Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 
24
Eynilə beləcə, ikinci başlıca fikrə əsasən, əgər oğlan cins geymişdirsə, o hökmən gitarada çalır. 
Ancaq burada yalnız  cins geymiş oğlanların yaxud başqalarının da gitarada çaldıqları barədə heç 
nə deyilmir. Müvafiq olaraq gitarada çalan oğlanların miqdarını göstərən dairə cins geymiş 
oğlanların miqdarını göstərən dairəni əhatə etməli yaxud ona tən gəlməlidir. Birinci iki başlıca fikrə 
əsasən, oğlanlar üçün diaqram bu cür forma alacaqdır: 
 
 
 
 
                                                                    Diaqram 3 
 
Yadda saxlamaq lazımdır ki, orta dairə kiçik dairəyə, böyük dairə isə orta dairəyə, yaxud hər 
üç dairə bir-birinə tən gələ bilər. 
Qızlar üçün diaqram daha sadədir, çünki qızlara yalnız üçüncü başlıca fikir aiddir: cins geymiş 
hər bir qız gitarada çalır; eyni zamanda bu başlıca fikirdə cins geymiş qızlardan başqa digər qızların 
da gitara çalıb-çalmadıqları barədə heç nə deyilmir. Müvafiq olaraq diaqram bu formada olacaqdır: 
 
 
 
  
 
                                                                        Diaqram 4 
 
 
Bu tapşırığın icrasında verilən hər üç hissənin müqayisə edilməsi və bunun əsasında nəticə 
çıxarılması nəzərdə tutulur. 
Qurulmuş diaqramlar üzrə cavabların mümkün variantlarını müzakirə edək: 
a) Gitarada çalan oğlanların saçı qaradır 
3-cü diaqramdan göründüyü kimi, gitarada çalan oğlanların miqdarı qara saçlı  oğlanların 
miqdarından daha çox ola bilər. Qara saçlı bütün oğlanların gitarada çalmasına baxmayaraq, 
gitarada çalan hər bir oğlanın saçı qara olmaya bilər. Cavabın bu variantı düzgün deyildir.    
 
b) Gitarada çalan
 
qızlar cins geymişlər 
4-cü diaqramdan göründüyü kimi, gitarada çalan qızların miqdarı cins geymiş  qızların 
miqdarından daha çox ola bilər. Müvafiq olaraq gitarada çalan qızların cins geymələri vacib 
deyildir. Cavabın bu variantı  da düzgün deyildir.    
 
c) Qara saçlı oğlanlar gitarada çalırlar 
3-cü diaqramdan göründüyü kimi, qara saçlı  oğlanların dairəsi gitarada çalan oğlanların 
dairəsinə düşmüşdür. Deməli, hər bir qara saçlı oğlan hökmən gitarada çalır. Cavabın bu variantı 
düzgündür. 
ç) Cins geyməmiş qızlar gitarada çalırlar 
4-cü diaqramdan göründüyü kimi, gitarada çalan qızların miqdarı cins geymiş  qızların 
miqdarından daha çox ola bilər. Müvafiq olaraq cins geymiş qızın gitarada çalması istisna olunmur. 
Cavabın bu variantı  da düzgün deyildir.  
 
 
 
 


 
25
3. İki müddəa verilir: 
•  Cıdır gözəl tamaşadır 
•  Ümumiyyətlə, at çapmaq gözəl tamaşadır 
 
Beləliklə, nəticə çıxara bilərik: 
Ərəb cinsli atların cıdırı gözəl tamaşadır 
Bu nəticə:  
a) yalnız birlikdə iki müddəadan irəli gəlir 
b) ayrı-ayrılıqda hər müddəadan irəli gəlir 
c) yalnız hər hansı bir müddəadan irəli gəlir 
ç) verilən müddəalardan irəli gəlir 
 
Birinci müddəaya əsasən, cıdır gözəl tamaşadır. Bu, ümumiyyətlə, hər cür cıdıra aiddir. Buna 
görə  də  cıdırın xüsusi hadisə olması - ərəb cinsli atların cıdırının gözəl tamaşa olmaması qeyri-
mümkündür. Beləliklə,nəticə - ərəb cinsli atların cıdırının gözəl tamaşa olması birinci müddəadan 
irəli gəlir. 
İkinci müddəaya  əsasən, ümumiyyətlə, atların səyirdilməsi gözəl tamaşadır. Cıdır atların 
səyirdilməsi (konkret məqsədlə - qalibi müəyyən etmək üçün) olduğundan, atların çoxluğunun isə 
ərəb atlarını da əhatə etdiyindən,  ərəb atlarının cıdırı da gözəl tamaşadır. Beləliklə, yuxarıda 
çıxarılmış nəticə ikinci müddəadan da irəli gəlir.  
Göründüyü kimi, tapşırıqda təqdim olunan nəticə həm birinci, həm də ikinci müddəadan (ayrı-
ayrılıqda hər iki müddəadan) irəli gəlir. Əgər nəticə birinci yaxud ikinci müddəadan irəli gəlirsə, o 
hər iki müddəadan da irəli gəlir, ancaq bu nəticəni çıxarmaq üçün hər iki müddəa zəruri deyildir. 
Müvafiq olaraq, (a) cavabı düzgün deyildir. Ona əsasən, bu nəticə  ancaq birlikdə  hər iki 
müddəadan irəli gəlir. 
Beləliklə, düzgün cavab (b)-dir. 
 
 
 
4. Rəfiqələr – Anna, Veriko, Tina və Liya masa ətrafında əyləşmişlər (hökmən ardıcıllıq zəruri 
deyildir). Məlum olduğu kimi, onların arasında biri, hamıdan uca, biri – hamıdan ağıllı, biri – 
hamıdan şən, biri isə hamıdan təmkinlidir. 
 
Həmçinin verilmişdir ki,: 
•  Tinanın bir tərəfində ən ağıllı rəfiqəsi, digər tərəfində isə Veriko əyləşmişdir 
•  Anna hamıdan şən olanla üzbəüz əyləşmişdir 
•  Veriko hamıdan şən deyildir 
 
Qeyd olunan dörd xüsusiyyətdən Liya üçün hansı səciyyəvidir? 
 
a) Hamıdan uca 
b) Hamıdan ağıllı 
c) Hamıdan şən 
ç) Hamıdan təmkinli 
 
Bu tapşırığa  əməl etmək üçün əyani olaraq onda verilən  şəraiti 
təsəvvür edək. Bunun üçün çertyojdan istifadə olunması 
məqsədyönlüdür. 
Annanı, Verikonu, Tinanı və Liyanı sxematik olaraq nöqtələrlə qeyd edək. 
Tapşırıqda Liya barədə heç nə deyilmədiyindən, digər personajlar haqqında mövcud olan 
məlumat əsasında onun xarakterini müəyyən etməyə səy göstərək.  


 
26
Ümumiyyətlə, bu tipli tapşırıqlara  əməl edərkən  şübhəsiz düzgün olan göstəricilərin 
müəyyənləşdirilməsi və onlara əsaslanmaqla şübhəsiz düzgün nəticələr çıxarılması zəruridir. 
Tapşırıqda ilk dəfə Tina barədə məlumat verilir, yaxud 
Tina bizim üçün ilk oriyentirdir. Buna görə də verilən dörd 
nöqtədən hər birini ona aid etmək olar. 
Tapşırığa  əsasən, Tinanın bir tərəfində  ən ağıllı 
rəfiqəsi, digər tərəfində isə Veriko əyləşmişdir. 
Beləliklə, dəqiq deyə bilərik ki, nə Veriko nə də Tina hamıdan ağıllıdır. 
Tapşırıqda  həmçinin verilmişdir ki, Anna hamıdan şən olanla üzbəüz əyləşmişdir və hamıdan 
şən olan Veriko deyildir.
 
 
Deməli, Anna Veriko ilə üzbəüz  əyləşmişdir. Çertyojda 
isə görünür ki, ən ağıllı məhz Veriko ilə üzbəüz  əyləşəndir. 
Beləliklə, Anna hamıdan ağıllı deyildir. 
Əgər hamıdan ağıllı  nə Anna, nə Veriko, nə  də Tinadırsa, 
deməli, hamıdan ağıllı Liya imiş. Beləliklə, düzgün cavab (b)-
dir. 
 
 
 
 
5. Dörd qutunun hərəsində bir qırmızı və bir yaşıl top vardır. Qutunun dördü də, dörd qırmızı 
və dörd yaşıl da 1, 2, 3 və 4 rəqəmləri ilə nömrələnmişdir. Hər qutunun və ona qoyulmuş iki topun 
nömrələri (yəni hər üç nömrə) bir-birindən fərqlənir. Bundan əlavə verilir: 
•  1№-li qutuya qoyulmuş topun nömrəsi 2 №-li qutuya qoyulmuş yaşıl topun nömrəsinə 
uyğun gəlir 
•  2 №-li qırmızı və 1 №-li yaşıl toplar eyni qutuya qoyulmuşdur 
•  3 №-li qutuda 4 №-li yaşıl top vardır 
 
Qutudakı qırmızı topların necə bölüşdürülməsi məsələnin şərtlərini təmin edir? 
 
Qutular    
№ 1   
№ 2   
№ 3   
№ 4 
a) 
 3  4  2  1 
b) 
 3  4  1  2 
c) 
 2  1  4  3 
ç) 
 4  3  1  2 
 
Məsələnin şərtlərini nəzərə almaqla qutudakı topları bölüşdürək. Bu işdə bizə göstəricilərin 
qrafik təsviri kömək edəcəkdir (nəzərə alın: aşağıda tapşırıqlara əməl etmək üçün lazımi addımları 
əks etdirən dörd sxem verilməsinə baxmayaraq, siz real surətdə  tədriclə bir sxemi “doldurmalı” 
olacaqsınız). 
Bölüşdürməyə sonuncu şərt üzrə başlayın, çünki burada 3 №-li qutuda 4№-li topun olması 
birtərəfli deyilmişdir. 
 
 
 
 
 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə