Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə10/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

 
22
Məntiq 
 
Mövcud göstəricilər (ilkin şərtlər)  əsasında düzgün nəticə* çıxarmaq və  əsaslandırmaq, 
həmçinin müəyyən faktları izah etmək üçün təklif olunan ehtimalların qiymətləndirilməsi 
qabiliyyəti məntiq blokundakı tapşırıqlarla yoxlanılır. 
Testdə məntiq blokunun tapşırıqlarını bu cür təlimat müşayiət edir: 
 
Bu cür təlimatlar  əvvəlki göstəricilər və  çıxarılmalı  nəticələr baxımından bir-birindən 
fərqlənir. Buna görə  də  hər bir tapşırığı müşayiət edən suala xüsusi diqqət yetirin və verilən 
variantlardan müvafiq cavabı seçin. 
Göstəricilərin çertyoj və diaqram formasında  əks etdirilməsi bəzi suallara cavab verilməsini 
asanlaşdırır. 
 
Məntiq blokunda üç tipli tapşırıq vardır: 
1. Obyektlər qrupu (çoxluqlar), həmçinin kəmiyyətlər arasında istiqamətlərə aid olan 
tapşırıqlar; 
2. Əsas diqqətin obyektlər arasındakı məkan istiqamətinə yönəldildiyi tapşırıqlar; 
3. Müəyyən  şərtlər nəzərə alınmaqla artıq nəticələr çıxarılmış  və ehtimallar ifadə edilmiş  və 
onları təsdiq yaxud rədd edən / pozan dəlillərin oxşadılması lazım olan tapşırıqlar. 
Tapşırıqlarda göstəricilər müddəalar (ilkin şərtlər) halında verilmişdir. Müddəalarda verilmiş 
obyektlərə müəyyən xüsusiyyətlər əlavə edilir. Məs: bütün limonlar sarıdır. Bu halda limon obyekt, 
sarı isə xüsusiyyətdir. Xüsusiyyətlər çox rəngarəngdir. Məs: “ucadır”,  “Çiyələyi sevir”,  “teatra 
gedir”, “ücadan hürür”   və s. 
Tapşırıqlarda sizə  bəzən həqiqətə uyğun olmayan, yanlış göstəricilər rast gələcəkdir. Məs: 
“ancaq zürafənin qanadları vardır”, yaxud “hər bir qəmli insan gülür". Ancaq sizin vəzifəniz 
gerçəkliyə daha çox oxşayan cavabı deyil, məntiqi sürətdə ilkin şərtdən irəli gələn yeganə cavabı 
tapmaqdır. Buna görə də tapşırığa əməl edərkən tapşırıq şərtində verilən vəziyyətlə əlaqədar olan 
təcrübənizə və biliyinizə əsaslanmayın; yalnız tapşırığın göstəricilərinə (ilkin şərtlərə) əsaslanaraq 
məntiqi mühakimə yürüdün, sonra isə cavabı seçin. 
 
 
Nümunələr və şərhlər 
 
1. Verilir: 
•  Parıldayan hər şey qızıl deyildir. 
 
Aşağıda sadalananlardan hansı müddəanın məzmunu verilən müddəanın eynidir? 
a) Elə qızıl vardır ki, parıldamır 
b) Qızıl olmayan şey parıldamaz 
c) Parıldayan bəzi şeylər qızıl deyildir 
ç) Parıldayan nə varsa qızıl deyildir 
 
Bu müddəada obyektlərin iki qrupundan söhbət gedir: 1. Parıldayan hər şey və 2. Qızıl olan hər 
şey. 
Müddəaya  əsasən, bu qruplar arasında aşağıdakı  əlaqə vardır: birinci qrupa (parlayan 
obyektlərə) elə obyektlər (heç olmazsa biri) daxildir ki, ikinci qrupa (qızıl obyektlərə) məxsus 
deyildir, yaxud birinci qrupa məxsus olan və ikinci qrupa (parıldayan obyektlərə) məxsus olmayan 
heç olmazsa bir obyekt vardır və ikinci (qızıl obyektlər) qrupa daxil deyildir. 
Tapşırığa əməl etmək üçün cavabın hər bir variantını müzakirə edək:  
 
 
* Topluda istifadə olunmuş anlayışlar – göstərici və nəticə - elmi terminologiyada  ilkin şərtə və rəyə uyğun gəlir 


 
23
a) Elə qızıl vardır ki, parıldamır 
Bu müddəada deyilir ki, elə obyekt vardır ki, qızıl obyektlər qrupuna daxildir və parıldayan 
obyektlər qrupuna daxil deyildir. Bu isə tapşırıqda verilən müddəanın məzmunundan fərqlənir və 
müvafiq olaraq cavabın bu variantı düzgün deyildir. 
b) Qızıl olmayan şey parıldamaz 
Bu müddəaya əsasən, əgər obyekt  qızıl obyektlər qrupuna daxil deyildirsə, parlayan obyektlər 
qrupuna da daxil deyildir. Bu o deməkdir ki, parıldayan hər  şey qızıldır. Bu, tapşırıqda verilən 
müddəaya ziddir. Müvafiq olaraq, cavabın bu variantı düzgün deyildir. 
 c) Parıldayan bəzi şeylər qızıl deyildir 
Bu müddəada deyilir ki, elə obyektlər (heç olmazsa bir obyekt) vardır ki, parıldayır, ancaq qızıl 
deyildir, yaxud parıldayan obyektlər qrupuna elə obyektlər daxildir ki, (heç olmazsa bir obyekt) 
qızıl obyektlər qrupuna məxsus deyildir. Bu isə tapşırıqda verilən müddəanın məzmununun eynidir 
və müvafiq olaraq cavabın bu variantı düzgündür. 
ç) Parıldayan nə varsa qızıl deyildir 
Bu müddəada deyilir ki, əgər obyekt parıldayan obyektlər qrupuna daxildirsə, o  qızıl obyektlər 
qrupuna daxil deyildir, yaxud birinci və ikinci qrupların heç bir ümumi obyekti yoxdur. Lakin bu o 
demək deyildir ki, bu qrupların ümumi obyekti yoxdur. Müvafiq olaraq bu müddəanın məzmunu 
verilən müddəanın məzmunundan fərqlənir, cavabın bu variantı düzgün deyildir. 
 
 
2. Verilir: 
•  Qara saçlı hər bir oğlan cins geymişdir 
•  Cins geymiş hər bir oğlan yaxud qız gitarada çalır 
 
Tutaq ki, bu iki müddəa həqiqidir. Onlardan hökmən hansı nəticə çıxarmaq olar? 
 
a) Gitarada çalan oğlanların saçı qaradır 
b) Gitarada çalan
 
qızlar cins geymişlər 
c) Qara saçlı oğlanlar gitarada çalırlar 
ç) Cins geyməmiş qızlar gitarada çalırlar 
 
İlk növbədə ona diqqət yetirin ki, ikinci başlıca fikir əslində iki cümlənin vəhdətidir: “cins 
geymiş  hər bir oğlan gitarada çalır” və “cins geymiş  hər bir qız gitarada çalır”. Müvafiq olaraq 
tapşırıqda üç başlıca fikir vardır: 
1. Qara saçlı hər bir oğlan cins geymişdir 
2. Cins geymiş hər bir oğlan gitarada çalır 
3. Cins geymiş hər bir qız gitarada çalır 
Hər üç fikirdə  və cavabın variantlarında obyektlərin sonrakı çoxluğundan: qara saçlı 
oğlanlardan, cins geymiş oğlanlardan, gitarada çalan oğlanlardan, cins geymiş qızlardan və gitarada 
çalan qızlardan söhbət gedir.  
Birinci başlıca fikrə  əsasən,  əgər oğlanın saçı qaradırsa, o hökmən cins geymişdir. Ancaq 
burada yalnız qara saçlı  oğlanların yaxud başqalarının da cins geydikləri barədə heç nə 
deyilməmişdir.  Əgər qara saçlı  oğlanların və cins geymiş  oğlanların miqdarını dairələrlə  əks 
etdirsək, qara saçlı  oğlanları göstərən dairə cinsli oğlanları göstərən dairənin içinə daxil edilər, 
yaxud ona tən gələr. 
 
 
 
      Diaqram 1                  
 
                     Diaqram 2 
 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə