Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə14/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   10   11   12   13   14   15   16   17   ...   35

 
32
Nümunələr və şərhlər 
 
I mətn 
 
Natürmort rəssamlıq janrlarından biridir. “Natürmort”  sözü cansız təbiət deməkdir. 
Natürmort hərəkətsiz əşyaları: çiçəkləri, meyvəni, ovu, musiqi alətlərini və hər hansı başqa əşyanı 
əks etdirir. XIX əsrədək bütün natürmort müəlliflərinin məqsədi maksimal realizmə nail olmaq idi. 
Ən realist natürmortlar  “Trompleys” adı ilə məşhurdur və gürcücə “gözü aldatmaq” deməkdir. Bu 
rəsmlər elə təəssürat yaradır ki, sanki qarşımızdakı rəsmin yastı səthi deyil, real əşyalardır. 
Natürmort bir janr kimi, öz başlanğıcını antik Yunanıstandan götürür. Orada natürmortdan 
varlıların evlərinin divarlarını bəzəmək üçün istifadə edirdilər. Bir yunan yazıçısının dediyinə görə 
rəssam Zevksisin çəkdiyi üzüm salxımı  əsl üzümə elə oxşayırdı ki, quşlar onu dimdikləməyə 
çalışırdılar. Ancaq Parasias Zevksisə üstün gəldi. O elə pərdə çəkdi ki, Zevksis onu kənara çəkməyə 
çalışdı. Xeyli sonra, orta əsrlərdə  və renessans dövründə natürmortlar əsasən iri rəsmlərin bir 
hissəsini təşkil edirdi. Məsələn, Müqəddəs Məryəmlə birlikdə  əksər hallarda simvolik baxımdan 
qüsursuzluq təcəssümü olan və çiçəklərlə bəzədilmiş vaza çəkirdilər. Yalnız XVII əsrdə natürmort 
müstəqil janra çevrildi. Bu zaman o hollandiyalı  rəssamlar arasında xüsusilə geniş yayılmışdı. 
Onlar adəti üzrə öz tablolarında bəzək əşyalarını: gümüş qab-qacağı, büllur piyalələri və alabəzək 
gül dəstələrini təsvir edirdilər. Bəzən natürmortda müəyyən gizli fikir əks etdirilirdi. Rəssamlar 
əksər hallarda bu və ya digər ideyanı  əks etdirə bilən  əşyalar çəkirdilər. Məsələn, kitab – bilik, 
musiqi alətləri – ləzzət, zövq, kəllə isə dünyəvi həyatın faniliyi demək idi.  
XIX əsrədək tənqidçilər natürmorta rəhm etmir, onları ancaq məharəti, ustalığı artıran vasitə 
sayırdılar. Onların fikrincə, natürmort yaratmaq rəssamdan nə fantaziya qabiliyyəti, nə də düşüncə 
tələb edirdi. XIX əsrdə natürmortlar tədriclə reallıqdan uzaqlaşırdı. Rəssamlar öz hisslərini, əhval-
ruhiyyələrini əks etdirmək məqsədi ilə eksperimentlərə əl atırdılar. Onlar tez-tez özləri üçün xüsusi 
əhəmiyyəti olan əşyalar seçir, gerçəklikdən daha çox öz hisslərinə uyğun olan üslub və rənglərdən 
istifadə edirdilər. Fransız rəssamı Eduard Manenin sözlərincə, “rəssam meyvə və çiçəklər vaitəsilə 
hər şeyi əks etdirə bilər”. 
Məşhur holland rəssamı Van Qoqun rəsmlərindən birində stul təsvir olunmuşdur. Stulun 
üstündə bir qəlyan vardır. Otağın küncündə duran qutudan təbiətin və təzələnmənin simvolu olan 
yaşıl soğan gövdələri görünür. Rəssamın stulu və  qəlyanı – bu adi əşyalar insanın özü kimi 
müvəqqəti və dünyəvidir. Vinset Van Qoqun bu natürmortu bir növ simvolik avtoportretdir. Onun 
tablolarında  əşyalar rəssamın mənəvi vəziyyətinə müvafiq təsvir edilmişdir. Van Qoq yazırdı: 
“Gördüyüm  şeyləri dəqiq  əks etdirmək  əvəzinə öz-özümü daha enerjili təsvir etmək üçün 
rənglərdən özümə  məxsus istifadə edirəm”. Onun fikrincə, rənglərin konkret emosional dəyəri 
vardır. Hər rəng onun üçün mənəvi duyğu simvolu idi. Məsələn, öz dostu Pol Qoqenə həsr etdiyi 
“Günəbaxan”-da Van Qoq “qarşılıqlı həmahəng” olan narıncı və sarı rənglərdən istifadə etmiş və 
bununla öz dostluq hisslərini əks etdirmişdir. 
 
 
 
1.
 
 XIX əsrədək natürmort müəlliflərinin məqsədi bu idi: 
 
a) baxıcı üçün elə təəssürat yaratmaq ki, guya tabloda “cansız təbiət” təsvir olunmuşdur 
b) çiçəkləri, meyvəni, ovu təsvir etməklə yeni rəssamlıq təmayülü yaratmaq  
c) rəsmin müstəvi səthində real deyil, tərpənməz əşyaları təsvir etmək 
ç) tərpənməz əşyaları maksimum realistcəsinə əks etdirmək 
 
I abzasda təsviri incəsənətin janrlarından biri – natürmortun mahiyyəti göstərilmiş, bu sözün 
mənası izah edilmiş və XIX əsrədək natürmort müəlliflərinin məqsədi aydınlaşdırılmışdır: əşyaları 
təsvir edərkən maksimum realistliyə nail olmaq. Buna görə də cavabın (ç) variantı düzgündür. 
 


 
33
2.
 
 Aşağıda sadalananlardan mətnə görə hansı düzgün deyildir? 
a) Antik Yunanıstanda və Romada natürmort dekorativ funksiya daşıyırdı 
b) XIX əsrin holland rəssamları natürmortda o dövrün cəmiyyətinin maddi rifahını  əks 
etdirən əşyaları çəkirdilər 
c) Orta əsrlərdə  və renessans dövründə natürmort rəsmin ancaq bir hissəsini təşkil edirdi, 
bununla yanaşı, o müəyyən simvolik yükə də malik ola bilərdi  
ç) Rəssamlar yalnız XIX əsrdə natürmort vasitəsilə mücərrəd ideyaları simvolik surətdə əks 
etdirməyə başladılar 
 
Bu tapşırığa əməl edilməsi cavabın elə variantını seçməyi tələb edir ki, mətnə görə düzgün 
deyildir, mətndə verilən məlumata uyğun gəlmir. 
 Antik  Yunanıstanda və Romada natürmortdan  varlıların evlərinin divarlarını  bəzəmək 
üçün istifadə edirdilər, deməli, o dekorativ funksiya daşıyırdı. Cavabın (a) variantında verilmiş 
müddəa mətnə görə düzgündür. Buna görə də o bu tapşırığın cavabı ola bilməz. XVII əsrin holland 
rəssamları adətən, öz natürmortlarında zənginlik  əşyalarını (məs., bahalı qab-qacağı) təsvir 
edirdilər, yəni o dövrün cəmiyyətinin maddi rifahını  əks etdirən  əşyaların rəsmini çəkirdilər. 
Müvafiq olaraq cavabın (b) variantı da düzgün deyildir. Orta əsrlərdə  və renessans dövründə 
natürmort əsasən, böyük rəsmlərin bir hissəsini təşkil edirdi və onun müəyyən simvolik yükü də var 
idi (II abzasda bunun nümunələrindən biri  - Müqəddəs Məryəmlə birlikdə gül-çiçək qoyulmuş 
vaza təqdim edilmişdir). Müvafiq olaraq cavabın (c) variantı da düzgün deyildir. 
Rəssamlar XIX əsrə  qədər də natürmort vasitəsilə simvolik surətdə mücərrəd ideyaları  əks 
etdirirdilər. Məsələn, renessans dövrünün rəsmlərində  Müqəddəs Məryəmlə birlikdə gül-çiçək 
qoyulmuş vazalar simvolik olaraq qüsursuzluğu, natürmortda təsvir olunmuş musiqi aləti – zövqü, 
nəşəni, kəllə və dünyəvi həyatın faniliyini əks etdirirdi. Beləliklə, mətnə görə cavabı dördüncü variantda 
verilmiş müddəa düzgün deyildir: rəssamlar yalnız XIX əsrdə natürmort vasitəsilə mücərrəd ideyaları 
simvolik surətdə əks etdirməyə başladılar. Müvafiq olaraq bu tapşırığın cavabı (ç)-dir. 
 
 
3.
 
XIX əsrdən natürmortun ətraflı düşünülməsində nə dəyişdi? 
a) Natürmortlarda elə  əşyalar peyda oldu ki, həqiqətdən daha çox öz müəlliflərinin 
hisslərinə, əhval-ruhiyyəsinə uyğun gəlirdi.  
b) Rəssamlar eksperimentlərə  əl atdılar: onlar kənar gerçəkliyi dərk etməyə  və onları 
maksimum realistcəsinə əks etdirməyə çalışırdılar 
c) Tənqidçilər natürmortu ancaq məharəti artırmaq, rəsm çəkmək texnikasına yiyələnmək 
vasitəsi kimi baxırdılar 
ç) Tənqidçilər belə bir fikrə  əsaslanırdılar: natürmort yaratmaq üçün ətraflı düşünmək və 
xüsusi təsvir etmək qabiliyyəti lazım deyildir 
  
XIX  əsrdən etibarən natürmortlar tədriclə gerçəklikdən uzaqlaşdı. Rəssamlar özləri üçün 
xüsusi əhəmiyyəti olan əşyalar seçir, həqiqətdən daha çox öz hisslərinə, əhval-ruhiyyələrinə daha 
çox uyğun olan üslub və  rənglərdən istifadə edirdilər. Bütün bunlar janrın erkən qavrayışı kimi 
natürmort janrına uyğun gəlmir. Müvafiq olaraq cavabın (a) variantı düzgündür. 
XIX  əsrin rəssamları  həqiqətən, eksperimentlərə  əl atdılar: onlar kənar gerçəkliyi 
qavramağa və  əks etdirməyə çalışırdılar, lakin maksimum realistcəsinə deyil, subyektiv baxışları 
yaxud  əhval-ruhiyyələri üzrə. Buna görə də cavabın (b) variantı düzgün deyildir. 
Mətnə  əsasən, məhz  XIX əsrədək tənqidçilər natürmortu ancaq məharəti artırmaq, rəsm 
texnikasına yiyələnmək vasitəsi sayırdılar. Ondan sonra isə bu janrın qavranılmasında mühüm 
dəyişiklik baş verdi. Bunu rəssamların eksperimentləri, həmçinin III abzasın sonunda Eduard 
Maneyə məxsus olan sitat da təsdiq edir.   
Natürmortun yaradılması üçün ətraflı düşünmək yaxud xüsusi təsviretmə qabiliyyətinin 
lazım gəlməsi barədə baxış XIX əsrdən sonra bərqərar olmamışdır. Tənqidçilər natürmorta məhz 
XIX  əsrədək rəhm etmir və elə hesab edirdilər ki, cansız  əşyaların rəsmini çəkmək üçün nə 
fantaziya qabiliyyəti  nə də təfəkkür lazımdır. Müvafiq olaraq cavabın (ç) variantı səhvdir. 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə