286
“Malış” adlı atom bombası atılmışdır. Partlayış 576 m yüksəklikdə baş vermişdir.
Göbələk şəkilli ağ və qara tüstü buludu 15 ‐ 18 km yüksəkliyə qədər qalxmışdır. Bu
dəhşətli hadisəni 30 km məsafədən müşahidə edənlər onu Günəşdən yüz dəfə parlaq
şar kimi xatırlayırdılar. Bulud tozunun ümumi radioaktivliyi təxminən milyon ton
radiumun aktivliyinə bərabər idi. Radioaktiv tozun 99.9 % ‐ ni ölçüsü 1 ‐ 100 mkm
olan zərrəciklər təşkil edirdi. Bu da onların havada uzun müddət qalmasına və küləklər
vasitəsilə böyük məsafələrə yayılmasına səbəb oldu.
Naqasaki şəhərinə isə daha güclü “Tolstyak” adlandırılan plutonium bombası
atılmışdır. Bu bombanın dağıdıcı və çirkləndirici zonası bu səbəbdən daha böyük
olmuşdur. Partlayış zonasının bilavasitə üzərində (hiposentrdə) temperatur 3000‐
4000
o
C ‐ ə çatmış və bu zaman hiposentrin yaxınlığında olan bir çox insanlar həqiqi
mənada “buxarlanmışlar”.
Partlayışların hiposentrində sıxılma zonası adlanan zona yarandı ki, bu da,
zərbə dalğası şəklində 4.5 km/san (Xirosima) və 4.5 ‐ 6.7 km/san (Naqasaki) sürətlərlə
ətrafa yayılmağa başladı. Bu cür yayılmanın dağıdıcı təsiri qısa müddətdən sonara əks
dalğanın və heç də əvvəlkindən kiçik olmayan dağıdıcı təsiri ilə əvəz olundu. Əks
dalğanın yaranma səbəbi havanın böyük sürətlə vakuum əmələ gələn partlayış
zonasına qayıtması ilə bağlı idi. Partlayış nəticəsində Xirosima şəhərində 7 mln. ev
tamamilə dağıldı, 55 min ev isə yandı. Ümumilikdə binaların 90 % ‐ i yerlə yeksan
edildi.
Yanmayan və partlayış dalğası ilə məhv olmayanlar isə oksigen çatışmamazlığı
və külli miqdarda karbon qazı və dəm qazı yaranması səbəbindən məhv oldular.
Xirosima şəhərində partlayışdan 136 min sakin (ümumi əhalinin 53.3% ‐ i) zərər çəkdi.
Partlayışın birinci günü əhalinin 17.6 % ‐ i, ilk dörd ay ərzində isə zədə almışların
47.1 % ‐ i məhv oldu. Naqasakidə partlayışdan isə 640 min insan (şəhər sakinlərinin
36.8 % ‐ i ) zərər çəkdi və bunlardan 34.4 % ‐ i birinci gün, 60.9 % ‐ i isə ilk dörd ay
ərzində məhv oldular.
İlkin
ölümlərə
səbəb
mədə
‐
bağırsaq
traktının
zədələnməsi,
qanəmələgəlmənin ləngiməsi, əsasən də, qanda leykosit və trombositlərin azalması
oldu. Belə ki, leykositlərin sayının azalması orqanizmin müdafiə qüvvələrinin
zəifləməsinə, trombositlərin sayının azalması isə qanaxmaların və qansızmalarının
tezliyinin artmasına səbəb oldu.
Ölüm hallarının başlamasının ikinci periodu qanəmələgətirmə sistemində ağır
zədələnmələrin hesabına baş verdi. Bu hal şüalanmaya məruz qalmış insanlarda
qırmızı sümük iliyinin fəaliyyətinin, demək olar ki, dayanmasına və son nəticədə
leykosit və trombositlərin sayının kəskin aşağı düşməsinə səbəb oldu.
1945 ‐ 1985‐ci illər ərzində Yer kürəsində 1349 nüvə silahı sınaqdan
keçirilmişdir. Təkcə Fransa 1975 ‐ 1996‐cı illər ərzində Sakit okeanın cənub hissəsində
131 sınaq keçirmişdir. Rusiyanın atom silahları isə iki müxtəlif poliqonda
(“Semipalatinski” ‐də və “Yeni torpaq” adasında) sınaqdan keçirilmişdir. 1991 ‐ ci
ildən yeganə poliqon olan “Yeni torpaq” ‐ da sosial siyasi vəziyyətin pisləşməsi Rusiya
287
Prezidentinin 25 oktyabr 1991 ‐ ci il tarixində bu günə qədər də fəaliyyətdə olan və
nüvə silahlarının sınağına qadağa qoyan moratoriumun imzalamasına səbəb olmuşdur.
1949 – cu ildən 1960 ‐ cı ilə qədər “Semipalatinski” poliqonunda nüvə
silahlarının sınaqdan keçirilməsində Altay əyaləti əhalisi böyük zərər çəkmişdir. Belə ki,
əyalətin 1.5 mln ‐ dan çox əhalisi radioaktiv şüalanmanın təsirinə məruz qalmışdır.
1980 ‐ 1990‐cı illər ərzində əhalinin bədxasssəli şişlərlə xəstələnməsi hər yüz min əhali
üçün 276 ‐ dan 286 ‐ya qədər yüksəlmişdir. Bu müddət ərzində hipertonik, işemik
xəstəliklər 5 dəfə, bronx ‐ ciyər sistemi xəstəlikləri 3.5 dəfə, yara xəstəlikləri 3 dəfə
artmışdır. Bu proseslər nəticəsində anadangəlmə anomaliyalar və əhalinin ümumi
ölüm göstəriciləri də ~ 34% artmışdır.
10.6. Atom sualtı qayıqlarında qəzalar
7 aprel 1989 ‐ cu il tarixində Norveç dənizində “Komsomolets” Sovet sualtı
qayığı qəzaya uğradı. Bu faciəli hadisə uzun müddət dünya mətbuatının müzakirə
obyektinə çevrildi və bu günə qədər də bir məsələ mütəxəssisləri çox narahat edir.
Görəsən, baş vermiş qəza ətraf mühitin nə dərəcədə çirklənməsinə səbəb oldu?
Mütəxəssislərin hesablamalarına əsasən, qayığın titandan olan gövdəsinin artıq güclü
elektrokimyəvi korroziyası başlamışdır.
Adətən dəniz suyunda korroziya 5 il ərzində 1 mm ‐ ə qədər metalı “yeyə”
bilir, lakin “Komsomolets”də bu prosesin sürəti ildə 20 mm təşkil edir. Bu isə onu
göstərir ki, qayığın reaktorundan radionuklidlərin ilkin axını qəzadan 2 və ya 2.5 il
sonra başlamışdır. Həqiqətən də 1992 ‐ ci ildə sualtı aparatların köməyi ilə batmış
qayığın tədqiqi suda radioaktivliyin olmasını sübut etmişdir.
Yapon tədqiqatçıları 25 il əvvəl Sakit okeanda Amerika hərbiçilərinin itirdiyi
hidrogen bombasının izlərini müəyyən edə bilmişlər. Daha dəqiq desək, onlar dənizin
dibində bombanın tərkibində olan plutoniumu aşkar edə bilmişlər.
Təxminən həmin illərdə “Trişer” və “Skorpion” atom sualtı qayıqlarının batdığı
yerdə də radioaktivliyin yüksək olmasını qeydə alınmışdır.
“Soyuq müharibə” illərində keçmiş SSRİ ‐ də bütün dünyada ümumilikdə
düzəldilən qayıqlardan çox atom sualtı qayıqları düzəldilmişdir. Bu gün Rusiyada 215
nüvə reaktoru olan sualtı qayıq vardır ki, bunlardan da 101 ‐ nə hələ nüvə yanacağı
yüklənməyib. Bundan başqa, Rusiya şimalda nüvə reaktoru olan 8 suüstü hərbi
gəmiyə və 15 atom buzqıran gəmisinə malikdir.
Belə böyük atom arsenalı yaradılarkən, çox yəqin ki, heç fikirləşən də olmayıb
ki, görəsən istismar müddəti başa çatdıqdan sonra onların aqibəti necə olacaq? Onlar
necə utilizasiya ediləcək ? Radioaktiv tullantılar harada basdırılacaq?
Radioaktiv tullantıların okeanın dibinə atılması kimi əvvəllər praktikadan
keçmiş üsullar artıq mümkün deyil. Köhnəlmiş “ atomoxod ” ‐ ların kütləvi surətdə
sıradan çıxması bu problemi Rusiya üçün milli fəlakət səviyyəsinə qaldırmışdır.
Hərbi dəniz bazalarında öz “ölmək” növbəsini gözləyən atom su qayıqlarına
diqqət o dərəcədə aşağıdır ki, onlar istənilən an suyun dibinə gedə bilərlər və
Dostları ilə paylaş: |