Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə41/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   37   38   39   40   41   42   43   44   ...   148

_____________Milli Kitabxana_____________ 

 121


Odur ki, tədris prosesində bu xüsusiyyət lazımi səviyyədə nəzərə alınmalıdır. Onu 

da xüsusi qeyd edək ki, riyaziyyat bütün elm sahələrinin nəzəri əsası olduğu kimi, 

ümumiləşdirmə  və xüsusiləşdirmə  məntiqi  əməliyyatlarının da nəzəri  əsasıdır. 

Xüsusən, çoxluqlar və onlar üzərində əməllər, ümumiləşdirmə və xüsusiləşdirmə-

nin şagirdlərə öyrədilməsində geniş imkanlar yaradır.  

 

2.7. Riyaziyyatın təlimi prosesində şagirdlərdə təfəkkürün inkişafı onlarda 

ümumiləşdirmə qabiliyyətinin yüksəldilməsi kimi  

 

2.7.1.  İdrak, hər şeydən əvvəl, təfəkkürün və onu ifadə edən nitqin inkişafı 

ilə  əlaqədardır. Riyaziyyat dərslərində  şagirdlərin nitqinin və  təfəkkürün inkişafı 

qayğısına qalmaq xüsusi vacib məsələdir. Bu da eyni zamanda onların ümumiləş-

dirmə qabiliyyətini yüksəltməkdir. Təfəkkürün inkişaf etdirilməsi prosesləri istər 

təcrübədə toplanmış materialın (faktların, əlaqələrin, asılılıqların) dərk edilməsində

istərsə  hələ  həyatda təsadüf edilməyən nə isə yeni bir şey yaratmaq imkanı  və 

səyləri ilə fikrin hərəkətini qidalandıran təxəyyül və fantaziyanın inkişafı prosesləri 

ilə çulğalaşır. “Təfəkkür yeni, mühüm əlamət, xassə  və qanunauyğunluqların 

axtarılmasına və  kəşf edilməsinə yönəlmiş, sosial cəhətdən  şərtlənmiş, nitq ilə 

ayrılmaz surətdə bağlı psixi prosesdir, gerçəkliyin təhlili və tərkibi gedişində onun 

vasitəli və ümumiləşmiş inikası prosesidir. Təfəkkür insanın  əməli fəaliyyəti 

əsasında hissi idrak vasitəsilə yaranır və onun sərhədlərindən çox-çox kənara çıxır” 

[49, Səh 330]. Tərifdən göründüyü kimi təfəkkür insan şüurunda əks olunan obyekt 

və münasibətlərin müəyyən cəhət və xassələrinin ayrılması, yeni bilik almaq 

məqsədilə onları bir-biri ilə müəyyən münasibətdə qoymaqdan ibarətdir. 

2.7.2. İdrak fəaliyyəti duyğu və qavrayışdan başlayaraq, sonradan təfəkkürə 

keçir. Lakin hər bir, hətta  ən yüksək inkişaf etmiş  təfəkkürdə hissi idrakla, yəni 

duyğu, qavrayış  və  təsəvvürlə  həmişə  sıx qarşılıqlı  əlaqə saxlayır. Fikri fəaliyyət 

ona lazım olan bütün materialı yalnız bir mənbədən – hissi idrakdan alır. Duyğular 

və qavrayış vasitəsilə xarici aləmlə bilavasitə bağlı olan təfəkkür onun inkişafından 

ibarətdir. Təfəkkür xarici aləmin elə hadisələrini, onların elə xassə və münasibət-




_____________Milli Kitabxana_____________ 

 122


lərini əks edir ki, onlar qavrayışda yoxdur və ona görə də, ümumiyyətlə bilavasitə 

müşahidə oluna bilməz. Təfəkkür, hissi idrakın kifayət etmədiyi və ya hətta gücsüz 

olduğu yerdən başlayır. İnsan təfəkkürü dillə, nitqlə ayrılmaz surətdə bağlıdır. O, 

zəruri olaraq söz formasında mövcuddur (anlayış, hökm, əqli nəticə).  İnsan 

təfəkkürü idrak nəzəriyyəsinin son dərəcədə ümumi prinsipləri əsasında iki xüsusi, 

bir-birini qarşılıqlı surətdə tamamlayan elm – məntiq və psixologiya tərəfindən 

öyrənilir. Məntiqin predmeti təfəkkür prosesində əmələ gələn dərketmə nəticələri, 

məhsulları arasında olan qarşılıqlı münasibətlərdir. Psixologiya isə  məntiqi 

tələbləri ödəyən dərketmə  nəticələrinə  gətirib çıxaran təfəkkür prosesi cərəyanın 

qanunauyğunluqlarını öyrənir. Həm məntiq, həm də psixologiya eyni idrak fəaliy-

yətini müxtəlif tərəflərdən öyrənir. Məntiq  əsasən təfəkkürün nəticəsini 

(təfəkkürün məhsulları olan anlayışları, hökmləri,  əqli nəticələri), psixologiya isə 

təfəkkürün özünü bir proses kimi tədqiq edir. 

a) verilmiş nöqtədən bərabər məsafədə olan bütün nöqtələrdən ibarət fiqura 

çevrə deyilir; b) Bir nöqtədən çıxan iki şüadan ibarət olan fiqura bucaq deyilir. 

a) və b) –də uyğun olaraq çevrəyə  və bucağa aid olan mühüm əlamətlər 

göstərilmişdir. Bunlar riyazi anlayışlardır. Anlayışların məzmunu həmişə sözlü 

formada şifahi və ya yazılı, ucadan və öz-özünə nitqlə ifadə olunan hökmlər vasi-

təsilə reallaşır. Hökm – gerçəkliyin cisim və hadisələrinin, obyekt və münasibət-

lərin, onların xassə  və  əlamətlərinin arasında olan əlaqələrin inikasıdır. Məsələn, 

“Üçbucağın daxili bucaqlarının cəmi 180

0

-dir” haqqında verilən hökm üçbucağın 



daxili bucaqları arasındakı  əlaqəni ifadə edir. Beləliklə, hökmlər anlayışlar 

arasında mövcud olan müxtəlif  əlaqə  və münasibətləri müəyyən edir. Hökm nə 

haqqında, nəyin barəsində isə söylənilmiş bir mülahizədir. Hökmlər varlığın cisim 

və hadisələri, obyekt və münasibətləri arasında olan müəyyən münasibətləri ya 

iqrar, ya da inkar edir. Obyektiv varlığı əks etdirmə xüsusiyyətlərindən asılı olaraq, 

hökmlər həqiqi və yalnış (doğru və yalan) ola bilər. Doğru hökmlər obyekt və onun 

xassələri arasında həqiqətən əlaqəni ifadə edir. Məsələn, “İki tək ədədin cəmi cüt 

ədəddir” mülahizəsi doğru hökmdür. Yalan hökm isə  əksinə, obyektiv hadisələr 




_____________Milli Kitabxana_____________ 

 123


arasında həqiqətən mövcud olmayan əlaqəni ifadə edir. Məsələn, “Sonu sıfırla 

qurtaran ədədlər 5-ə bölünmür” yalan mülahizədir. 

Hökmlər ümumi, xüsusi və  fərdi olur. Ümumi hökmlərdə müəyyən qrupa, 

sinfə aid bütün obyektlər haqqında nə isə iqrar (və ya inkar) edilir. Məsələn, 

“Bütün cüt ədədlər 2-yə bölünür”. Xüsusi hökmlərdə iqrar və inkar obyektlərin 

hamısına deyil, yalnız bəzilərinə (“Bəzi cüt ədədlər 2-yə bölünür”) fərdi hökmlərdə 

isə yalnız bir obyektə (“6 - 2-yə bölünür”) aiddir.  

Hökmlər iki əsas üsulla: 1) vasitəsiz sürətlə hökm bilavasitə qavranılan şeyi 

ifadə etdikdə, 2) vasitəli sürətdə - əqli nəticələr və müşahidələr yolu ilə əmələ gəlir. 

Birinci halda biz, məsələn, prizmanın modelini görür və “Bu fiqur prizmadır” 

deyirik.  İkinci halda isə hökmlər vasitəsilə bir neçə hökmdən yeni hökm və ya 

hökmlər çıxarırıq. 

Məsələn, a) 

b

a

=

 və 



c

b

=

 isə onda 



c

a

=

, b) 



A

a

 və 



B

A

 isə onda 



B

a

 



cümlələri əqli nəticədir. Təfəkkürün belə əqli nəticə çıxarma, mühakimə yürütmə 

fəaliyyətində onun vasitəli xarakteri çox aydın  şəkildə  təzahür edir. Əqli nəticə, 

mühakimə gerçəkliyin vasitəli dərk edilməsinin  əsas formasıdır. Məsələn, sonu 

sıfırla qurtaran bütün ədədlərin 5-ə bölündüyü (birinci hökm) məlumdursa və 



a

 da 


sonu sıfırla qurtaran ədəddirsə (ikinci hökm), o zaman birbaşa 

a

 nın da 5-ə 

bölündüyü barədə  əqli nəticə  çıxarmaq olar (üçüncü hökm əvvəlki iki hökmdən 

çıxarılır). Bu nəticəni artıq bilavasitə  təcrübi, empirik yolla xüsusi yoxlamağa 

ehtiyac yoxdur. Əqli nəticənin iki əsas növü ayırd edilir: 1) İnduktiv (induksiya) və 

2) Deduktiv (deduksiya) 

İnduksiya xüsusi hallardan, misallardan və s. dən (yəni xüsusi hökmlərdən) 

ümumi müddəaya (ümumi hökmə) doğru çıxarılan əqli nəticədir. Məsələn, 2; 4; 6; 

8;...  ədədlərinin 2-yə bölündüyü sübut olunduqdan sonra, bütün bu xüsusi, ayrı-

ayrı və tək faktları bir ümumi hökm vasitəsilə ümumiləşdirmək mümkün olmuşdur. 

“Bütün cüt ədədlər 2-yə bölünür”. Deduksiya isə əksinə, ümumi (hökmdən) xüsusi 

hala, fakta, misala, hadisəyə doğru çıxarılan əqli nəticədir. Deduktiv əqli nəticənin 

ən yayılmış formalarından biri sillogizmdir. “Bütün fiqurlar nöqtələr çoxluğundan 

ibarətdir”. Üçbucaq fiqurdur. Deməli üçbucaq nöqtələr çoxluğudur. Belə sillogistik 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə