Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə45/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   41   42   43   44   45   46   47   48   ...   148

_____________Milli Kitabxana_____________ 

 133


ümumi ilə  nəzəri təfəkkürün  əsasını  təşkil edən  əsl ümuminin fərqini üçbucaq 

anlayışı üzərində çox gözəl izah edir. O, yazır: “Beləliklə bir tərəfdən üçbucaq 

kvadratla, beşbucaqlı ilə yanaşı durur, digər tərəfdən isə - bununla Aristotelin 

böyük fikri söylənilir – o əsl ümumi fiqurdur” [92, səh 284]. Buradan nə üçün 

Hegelin üçbucağı  həndəsənin öyrənilməsinin başlanğıcında verilən fiqurlara aid 

etməsi də aydın olur. Üçbucaq elə sadə fiqurdur ki, başqalarını ona gətirmək və 

ondan almaq olar. Beləliklə, Hegel öz dövründə pedaqogikada hökm sürən dar 

sensualizm və empirizmin əksinə olaraq belə nöqteyi nəzəri inkişaf etdirmişdir ki, 

dərk etmə  təfəkkürünün formalaşdırılmasına yönəlmiş  təlimin  əsasında  əsl 

mücərrədləşdirmə və həqiqi ümumi qoyulmalıdır (hissi konkret və formal ümumi 

yox). 

Riyaziyyatın məktəbdə  nəzəri ümumiləşmələr və anlayışların yaranması 



əsasında müvəffəqiyyətlə öyrənilməsi üçün bağça yaşlı  uşaqlarda, hesab 

məsələlərinin həlli zamanı,  əqli fəaliyyətin quruluşunu və inkişafını müfəssəl 

öyrənmək lazımdır. 

Psixologiya elminə görə ümumiləşdirmənin arxasında xüsusi fəaliyyətlər 

durur ki, bunların vasitəsilə fikrin bir məzmundan digərinə köçürülməsi, keçməsi 

hərəkəti yerinə yetirilir. Yalnız bir anlayışın digərinə keçməsi ilə, onlar birlikdə 

həqiqətin dərk olunmasına gətirə bilər. Beləliklə,  şagirdlərdə riyazi anlayışları 

formalaşdırmaq üçün onlarda uyğun fəaliyyət tapmaq və qurmaq lazımdır. 

Pedaqoji – psixologiya üzrə  bəzi tədqiqatlarda tədris materialının 

mənimsənilməsinin, ümumiləşdirmə növlərindən asılı olaraq, səmərəliliyi 

öyrənilir. Məsələn [147] –də  həndəsə  məsələlərinin həllinin öyrənilməsi iki 

metodla aparılır. Birinci halda şagirdlər konkret şərtləri və  bəzi riyazi 

münasibətlərin ifadə forması  dəyişdirilən ayrı-ayrı  məsələləri həll edirlər. Bu 

məsələlərin həlli üsullarının əsasında duran ümumiləşdirmə, həmişə kifayət qədər 

tamlıq və mütəhərriklik olmadan, yavaş və tədricən formalaşdırılır. İkinci metodda 

şagirdlər xüsusi məsələnin modelinin analizi yolu ilə əvvəlcə onun həlli üsulunun 

ümumi strukturunu aydınlaşdırırlar, sonra isə onu tez və düzgün ayrı-ayrı 

məsələlərə tətbiq edirlər.  




_____________Milli Kitabxana_____________ 

 134


Təcrübə göstərir ki, riyaziyyata qabiliyyəti olan şagirdlərdə ümumiləşdirmə 

birinci çalışmada, mənimsəmənin  əvvəlində baş verir. Ümumi şəkilə köçürmə 

sanki ümumiləşdirmə vaxtı ilə birləşir və faktiki olaraq eyni tipdən olan bütün 

məsələlər sinifinə aid edilir. Az qabiliyyətli  şagirdlərdə isə ümumiləşdirmə 

tədricən yaranır və daha gec baş verir və ya tamamilə olmur. 

Həndəsə  məsələlərinin həlli ilə  əlaqədar yuxarıda göstərdiyimiz ümumiləş-

dirmə növlərinin fərqi, zənnimcə, empirik və nəzəri ümumiləşdirmələrin fərqidir – 

səmərələri müxtəlif olan iki təlim metodlarının  əsaslarıdır. Psixoloji ədəbiyyatda 

məzmunlu ümumiləşdirmə tədris fənlərinin qurulmasının yeni üsullarının mümkün 

əsaslarından biri hesab edilir. Keçən  əsrin sonuna qədər pedaqoji psixologiyada 

əsasən empirik ümumiləşdirmələr öyrənilirdi. Bununla yanaşı bəzi xarici psixoloji 

ədəbiyyatda ümumiləşdirmə  və anlayışların  əmələ  gəlməsi  şərtlərinin  ənənəvi 

formal məntiqi  şərhindən kənara çəkilmə  cəhdləri vardır. Bu cəhətdən Amerika 

psixoloqu C.Brunerin mövqeyi daha maraqlıdır. O, faktiki olaraq ümumi və 

xüsusinin  əlaqəsinin  ənənəvi məntiqi prinsipdə başa düşülməsindən  əl çəkməklə, 

tədris fənlərinin qurulmasının yeni üsullarını tapmağa çalışır. Onun fikrincə 

məktəblinin və alimin əqli fəaliyyəti eyni bir təbiətə malikdir (burada fərq növündə 

deyil, dərəcəsindədir), odur ki, tədris fənlərini elmi biliklərin özünün şərhi 

üsullarına uyğun qurmaq məqsədəuyğundur. “Fizikanı öyrənən məktəbli fizikdir və 

onun üçün elmi alim – fizikə uyğun qaydada öyrənmək asandır” [75, səh 17]. 

Məktəbli  əvvəlcə, baxılan fənnin nəzəriyyəsini təşkil edən  əsas anlayışlarını 

mənimsəməlidir ki, onlarda öyrənilən obyektin əsas prinsiplərini başa düşmək 

imkanı yaransın. Bu isə öz növbəsində  nəzəriyyənin xüsusi təzahürlərini açmağa 

kömək edər. Pedaqoji psixologiyada bu problem son vaxtlarda öyrənilməyə 

başlanmışdır. Keçən  əsrin 40-cı illərinə  qədər  şagirdlərə biliklərin daxili 

strukturunu və sonrakı  fəaliyyətlər üçün onların  əhəmiyyətini öyrətmək mümkün 

olan üsulların tədqiqinə dair amerika psixoloqlarının nisbətən az işləri olmuşdur 

[75] . Buradan da görünür ki, elmin müasir üsulu ümumidən xüsusiyə keçməkdir. 

C.Bruner fənlərin belə qurulmasının məqsədəuyğunluğunu, belə keçidin nəzərə 

alınmasını göstərən bəzi faktlar gətirir. Bununla yanaşı bir çox başqa psixoloq və 




_____________Milli Kitabxana_____________ 

 135


pedaqoqların işlərində olduğu kimi, ümuminin xüsusi ilə  əlaqəsinin məntiqi 

cəhətlərinin adekvat təhlili, ənənəvi formal məntiqin analizi onda yoxdur. Bəzən də 

o, belə hesab edirik ki, “əsl anlayışlar” bəzi xüsusi halların düzgün dərk 

edilməsində baş verir [75]. Bununla yanaşı C.Bruner qavrayış əlamətlərinin sadəcə 

ayrılmasından fərqli olaraq “simvolik anlayışların” xüsusiyyətlərini aydınlaş-

dırmağa cəhd edir. 

Pedaqoji psixologiya və didaktika sahəsindəki bəzi mütəxəssislərin fikrincə 

şagirdlər hər  şeydən  əvvəl bu və ya digər elmin təsdiqedici ideyalarını, bu və ya 

digər sahənin müxtəlif xüsusi hadisələrinin “yeganə sadə formalarını” 

mənimsəməlidirlər. Bundan istifadə edərək elə təlim forması seçmək olar ki, onun 

vasitəsi ilə  məktəblilər fənnin mahiyyətini mənimsəyər [220, səh 133]. Bilmək 

lazımdır ki, obyekt və münasibətlərin xarici və daxili xüsusiyyətləri sadəcə 

“müşahidə” ilə deyil müxtəlif fəaliyyət formaları vasitəsi ilə hissi və anlayış 

obrazları ilə açılır və inikas olunur. A.H.Leontyevə görə: “Bu fəaliyyət 

proseslərinin nəticəsidir ki, onun baş verməsi subyektin inikas olunan reallığa 

nəzərən fəaliyyəti lazımdır” [137, səh 18]. Riyazi fənlərin qurulmasında yeni 

üsulların hazırlanması ilə  əlaqədar həm məntiqi – psixoloji ideyalara, həm də 

anlayışın təbiətinin dialektik şərhinə aid mühakimələrdən ibarət pedaqoji fikirlərə 

əsaslanmaq olar. Bu planda N.İzvolskinin [114] kitabı xüsusilə qiymətlidir. O, 

nöqteyi nəzərdən ki, insanın əsl anlayışı uyğun əşyanın yaranmasını başa düşmək 

və ona qurmaq bacarığı olduqda mümkündür. Obyektin qurulması üsulu və 

mahiyyəti başa düşüldükdə, bu obyekt müəyyən  şəraitdə  qəti və  zəruri olaraq 

alınır. Məsələn, kvadrat haqqında uyğun anlayışın formalaşdırılması üçün elə izah 

və qurma olmalıdır ki, dərhal zəruri olaraq bilinsin ki, onun bucaqları həmişə düz 

bucaq olmalıdır (təkcə  şəkildə gördüyümüz, yaxud ağac kubun üzü deyil). 

Üçbucağın öyrənilməsi zamanı onun əmələ  gəlməsinin elə prosesini axtarmaq 

lazımdır ki, buradan xassələrin zəruriliyi aydın görünsün. N.İzvolski bu qurulmaya 

əsaslanaraq ona nəzəri anlayışların formalaşdırılmasının dialektik nöqteyi nəzərini 

də  əlavə etsək, həndəsənin, indi də öz əhəmiyyətini saxlayan, orijinal tədrisi 

metodikasını qurmuşdur. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə