabil (dayanıqlı)   elementlərə    çevrilirlər.    
Məsələn, uranın belə  çevrilmələri  son  nəticədə  stabil qurğuşun elementinin 
yaranmasına səbəb olur.  
1934‐cü  ildə  Parisdə  Radium  İnstitutunda    İren    Jolio  ‐  Küri  (Mariya  və  Pyer 
Kürilərin  qızı)  və  onun  həyat  yoldaşı  Frederik  Jolio  ‐  Küri  nüvə  reaksiyaları 
məhsullarının  radioaktivliyini  –  süni  radioaktivliyi  kəsf  etdilər.  Bu  günə  məlum  olan 
təxminən iki minə qədər radioaktiv elementdən  yalnız  üç yüzə  qədəri təbii, qalanları 
isə nüvə reaksiyaları nəticəsində yaranan süni radioaktiv elementlərdir. 
Qeyd  edək  ki,  təbii  və  süni  radioaktivliklər  arasında  prinsipal  fərqlər  yoxdur. 
Sadəcə  olaraq,    süni    radioaktivliyin    öyrənilməsi  β  ‐  çevrilmənin    pozitron    β


şüalanması və elektron k ‐ zəbti kimi yeni növlərinin kəşf olunmasına səbəb oldu (bu 
barədə sonrakı paraqraflarda ətraflı məlumat veriləcək). 
1940‐cı  ildə  sovet  fizikləri  K.A.Petryak  və  Q.N.Flerov  uran  nüvəsinin  spontan 
bölünməsini  kəşf  etdilər  ki,  sonradan    bu  hadisə  çoxlu  sayda  “ağır”  nüvələr  üçün  də 
müşahidə olundu. 
 
2.2. Atom nüvəsinin xüsusiyyətləri 
Yeni  Zelandiyada  doğulmuş  dahi  ingilis  fiziki  Ernest  Rezerford  1911‐ci  ildə 
şagirdləri  ilə,  ilk  dəfə  olaraq,  əsrlər  boyu  maddələrin  bölünməz,  ən  kiçik  zərrəciyi 
hesab  olunan  atomun  mürəkkəb  quruluşa  malik  olmasını  sübut  etdi.  Rezerfordun 
təklif  etdiyi  planetar  modelə  əsasən  atom  çox  kiçik  ölçüyə  malik  müsbət  yüklənmiş 
nüvədən  və  onun  ətrafında  mürəkkəb  kvant  qanunları  üzrə  fırlanan  mənfi  yüklü 
elektronlardan  ibarətdir.  Atomun  ölçüsü,  nüvənin  ölçüsü  ilə  müqayisədə,  ~10
4
  dəfə 
böyükdür  və  onun  həcminin  böyük  hissəsi,  faktiki  olaraq,  boş  fəzadır.  Elektronun 
kütləsi  proton  və  neytronların  kütləsindən    ~ 2000  dəfə  kiçik  olduğundan,  proton və 
neytronlardan  təşkil  olunmuş    nüvədə,  demək  olar  ki,  atomun  bütün  kütləsi 
toplanmışdır.  Atom  nüvəsini  təşkil  edən  zərrəzikləri  ümumi  ad  altında  nuklon 
adlandırırlar (nuklon ‐ yunan sözü olan “nukleus – nüvə” sözündəndir). 
Z  

A
    kimi  işarə  olunan  nüvədə  Z  ‐  yük  ədədi  olub,  verilmiş  nüvənin  protona 
görə nisbi yükünü göstərir. Bəzən proton ədədi adlanan bu rəqəm, aydındır ki, nüvədə 
protonların  sayını  (neytral  atom  üçün  həm  də  elektronların  sayını)  göstərməlidir.  Z  ‐ 
həmçinin kimyəvi elementin Mendeleyev cədvəlindəki yerini göstərir.  
Kütlə  ədədi  adlanan  A  isə  nüvəni  təşkil  edən  proton  və  neytronların 
(nuklonların) ümumi sayını göstərir.  
Aydındır  ki, neytronların sayını  N  ilə işarə etsək,  belə olan halda  N  =  A  –  Z  
olacaq. 
Proton (


1
) 1919‐cu ildə E.Rezerford tərəfindən kəşf olunmuşdur. Belə ki, o, ilk 
dəfə  olaraq,    azot  atomlarını  α  ‐zərrəciklərlə    (helium  nüvələri  ilə)    bombardman  
etməklə,    kimyəvi  elementlərin  süni  çevrilməsi  reaksiyasını  həyata  keçirərkən 
naməlum zərrəcik aşkar etmiş və həmin zərrəciyi proton  (yunan sözü olan “protos – 
ilk ” sözündəndir) adlandırmışdır.  


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə