Microsoft Word Rasional c?miyy?t? dogru doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə18/81
tarix19.11.2017
ölçüsü2,83 Kb.
#11179
1   ...   14   15   16   17   18   19   20   21   ...   81

 
52 
siyasətin nəticəsi olan rüşvət verməkdən, inflyasiyadan, qiymət 
artımından, məmurların zülmündən, işsizlikdən, müalicə üçün 
imkansızlıqdan, gənclərin keyfiyyətli təhsil (dünyada tanınan diplom 
və sertifikat) ala bilməməkdən, karyera qura bilməməkdən xilas 
etmir. Azərbaycan dövləti  mənəvi normalara əməl edərək qəbul 
etməlidir ki, istənilən  qədər prioritet olmayan və ya zəruri tikinti- 
təmir işləri, parklar, heykəllər, məktəblər və s. , insanların 45 
yaşından sonra işə götürülməkdən imtina edilməsinə, insanın tibbi 
yardım, müalicə, cərrahiyyə  əməliyyatı aparılmasından imkansızlıq 
ucbatından  kənarda qalmasına, rüşvət verməyə  məcbur edilməsinə 
əsas vermir. Nə qədər ki, belə insanlar var, habelə nə qədər ki, gündə 
ermənilər atəş açır, insanları öldürürlər, torpaqlar qəsb altındadır, 
dövlətin özü - özünü tərifləməyə  əsası yoxdur. Belə siyasət yaxşı 
hesab oluna bilməz.  Tikinti quruculuq işləri dövlətin yalnız bir 
funksiyasıdır, hansı ki onları etməyə borcludur. Onu etmirsə, onda 
dövlət nəyə lazımdır? Tikinti  quruculuq  dövlətin son məqsədi  ola 
bilməz. Təkcə bu, insanların yaxşı  həyatı üçün kifayət deyil. Lakin 
dövlətin digər funksiyaları da vardır ki, bu insanlara yaşamaq 
imkanları, asayiş, təhsil, səhiyyə, işləmək imkanı    və s . xidmətləri 
keyfiyyətlə yerinə yetirməkdir. Göstərilən çatışmazlıqları  ləğv 
etməkdir.           
Məhz bu nəticəni diqqətdə saxlayaraq dövlət etdiyini elə formada 
və keyfiyyətdə etməlidir ki, insan həyatı yaxşılaşsın, problemi həll 
olunsun. Lakin siyasət məhz insan  probleminin tam kompleks həlli 
məqsədini qarşısına qoymur və ona uyğun bütöv: strategiya, plan, 
fəaliyyət planlaşdırmır.  Məhz bunu etmək lazımdır.  Tək- tək edilən 
bir iş isə effekt vermir.    
Ölkədə ümumi və güclü xeyriyyə fondu yoxdur. Bəzi kiçik 
fondlar olsa da, onlar şəxsi fond olaraq çox zəifdir və  məqsədləri 
məhduddur. Ölkədə böyük miqdarda hədsiz varlıların meydana 
gəlməsi şəraitində  elmə, texnikaya, talanta, yaradıcılığa, habelə ağır 
vəziyyətə düşmüş insanlara kömək edəcək böyük bir müstəqil 
xeyriyyəçi fonda ehtiyac vardır.  Belə fondun yaradılmasında dini 
idarələrin, məçidlərin, varlıların aktiv iştirakı lazımdır. Təsəvvür edin 
ki, Avropa və amerikada minlərlə fondlar, belə xeyriyyə  işləri 
görürlər, lakin bizim ölkədə belə  şüur yetişməmişdir. Məhz  şəxsi 
davranış və nümunə göstərməklə belə şüurun yetişdirilməsi üzərində 
çalışmaq yaxşı olardı. Qoy, hər  şəxs və varlı insan qəbul etsin ki, 
Azərbaycan sərvətləri və insanlarının  əməyilə, istehlakçı kimi 
bazarlığı ilə yaradılmış, tolanmış pul və nemətlər yenə də bu xalqın 


 
53
ehtiyaclarına, gələcəyinin bazasının yaradılmasına sərf olunsun.  
Belə bir fikrin arxasında böyük əxlaqi normalar və  ədalət  prinsipi 
durur. Hədsiz miqdarda pul yığmaq və xudpəsəndlik və xəsislik, onu 
qoruyub saxlamaq heç vaxt  insanlara xeyir gətirməmişdir. Bir yol 
ilə  gələn pul, digər yol ilə  əldən çıxmışdır. Sovet dövründən yeni 
dövrə keçərkən bir çox insanların meşoklarla pulları  məhv oldu. 
Məsələn, tarixi məlumatlara görə 1918-ci ildə  və 1905 –ci ildə 
ermənilərin  azərbaycanlıları qırdığı zaman   onlar  milyonlarla qızıl 
pul, ziynət əşyaları ələ keçirmişdilər. Lakin həmin yurddaşlarımız və 
onların ağsaqqalları daha ağıllı olsaydılar, həmin vəsaiti  əvvəldən 
toplayıb silahlanaraq və  təşkil olunaraq özlərini müdafiə edə 
bilərdilər. Eyni davranış 1988-ci ildə  də  həm Ermənistanda, həm 
Azərbaycanda təkrar oldu.  
Dini idarə və məçidlərdə dini demokratiya xeyli zəifdir.  Bunun 
xeyli mənfi nəticələri vardır. Lazımdır ki, məçidlərdə yerləşmiş dini 
icmalar  yalnız özləri özlərinə ölkə üzrə dini nümayəndələr məclisi 
və  iki ildə bir dəfə seçilən baş ruhani  vəzifəsi və idarəsi təsis 
etsinlər.Baş ruhani olmaq üçün əxlaqi mənəvi normalar təyin 
etsinlər. Dinin dövlətdən tam ayrılması, lakin konstitusiyaya tabe 
edilməsi  və ciddi icra edilməsi lazımdır. Dövlətin özünün  məçidləri 
idarə edən dini  idarə yaradaraq onun  rəhbərliyinə təyinat verməsi də 
məntiqi deyildir. Bu hətta konstitusiyaya da ziddir. Dini nəzəriyyənin  
və  təliminin təkmilləşdirilməsi də  zəruridir.  Dini özünüidarə  və 
eynilə qeyri-dövlət və  həmkarlar təşkilatlarını  dövlətin zəruri 
maliyyələşdirməsi  daha yaxşı olardı. Çünki bu təşkilatlar xalq üçün 
onun hər hansı bir probleminin həlli, maariflənməsi, yaradıcılıqla 
məşqul olması, mədəniyyəti, məsləhət verməsi, əxlaqı üçün çalışırlar.  
Gördüyüm həyatı şüurumda yaratdığım və kitabda təsvir etdiyim 
nəzəri ağıllı - kamil həyatla - Rasional  cəmiyyətlə müqayisə etdikdə  
böyük təzadlarla, bəzən ağılla izah edilə bilməyən bir sıra  
gerçəkliklərlə qarşılaşıram. Biz hara gedirik, axırımız nə olacaq? 
Bizdən sonra gələnlərə, elə öz oğul - uşaqlarımıza hansı  həyat 
qalacaq?  Nə üçün 1993 - 2003 illərdə zavodları, fabrikləri bağlayıb 
camahatı bayıra atdılar? Indi belə rəsmi  izahatlar eşidirəm ki, guya 
Rusiya ilə əlaqələr qırılmışdı, ona görə bu müəsisələr dayandı. Lakin 
bu izahat gülünc və  səbəbi düz göstərməyən uydurulmuş izahatdır. 
Əlaqələr necə  qırılmışdı ki, müəyyən adamlar Rusiyadan tranzitlə 
İrana  metal, avadanlıq, taxta-şalban daşıyırdılar?  Rusiya ilə əlaqələr 
həlledici idisə, nə üçün biznes adamları,  şübhəsiz onların arxasında 
yüksək vəzifəli məmurlar dururdu, başqa ölkələrlə tez əlaqə quraraq 


 
54 
xarici mallarla ölkəni doldurdular. Demək, eyni qayda ilə  sənaye 
istehsalı (maşınqayırma, toxuculuq, yeyinti, ipək və s.) davam edə 
bilərdi.  Nə üçün o müəsisələri zorla məcburi guya özəlləşdirdilər?  
Bu lazım idimi? Əlbəttə xeyr. Özəlləşdirmə olmadan da müəsisələr 
işləyə bilərdi, necə ki neft şirkəti işləyir, habelə müxtəlif ölkələrdə 
ictimai müəsisələr çox yaxşı    işləyir. Özəlləşdirmə onların çoxunu 
məhv etdi. Nə üçün bizi zorla kapitalist- şəxsi mülkiyyət sisteminə 
keçirtdilər? Camahatı  işsiz,  nökər və xidmətçi, gələcəyə ümidsiz 
etdilər? Nə üçün kapitalizmə keçməklə yeni aztəminatlılar, kasıblar 
sinfi yaratdılar? Axı sovet ölkəsində kasıb yox idi. Bu suallara da 
cavab vermək lazımdır.      
Ölkə tarixinin təkəri görən nə vaxt bu xalq üçün yavaş 
fırlanmağa başladı?  Bu momenti tapmaq da böyük əmək tələb edir. 
Bizim  əsas dərdimiz nədir? Böyük ərazilər hissə - hissə burada 
yaşayan xalqın  əlindən çıxır, məsələn, son itgi - Qarabağın və 7 
rayonun Erməni  əlinə keçməsi niyə baş verdi? Bu o zaman baş 
verirdi ki, bütün məsul şəxslər- deputatlar, nazirlər,  ali rəhbərlər orta 
və kiçik məmurlar qeyri -rəsmi liderlər  özlərinin yaxşı, məharətlə 
idarə etdiklərini deyirdilər, düz etdiklərini düşünürdülər, xalqın 
dediklərini isə saya salmırdılar!  Xalqın gəliri ilə yaşayan filosoflar, 
alimlər, institutlar, dövlət tərəfindən adlar almış yazıçılar,  şairlər   
problemi həll etmək üçün səslərini çıxarmırdılar, bir yol 
göstərmirdilər (yəqin ki, dövlət onlardan soruşmurdu). Yalnız 
tənqidə üstünlük verirdilər, keçmiş sovet dövlətini, Moskva 
rəhbərliyini  pisləyirdilər, onlardan kömək istəyirdilər. Ermənilər isə 
hərəkət edirdilər, sovet rəhbərləri haqda heç düşünmürdülər. Nə 
qədər təzadlı, ağılın dayazlaşması olan bir dövr idi. 1905 və 1918 –ci 
ildə erməni qoşunları Azərbaycanı  az qalmışdılar, qırıb qurtarsınlar, 
Zəngəzur, Naxçıvan, Bakı,  Şamaxı, Quba qırğınlarını törətmişdilər. 
Lakin o zaman yaşamış milyonerlərin, hökumət üzvlərinin, 
deputatların  və cəmiyyətin ağıl və qabiliyyəti çatmamışdı ki , onlara  
vaxtında adekvat tədbirlər görsünlər, qoşun yaratsınlar, silah alsınlar, 
ölkəni qorusunlar.  1988 -93  illərdə də eyni hadisə baş verdi. Yenə 
də ağıl və qabiliyyət çatmadı, baxmayaraq ki, kifayət qədər varlılar, 
vəzifəlilər, pul,  texnika, döyüş sursatı  və rabitə vasitələri, tarixi 
biliklər, məsul filosof və alimlər, idarələr,  İİ dünya müharibəsi 
təcrübəsi   var idi. Onları birləşdirib ağılla yönəldən, ağıla, 
düşüncəyə, milli əxlaqa  əsaslanan bir adam və ya qrup tapılmadı. 
Ortaya çıxanlar bəzi hallarda varlılardan pul toplayaraq, yalnız 
hakimiyyəti  əlinə keçirməyi məqsəd seçdilər, vəziyyəti daha da 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə