Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə17/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   13   14   15   16   17   18   19   20   ...   35

 
38
3. Festo diskini nə üçün hərəkət edən əlifbadan istifadə olunmasının ilk nümunəsi sayırlar? 
 
a) Hərəkət edən  əlifbanın ayrı-ayrı  hərfləri ilə söz “quraşdırmaq” olar, Festo diski 
üzərindəki yazılar əvvəlcədən tökülmüş yazılı işarələrlə həkk olunmuşdur 
b) Müasir pedaqogikada təhsilin ilk mərhələsində  hərəkət edən  əlifbadan istifadə olunur, 
Kreta adasında da Festo diskinin yəqin ki, məhz bu cür təyinatı var idi 
c) Festo diski üzərindəki piktoqrafik işarələr spiralvari həkk olunmuşdur, hərəkət edən 
əlifba ilə də spiralvari sözlər “yazmaq” olar 
ç) Kretadan tapılmış  hər bir yazının  əsasını  hərəkət edən  əlifba prinsipi təşkil edir, ancaq 
Festo diski üzərindəki yazının icra texnikası çox mükəmməldir 
 
II abzasda oxuyuruq: “Festo diski üzərindəki işarələr cızılmış yaxud çəkilməmiş, əvvəlcədən 
tökülmüş xüsusi metal formalarla (fiqurlu işarələrlə) həkk edilmişdir”. Yaxud yazı yaratmaq üçün 
xüsusi olaraq hazırlanmış fiqurlu işarələr var idi və ehtimala görə onlardan müxtəlif  
kombinasiyalarla (konfiqurasiyalarla) istifadə edilirdi. Hərəkət edən əlifbanın təyinatı (prinsipi) da 
məhz ayrı-ayrılıqda mövcud olan işarələrlə (hərflərlə) müxtəlif sözlər düzəltmək idi. Cavabın (a) 
variantı bizə məhz bunu bildirir. Beləliklə, o düzgündür. 
Başqa cavabların qeyri-düzgünlüyünə əmin olduq. 
(b) cavabındakı izahat mətndə təqdim olunan informasiyaya uyğun deyildir. Mətndə Festo 
diskinin təyinatı barədə heç nə deyilməmişdir. 
(c) Sözlərin spiralvari “yazılışı” hərəkət edən  əlifbanın  əsas xüsusiyyəti deyildir. Festo 
diskindəki yazılar üçün işarələrin gil üzərindəki hansı forma və istiqamətlə  həkk olunması deyil, 
hərəkət edən  əlifbanın başlıca prinsipindən (paralel də bunun əsasında çəkilmişdir) istifadə 
olunması vacib şərtdir. 
(ç) Cavabda verilən informasiya da mətnə görə düzgün deyildir. Mətndə hərəkət edən əlifba 
prinsipi ilə icra olunmuş digər yazılardan heç yerdə söhbət getmir, həmçinin Festo diski üzərindəki 
yazının icra texnikasının onlarla müqayisədə  nə kimi üstünlüyü olması barədə heç nə 
deyilməmişdir. 
Beləliklə, düzgün cavab (a)-dır. 
  
 
4. Ventrisin məhz B xətli yazının şifrini açdığını sübut etmək üçün aşağıda sadalananlardan 
hansı mühüm deyildi
 
a) yeni aşkara çıxarılmış lövhə üzərində keramika məmulatı
 
təsvirləri 
b) keramik qab-qacaq növləri 
c) yeni aşkara çıxarılmış lövhə üzərindəki yazılar  
ç) yunanca qab-qacaq adları 
 
Bu suala IV abzas əsasında cavab vermək olar. Ventrisin həqiqətən B xətli yazının şifrini 
açması Blegen tərəfindən əldə edilmiş materialın şifri açıldıqdan sonra təsdiq olunmuşdur. Blegen 
kitabələr kimi verilmiş lövhələri, həmçinin onların “illüstrasiyalarını” - keramik qab-qacaq 
təsvirlərini  tədqiq etmişdir. Ventris kitabələrin özü tərəfindən müəyyən edilmiş B xətli səs 
mənalarını tutuşdurmuş və beləliklə, hər bir kitabədə onun yanında təsvir olunmuş  qab-qacağın 
yunanca adlarını oxumuşdur. Bununla da Ventrisin həqiqətən, B xətli yazının şifrini açdığı sübut 
edilmişdir. Göründüyü kimi, bütün bu prosesdə yazıların özü, bu kitabələrdəki müvafiq keramik 
qabların təsvirləri və onların yunan adları  iştirak etmişdir. Kitabələri oxumaq üçün lövhənin 
üzərində “üçayaq”, “dördqulaq” yaxud hər hansı digər qab olduğunun prinsipial əhəmiyyəti yox idi. 
Başlıcası, yazının (yaxud qab-qacağın adlarının) və qab-qacağın təsvirinin bir-birinə uyğun gəlməsi 
idi. 
Tapşırığın düzgün cavabı  təqdim olunan “obyektin”  Ventrisin kəşfi üçün əhəmiyyətli 
olmamasıdır. Belə cavab (b)-dir. 


 
39
5. Minosu belə adlandırırlar: 
 
a) Bütün yunan mədəniyyəti. Çünki Minos qədim Yunanıstanın əfsanəvi hökmdarı idi 
b) A xətli və B xətli yazılar. Çünki hər iki Minosun çarlığı dövründə Kretada yaradılmışdır  
c) A xətli yazı. Çünki bu sistem güman ki, yunanlardan əvvəlki sivilizasiyada yaradılmışdı 
ç)  B xətli yazı. Çünki bu yunan yazısıdır. Minos isə yunanlardan əvvəlki əhalinin əfsanəvi 
qəhrəmanıdır 
 
Bu sualın ehtimal olunan cavabları III-IV abzaslarla və haşiyələrdən biri ilə  əlaqədardır. 
Mətnin III abzasında birmənalı olaraq deyilir ki, Minos yazıları A xətli yazılardır  (“Minos xətli 
yazıları güman ki, Kreta yazılarının inkişafının nəticəsidir, onu A xətli adlandırırlar”). Müvafiq 
olaraq, düzgün cavab (c)-dir. 
(c)-nin yeganə düzgün cavab olduğuna əmin olaq. 
(a) cavabı  düzgün deyildir, çünki Minos qədim Yunanıstanın deyil, Kretanın  əfsanəvi 
hökmdarı idi. Haşiyədə qeyd edildiyi kimi, Minos mədəniyyətini yunan mədəniyyəti deyil, 
yunanlardan əvvəlki (yunanlardan əvvəl mövcud olan) mədəniyyət adlandırırlar. 
(b) B xətli yazı yunan yazısıdır (“ilk yunan yazısı və B xətli yazı nümunələri Kretada aşkar 
edilmişdir”)  və onu Minos yazısı adlandıra bilmərik, çünki yuxarıda qeyd etdiyimiz kimi, Minos 
yunan  sivilizasiyasının deyil, yunanlardan əvvəlki sivilizasiyanın əfsanəvi hökmdarıdır 
(ç) Bu cavab bir-birinə zidd müddəalardan ibarətdir - B xətli yazını  Minos yazısı 
adlandırırlar,  çünki bu yunan yazısıdır, Minos isə  yunanlardan  əvvəlki  əhalinin  əfsanəvi 
qəhrəmanıdır.  Belə demək düzgün olardı: “B xətli yazını Minos yazısı adlandıra bilmərik, çünki 
bu, yunan yazısıdır, Minos isə yunanlardan əvvəlki əhalinin əfsanəvi qəhrəmanıdır”.  
 
 
 
6.  Məlum olduğu kimi, Kipr adasında öz inkişaf tarixinə və xarakterinə görə B xətli yazının 
analoqu olan kiprominos yaxud C xətli yazı aşkar edilmişdir. C xətli yazıdan yerli əhali ilə yanaşı, 
Kiprə köçürülmüş yunanlar da istifadə edirdilər. 
 
Bu məlumatı mətndə verilən arayışlarla əlaqələndirsək, belə nəticə çıxara bilərik: 
a) C xətli yazı Kreta yazısı kimi, ikonavaridir; C xətlinin işarələrinin ideoqramlar yaxud 
hecalı yazının erkən pilləsi olduğu burada da məlum deyildir.   
b) C xətli yazı Festo diskindəki yazı kimi piktoqrafikdir, ancaq C xətlinin nümunələri 
əvvəlcədən hazırlanmış xüsusi matrisalarla həkk edilmişdir  
c) C xətli yazı A xətlinin inkişafının nəticəsidir, bununla yanaşı, hecalı  işarələrdən və  
ideoqramlardan – anlayışı göstərən şərti yazılı işarələrdən o da istifadə edir  
ç) C xətli yazı B xətlinin inkişafının nəticəsidir, bununla yanaşı, o da hecalı sistemdir və o 
da kontinental Yunanıstanda yayılmışdır 
 
Bu tapşırıqda yazının mətndə rast gəlmədiyimiz daha bir tipi haqqında məlumat verilir. 
Suala cavab vermək üçün bu məlumatı  mətndə göstərilən faktla müqayisə etmək lazımdır. 
Tapşırıqdakı məlumata əsasən, C xətli yazı inkişaf tarixinə və xarakterinə görə B xətli yazının 
analoqudur. Mətndə B xətli yazı haqqında oxuyuruq: “Kretada ilk yunan yazısının, B xətli 
adlandırılan yazının nümunələri də tapılmışdır.  Bu yazı A xətlinin inkişafının nəticəsidir (IV 
abzas). Həmçinin: “B xətli sillaboqramlardan (hecalı işarələrdən) istifadə edir. Onlar saiti yaxud 
saitlə samitin kompleksini, həmçinin  ideoqramları göstərir” (V abzas). Bütün bunlar cavabın (c) 
variantında toplanmışdır. Müvafiq olaraq o düzgündür. 
(a) və (b) cavabları C xətli yazının B xətli ilə deyil, A xətli ilə oxşarlığını göstərir. (ç) 
cavabına  əsasən, C xətli yazı inkişaf tarixinə görə B xətlinin analoqu olmamış,  əksinə, ondan 
inkişaf etmişdir. 
Beləliklə, düzgün cavab (c)-dir. 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə