Microsoft Word riyaziyyatin tedrisinde umumilesdirme 2009. doc



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə52/148
tarix23.11.2017
ölçüsü3,47 Mb.
#11936
1   ...   48   49   50   51   52   53   54   55   ...   148

_____________Milli Kitabxana_____________ 

 153


“Riyaziyyat – bütün elmlərdən birincisidir və onlar üçün faydalı  həm də 

zəruridir” 

Bekon R. 

 

3.2. Riyaziyyatın təlimi üsulları və elmi-məntiqi metodlar 

 

3.2.1.  Təlim üsulları problemi didaktikada (ümumi təlim nəzəriyyəsində) 

və riyaziyyatın tədrisi metodikasında (tədris fənni kimi riyaziyyatın spesifikası 

öyrənilən konkret təlim nəzəriyyəsində)  əsas yer tutur. Bu da, şagirdlərin 

ümumiləşdirmə  və xüsusiləşdirmə apara bilmələri baxmından, onun ən mühüm 

cəhətidir. Müəllim şagirdi biliksizlikdən biliyə doğru, xüsusi faktlardan ümumiyə 

və  tərsinə keçmək istiqamətlərində necə aparmalı, onun səthi və empirik deyil, 

dərin-ümumi nəzəri biliyə yiyələnməsini təmin etmək, yaradıcılığını inkişaf 

etdirmək, müstəqi idraka alışdırmaq, ona kollektiv və  fərdi surətdə  işləməyi 

öyrətmək üçün hansı yolu seçməli məsələsinin həllində xüsusi ilə  çətinlik vardır. 

Tədris fənni kimi riyaziyyatın, yalnız ona aid olan bir sıra xüsusiyyətləri vardır. 

Burada həmin xüsusiyyətlər üzərində dayanmağa ehtiyac yoxdur. Yalnız 

riyaziyyatın, onun əsas xüsusiyyətlərinin müvəffəqiyyətlə öyrənilməsində istifadə 

olunan başlıca metodlarının ümumiləşdirmədə  əhəmiyyətinə, elmi tədqiqat 

metodları,  əqli nəticələrin, təsnifatların və anlayışların formalaşdırılmasının riya-

ziyyatın məqsədəuyğun öyrənilməsinə tətbiqinə, onların qarşılıqlı əlaqəsinə xüsusi 

diqqət verməyi zəruri hesab edirik. 

Zənnimizcə, müşahidə, təcrübə (eksperiment), müqayisə, analiz-sintez, 

ümumiləşmə-xüsusiləşmə, mücərrədləşmə, konkretləşmə, induksiya-deduksiya

təsnifat, tərif, şərt-nəticə və s. adlanan təfəkkür əməliyyatlarına həm elmi-tədqiqat 

həm də təlim metodları kimi baxılmasından məktəb riyaziyyat kursunun müvəffə-

qiyyətlə mənimsənilməsi üçün əsaslandığımız dayaqlar aydın görünür. 

Problemli, proqramlaşdırılmış, diferensial, inteqrasiya, humanistləşdirmə, 

humanitarlaşdırma, əməkdaşlıq, evristik və xüsusi təlim metodları, habelə məsələ 

vasitəsilə  təlim də  həmin elmi tədqiqat (tədris) metodlarının müxtəlif kombina-




_____________Milli Kitabxana_____________ 

 154


siyaları ilə həyata keçirilir. 

Şagirdlərin ümumiləşdirmə qabiliyyətinin inkişaf etdirilməsində  də  təlimin 

göstərilən üsullarından istifadə etmək lazımdır. Təlim üsulları problemi necə 

öyrətmək? sualına cavab verməkdən ibarətdir. 

Şagirdlərə nəyi isə necə öyrətmək məsələsini həll etmək üçün, birinci bunun 

nə üçün öyrənildiyini, şagirdlər nəticədə hansı bilik, bacarıq və vərdişlər qazanmalı 

olduqlarını aydınlaşdırmaq tələb olunur; ikincisi öyrənilənin məntiqi – didaktik 

təhlilini aparmaq, yəni  şagirdlərin  əqli fəaliyyət səviyyəsini; onların hansı bilik, 

bacarıq və vərdişlər üzərində verilmiş həcmidə təlimin qurula biləcəyini aydınlaş-

dırmaq lazımdır. Yalnız nə üçün, nəyi və kimi? sualları üzrə kifayət qədər məlumat 

olduqda biz necə sualına da əsaslı cavab verə bilərik. Təlim üsulları – təlimin 

vəzifələrini yerinə yetirmək üçün müəllimlə  şagirdin birlikdə göstərdikləri 

fəaliyyətin yollarıdır. Təlim üsulunun daşıdığı ikitərəfli xarakterdə  məlumatveri-

cilik və idarəçilik funksiyasını yerinə yetirən öyrətmə üsulu (müəllim  şərh edir, 

təlimatlandırır, ümumiləşdirmə və xüsusiləşdirmə nümunələri göstərir) ilə öyrənmə 

üsulunu (şagird dinləyir, müşahidə edir, oxuyur, müstəqil ümumiləşdirir) bir-

birindən fərqləndirmək lazımdır. Beləliklə hər bir təlim üsulu ilə şərhə daxildir: 1) 

müəllimin öyrədici fəaliyyəti; 2) şagirdin təlim (idrak) fəaliyyəti; 3) bunlar 

arasında əlaqə və ya müəllimin hansı təlim fəaliyyətinin şagirdin idrak fəaliyyətini 

idarə etməsi. 

Ümumiləşdirmə ilə  əlaqədar  şifahi  şərh bir təlim üsulu olmaq etibarı ilə 

yalnız müəllimin məlumatını deyil, şagirdin materialı qavramağa, anlayıb başa 

düşməyə yönələn fəaliyyətini də  əhatə edir. Deməli, təlim üsulu həmişə  dərs 

deyənin və  dərs deyilənin fəaliyyətini  əhatə edir. Bu xüsusiyyətin bir cəhəti də 

ondan ibarətdir ki, şagirdin ümumiləşdirmə fəaliyyətini idarə edən müəllim təlim 

üsulunun həm daxili, həm də xarici cəhətlərini görməlidir. Üsulun pedaqoji 

məziyyəti idrak prosesinin zahiri ifadə forması ilə deyil, çox vaxt örtülü qalan 

daxili cəhəti ilə müəyyən edilir. Ümumiləşdirmədə istifadə olunan təlim üsullarının 

xüsusiyyəti bir də ondan ibarətdir ki, onlar sabit qalmayıb inkişaf edir. Üsulun 

inkişafı  təlim prosesində  şagird mövqeyinin dəyişməsi ilə  əlaqədardır. Təlim 




_____________Milli Kitabxana_____________ 

 155


idrakda  şagirdin müstəqilliyini tədricən gücləndirir, bununla da birlikdə idraka 

daha çox özünü təhsil daxil etmək imkanı yaradır. Müəllim bu vəziyyəti 

məktəblinin öyrənmə  fəaliyyətinə  rəhbərlik prosesində yerinə yetirir. Təlim 

üsullarının təsnifatında, aşağıdakı  cəhətlərin nəzərə alınması mühümdür: 1) üsul 

didaktik məsələni həll etməlidir. Bununla da ümumiləşdirmənin məzmunu həll 

edilir; 2) burada üsulun daxili mahiyyəti təzahür etməlidir və 3) onda şagirdin 

idrakını idarə etmək üçün yeganə bir vasitə olmaq etibarı ilə müəllimlə  şagirdin 

qarşılıqlı surətdə  əlaqədar olan fəaliyyətinin forması müəyyən olunmalıdır. Biz 

ümumiləşdirmə ilə  əlaqədar tədris materialına ilkin yiyələnmə  vəzifəsini yerinə 

yetirən və biliyin möhkəmləndirilib təkmilləşdirilməsinə kömək edən üsulları şərh 

edəcəyik. Birinci qrupa məlumat inkişaf etdirici və axtarış, yaxud da evristik 

üsullar, ikinci qrupa isə qazanılmış bilik, bacarıq və  vərdişlərin ümumiləşdirilib 

təkmillləşdirilməsini təmin edən üsullar daxildir. 

Hər bir təlim üsulunun intensivliyini artırmaq üçün bütöv bir vasitələr 

sistemi olmalıdır. Belə geniş mənada təlim vasitələrinə riyaziyyatdan dərsliklər və 

məsələ kitabları, didaktik və  əyani vasitələr, EHM və başqa texniki vasitələr, 

riyaziyyat kabineti daxildir. Odur ki, bunların hamısında ümumiləşdirmə 

baxımından yeniləşdirmə olmalıdır. Təlim üsulları obyektiv olaraq ümumi məqsəd 

və  vəzifələrdən asılıdır. Ona görə  də ictima tarixi şəraitin dəyişməsi ilə birlikdə 

ümumiləşdirmədə istifadə olunan təlim üsulları da dəyişir. Şagirdləri bu cəhətdən 

müstəqil təhsilə hazırlamaq onların yaradıcılıq imkanlarını inkişaf etdirmək və 

elmi üsullara alışdırmaq vacib olduğundan bu vəzifələri yerinə yetirən üsulların 

əhəmiyyəti də artır. Təlim üsullarını  həyatın tələblərinə uyğunlaşdırmaq vəzifəsi 

müstəqil Azərbaycan respublikası hökuməti tərəfindən müasir məktəbin zəruri 

vəzifəsi kimi irəli sürülmüşdür. Təlim üsullarının seçilməsində  məhz bu tələblər 

rəhbər tutulmalıdır. Müəllimin müraciət etdiyi üsullar və vasitələr sistemini həm də 

öyrənmənin psixoloji qanunauyğunluqları müəyyən edir. Aşkardır ki, üsul həm 

müəllimin həll etdiyi didaktik məsələdən, həm də proqramda nəzərdə tutulmuş 

ümumiləşdirilmiş materialın məzmun xüsusiyyətindən asılıdır. Riyaziyyatın 

məzmun cəhəti üsulların ümumi istiqamətini müəyyən edir. Təlim üsulu və 




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə