40
7. Mətn əsasında
ehtimal etmək olar ki,:
a) B xətli yazı Minosun Kretasında yaradılmışdır, ancaq sisteminin mürəkkəbliyinə görə o
kontinental Yunanıstanda yayıla bilməmişdir
b) Yunanlar Minosun yazı ənənələrinə rasional münasibət bəsləmişlər:
A xətlinin bütün
işarələrindən istifadə etmiş və əlifba yazısından bir neçə qrafema əlavə etmişlər
c) Yunanlardan əvvəlki tayfalar tərəfindən yaradılmış B xətli yazı əlifba yazısının
inkişafının təməlini qoymuşdur
ç) Minos yazısının (Kreta yaxud A xətlinin) şifrinin açılması bəlkə də Ege
dənizi
hövzəsində yunanlardan əvvəl yaşamış qeyri-hindavropa mənşəli xalqın etnik mənsubiyyəti
məsələsini həll edə biləcəkdir.
Sonuncu, bir növ yekun sualına cavab verilməsi bütün mətnin ətraflı düşünülməsini, yazılar
barədə verilən arayışların qarşılıqlı əlaqələndirlməsini tələb edir. Cavabın hər variantını müzakirə
edək:
(a) Cavabda göstərilən fakt mətndəki B xətli yazı haqqında verilən arayışlara uyğun gəlmir.
Minos Kretası, yunanlardan əvvəlki sivilizasiya dövründəki Kreta deməkdir,
B xətli isə yunan
yazısıdır. Bundan əlavə, mətndə onun kontinental Yunanıstanda da yayıldığı qeyd olunmuşdur (V
abzas).
(b) V abzasda B xətli yazının A xətli əsasında necə formalaşmasından söhbət gedir.
Yunanlar “
A xətlinin bəzi işarələrindən istifadə etməmişlər”. Əlifba yazısından
isə yeni işarələri
əxz edə bilməzdilər, çünki B xətli ancaq sillaboqramlardan və ideoqramlardan istifadə edir (o
dövrdə əlifba yazısının mövcudluğu barədə mətndə heç nə deyilməmişdir). Cavabın bu variantında
isə həmin hadisə qeyri-düzgün əks etdirilmişdir.
c) Cavab düzgün deyildir, çünki artıq
dəfələrlə deyildiyi kimi, B xətli yazı yunan yazısıdır,
yunanlardan əvvəlki tayfalar tərəfindən deyil, yunanlar tərəfindən yaradılmışdır (yunanlardan
əvvəlki A xətli yazıdır).
ç) Düzgün cavabdır. Mətnin əvvəlində Ege dənizi hövzəsində yunanlardan əvvəl
məckunlaşmış tayfaların mövcudluğu barədə məsələ qaldırılmışdır. A xətli yazı məhz yunanlardan
əvvəlki sivilizasiyada yaradılmışdır (onu Minos yazısı da adlandırırlar).
Mətndə həmçinin deyilir
ki, bu yazının şifri hələ açılmamışdır. Onun şifrinin açılması – A xətli ilə yazılmış yazıların
oxunması, onu yaratmış xalqın mənşəyi barədə alimlərə mühüm məlumat verərdi. Beləliklə, mətn
həqiqətən (ç) cavabında irəli sürülən ehtimalı bildirməyə əsas verir.
Oxunmuş mətnin düşünülməsi üçün ümumi tövsiyələr:
• Mətni diqqətlə oxuyun. Onun əsas ideyasını dərk etməyə çalışın;
• Yalnız mətnin məzmunu sizə tam aydın olduqdan sonra suallara cavab verməyə başlayın;
• Suala cavab verməzdən əvvəl mətnin bu sualın bilavasitə aid olduğu hissəsini diqqətlə
oxuyun (bəzən mətndə müvafiq parçanın axtarılmasını asanlaşdırmaq
üçün sualda
abzasın nömrəsi göstərilmişdir);
• Ehtimal olunan bütün dörd cavabı diqqətlə müzakirə edin. Qalan variantları da müzakirə
etməmiş düzgün saydığınız ilk variantı dairəyə almayın;
• Cavabın bu və ya digər variantı məntiqi baxımdan düzgün, lakin verilən mətnə görə səhv
ola bilər. Buna görə də cavabı seçməzdən əvvəl mətnin müvafıq
hissəsini bir daha
oxuyun (yoxlayın) və kontekstə görə düzgün olan cavabı seçin;
• Mətndə hər cavabın düzgünlüyünü yaxud qeyri-düzgünlüyünü təsdiq edən dəlillər tapın;
• Cavab yalnız qismən düzgün olduqda (suala qismən cavab verdikdə) da düzgün sayıla
bilər, buna görə də ehtimal olunan hər cavabı diqqətlə müzakirə edin.