36
II mətn
Qədim yunanların əqidəsinə görə onların mədəniyyətinin
yüksəlişinədək Ege dənizi
hövzəsində yunanlardan əvvəlki tayfalar mühüm yer tuturdular. Yunan dilinin qeyri-hindavropa
elementlərinin, Ege toponimlərinin* öyrənilməsi aydın göstərdi ki, əvvəllər həqiqətən bu cür əhali
mövcud olmuşdur. Bu baxımdan Kreta adasında aşkara çıxarılmış yazı sisteminin öyrənilməsi
əhəmiyyətlidir. Onlardan ən qədimi Kret – heroqliv – piktoqrafik (ikonavari) yazıdır. Bu sistemin
nümunələri əsasən, daş, fil sümüyü metal möhürlər üzərində qalmışdır. Bəzi
alimlərin fikrincə bu
işarələr ideoqramlardır (müstəqil mənası olan simvollardır), başqaları isə bu sistemi hecalı yazıların
erkən pilləsi sayırlar.
Kretada, Festo sarayının xarabalıqlarından tapılmış, hər iki tərəfdən spiralvari piktoqrafik
işarələrlə bərkidilmiş gildən düzəldilmiş disk tamamilə orijinaldır. Onlar bir-birindən şaquli xətlərlə
ayrılan qruplar yaradırlar. Xüsusilə maraqlısı odur ki, diskin üzərindəki işarələr nə cızılmış, nə də
çəkilmişdir, onlar əvvəlcədən xüsusi olaraq tökülmüş metal formaları (fiqurlu işarələr) ilə həkk
edilmişdir. Bu, dünya mədəniyyəti tarixində hərəkət edən əlifbadan istifadə olunduğu ilk hadisədir.
Festo diskinin rəsmli işarələrinin nə Kreta adasında, nə də ümumiyyətlə, yazı tarixində etibarlı
paraleli yoxdur. Diskin yerli istehsal olduğu, yaxud hər hansı digər
bölgədən bura gətirildiyi,yazı
sisteminin hansı xarakterli olması da müəyyən edilməmişdir.
Xətli minos** yazısı yəqin ki, Kreta yazısının inkişafının nəticəsidir. Onu A xətli
adlandırırlar. Keramika, daş əşyalar, gil lövhələr üzərində A xətli yazılarla icra edilmiş mətnlərə
rast gəlinir. A xətli yazıların şifri hələlik açılmamışdır. Hazırda yalnız onu deyə bilərik ki, bu yazı
sistemi hecalıdır.
Kreta ilk yunan yazısı – B xətli nümunələr də aşkar edilmişdir. Bu yazı A xətli yazının
inkişafının nəticəsi sayılır. İngilis tədqiqatçısı
Ventris B xətli yazıların şifrini açmışdır.
Məşhur
arxeoloq
Bleginin əldə etdiyi epiqrafik material onun nəzəriyyəsinin təsdiqlənməsinə imkan
yaratmışdır. Yeni aşkar edilmiş bir lövhənin üzərində hər yazını müxtəlif tipli saxsı qab təsviri
müşayiət edirdi. Ventrisin müəyyən etdiyi B xətlisinin səs mənası ilə hər yazıda müvafiq qabın
yunanca adı oxunurdu, məsələn, “üçayaq”, “dördqulaq”.
B xətli yazıda silaboqramlardan (hecalı işarələrdən) istifadə olunur. Onlar sait yaxud saitlə
samit kompleksini, həmçinin ideoqramları göstərir. Göründüyü kimi, yunanlar minos yazı sistemini
öz dillərinə uyğunlaşdırmışlar. Onlar bir tərəfdən A xətlinin bəzi
işarələrindən istifadə etməmiş,
digər tərəfdən, minos yazısında olmayan bir neçə yeni qrafema əlavə etmişlər. B xətli yazı
kontinental Yunanıstana da yayılmışdır. Ancaq göründüyü kimi, sistemin mürəkkəbliyi bu yazıdan
məhdud halda istifadə edilməsinə səbəb olmuşdur. Kreta-Miken sivilizasiyasının süqutundan sonra
B xətli sistemi əlifba yazısı əvəz etmiş, o da öz növbəsində Finikiya yazısı əsasında formalaşmışdır.
1. Ege dənizi hövzəsində yunan sivilizasiyası təşəkkül tapanadək burada ərəb-yunan
mənşəli tayfaların məskunlaşdığını aşağıda sadalanan fikirlərdən hansını dəlil saymaq olar?
a) Kreta adasından tapılmış yazıların məzmununun rəngarəngliyindən aydın olur ki, Ege
dənizi hövzəsində müxtəlif dildə danışan tayfalar yaşayırmış
b) Qədim yunanların əqidəsinə görə Ege dənizi hövzəsində yunanlardan əvvəl yaşamış
tayfalar onların mədəniyyətinin formalaşmasında mühüm rol oynamışlar
c) Yunan dili hindavropa dilləri qrupuna daxildir, ancaq bu dildə və Yunanıstanın
coğrafi
yerlərinin bir çox adlarında qeyri-hindavropa elementləri saxlanmışdır
ç) Yunandilli aləmdə Kreta yazısı ən qədim yazıdır, digər sivilizasiyalarda yaradılmış yazı
sistemləri ilə onların arasında bir çox oxşarlıq tapmaq olar.
* Toponim – coğrafi yer (dağ, kənd, meşə, düzənlik və s.) adı
** Minos – Kretanın əfsanəvi hökmdarı; Kretanın erkən yunan mədəniyyətini minosura da adlandırırlar.
37
Sualların ardıcıllığı (ümumi qabiliyyət testində təsadüf etdiyimiz mətnlərin sualları kimi)
əsasən təqdim olunan müzakirənin inkişafına xidmət edir.
Birinci abzas əsasında birinci suala cavab vermək olar. Ege dənizi hövzəsində (qeyri-yunan
mənşəli) yunanlardan əvvəl yaşamış tayfaların məskunlaşması barədə dəlil, sənəd əldə etmək
lazımdır.
Cavabın hər bir variantını müzakirə edək:
a) cavab düzgün ola bilməz, çünki yazıların məzmun rəngarəngliyi (bu barədə mətndə heç
nə deyilməmişdir) danışıq dillərinin (və xüsusilə yazıların) əksəriyyəti ilə əlaqədar deyildir – bir
dildə danışan xalq tərəfindən yaradılmış mənbələrdə də məzmunca rəngarəng materiala rast gəlmək
olar.
b) cavab düzgün ola bilməz, çünki söhbət yalnız yunanların baxışlarından gedir (
onlar
inandırdılar ki, yunan mədəniyyəti formalaşanadək Ege dənizi hövzəsində yunanlardan əvvəl
yaşamış tayfalar mühüm rol oynayırdılar) və bu fikrin xeyrinə sübut və dəlillər göstərilməmişdir.
Tapşırığa əməl edilməsi dedikdə isə məhz sənəd və dəlillər tapılması nəzərdə tutulur.
c) düzgün cavabdır. I abzasda aşağıda cümlə verilmişdir:
“Yunan dilinin qeyri-hindavropa
elementlərinin, Ege toponimlərinin öyrənilməsi göstərdi ki, həqiqətən, bu cür erkən əhali mövcud
ola bilərmiş”. Mətnə əsasən, yunanlardan əvvəl Ege dənizi hövzəsində qeyri-yunan
mənşəli
tayfaların məskunlaşması yunan dilində və müxtəlif coğrafi yerlərin adlarında qeyri-hindavropa
elementlərinin mövcudluğu ilə sübut olunur.
ç) cavabı da istisnadır. Başqa sivilizasiyaların yazısı ilə Kreta yazısı arasında bir çox paralel
olması Ege dənizi hövzəsində yunanlardan əvvəl başqa tayfaların mövcud olduğu barədə bizə heç
nə demir.
Beləliklə, I sualın düzgün cavabı (c)-dir.
2. Kreta yazısı ilə festo diski üzərindəki yazılar arasında ümumi nə vardır?
a) Hər iki tipdən olan yazılar daş, fil sümüyü və gil lövhələr üzərində həkk edilmişdir
b) Hər iki yazı işarələri şaquli xətlərlə ayrılmış qruplar yaradır
c) Hər iki yazının işarələri müstəqil fikirli simvolları təşkil edir
ç) Hər iki tipli yazılı işarələr piktoqrafikdir – ikonavari yazı nümunələridir
Bu suala cavab vermək üçün I və II abzaslara əsaslanaq.
Cavabın variantlarında Kreta yazısı ilə festo diski üzərindəki yazının eyni cür səciyyəsi
verilmişdir. Cavabın (ç) variantında hər iki yazı üçün səciyyəvi olan özünəməxsusluğa
rast gəlinir -
Kreta yazısı haqqında I abzasda oxuyuruq: “
Onlardan ən qədimi heroqlifik – piktoqrafik
(ikonavari) Kreta yazısıdır”. II abzas isə belə cümlə ilə başlanır: “Kretada, Festo sarayının
xarabalıqlarından tapılmış, hər iki tərəfində spiralvari
piktoqrafik işarələr həkk edilmiş gil disk
tamamilə orijinaldır”.
(a) və (b) cavablarındakı özünəməxsusluqlar ancaq festo diskinin yazıları üçün
səciyyəvidir
(“hər iki tərəfində spiralvari piktoqrafik işarələr həkk edilmiş gil disk. Onlar bir-birindən şaquli
xətlərlə ayrılmış qruplar yaradırlar”), (c) cavabında verilən informasiya isə ancaq Kreta yazısı üçün
düzgündür – bəzi alimlərin ehtimalına görə bu işarələr (müstəqil mənası olan simvollar)
ideoqramlardır.
Beləliklə, düzgün cavab (ç)-dir.