288
bununla da yeni “ Çernobıl ” baş verə bilər. Məsələ burasındadır ki, bu gün Rusiya
həmin submarinləri parçalamaq üçün kifayət qədər istehsalat gücünə malik deyil. Ən
yaxşı halda Rusiyanın gəmiqayırma zavodları ildə 8 ‐ 10 belə qayığı ləğv edə bilər.
Deməli, növbəsini gözləyən 96 gəminin ləğvi üçün minumum 10 il tələb olunur.
Submarinlərin parçalanması üçün istehsalat gücünün çatışmaması yeganə
problem deyil. Bu sahədə daha bir ciddi maneə vardır. Həm sualtı, həm də suüstü
atom gəmilərinin fəaliyyətində istifadə olunan bərk və maye tullantıların şimaldan
daşınması üçün kifayət qədər imkanların olmaması problemi daha da dərinləşdirmişdir.
Bu gün Rusiyanın istifadəsində bu tullantıları “Çelyabinsk – 65” ‐ də yerləşən emal
zavoduna daşımaq üçün cəmisi iki qatar vardır və hər bir qatara yalnız bir nüvə
reaktorunun məhsulları yerləşə bilir.
Əsas problemlərdən biri də submarinin sonuncu bölünmə mərhələsində
ayrılan hissəsini (nüvə reaktoru daxil olan hissəni) harada saxlamaq problemidir.
Onların basdırılması üçün bu günə qədər layihədə nəzərdə tutulmuş nə Yeni torpaqda,
nə də Kolsk yarımadasının yeraltı qayalarında oyulub düzəldilmiş sualtı zavod‐
bazalarda yer yoxdur. Qeyd edək ki, qayalar içərisində yerləşən bu sualtı bazalar
strateji submarinlərin atom partlayışlarından qorunması məqsədi ilə düzəldilmişdir.
Ekspertlərin hesablamalarına əsasən bu bazaların nüvə qəbirstanlığına çevrilə bilməsi
üçün keçmiş SSRİ ‐ nin atom donanması yaratması üçün xərclədiyi qədər vəsait
lazımdır.
1955 ‐ ci ildən başlayaraq ABŞ, SSRİ, Fransa, İngiltərə və Çin, ümumilikdə, 420
‐ dən çox atom sualtı qayıq düzəltmişlər. Keçən müddət ərzində submarinlər
dəfələrlə təsadüfi toqquşmalar nəticəsində yük gəmilərini batırmış və su altında
böyük sürətlə bir‐birinə çırpılmışlar. Bu gün qəzalar nəticəsində batmış gəmilərdən ən
azı altısı dənizin dibində qalmışdır. Bütün bunlar, artıq qeyd etdiyimiz kimi, təsadüfi
halların, ekipaj kompotentsizliyinin və istehsalat çatışmamazlığının qurbanları
olmuşlar.
Atom sualtı qayıqlarını amerikalılar ruslardan əvvəl düzəltmişlər və ona görə
də ilk zərər çəkənlər də məhz onlar olmuşlar. Hələ “Nautilus”u suya salmamışdan
əvvəl onun reaktoru qayığın ekipajını öldürməyə başlamışdır. Sonradan yanğınlar,
partlayışlar, ekipajın şüalanmaya məruz qalması adi hala çevrilmişdir. “Sarqo” sualtı
qayığında
yanğını
söndürmək
üçün
amerikalılar
“atomoxod”u
batırmaq
məcburiyyətində qalmışlar.
1963 ‐ cü ildə Atlantik okeanda naməlum səbəbdən amerikanın 129 nəfərlik
ekipajı olan daha bir submarin (“Treşer”) qəzaya uğradı. 1968 ‐ ci ildə isə Azor
adalarının yaxınlığında “Skorpion” yoxa çıxdı. Onun qalıqları bir neçə aydan sonra
böyük dərinlikdən tapıldı. Fərziyyələrin birinə görə, gəminin kapitanı qəza
torpedasından qorunmaq üçün batma əmri vermiş və son nəticədə yenə də dərinlikdə
öz torpedasının qurbanına çevrilmişdir. Qəzada 99 nəfər heyət məhv olmuşdur.
Yenə də 1968 ‐ ci ildə Havay adaları rayonunda SSRİ ‐ nin nüvə başlıqlı üç
ballastik raketə malik “K – 129” adlı dizel qayığı qəzaya uğradı və 97 nəfər heyət
məhv oldu. 1970 ‐ ci ildə Biskay körfəzində “K ‐ 8” atom sualtı qayığında baş verən
289
yanğın nəticəsində 52 nəfərlik heyətlə birlikdə qayıq məhv oldu. 1986 ‐ cı ildə sirli
Bermud üçbucağında raketdaşıyıcı “K – 219” qayığı yoxa çıxdı. 1989 ‐ cu ildə 42 nəfər
heyəti olan “Komsomolets” məhv oldu. Bu siyahını kifayət qədər uzatmaq olar, çünki
belə qəzaların bəziləri haqqında, sadəcə olaraq, susmağı üstün tutmuşlar. Məsələn,
sualtı K ‐ 8 qayığının məhvi haqqında xəbər geniş ictimaiyyətə qəzadan 21 il
sonra çatmışdır. Uzun illər “K ‐ 19” ‐ un qəzası haqqında məlumatlar gizli
saxlanılmışdır.
Bu siyahıda dəhşətli qəzalardan sonuncusu 13 avqust 2000 ‐ ci ildə baş vermiş
“Kursk” atom sualtı qayığında baş verən qəzadır ki, bu qəza nəticəsində də submarin
Barents dənizinin 100 m dərinliyində torpağa çökdü. Nəticədə qayığın kapitanı ilə
birlikdə 108 dənizçi məhv oldu. Bu qəza Rusiya dəniz donanmasının ən faciəli və ən
müəmmalı qəzalarından biri idi. Bu qayıq böyük nüvə yanacağı ehtiyatı olan iki
reaktora malik idi.
10.7. Radioaktiv tullantıların basdırılması problemi.
Qalındivarlı qablarda yerləşdirilmiş radioaktiv tullantılar onlar üçün nəzərdə
yuyulmuş xüsusi yerlərdə ‐ “qəbiristanlıqda” basdırılır. Məsələ burasındadır ki, bu
formada tullantıların basdırılması onların yüz min illər təhlükəsiz saxlanılmasını təmin
etməlidir. Belə böyük müddət ərzində isə nələrin baş verəcəyini proqnozlaşdırmaq
belə mümkün deyil. Buna baxmayaraq, işlənmiş nüvə yanacağının basdırılma yerləri
elə olmalıdır ki, həmin ərazilərdə zəlzələ təhlükəsi, qrunt laylarının sürüşmə və
çatlama ehtimalları çox aşağı olsun. Həmçinin də, radioaktiv parçalanma saxlanılan
maddənin qızması ilə müşayiət olunduğundan, o, həm də soyudulmalıdır. Saxlanma
rejiminə düzgün riayət edilmədikdə radioaktiv maddənin həddən artıq qızması və
hətta onun partlayışı baş verə bilir.
Uzun yaşama müddətli izotoplara malik xüsusi təhlükəli radioaktiv tullantılar
qalındivarlı, yüksək möhkəmliyə malik qablarda yerləşdirilir və fərdi mühafizəyə malik
beton çəlləklərə qoyulur. Çəlləklər açıq havada saxlanılır və yaradılan təbii konveksiya
hesabına soyudulur. Tullantını bu formada 50 – 100 il ‐ə qədər saxlamaq
mümkündür ki, bu müddət ərzində də, həm radioaktivliyin səviyyəsi, həm də enerji
ayrılması gücü müntəzəm olaraq azalır.
Yerin səthində uzun müddətə saxlanılmaya daha çox üstünlük verilir. Belə ki,
bu halda təbii konveksiya hesabına soyutmanı və konteynerlərin vaxtaşırı
yoxlanılmasını təşkil etmək nisbətən asan olur. Belə saxlanılma o vaxta qədər davam
edir ki, enerji ayrılması gücü xüsusi soyutma tələb olunmayan səviyyəyə çatsın. Ondan
sonra isə radioaktiv tullantıların uzun müddətə basdırılması işləri həyata keçirilir.
İstifadə olunmasından və ya emal olunmasından asılı olmayaraq, yanacaq son
nəticədə okeanın dibində, qaya süxurlarında və yaxud da yeraltı duz laylarının
daxilində basdırılır.
Dostları ilə paylaş: |