Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə36/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   32   33   34   35   36   37   38   39   ...   148

_____________Milli Kitabxana_____________ 

 108


(ümumiləşdirici), ideallaşma və müxtəlif yerinə yetirmə (potensial yerinə yetirmə, 

potensial sonsuzluq, aktual sonsuzluq) mücərrədləşmələri. 

Riyaziyyatın tədrisi problemlərinin həllində, o cümlədən ümumiləşdirmənin 

lazımi səviyyədə aparılmasında mücərrədləşdirmənin göstərilən növləri mühüm 

yer tutur. Riyazi anlayışların, obyekt və münasibətlərin mücərrədlik mahiyyətinin 

şagirdlərə düzgün çatdırılması ümumiləşdirmənin ən güclü vasitəsidir. 

Bu və ya digər anlayışın məzmununu açmaq - onun mühüm əlamətlərini 

göstərmək deməkdir. Deməli, tərif – anlayışın məzmununu açmaq məqsədi ilə 

işlədilən məntiqi əməliyyatdır. Anlayışın həcmini açmaq məqsədi işlənən məntiqi 

əməliyyata isə bölgü deyilir. Bölgü biliklərimizi konkretləşdirir, nizama salır. 

Bölgü prosesində fikir ümumi biliklərdən xüsusiyə doğru gedir. 

Şagirdlərin riyazi qabiliyyətinin inkişafında, düzgün ümumiləşdirmə  və 

xüsusiləşdirmələr aparmalarında bölgü də tərif kimi böyük rol oynayır. 

Bəzən cins anlayışının bölünməsi nəticəsində əldə edilmiş növ anlayışları öz 

növbəsində, ardıcıl olaraq, iki sinfə (iki hədli bölgü və ya ənənəvi məntiq istilahı 

ilə “dixotomiya”) ayrılır. Məsələn,  ədəd anlayışının inkişafını  əks edən (onu 

aşağıdan yuxarıya oxusaq) aşağıdakı sxem buna misal ola bilər. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Kompleks ədəd 



Həqiqi

Xəyali 


Rasional 

İrrasional 

Tam 

      


Kəsr 

Mənfi olmayan tam 

Mənfi tam

Tam müsbət  

(natural) 

Sıfır



_____________Milli Kitabxana_____________ 

 109


Belə ardıcıl bölgü təsnifat adlanır. Təsnifat – hər hansı bir ümumi əlamət 

əsasında cisim və hadisələrin qruplar üzrə siniflərə, zümrələrə bölünməsidir. 

Təsnifatdan məqsəd riyazi biliklərin konkretləşdirilməsi, sistemləşdirilməsi 

və ümumiləşdirilməsidir. Bəzən anlayışın bölgüsü və təsnifatı eyniləşdirilir. [3]. 

Çoxbucaqlıların, çoxüzlülərin, ədədlərin, funksiyaların, cəbri ifadələrin və s. 

müxtəlif xassələr üzrə (“təsnifatın  əsası”) təsnifatı hazır  şəkildə deyil, müəllimin 

rəhbərliyi ilə  şagirdlər tərəfindən tərtib olunduqda, müvafiq ümumiləşdirmə 

qabiliyyətini onlarda inkişaf etdirmək, bu əməliyyatın səciyyəvi xüsusiyyətlərini 

anlatmaq olar. 

Riyazi anlayışların yaranmasında mühüm rol oynayan əsas məntiqi 

əməliyyatlar: 1) təhlil (analiz), 2) tərkib (sintez), 3) müqayisə, 4) mücərrədləşdirmə 

və 5) ümumiləşdirmədir. Riyazi anlayışlarında 1)-5) məntiqi əməliyyatların tətbiqi 

xüsusiyyətlərini bilmək ümumiləşdirmənin müvəffəqiyyətlə aparılması üçün 

zəruridir. Ümumiləşdirmədə isə anlayışlardan və digər təfəkkür əməliyyatlarından 

istifadə etmək lazım gəlir. Riyaziyyatın tədrisində ümumiləşdirmənin növləri də 

əsasən müxtəlif məntiqi  əməliyyatların tətbiqi və idrak prosesləri ilə  əlaqədar 

yaranır. 

2.5.2. Ümumiləşdirməyə  və anlayışa formal məntiq və psixoloji 

baxımdan yanaşma.  Hər iki elm sahəsində ümumiləşdirmə  və anlayışın  şərhi 

demək olar ki, eynidir. Ənənəvi formal məntiqin və psixologiyanın idrak əsası 

təfəkkürün empirik nəzəriyyəsi olmuşdur. Odur ki, ümumiləşdirmə  və anlayışın 

buna uyğun konsepsiyası yaranmışdır. Hazırda isə riyaziyyatın empirik təfəkkür 

səviyyəsində  tədrisi, o cümlədən bu səviyyədə ümumiləşdirmə kifayət deyildir. 

Orta məktəbin riyaziyyat proqramlarının və  təlim metodlarının bir sıra səciyyəvi 

xüsusiyyətləri ümumiləşdirmə və anlayışlara bu cəhətdən yanaşmaqla əlaqədardır. 

Təfəkkürün empirik nəzəriyyəsinin məktəb formal məntiqinə, ənənəvi psixologiya 

və didaktikaya təsiri indi də qalmaqdadır. Bunun obyektiv səbəbləri vardır. Son 

vaxtlara qədər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin əksəriyyətində pedaqoq və 

psixoloqlar  əsasən diqqətlərini ibtidai məktəbdə  təlimin necə qurulmasına 

yönəltmişlər. Başlıca məqsəd uşaqlara  ən sadə oxu, yazı, hesablama vərdişləri 




_____________Milli Kitabxana_____________ 

 110


vermək,  ətraf mühitə aid təsəvvürləri genişləndirmək olmuşdur. Bu təhsilin 

məqsədi çox empirik və  əməli xarakterdə idi. Real təhsil prosesində, xüsusən 

ibtidai məktəb çərçivəsində,  əlbəttə,  şagirdlərdə lazımi nəzəri təfəkkürün tərbiyə 

edilməsindən ibarət mürəkkəb məsələ qoyulmuşdur. Lakin bu məsələ çox vaxt 

yerinə yetirilməmişdir. Riyaziyyatın tədrisində ümumiləşdirməni və anlayışların 

öyrənilməsi metodikasını  ənənəvi formal məntiq səviyyəsində deyil müasir 

məntiqin tələbləri əsasında qurmaq lazımdır. Bir çox mütəxəssislər belə hesab edir 

ki, müasir formal məntiq – bu riyazi məntiqdir. Riyazi məntiq formal məntiqin 

müasir inkişaf mərhələsi hesab edilir. Formal məntiqin mərkəzi məsələsi nəticə 

biliyi (əqli nəticə) nəzəriyyəsidir. Onun mövzusu bir hökmün, əvvəllər eyniyyət, 

ziddiyyət (ziddiyyətsizlik), üçüncünü istisna və kafi əsas qanunları üzrə müəyyən 

edilmiş, digər hökmdən alınması qaydasını  və formalarını aydınlaşdırmaqdır. 

Formal məntiqin inkişafının mühüm mərhələsi yeni tədqiqat metodlarının tətbiqi 

və isbatların öyrənilməsi formalarının genişləndirilməsidir. Bu isə  fənlər və 

metodlar üzrə riyazi məntiqin yaranmasını göstərir. Onun qeyri-riyazi məntiqlər-

dən  əsas fərqi, həmişə hesablama (formallaşdırılmış) metodlarının tətbiq edilmə-

sindən ibarətdir. Müasir formal məntiq olmaq etibarı ilə, formal nəticə nəzəriyyəsi 

kimi, riyazi məntiqin mühüm məsələsi aksiomatik qurulmuş hesablamaların 

ziddiyyətsizliyini müəyyən etməkdən ibarətdir. 

Riyaziyyatın tədrisində ümumiləşdirmə, mücərrədləşdirmə  və anlayışların 

mənimsənilməsi metodikasını düzgün qurmaq üçün ənənəvi və müasir formal 

məntiqin səciyyəvi xüsusiyyətlərinə diqqət vermək zəruridir. Habelə  ənənəvi 

pedaqoji psixologiyanın və formal məntiqin qnesoloji əsası olan təfəkkürün 

empirik nəzəriyyəsinə  tənqidi yanaşmaq lazım gəlir. Göründüyü kimi anlayış 

məntiq elminin əsas kateqoriyalarından biridir və öz növbəsində müəyyən mənada 

ümumiləşdirmədir. Obyektiv varlıq kimi ümumi və xüsusi anlayışlar da dialektik 

vəhdət təşkil edir. Anlayışların şüurlu mənimsənilməsi üçün obyekt və münasibət-

lərdəki həm oxşar, ümumi və  həm də  fərq  əlamətlərini dərk etmək zəruridir. 

Obyekt və münasibətlərdə oxşar, ümumi və fərq əlamətlərinin varlığı, bu əlamət-

lərin anlayışlarda  əks olunması, onların anlayış üzərində aparılan bütün məntiqi 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə