282
bilməsi qorxusudur. Örtüyün germetikliyi də narahatlıq doğurur. Belə ki, sarkofaq
tələsik və müəyyən məsafədən idarə olunmaqla tikildiyindən bu gün onun üzərində
çoxlu deşik və çatlar əmələ gəlmişdir. Düzdür, alimlərin sarkofaqda qalan nüvə
yanacağının təhlükəsiz olması fikrini söyləmələrinə baxmayaraq, çat və deşiklərə
düşən suyun erroziya yarada bilməsi və bununla da uran birləşmələrinin
həllolunabilən komponentlərə çevrilə billməsinin mümkünlüyü gələcək təhlükədən
xəbər verir. Həmçinin də, qəza blokunun hər yerinə datçiklər yerləşdirmək mümkün
olmadığından sarkofaqın bəzi yerləri tədqiq olunmamış qalır.
Beləliklə bu gün Çernobıl sarkofaqı möhtəşəm bir abidədir. Elə bir abidə ki, o,
insanlara mikroaləm hadisələrinə “ağır çəkiclə” yanaşmağın mümkün olmadığını
xatırlatdı və göstərdi ki, idarə olunan zəncirvari nüvə reaksiyaları xidməti personaldan
yüksək dəqiqliyə malik əmək və texnoloji intizam tələb etməklə yanaşı, həm də AES ‐
lər üçün reaktorlar konstruksiya edən mütəxəssis və alimlərdən yüksək kompetentlik
tələb edir.
10.4.2. Çernobıldan yeni bir zərbə. Moskva alimləri hələ XX əsrin 60 ‐ cı
illərində radioaktiv şüalanmanın insanın ürək, qaraciyər və beynini zədələyə bilməsinə
dair fikir söyləmişdilər. Çernobıl AES ‐ də qəzanın nəticələrinin aradan qaldırılması ilə
məşğul olan işçilər (likvidatorlar) üzərində aparılan tədqiqatlar bu fikri sübut etdi.
Ukraynanın Sosial və Məhkəmə Psixiatriya Elmi Tədqiqat İnstitutunun əməkdaşları
həmçinin də göstərdilər ki, insan beyninin atrofiyasını əmələ gətirən minimal
şüalanmanın doza həddi hələ də məlum deyil. Belə ki, “Çernobıl ağıl zəifliyi” təkcə
likvidatorlarda deyil, həm də kənarlaşma zonasında olanlarda da müşahidə
olunmuşdur. Bu xəstəliyə təkcə böyüklər deyil, həm də qəzadan bir neçə il sonra
doğulmuş uşaqlar da düçar ola bilirlər.
1987 ‐ ci ildə likvidatorları müayinə edən psixiatorlar radiasiyanın beyin
neyronları üçün nə dərəcədə qorxulu olmasını heç fikirlərinə belə gətirmirdilər.
Çernobıl, qəzadan bir neçə il sonra likvidatorların ailəsində doğulmuş uşaqlara
da zərbə vurdu. Bu uşaqlar üçün psixi kənaraçıxmalarla yanaşı, öz intellektlərindən
istifadə edə bilməmək, yüksək qıcıqlanma və tutulma halları, kəskin baş ağrıları da
xarakterikdir. Hansısa səbəbdən bu uşaqlar öz valideynlərini (əsasən də, atalarını)
görmək istəmirlər. Bu uşaqlarda tez ‐ tez bir neçə saniyə davam edən tutulmalar baş
verir və onlar sonradan heç bir şey olmamış kimi oyunlarını davam etdirirlər. Beyin
epilepsiyasının bu əlamətlərinin təzahür mexanizmləri hələ də alimlərə məlum deyil.
10.4.3. “Ölü zonadan” xəbərlər. Çernobıl qəzasından daha çox zərər çəkmiş
və mütləq kənarlama zonasına daxil edilən ərazilərdən biri də “Poleski ekoloji
radiasiya qoruğu” ‐dur. Bu qoruq Belarusiya ilə sərhəddə yerləşir və buradan Çernobıl
sarkofaqını, fəaliyyətdə olan AES ‐ i və həyatsız, boş Pripyat evlərini adi gözlə belə
görmək mümkündür. Bu gün Çernobıl AES ‐ də radiasiya səviyyəsinin norma daxilində
(~ 20 mkR/saat) olmasına baxmayaraq, qoruğun yaxınlığında yerləşən və Çernobıldan
283
cəmisi 10 km məsafədə olan Masana kəndində isə cihazın göstərişi 1000 ‐ lik şkalanı
keçir. Qeyd edək ki, bu heç də qoruqda olan ən “çirkli” yer deyildir.
Hesab olunur ki, hər kvadrat kilometrdə 15 Ku ‐yə bərabər radiasiya səviyyəsi
həmin ərazidə insanın yaşamasını qeyri‐mümkün edir. Qoruğun ərazisi isə 15 ‐
1200 Ku/km
2
‐ ə bərabər radioaktivliklə xarakterizə olunur. Əlavə olaraq, bu, Xirosima
və Naqasaki şəhərlərinin əhalisinə zərbə vuran radiasiya deyil. Burada ‐ zəngin subasar
zəmilərdə, meşə massivlərində, atılmış kəndlərdə böyük miqdarda stronsium, sezium
və plutonium kimi böyükyaşama müddətli radionuklidlər toplanmışdır. Belə olan halda
buraya həyat yüz ildən, beş yüz ildən sonra deyil, ayrı‐ayrı ərazilərdə min ildən sonra
qayıda bilər.
Maraqlıdır ki, bunları vəhşi heyvanlara aid etmək olmur. Elmə, elm
adamlarına hörmətsizlik kimi səslənsə də, qeyd etmək lazımdır ki, radiasiya burada
vəhşi heyvanlar üçün rahat yaşamaq şəraiti yaratmışdır. İnsanın ərazini tərk etməsi
oraya vəhşi heyvanların qayıtmasına səbəb olmuşdur. Hətta 10, 100 il əvvəl ərazini
tərk etmiş vəhşilər geri qayıtmışlar. Məsələn, zubrlar (vəhşi buğalar), qara hacıleylək,
vaşaq, dəniz qartalları, həmçinin də, qabanlar, cüyür, sığın, maral kimi heyvanlar
ərazidə görünməyə başlamışlar. Ot basmış söyüdlük və qızılağac cəngəlliklərindən
müxtəlif quş səsləri eşidilməyə başlamışdır. Hətta bir dəfə zooloqları təəccübləndirən
hadisə də baş vermişdir. Quruya yüzlərlə nadir bataqlıq tısbağaları sürünüb çıxmışdır.
Quş və vəhşi heyvanların yerlərini dəyişdiyini nəzərə alsaq, onların “radiasiya
daşıyıcıları” olması fikrini söyləmək olar. Hətta ağırçəkili qaban belə gündə yüz
kilometrlərlə məsafə qət edə bilir. Deməli, əgər o, bu gün buradadırsa, sabah Qomel,
Minsk, Kiyev və yaxud da Smolensk yaxınlığında ovçu nişangahına tuş gələ bilər. Ovçu
isə, aydındır ki, bu vəhşidə radiasiyanın normadan 3000 dəfəyə qədər yüksək
olmasından xəbərsizdir.
“Şərti 30 km ‐ lik zonadan” kəndlərin sakinlərinin bir neçə gün ərzində
köçürülməsinə baxmayaraq, bir qrup insanlar (meyvə və göbələk yığanlar, ovçular,
balıqçılar və s.) geri döndülər. Bu günə qədər də, ciddi mübarizə aparılmasına
baxmayaraq, bu cür brakonyerlər seli azalmır.
Çernobıl faciəsi kimi, Poleski qoruğu da bənzərsizdir. Belə bir ərazi dünyanın
heç bir yerində yoxdur və inanırıq ki, heç bir zaman da olmayacaqdır. Elmi cəhətdən
qoruq ona görə böyük əhəmiyyət kəsb edir ki, orada da, təmiz ərazilərdəki kimi, rahat
yaşamaq, üzmək, gəzmək, doğulmaq və ölmək mümkündür.
10.4.4. Qəzanın min illiyə uzanan tibbi nəticələri. Çernobıl Xirosimadan sonra
ən böyük dünyavi nüvə faciəsidir. Bu faciənin tibbi nəticələri artıq görünməkdədir.
Məlumdur ki, Çernobılda partlayışdan ən çox zərər çəkənlər 30 km ‐ lik zonada və
çöküntü çox olan yerlərdə yaşayanlar, qəzanın nəticələrini aradan qaldıran
likvidatorlar və qəzanın nəticələrini öyrənən mütəxəssislər olmuşdur. Təbii ki, onlar
müəyyən şüalanma dozası almış insanlardır. Belə dozalar kəskin şüa xəstəliyi yarada
bilməsələr də, onlar hüceyrənin radiasiyaya daha çox həssas olan xromosomlarında
mutasiya yarada bilirlər. Mutasiyalar isə, öz növbəsində, canlı orqanizmin müxtəlif
Dostları ilə paylaş: |