Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə12/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   8   9   10   11   12   13   14   15   ...   35

 
27
Tapşırığın birinci bəndinə  əsasən, ikinci qutudakı yaşıl topun nömrəsi birinci qutudakı 
qırmızı topun nömrəsi ilə eynidir. Müvafiq olaraq, birinci və ikinci qutulara qoyulmuş topların 
nömrələri nə 1-ci, nə də 2-ci qutuda ola bilməz (hər qutunun və ona qoyulmuş iki topun nömrələri, 
deməli, hər üç nömrə bir-birindən fərqlənir). Topların nömrələri 3 yaxud 4 ola bilər. Ancaq 
gördüyümüz kimi, 4№-li yaşıl top üçüncü qutudadır, deməli ikinci qutuda 3 №-li yaşıl top, 
birincidə isə 3 №-li qırmızı top olmalıdır. 
 
 
 
 
 
 
Tapşırığın ikinci bəndindən aydın olur ki, qutulardan birinə  2 №-li qırmızı və 1№-li yaşıl 
top qoyulmuşdur. Bu ancaq dördüncü qutu ola bilər, çünki qalanlarında qırmızı yaxud yaşıl topların 
nömrələrini artıq müəyyən etmişik. 
 
 
 
 
 
İndi isə  cədvəli “doldura” bilərik. Birinci qutuda 2 №-li yaşıl top, ikinci qutuda 4№-li 
qırmızı top (çünki o üçüncüdəki 4№-li topla birlikdə ola bilməzdi), üçüncü qutuda isə  1№-li 
qırmızı top var imiş. 
 
 
 
 
Qutulardakı qırmızı topların yerləşməsi (b) cavabda verilən yerləşməyə uyğun gəlir. 
 
 
 
9. Turist A şəhərinə qonaq getdi və  şəhərin küçələrinin təmizliyinə, yolun yüksək 
keyfiyyətli örtüyünə  və  təhlükəsiz  şəraitə heyran qaldı. Bunun əksinə olaraq o tez-tez kütləvi 
informasiya vasitələrindən A şəhərində mövcud olan mürəkkəb kriminal vəziyyət, hərcmərclik və 
xarab olmuş yollar barədə məlumat alırdı. 
Turist  kütləvi informasiya vasitələrinin A şəhəri barədə  səhv məlumat yaydığını 
ehtimal etdi. 
Aşağıda sadalananlardan bu ehtimalı hansı fakt şübhə altında qoyur? 
a) Turist A şəhərinin periferik məhəllələrdən fərqlənən,  şəhər üçün qeyri-tipik surətdə 
qaydaya salınmış mərkəzi məhəlləsinə getmişdir 
 b)  A  şəhərinin bələdiyyə idarəsi  şəhərin həm mərkəzi, həm də periferik məhəllələrində 
nümunəvi səliqəni və təmizliyi təmin edir  
c) A şəhərinin polis xidməti  şəhərin bütün küçələrinə tam nəzarət edir və müvafiq olaraq 
burada heç vaxt adamlara hücum edilmir 
ç) Kütləvi informasiya vasitələri  əsasən etibarsız mənbələrə  əsaslanır və müvafiq olaraq 
səhv məlumat yayırlar 


 
28
Tapşırığın şərtində deyilir ki, A şəhərinə getmiş turist burada gözlədiyinin əks mənzərəsi ilə 
rastlaşmışdır. O, kütləvi informasiya vasitələrindən bu şəhər barədə neqativ (mənfi) məlumat 
almışdı. Onun gördüyü real vəziyyət isə müsbət olmuşdur. Müvafiq olaraq turist A şəhəri barədə 
kütləvi informasiya vasitələrinin yaydığı məlumatı səhv hesab edir
Tapşırığa  əməl etmək üçün kütləvi informasiya vasitələrinə “bəraət qazandıran” yaxud 
onların yaydığı  məlumatın səhv olması barədə turistin ehtimalını  şübhə altında qoyan fakta və 
müvafiq olaraq şəhərdə mövcud vəziyyətin müsbət olması faktına müraciət edək. 
Cavabın hər bir variantını müzakirə edək: 
a) Turist A şəhərinin periferik məhəllələrdən fərqlənən,  şəhər üçün qeyri-tipik surətdə 
qaydaya salınmış mərkəzi məhəlləsinə getmişdir 
Cavabın bu variantına  əsasən, turist şəhərin  qeyri-tipik mərkəzi məhəlləsini görmüş  və 
bunun əsasında bütün şəhər haqqında nəticə çıxarmışdır. Periferik məhəllələrdə isə vəziyyət başqa 
cürdür. Mərkəzi məhəllələrdən fərqli olaraq onlar qaydaya salınmamışdır. Beləliklə, kütləvi 
informasiya vasitələrinin  şəhərdə mövcud olan xoşagəlməz  şərait haqqında yaydığı  məlumat 
həqiqətə uyğun ola bilər. 
Gördüyümüz kimi, kütləvi informasiya vasitələri tərəfindən səhv məlumat yayılması barədə 
turistin ehtimalını məhz bu fakt şübhə altında qoyur. 
Cavabın bu variantının düzgün olmasına baxmayaraq, cavabın yeganə düzgün cavabı 
olduğunu yəqin etmək üçün başqa variantları da müzakirə edək. 
b) A şəhərinin bələdiyyə idarəsi  şəhərin həm mərkəzi, həm də periferik məhəllələrində 
nümunəvi səliqəni və təmizliyi təmin edir    
Cavabın bu variantı şəhərdə qaydanı təmin edən müəyyən idarəni göstərir və bununla şəhərin 
səliqəli olması kütləvi informasiya vasitələri tərəfindən səhv məlumat yayılması haqqında turistin 
ehtimalını şübhə altına salmır və daha da möhkəmləndirir. Müvafiq olaraq bu düzgün deyildir. 
c) A şəhərinin polis xidməti  şəhərin bütün küçələrinə tam nəzarət edir və müvafiq olaraq 
burada heç vaxt adamlara hücum edilmir 
Cavabın bu variantında şəhərin küçələrində təhlükəsizliyi qoruyan müəyyən idarə göstərilir 
və cavabın (b) variantı kimi, turistin ehtimalını şübhə altına salmır və daha da möhkəmləndirir. 
ç) Kütləvi informasiya vasitələri  əsasən etibarsız mənbələrə  əsaslanır və müvafiq olaraq 
səhv məlumat yayırlar 
Cavabın bu variantında kütləvi informasiya vasitələrinin nə üçün səhv məlumat yaymasının 
səbəbi göstərilmişdir. Müvafiq olaraq bu cavab bu konkret halda da kütləvi informasiya 
vasitələrinin A şəhəri barədə yaydığı  məlumatın səhv ola bilməsi barədə turistin ehtimalını 
möhkəmləndirir. Cavabın bu variantı da düzgün deyildir. 
Beləliklə, tapşırığın yeganə düzgün cavabı (a)-dır. 
 
 
10.  Roma imperiyasının bəzi bölgələrində sudan enerji mənbəyi kimi intensiv surətdə 
istifadə edirdilər. Ancaq böyük şəhərlərdə su enerjisindən istifadə olunmurdu. Bəzi tarixçilər bu 
faktı belə izah edirlər: sıx məskunlaşmış yerlərdə hakim elita ənənəvi enerji mənbələrinə 
üstünlük verirdi ki, bu da böyük miqdarda işçi qüvvəsi tələb edirdi; su enerjisindən 
istifadənin tətbiqi isə xeyli adamı işsiz qoyur və sosial iğtişaşa səbəb olurdu.  
 
Aşağıda sadalananlardan bu izahı hansı fakt şübhə altında qoyur? 
a) romalılar böyük məharətlə akveduklar – özünəməxsus kanallar çəkirdilər, onların 
vasitəsilə iri şəhərlərə uzaqdan su verilirdi 
b) Roma imperiyasının su enerjisindən istifadə olunmayan bütün bölgələrində çaylarda 
suyun axını il ərzində çox qeyri-sabit olurdu 
c) Roma imperiyasının böyük şəhərlərində su enerjisini çox qısa müddətdə, həm də böyük 
məsrəflərsiz tətbiq etmək mümkün olurdu  
ç) Roma imperiyasının sudan enerji mənbəyi kimi istifadə olunmayan bütün bölgələrində 
daha ənənəvi enerji mənbələrinə üstünlük verilirdi 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə