Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə16/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   12   13   14   15   16   17   18   19   ...   35
    Bu səhifədəki naviqasiya:
  • Ventris

 
36
II  mətn 
 
Qədim yunanların  əqidəsinə görə onların mədəniyyətinin yüksəlişinədək Ege dənizi 
hövzəsində yunanlardan əvvəlki tayfalar mühüm yer tuturdular. Yunan dilinin qeyri-hindavropa 
elementlərinin, Ege toponimlərinin*  öyrənilməsi  aydın göstərdi ki, əvvəllər həqiqətən bu cür əhali 
mövcud olmuşdur. Bu baxımdan Kreta adasında aşkara çıxarılmış yazı sisteminin öyrənilməsi 
əhəmiyyətlidir. Onlardan ən qədimi Kret – heroqliv – piktoqrafik (ikonavari) yazıdır. Bu sistemin 
nümunələri əsasən, daş, fil sümüyü metal möhürlər üzərində qalmışdır. Bəzi alimlərin fikrincə bu 
işarələr ideoqramlardır (müstəqil mənası olan simvollardır), başqaları isə bu sistemi hecalı yazıların 
erkən pilləsi sayırlar. 
Kretada, Festo sarayının xarabalıqlarından tapılmış, hər iki tərəfdən spiralvari piktoqrafik 
işarələrlə bərkidilmiş gildən düzəldilmiş disk tamamilə orijinaldır. Onlar bir-birindən şaquli xətlərlə 
ayrılan qruplar yaradırlar. Xüsusilə maraqlısı odur ki, diskin üzərindəki işarələr nə cızılmış, nə də 
çəkilmişdir, onlar əvvəlcədən xüsusi olaraq tökülmüş metal formaları (fiqurlu işarələr) ilə  həkk 
edilmişdir. Bu, dünya mədəniyyəti tarixində hərəkət edən əlifbadan istifadə olunduğu ilk hadisədir. 
Festo diskinin rəsmli işarələrinin nə Kreta adasında, nə  də ümumiyyətlə, yazı tarixində etibarlı 
paraleli yoxdur. Diskin yerli istehsal olduğu, yaxud hər hansı digər bölgədən bura gətirildiyi,yazı 
sisteminin hansı xarakterli olması da müəyyən edilməmişdir. 
Xətli minos**  yazısı  yəqin ki, Kreta yazısının inkişafının nəticəsidir. Onu A xətli 
adlandırırlar. Keramika, daş  əşyalar, gil lövhələr üzərində A xətli yazılarla icra edilmiş  mətnlərə 
rast gəlinir. A xətli yazıların şifri hələlik açılmamışdır. Hazırda yalnız onu deyə bilərik ki, bu yazı 
sistemi hecalıdır. 
Kreta ilk yunan yazısı – B xətli nümunələr  də  aşkar edilmişdir. Bu yazı A xətli yazının 
inkişafının nəticəsi sayılır.  İngilis tədqiqatçısı  Ventris    B  xətli yazıların  şifrini açmışdır. Məşhur 
arxeoloq  Bleginin  əldə etdiyi epiqrafik material onun nəzəriyyəsinin təsdiqlənməsinə imkan 
yaratmışdır. Yeni aşkar edilmiş bir lövhənin üzərində  hər yazını müxtəlif tipli saxsı qab təsviri 
müşayiət edirdi. Ventrisin müəyyən etdiyi B xətlisinin səs mənası ilə  hər yazıda müvafiq qabın 
yunanca adı oxunurdu, məsələn, “üçayaq”, “dördqulaq”. 
B xətli yazıda silaboqramlardan (hecalı işarələrdən) istifadə olunur. Onlar sait yaxud saitlə 
samit kompleksini, həmçinin ideoqramları göstərir. Göründüyü kimi, yunanlar minos yazı sistemini 
öz dillərinə uyğunlaşdırmışlar. Onlar bir tərəfdən A xətlinin bəzi işarələrindən istifadə etməmiş
digər tərəfdən, minos yazısında olmayan bir neçə yeni qrafema əlavə etmişlər. B xətli yazı 
kontinental Yunanıstana  da yayılmışdır. Ancaq göründüyü kimi, sistemin mürəkkəbliyi bu yazıdan 
məhdud halda istifadə edilməsinə səbəb olmuşdur. Kreta-Miken sivilizasiyasının süqutundan sonra 
B xətli sistemi əlifba yazısı əvəz etmiş, o da öz növbəsində Finikiya yazısı əsasında formalaşmışdır. 
 
1.    Ege  dənizi hövzəsində yunan sivilizasiyası  təşəkkül tapanadək burada ərəb-yunan  
mənşəli tayfaların məskunlaşdığını aşağıda sadalanan fikirlərdən hansını dəlil saymaq olar? 
 
a) Kreta adasından tapılmış yazıların məzmununun rəngarəngliyindən aydın olur ki, Ege 
dənizi hövzəsində müxtəlif dildə danışan tayfalar yaşayırmış 
b) Qədim yunanların  əqidəsinə görə Ege dənizi hövzəsində yunanlardan əvvəl yaşamış 
tayfalar onların mədəniyyətinin formalaşmasında mühüm rol oynamışlar 
c) Yunan dili hindavropa dilləri qrupuna daxildir, ancaq bu dildə və Yunanıstanın coğrafi 
yerlərinin bir çox adlarında qeyri-hindavropa elementləri saxlanmışdır  
ç) Yunandilli aləmdə Kreta yazısı ən qədim yazıdır, digər sivilizasiyalarda yaradılmış yazı 
sistemləri ilə onların arasında bir çox oxşarlıq tapmaq olar. 
 
 
 
*  Toponim – coğrafi yer (dağ, kənd, meşə, düzənlik və s.) adı 
**  Minos – Kretanın əfsanəvi hökmdarı; Kretanın erkən yunan mədəniyyətini minosura da adlandırırlar. 
  
 


 
37
Sualların ardıcıllığı (ümumi qabiliyyət testində  təsadüf etdiyimiz mətnlərin sualları kimi) 
əsasən təqdim olunan müzakirənin inkişafına xidmət edir. 
Birinci abzas əsasında birinci suala cavab vermək olar. Ege dənizi hövzəsində (qeyri-yunan 
mənşəli) yunanlardan əvvəl yaşamış tayfaların məskunlaşması barədə  dəlil, sənəd  əldə etmək 
lazımdır. 
Cavabın hər bir variantını müzakirə edək:  
a) cavab düzgün ola bilməz, çünki yazıların məzmun rəngarəngliyi (bu barədə mətndə heç 
nə deyilməmişdir) danışıq dillərinin (və xüsusilə yazıların)  əksəriyyəti ilə  əlaqədar deyildir – bir 
dildə danışan xalq tərəfindən yaradılmış mənbələrdə də məzmunca rəngarəng materiala rast gəlmək 
olar. 
b) cavab düzgün ola bilməz, çünki söhbət yalnız yunanların baxışlarından gedir (onlar 
inandırdılar ki, yunan mədəniyyəti formalaşanadək Ege dənizi hövzəsində yunanlardan əvvəl 
yaşamış tayfalar mühüm rol oynayırdılar) və bu fikrin xeyrinə sübut və dəlillər göstərilməmişdir. 
Tapşırığa əməl edilməsi dedikdə isə məhz sənəd və dəlillər tapılması nəzərdə tutulur. 
c) düzgün cavabdır. I abzasda aşağıda cümlə verilmişdir: Yunan dilinin qeyri-hindavropa 
elementlərinin, Ege toponimlərinin öyrənilməsi göstərdi ki, həqiqətən, bu cür erkən əhali mövcud 
ola bilərmiş. Mətnə  əsasən, yunanlardan əvvəl Ege dənizi hövzəsində qeyri-yunan mənşəli 
tayfaların məskunlaşması yunan dilində  və müxtəlif coğrafi yerlərin adlarında qeyri-hindavropa 
elementlərinin mövcudluğu ilə sübut olunur. 
ç) cavabı da istisnadır. Başqa sivilizasiyaların yazısı ilə Kreta yazısı arasında bir çox paralel 
olması Ege dənizi hövzəsində yunanlardan əvvəl başqa tayfaların mövcud olduğu barədə bizə heç 
nə demir. 
Beləliklə, I sualın düzgün cavabı (c)-dir. 
 
 
 
2. Kreta yazısı ilə festo diski üzərindəki yazılar arasında ümumi nə vardır? 
 
a) Hər iki tipdən olan yazılar daş, fil sümüyü və gil lövhələr üzərində həkk edilmişdir  
b) Hər iki yazı işarələri şaquli xətlərlə ayrılmış qruplar yaradır 
c) Hər iki yazının işarələri müstəqil fikirli simvolları təşkil edir 
ç) Hər iki tipli yazılı işarələr piktoqrafikdir – ikonavari yazı nümunələridir 
 
Bu suala cavab vermək üçün I və II abzaslara əsaslanaq. 
Cavabın variantlarında Kreta yazısı ilə festo diski üzərindəki yazının eyni cür səciyyəsi 
verilmişdir. Cavabın (ç) variantında hər iki yazı üçün səciyyəvi olan özünəməxsusluğa rast gəlinir - 
Kreta yazısı haqqında I abzasda oxuyuruq: “Onlardan  ən qədimi  heroqlifik – piktoqrafik 
(ikonavari) Kreta yazısıdır”. II abzas isə belə cümlə ilə başlanır: “Kretada, Festo sarayının 
xarabalıqlarından tapılmış, hər iki tərəfində spiralvari piktoqrafik işarələr  həkk edilmiş gil disk 
tamamilə orijinaldır”. 
(a)  və (b) cavablarındakı özünəməxsusluqlar ancaq festo diskinin yazıları üçün səciyyəvidir 
(“hər iki tərəfində spiralvari piktoqrafik işarələr həkk edilmiş gil disk. Onlar bir-birindən  şaquli 
xətlərlə ayrılmış qruplar yaradırlar”), (c) cavabında verilən informasiya isə ancaq Kreta yazısı üçün 
düzgündür – bəzi alimlərin ehtimalına görə bu işarələr (müstəqil mənası olan simvollar) 
ideoqramlardır. 
Beləliklə, düzgün cavab (ç)-dir. 
 
 
 
 
 
 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə