Microsoft Word Radiobiologiya d?rs v?saiti sixilmish doc



Yüklə 36,65 Kb.
Pdf görüntüsü
səhifə6/148
tarix05.02.2018
ölçüsü36,65 Kb.
#25718
1   2   3   4   5   6   7   8   9   ...   148

 
 
12 
 
şüalanmanın  dozası,  gücü,  növü  və  elementar  zərrəciklərin  enerjisi  arasında  dəqiq 
miqdarı qanunauyğunluğun müəyyənləşdirilməsinə     böyük ehtiyac yarandı”.  
Radiasiya  biologiyası  A.  M.  Kuzinin  düzgün  müəyyənləşdirdiyi  istiqamətlər 
üzrə  aparılan  tədqiqatlarla  özünün  inkişafının  növbəti  III  mərhələsinə  qədəm        
qoydu.  Sadalanan  problemlərin  içərisində  radiobioloqların  diqqətini  daha  çox 
şüalanmış  orqanizmdə  baş  verən  ilkin  fiziki‐kimyəvi  proseslərin  tədqiqi  və  nüvə 
silahlarının  sınaqlarının  intensivləşməsi  nəticəsində  radiasiya  fonunun  qlobal 
dəyişməsinin yaratdığı radioekoloji problemlərin öyrənilməsi  cəlb etdi.  
Nüvə  silahlarının  güclü  arsenalının  yaradılması  və  nəticədə  külli  miqdarda 
təbii  radionuklidlərin  atmosferə  atılaraq,  atmosfer  köçürmələri  vasitəsilə  böyük 
ərazilərə daşınmasının yaratdığı qlobal çöküntülər bu mərhələni səciyyələndirən əsas 
amillər  oldu.  Problemin  ciddiliyi  Birləşmiş  Millətlər  Təşkilatının  nəzdində  Atom 
Radiasiyasının  İnsana  Təsirinin  Öyrənilməsi  üzrə  Elmi  Komitənin  (ARTEK)  yaradılması 
zərurətini yaratdı.  
ARTEK      öz    fəaliyyəti    dövründə    atom    radiasiyasının    insana    zədələyici 
təsirinə    dair  külli    miqdarda  faktiki  material  topladı,  onları    sistemləşdirdi    və    asan 
mənimsənilən formaya sala bildi. Hələ 1987 ‐ci ildə L. Saqan qeyd edirdi ki, ARTEK ‐ in 
topladığı  materialın  əsasında  radiobiologiyada    “atom  radiasiyası  canlı    orqanizmlər  
üçün    yalnız    və    yalnız    təhlükəlidir  ”    paradiqması      formalaşmışdı.  Bu  mərhələdə 
radiobiologiya  və  radiasiya  biofizikasının  inkişafı  güclü  impuls  aldı  və  şüalanmanın 
təsirinin  molekulyar  mexanizmlərinin  öyrənilməsi  radiobioloqların  əsas  fəaliyyət 
istiqaməti  oldu.  Yada  salaq  ki,  bu  dövr,  həmçinin  də,  biofizikada  və  molekulyar 
biologiyada  DNT  molekulunun      quruluşuna  və  onun  əsas  nəsildaşıyıcı  roluna  dair 
təkzibolunmaz sübutların alınması dövrü idi.  
XX  əsrin  40  ‐cı  illərində  şüalanma  enerjisinin  ilkin  udulması  və  son  bioloji 
effektin  yaranması  müddəti  arasında  baş  verən  fiziki  ‐  kimyəvi  proseslərin  təhlili 
göstərdi ki, suyun radiolizi nəticəsində kifayət qədər dərinliyə diffuziya edərək bioloji 
strukturları dağıda bilən sərbəst radikallar yaranır. Beləliklə də, radiasiya biofizikasında 
şüalanmanın  suyun  radiolizinin  aktiv  məhsullarının  vasitəsi    ilə    həyata    keçirdiyi 
birbaşa    olmayan    təsiri  ”  (“dolayı    təsiri  ”)    fikri  formalaşdı.  Bununla  da  suyun 
radiolizinin  ilkin  məhsullarının  fiziki  ‐  kimyəvi  xüsusiyyətlərinin  və  onların  hüceyrənin 
makromolekulları ilə qarşılıqlı təsirinin  öyrənilməsi mərhələsi başlandı.  
Bu  ərəfədə  həmçinin  ionlaşdırıcı  şüalanmanın  təsirindən  kimyəvi  mühafizə 
vasitələrinin  (radioprotektorların)  alınmasına  və  onların  xassələrinin  tədqiqinə 
başlandı.  Məsələn,  1942  ‐ci  ildə  V.  Deyl  məhlula  bəzi  radikaltutucu  maddələr  daxil 
etməklə, radiasiyanın bəzi fermentlərə zədələyici təsirini azalda bildi (Кудряшов Ю.Б., 
2004).    
İnsan cəmiyyətinin nüvə silahlarından real məhvolma təhlükəsinin olması  və 
biosferin  radionuklidlərlə  əhəmiyyətli  dərəcədə  çirklənməsi  bu  ərəfədə  canlı 
orqanizmlərin  ionlaşdırıcı  şüalanmadan  kimyəvi  mühafizəsinə  dair  intensiv 
tədqiqatların  aparılmasını  da  tələb  etdi.  1948  ‐ci  ildə  bakteriofaqlarla  aparılan 
təcrübədə  mühafizə  effekti qeydə  alındı. Bu  işlər  praktiki  əhəmiyyəti  çox  böyük  olan 


 
 
13 
 
kəşflərə  səbəb  oldu.  Belə  ki,  1949  ‐cu  ildə  bəzi  maddələrin  məməliləri  şüa 
zədələnməsindən  mühafizə  etmək  qabiliyyətinə  malik  olması  sübut  edildi.  Məsələn,    
X.    Pattanın      təcrübələrində      letal    şüalanmadan    10      dəqiqə        əvvəl  siçovulların 
bədəninə sistein daxil edilməsi onları qaçılmaz  ölümdən xilas etdi.  
Z.Bak  və  A.Erv  analoji  effekti  siçanların  bədəninə  sianid  daxil  etməklə  
müşahidə etdi (Бак З.М., 1968). 
Bundan  sonra  dünyanın  bir  çox  laboratoriyalarında  radiasiyanın  təsirindən 
mühafizə preparatlarının intensiv axtarışı başladı. Beləliklə də, Radiasiya biofizikasının 
bioloji  obyektlərin  radiohəssaslığının  dəyişəbilmə  mexanizmlərini  aydınlaşdırmağa 
çalışan sərbəst bir sahəsi yarandı.  
Bu işlər, praktiki əhəmiyyəti ilə yanaşı, həm də böyük nəzəri əhəmiyyət kəsb 
edir.  Belə  ki,  bu  zaman  radiomühafizə  preparatlarının  tətbiq  olunduğu  fiziki‐kimyəvi 
proseslər də xırda detalları ilə tədqiq edilir.  
Bu  istiqamətdə  aparılan  tədqiqatların  nəticələri  göstərdi  ki,  radiomühafizə 
preparatları  canlıların  toxumalarında  oksigenin  miqdarını  azaldır.  İlk  olaraq,  hesab 
olundu ki, bu formada mühafizə sərbəst radikalların inaktivasiyası və sərbəst radikal‐
oksidləşmə  proseslərinin  ləngiməsi  ilə  əlaqədardır.  Bu  fikrin  sadə  molekulyar 
sistemlərin  model  eksperimentlərində  də  sübut  olunmasına  baxmayaraq,  mürəkkəb 
sistemlər üçün bu cür izah kifayət etmədi.  
Radiomühafizə 
preparatlarının 
daxil 
edilməsindən 
sonra 
canlıların 
toxumalarında baş verən fizioloji və biokimyəvi dəyişiklikləri təhlil edərək 60‐cı illərin 
ortalarında Z. Bak  və P. Aleksander “ biokimyəvi şok ” adlanan hipotez urəli sürdü. Bu 
hipotezə əsasən müxtəlif radioprotektorlar hüceyrəni ionlaşdırıcı şüalanmanın təsirinə 
qarşı  yüksək  davamlılıq  halına  keçirməklə,  metabolik  prosesləri  dəyişdirir  (Бак  З.М., 
1968).    
Sonradan  orqanizmin  radiorezistentliyini  dəyişə  bilən  radioprotektor  xassəli  
preparatların  təsiri  altında  baş  verə  bilən  konkret  biokimyəvi  dəyişmələrin  tədqiqinə 
həsr  olunmuş  çoxlu  sayda  işlər  görüldü.  Bu  işlərin  nəticəsində  2  yeni    hipotez:  
radiomühafizə    vasitələrinin    kompleks    biokimyəvi    təsiri  ”  (Романцев  Е.Ф.,1968)  
və  “ sulfhidril hipotezi ” (Граевский Э.Я., 1969)  irəli  sürüldü. 
70 ‐ci illərdə E. N. Qonçarenko və Y.B. Kudryaşov (Гончаренко Е.Н., Кудряшев 
Ю.Б.,  1980)  müəyyən  etdilər  ki,  müxtəlif  radiomühafizə  vasitələrinin  təsiri  canlıların 
toxumalarında lipidlərin perekis oksidləşməsi məhsullarının (şüa zədələnməsinin təbii 
sensibilizatorlarının)  miqdarının  azalmasına,  biogen  aminlərin  miqdarının  isə 
artmasına  səbəb  olur.  Məlum  olduğu  kimi,  biogen  aminlər  dedikdə,  tiollar  və  digər 
antioksidləşdiricilər kimi təbii, şüa əleyhinə maddələr başa düşülür. Müəlliflər bunun 
əsasında  “radiorezistentliyin  endogen  fonu”  hipotezini  irəli  sürdülər.  Nəticədə 
hüceyrədə ilkin struktur zədələnmələri yaranan andan nəzərə çarpacaq biokimyəvi və 
morfoloji dəyişikliklər baş verən ana  qədər bütün fiziki‐kimyəvi proseslərin tədqiqi ön 
plana çəkildi. Bu zaman bioloji obyektlərin şüa zədələnməsinin inkişafını sürətləndirən 
amillərin  (oksigenin,  temperaturun)  modifikasiyaetdirici  təsiri,  şüalanmış  sistemdə 
enerji  və  elektrik  yükünün  miqrasiyası,  sərbəst  radikalların  ionlaşdırıcı  şüalanmanın 


Yüklə 36,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə