Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə42/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   38   39   40   41   42   43   44   45   ...   148

_____________Milli Kitabxana_____________ 

 124


deduktiv düstur vasitəsilə iki (ümumi və xüsusi) hökmdən üçbucağın da nöqtələr 

çoxluğu olması haqqında hökm çıxarılır. 



2.7.3.  Təfəkkürü psixoloji cəhətdən bir proses kimi tədqiq etmək idrakın 

nəticələrinin gizli, daxili səbəblərini öyrənmək deməkdir. Məsələn, aşağıdakı 

faktlar təfəkkürün belə  nəticələrindən, məhsullarından hesab edilə bilər.  Şagird 

məsələni həll etdi, ya yox? O, müəyyən bilikləri, əməliyyat üsullarını mənimsədi 

ya mənimsəmədi? Onda məsələnin həllinə dair fikir, plan, ehtimal yarandı ya yox? 

Onda yeni anlayış təşəkkül etdimi? və s.  

Psixologiya bütün bu zahiri faktların arasında gizlənən və onların yaranma-

sına səbəb olan daxili təfəkkür prosesini aydınlaşdırmağa çalışır. Bu işdə psixolo-

giya elmi determinizm (hadisənin səbəblə  şərtləndirilməsi prinsipi) prinsipinə 

istinad edir. Bu prinsip xarici səbəblərin daxili şərait vasitəsilə təsir etdiyini qəbul 

edir. Başqa sözlə, məsələn hər bir pedaqoji tədbir insana birbaşa və bilavasitə deyil, 

vasitəli yolla şəxsin psixi halından, onun hissələrindən, fikirlərindən və s. asılı 

olaraq təsir edir. Müəllim  şagirdlərə müstəqil olaraq sinifdə  həll etmək üçün bir 

məsələ tapşırmışdır. Təfəkkür prosesinin müəyyən mərhələsində  məsələnin 

həllində lazım olan teorem onlara xatırladılır. Lakin kənardan edilən bu kömək, hər 

bir  şagirdə onun məsələ üzərində düşünmə prosesində  nə  dərəcədə irəliləyə 

bilməsindən, yəni onun təfəkkürünün daxili şəraitindən asılı olaraq, eyni deyil

müxtəlif  şəkildə  təsir edir. Şagird məsələnin həllində  nə  qədər tez irəliləyib, onu 

dərindən dərk edirsə, kənardan alınan kömək üçün bir o qədər  əlverişli zəmin 

hazırlanır ki, bu məlumatı  qəbul etmək üçün daxili şərait bir o qədər tez dəyişir. 

Əksinə, həmin məsələni nə qədər az başa düşürsə, o, bu kənar məlumatdan istifadə 

etməkdə, məsələnin həllini müvəffəqiyyətlə başa çatdırmaqda bir o qədər çətinlik 

çəkir. 

2.7.4. Təfəkkür prosesi hər şeydən əvvəl analiz, sintez və ümumiləşdirmədir. 

Analiz obyektin bu və ya digər cəhətlərini, ünsürlərini, xassələrini, münasibətlərini 

və s. ayırmaq, öyrənmək, dərk edilən obyekti onun müxtəlif komponentlərinə 

ayırmaqdır. Hər hansı bir obyektin və münasibətin analizi zamanı onların ən vacib, 

əhəmiyyətli, mühüm, maraqlı xassələri daha qüvvətli qıcıqlandırıcı olduğundan ön 



_____________Milli Kitabxana_____________ 

 125


plana keçir. Belə qıcıqlandırıcılar fəal oyanma prosesi əmələ gətirərək, fizioloji in-

duksiya qanununa əsasən həmin obyektin zəif qıcıqlandırıcı olan başqa xassələri-

nin seçilməsinə mane olur. Beləliklə, bir psixi proses kimi analizin fizioloji əsasını 

baş beynin ali şöbələrində gedən oyanma və ləngimənin müəyyən qarşılıqlı nisbəti 

təşkil edir. Sintez zamanı  dərk olunan obyektin ayrılmış hissələri birləşdirilib 

müqayisə olunur. Riyaziyyatın tədrisində analiz və sintez haqqında daha ətraflı 

məlumatı [26

9

] –dan almaq olar. Analiz və sintezin birliyi təfəkkür prosesi olan 



müqayisədə çox aydın şəkildə təzahür edir. İki və ya bir neçə obyektin müqayisəsi 

onların bir-biri ilə tutuşdurulmasından, qarşılaşdırılmasından başlayır. 

Ümumiləşdirmə zamanı müqayisə olunan obyektlərin ümumi cəhətləri ayırd 

edilir. Müxtəlif obyektlər üçün ümumi olan bu xassələr iki növə bölünür: 1) ümumi 

oxşar əlamətlər; 2) ümumi mühüm əlamətlər. Məsələn, ən müxtəlif dördbucaqlılar 

arasında ümumi əlamətlər tapmaq mümkündür. Təpə nöqtələrinin sayına görə 

kvadratı, rombu, düzbucaqlını, trapesiyanı, paraleloqramı bir qrup, bir sinif 

daxilində birləşdirmək olar. Lakin onların arasındakı bu oxşarlıq (ümumilik) heç 

də adları  çəkilən dördbucaqlıların həqiqətən mühüm xassələrini ifadə etmir. 

Burada oxşarlıq yalnız onların təmiz xarici, olduqca ümumi, ikinci dərəcəli 

əlamətlərinə aiddir. Obyektlərin, xüsusi halda dördbucaqlıların, belə  səthi, dayaz 

təhlili nəticəsində aparılan ümumiləşdirmələrin əhəmiyyəti, qiyməti də çox deyil, 

həm də onlar daim səhvlərə  səbəb olur. Deməli, hər bir mühüm xassə eyni 

zamanda müəyyən bir qrupdan olan eyni cinsli obyektlərin ümumi xassəsidir. 

Əksinə, hər bir ümumi (oxşar) xassə bu qrupun obyektləri üçün mühüm xassə ola 

bilməz. Mühüm ümumi əlamətlər dərin analiz və sintez zamanı  və onun 

nəticəsində ayırd edilir. Analiz, sintez və ümumiləşdirmənin qanunauyğunluqları 

təfəkkürün  əsas, daxili spesifik qanunauyğunluqlarını  təşkil edir. Təfəkkür 

fəaliyyətinin bütün xarici təzahürlərini yalnız onların  əsasında izah etmək 

mümkündür. Fərz edək ki, şagird müəyyən məsələni həll etmiş və ya hər hansı bir 

teoremi mənimsəmişdir. Müəllimin müşahidəsi göstərir ki, məsələnin məzmununu, 

çertyoju və s. bir qədər öz şəklini dəyişdirdikdə  şagird həmin tanış  həldən yeni 

şəraitdə istifadə edə bilmir, teoremi yeni tipli məsələlərin həllinə  tətbiq etməkdə 



_____________Milli Kitabxana_____________ 

 126


çətinlik çəkir. Biliklərin bir şəraitdən digərinə keçirilib – keçirilməməsinin 

mümkün səbəblərindən biri, ilk növbədə, məsələnin şərtinin dəyişdirilməsidir. Eyni 

teorem  əsasında həll olunan məsələlərin  şərtləri köklü surətdə  dəyişdirilərsə, o 

zaman bir məsələnin həllində tətbiq olunan üsul başqa məsələlərin həllinə də şamil 

edilir.  Əksinə, belə  dəyişiklik olmadan biliklərin köçürülməsi mümkün deyildir. 

Belə  təsəvvür yaranır ki, biliklərin köçürülməsi bilavasitə  məsələlərin  şərtlərinin 

dəyişdirilməsindən asılıdır. Lakin, bu zahirən müşahidə olunan faktın 

(köçürülmənin) hələ kifayət olmayan, çox səthi və qeyri-psixoloji izahıdır. Əslində 

isə  şagirdə verilən məsələnin  şərtini (çertyojun, məzmunu və s.) şagird deyil, 

müəllim dəyişdirmişdir. Deməli, bu əməliyyatı yerinə yetirən  şagird yox, 

müəllimdir. Biliklərin köçürülməsini bilavasitə  şərtlərin dəyişdirilməsi ilə 

bağlamaq xarici, pedaqoji təsiri (müəllim tərəfindən məsələnin  şərtlərinin 

dəyişdirilməsi)  şagirdin təfəkkür fəaliyyətinin bilavasitə  nəticəsi ilə, yəni zahiri 

köçürülmə  və ya köçürülməmə faktı ilə bağlamaq deməkdir.  Şagirdi bu zahiri 

nəticəyə  gətirib çıxaran təfəkkür prosesinin özüdür. Onun fəaliyyətinin daxili 

spesifik qanunauyğunluqları haqqında isə burada fikir söyləmək mümkün deyil. 

Onun təfəkkürünün daxili şəraitinin xarici pedaqoji təsiri necə  şərtləndirdiyi də 

buradan məlum deyil. Belə olduqda şagirdin məqsədəuyğun təlimi mümkün olmur, 

onun təfəkkürünün formalaşması da mümkün olmur. Əslində isə  məsələnin 

şərtlərinin dəyişdirilməsi, psixoloji baxımdan,  şagirdin təfəkkür fəaliyyəti üçün 

əlverişli ilkin şərtlərin yarandığını göstərir.  Şərtlərin dəyişdirilməsi  şagirdin 

verilmiş  məsələni təhlil etməsinə, onun ən mühüm komponentlərinin ayrılmasına 

və onları ümumiləşdirməsinə kömək edir. Müxtəlif məsələlərin mühüm şərtlərini 

ayırıb ümumiləşdirdikcə, o biri məsələnin həllinin həmin məsələyə çox oxşar olan 

başqa məsələyə də köçürür. Beləliklə, “dəyişdirmə-köçürmənin” zahiri asılılığının 

arxasınca psixoloji cəhətdən aşkar edilən, daxili asılılıq olan “təhlil-

ümumiləşdirmə” meydana çıxır. Məlum olur ki, zahirən müşahidə edilən nəticə 

(köçürmə)  şagirdin daxili təfəkkür prosesinin qanunauyğun nəticəsidir. Bir 

məsələnin həlli qaydalarını başqasına köçürmək üçün onların arasında olan ən 

ümumi cəhətləri tapmaq lazımdır. Hər iki məsələnin təhlili  əsasında həllin bu 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə