Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə53/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   49   50   51   52   53   54   55   56   ...   148

_____________Milli Kitabxana_____________ 

 156


vasitələrinin seçilməsi həmçinin şagirdlərin yaş və fərdi xüsusiyyətləri ilə şərtlənir. 

Aşağı siniflərdə induktiv, yuxarı siniflərdə isə deduktiv mühakiməyə üstünlük 

verilir. Üsulun seçilməsi məktəbin konkret şəraitindən və müəllimin ümumiləş-

dirməni nə dərəcədə mənimsəməsindən də asılıdır. Riyaziyyatın tədrisində ümumi-

ləşdirmə didaktikanın təlim üsulları haqqında ümumi göstərişini riyaziyyatın xüsu-

siyyətlərinə uyğun şəkildə həyata keçirməklə öyrənilməlidir. Riyaziyyatın xüsusiy-

yətlərini nəzərə alaraq ümumi təlim metodlarını konkretləşdirmək və formasını 

dəyişməkdən əlavə bunları riyaziyyatın özündə istifadə edilən idrak əməliyyatları 

ilə tamamlamaq da bu fənnin tədrisi metodikasının mövzusuna daxil olan 

məsələdir. Elmi metodların təlimdə əks olunmasının qoyulması problemi tamamilə 

qanunidir. Birincisi, təlimin məqsədinə  təkcə müəyyən elmi faktlar məcmusunun 

mənimsənilməsi deyil, habelə elmdə istifadə edilən, bu faktlara nail olma metodları 

daxildir.  İkincisi, elmi tədqiqat metodları bu elmdə yeni biliklər qazanmaq 

metodudur, təlim metodları – bu təlim (idrak) fəaliyyətində yeni bilikləri 

mənimsəmək metodudur. Odur ki, təlim üsulları, baxılan elmdə istifadə olunan 

idrak metodlarını  əks etdirməlidir. Riyaziyyatın özünün metodlarının inikası olan 

xüsusi təlim metodları  şagirdlərin riyazi təfəkkürünün inkişafında mühüm yer 

tutur. Belə  təfəkkür bir tərəfdən riyaziyyatın müvəffəqiyyətlə  mənimsənilməsi 

üçün lazımdır, digər tərəfdən isə riyaziyyatın ümumi didaktik üsullarla 

məqsədəuyğun öyrənilməsi təfəkkürün inkişafı üçün geniş imkanlar yaradır. 

Beləliklə, riyaziyyatın öyrənilməsinin üsulları sistemi didaktikanın hazırladığı  və 

riyaziyyatın xüsusiyyətlərinə uyğunlaşdırılmış ümumi üsullardan və bu elmin 

özündə istifadə edilən,  əsas idrak metodlarının inikası olan, xüsusi üsullardan 

ibarətdir. 

Riyaziyyatın tədrisində ümumiləşdirmə  də  şagirdlərin idrak fəaliyyətidir. 

Psixologiyada bu fəaliyyətin üç əsas komponenti öyrənilir: 1) ümumi məntiq 

təfəkkür priyomları; 2) əqli fəaliyyətin xüsusi (baxılan halda riyaziyyat üçün) 

priyomları; 3) biliklər sistemi 

Ümumi – məntiq təfəkkür priyomlarına induksiya və deduksiya, analiz və 

sintez, analogiya, ümumiləşdirmə  və mücərrədləşdirmə, xüsusiləşdirmə, 




_____________Milli Kitabxana_____________ 

 157


konkretləşdirmə, təsnifat aiddir. Bu priyomlar istənilən məzmunda,  şərh edilə  və 

mənimsənilə bilər. Lakin onların riyaziyyatın tədrisində  tətbiqi başqa bilik 

sahələrinə  tətbiqindən  əsaslı surətdə  fərqlənir. Onlar bir tərəfdən məktəb 

riyaziyyatının məntiqini, digər tərəfdən onun mənimsənilməsi priyomlarını  əks 

edir, başqa sözlə təlimin məzmunu və metodları arasındakı əlaqəni müəyyən edir. 

Riyaziyyata aid olan xüsusi əqli fəaliyyət priyomları  həqiqi aləmin dərk 

olunmasında, bu elmdə istifadə olunan idrak metodlarının  əsasında durur: 

öyrənilən hadisələrin, proseslərin (xarici aləmin dərk edilməsinin daha səmərəli 

metodlarından biri, proqnozlaşdırma və müxtəlif proseslərin idarə edilməsi) riyazi 

modellərin qurulması metodları, riyaziyyat üçün xarakterik olan, xüsusən riyazi 

modellərin qurulmasında istifadə edilən mücərrədləşdirmənin müxtəlif üsulları, 

həqiqi varlığın riyazi modelinin qurulması  əsaslarından biri olan, hökmlərin 

doğruluğunun müəyyənləşdirilməsinin riyaziyyatda qəbul edilmiş üsullarını 

xarakterizə edən və eyni bir riyazi nəzəriyyənin müxtəlif sahələrə tətbiqinə geniş 

imkan yaradan aksiomatik metod. Göründüyü kimi riyaziyyatda istifadə olunan 

bütün idrak metodları nəticədə sanki, öyrənilən həqiqi varlığın riyazi modellərinin 

qurulması metodikasına inteqrasiya olunur. Bu tamamilə qanunidir, çünki 

riyaziyyatın son məqsədi həqiqi aləmi, özünə  məxsus metod və vasitələrlə

öyrənməkdir. Riyazi modelləşdirmə metodu hazırda elmin müxtəlif sahələrində 

geniş  tətbiq olunur və  məhz onun vasitəsi ilə riyaziyyatın yeni-yeni tətbiqləri 

tapılır. 

Riyaziyyatın öyrənilməsi və bu zaman riyazi təfəkkürün ikişafında 

məsələlərin böyük rolu vardır. Bu məlum faktdır. Riyazi biliklərin mənimsənilməsi 

və şagirdlərin riyazi biliklərinin səviyyəsi həmişə məsələlər vasitəsilə yoxlanılmış, 

yoxlanılır və  gələcəkdə  də belə olacaqdır. Odur ki, riyaziyyatın öyrənilməsi 

üsulları probleminə məsələ həlli metodlarının mənimsənilməsi də daxildir. Şagird-

lərə məsələ həll etməyi necə öyrətməli? Bu olduqca mürəkkəb və mühüm pedaqoji 

problemdir. Bu haqda kifayət qədər tədqiqatlar vardır. Burada yalnız onu qeyd 

etməklə kifayətlənirik ki, şagirdlərdə ümumiləşdirmə və xüsusiləşdirmə qabiliyyə-

tini inkişaf etdirmək məqsədi ilə məsələlərdən daha çox istifadə etmək lazım gəlir. 




_____________Milli Kitabxana_____________ 

 158


Məktəb riyaziyyat kursunda müxtəlif alqoritmlərə baxılır. Çoxrəqəmli 

ədədlərin toplanması, kvadrat tənliyin həlli, verilmiş funksiyanın diferensialının və 

inteqralının tapılması alqoritmləri və s. Tədris materialının xüsusi hissəsini təşkil 

edən belə alqoritmləri necə öyrənməli? 

Əlbəttə, alqoritmləri hazır şəkildə də şagirdlərə təqdim etmək olar. Lakin bu 

metodun faydası azdır.  Şagirdləri  əsasən real idrak fəaliyyətinə yönəldən təlim 

üsulları onları eyni tipə aid olan məsələləri həll etmək üçün, ayrı-ayrı halları təhlil 

etmək və ümumiləşdirməklə axtarışlar aparmağı öyrətməyi tələb edir. Məktəb 

riyaziyyat kursunda çoxlu sayda standart olmayan məsələlər də vardır. Bunlar 

isbata, hesablamaya, qurmaya, cəbri ifadələrin çevrilməsinə, tənliklər, bərabər-

sizliklər və s. aiddir. Standart olmayan məsələlər çox vaxt hər –hansı standart 

məsələyə  gətirilir və uyğun alqoritmlərdən istifadə etmək zərurəti yaranır. 

Beləliklə, alqoritmləri bilmək nəinki standart məsələlər həllində, habelə standart 

olmayan məsələlər həlli üçün də lazımdır. 

Təlim üsullarından qarşılıqlı  əlaqəli  şəkildə istifadə olunur. Tədris 

prosesində (tədris materialının müəyyən bir bölməsinin öyrənilməsində) təkcə bir 

üsulun ayrıca tətbiqinə təsadüf etmək çətindir. Universal təlim metodu yoxdur. Bu 

və ya digər metodu hər bir mövzunun öyrənilməsi üçün seçmək olmaz. Müxtəlif 

təlim üsullarının seçilməsi və birləşdirilməsi əsasında obyektiv (təlimin məqsədi və 

məzmunu) və subyektiv (müəllim,  şagird) faktlar durur. Təlimin məqsədi və 

məzmunu təlim üsullarını birqiymətli təyin etmir. Eyni bir məzmun hər dəfə 

qoyulan məqsədə nail olmaqla müxtəlif metodlarla öyrənilə bilər. Digər tərəfdən 

müxtəli müəllimlər tərəfindən tətbiq olunan eyni bir təlim üsulu müxtəlif nəticələr 

verə bilər. Müəllim riyaziyyatın ümumi, habelə xüsusi təlim üsullarının 

xüsusiyyətlərini yaxşı bilməlidir. Onları öyrənmək məqsədi ilə  hər bir metoda 

digərindən təcrid edilmiş  şəkildə, habelə  məktəb riyaziyyat kursunun müxtəlif 

mövzuları üzərində bir-biri ilə əlaqədə baxmaq olar. Təlimin məqsədi, xüsusiyyəti 

və quruluşundan asılı olaraq müxtəlif metodların məqsədəuyğun seçilməsi və 

birləşdirilməsi haqqında müəyyən fikir demək mümkündür. Lakin bu fikirlər qəti 

olmayıb yalnız tövsiyyə xarakteri daşıyır. 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə