280
Qəza nəticəsində ətrafa atılan radioaktiv maddələrin 20 % ‐ i yod‐131
(T
0.5
=8.1 sutka, E
β
=0.61 Mev, E
γ
=0.16‐0.70 Mev), 13 % ‐ i sezium ‐ 134 (T
0.5
=2.3 il,
E
β
=0.66 Mev, E
γ
=0.8‐2.0 Mev), 4 % ‐ i stronsium ‐ 90 (T
0.5
=28 il, E
β
=226 Mev) və digər
izotoplardan ibarət olmuşdur.
İnsanların radioaktiv şüalanmaya məruz qalmasının əsas səbəbləri partlayış
zamanı yaranmış radioaktiv buludla yanaşı, yerin və bitkilərin səthinə çökmüş qamma
şüalanma çirklənməsi, həmçinin də nəfəs və qida yollarına daxil olmuş radionuklidlər
olmuşdur.
Qısa müddət ərzində radiasiyanın təsirinə məruz qalmış rayonların əhalisi
üçün ümumi fərdi şüalanma dozasının “qəza hədləri normaları” müəyyən edildi. Bu
normalara əsasən ayrı‐ayrı insanlar birinci il 10 ber ‐ə (5 ber xarici, 5 ber isə daxili)
qədər, ikinci il 3 ber, üçüncü il isə 2.5 ber şüalanma dozası qəbul edə bilərdilər. Qeyd
edək ki, artıq 1988‐ci ilin payızına yaxın əhalinin əksər hissəsinin fərdi şüalanma
dozası, daxili şüalanma da nəzərə alınmaqla, orta hesabla 5.3 ber təşkil edirdi. Əhalinin
orta illik şüalanma dozası ~ 120 mber ‐ə bərabər idi.
Kompleks dezaktivasiya işləri aparıldıqdan sonra, ərazilərin əsas çirklənmə
komponentlərinin sezium ‐ 137 və stronsium ‐ 90 kimi uzunyaşama müddətli
radionuklidlər olması nəzərə alınaraq, 1988 ‐ci ilin noyabrında SSRİ Səhiyyə Nazirliyi
qəza nəticəsində radioaktiv çirklənməyə məruz qalmış ərazilərdə yaşayan əhalinin
ömürlük şüalanma dozası həddini müəyyən edən qərar qəbul etdi. Bu qərara əsasən,
ömürlük müddət qəza baş verən andan 2060 ‐cı ilə qədər, ömürlük doza həddi isə 35
ber müəyyən edildi.
Qeyd edək ki, dozanın bu həddi müəyyən edilərkən sezium ‐ 137 izotopuna
görə ərazinin təhlükə yaratmayan çirklənmə norması 15 Ku/km
2
qədər götürülmüşdür.
Çirklənmiş ərazidə müxtəlif xarakterli işlərin görülməsi zamanı, o cümlədən
dezaktivasiya işləri aparılarkən, tibbi nəzarətdən keçərkən, aqromeliorativ tədbirləri
həyata keçirərkən 35 ber ‐ lik doza həddi nisbətən yüksək (40 Ku/km
2
) norma ilə
təmin olunur.
Qəza nəticəsində uşaqlarda qalxanvari vəzi şüalanmanın daha yüksək təsirinə
məruz qalmışdır. 1993 ‐ cü ildə Ukraynanın Radiasiya Təbabəti İnstitutunun
əməkdaşları radioaktiv çirklənməyə məruz qalmış ərazilərin uşaqlarının qalxanvari
vəzilərinin zədələnmə dərəcəsini müəyyənləşdirərkən aydın olmuşdur ki, bu xəstəliyə
təxminən 1.5 mln. uşaq düçar olmuşdur.
Bu gün çirklənmiş ərazilərdə ümumi radiasiya fonu kiçik yaşama müddətli
izotopların parçalanması hesabına azalmışdır. Buna baxmayaraq, bu gün böyük
yaşama müddətli sezium‐137, stronsium‐90, plutonium‐239, uran‐238 kimi izotoplar
özünü tam açıqlığı ilə göstərməkdədir. Məsələn, atmosferə daxil olan plutonium‐239
izotopunun miqdarı 15 kq ‐a yaxındır ki, bu da həmin izotopun Xirosimada bomba
partladılması zaman əmələ gələn miqdarından ~20 dəfə çoxdur. Sezium‐137
izotopunun konsentrasiyası isə məcburi məskunlaşma zonasında hər kvadrat
kilometrdə onlarla Küri ‐ dir. Bunları uran ‐ 238 və stronsium ‐ 90 üçün də söyləmək
olar. Faciədən bir il sonra 30 km ‐ lik kənarlaşma zonasında suyun tərkibində
281
stronsium ‐ 90 izotopunun həllolunabilən forması qeydə alındı. Bundan 2 il sonra isə
bu zonanın torpaq suyunda plutonium‐241 izotopunun həllolunabilən və kolloid
fraksiyaları aşkar edildi. Təəccüb doğuran odur ki, adı çəkilən fraksiyalar təbii şəraitdə
mövcud olmur. Belə çıxır ki, bunlar insanın əməli fəaliyyətinin məhsullarıdır.
Plutonium ‐ 241 yüksək toksiki xassəli elementdir və onun yarımparçalanma
peroidu 24 min il ‐dir. Amerika alimlərinin nəticələrinə əsasən bu elementin 10
‐4
q
‐ nın orqanizmə daxil olması ağ ciyər xərçənginin yaranmasına səbəb olur.
Elmi ictimaiyyəti indi daha çox Çernobıl qəzasının başqa bir fəlakətə ‐ yeni
uzunyaşama müddətli amerisium ‐ 241 izotopunun yaranmasına gətirib çıxarması
narahat edir. Tibbi göstəricilərinə əsasən bu izotop plutonium ‐ 239 izotopu ilə
müqayisədə dəfələrlə təhlükəlidir. Yarımparçalanma periodu 433 il olan bu
radionuklid, ilk dəfə olaraq, Çernobıl AES‐in yaxınlığındakı meşədə, demək olar ki,
bütün ağac növlərində (palıdda, şabalıdda, şamda, alma ağacında) aşkar edilmişdir.
Qəza nəticəsində Rusiya Federasiyasının Belqorod, Bryansk, Varonej, Kaluqa,
Kursk, Arlov, Leninqrad, Ryazan, Tambov, Tula, Penza, Smolensk, Ulyanovsk
vilayətlərinin əraziləri radionuklidlərlə bu və ya digər dərəcədə çirklənməyə məruz
qalmışdır. Belarusiya və Moldava Respublikalarının əraziləri də müəyyən dərəcədə
çirklənmişdir. Ümumilikdə götürdükdə çirklənmiş ərazilərdə bu gün 2.34 mln. insan
yaşayır.
Rusiya Federasiyasının radionuklidlərlə çirklənmiş ərazilərində yaşayan
insanların təxminən 70 % ‐nin həkim ‐ endokrinoloqların köməyinə ehtiyacı vardır.
Yaxın 5‐10 illər ərzində bu regionlarda qalxanvari vəzinin xərçənglə xəstələnmə
sayının, auotoimmun xəstəliyinin və s. artması gözlənilir.
1992 ‐ ci ilin başlanğıcında Rusiya Federasiyasının səhiyyə müəssisələrində
Çernobıl AES ‐ də qəza nəticəsində radiasiya təsirinə məruz qalmış 1 mln. 367 min
insan qeydə alınmışdır.
10.4.1. Çernobıl “sarkofaqı” bu gün.
Çernobıl AES ‐ də qəza nəticəsində
dağılmış dördüncü blok beton sarkofaqa salınmış və bu günəcən onun vəziyyətinə
minlərlə mütəxəssis nəzarət edir. Sarkofaqın divarlarının bir çox yerində fasiləsiz hava
nümunələri götürən və atmosferdə radioaktiv aerozolların miqdarını müəyyən edən
qurğular quraşdırılmışdır. Fasiləsiz kontrol ölçmələr sarkofaqın ərazisində havanın
çirklənməsinə nəzarət etməyə imkan verir.
Sarkofaqın daxilində baş verən prosesləri izləmək üçün İ.V.Kurçatov adına
Atom Enerjisi İnstitutunun Kompleks Ekspedisiyasının üzvləri onun müxtəlif yerlərində
çuxurlar açmış və həmin yerlərdə 100 müxtəlif datçik və videotexnika yerləşdirmişlər.
Bu günə qədər alınan nəticələr zəncirvari reaksiyanın olma ehtimalının sıfıra yaxın
olmasını göstərsə də, bəzi hallarda datçiklər neytronların sayının kəskin artmasını
göstərir. Qeyd edək ki, dediklərimiz bu günə olan məlumatlardır. Nəzərə alsaq ki,
sarkofaq altında 150 ton nüvə yanacağı yatır, onda yaxın gələcəkdə nələrin baş verə
biləcəyini heç cürə praqnozlaşdırmaq mümkün deyil. Əlavə olaraq, həm yerli, həm də
əcnəbi alimləri ən çox narahat edən qrunt sularının radioaktiv çirklənməyə məruz qala
Dostları ilə paylaş: |