Microsoft Word saboloo versiya azerbaiganuli doc



Yüklə 7,26 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix22.05.2018
ölçüsü7,26 Kb.
#45290
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 
34
4. Van Qoqun natürmortlarından birində sadə  əşyalar təsvir edilmişdir (IV abzas). Bu 
natürmorta əsasən, ehtimal etmək olar ki, müəllif bizə işarə etdiyi həyati dəyərlərlə razılaşmır
 
a) orta əsrlərin və renessans dövrünün natürmortları 
b) XVII əsr holland rəssamlarının natürmortları 
c) Fransız rəssamı Eduard Manenin natürmortları 
ç) Van Qoqun “Günəbaxanlar” natürmortu 
 
IV abzasda XIX əsrin holland rəssamı Van Qoqun natürmortlarından birində əks olunmuş 
əşyalar – stul, qəlyan, qutu, soğan gövdələri – təsvir edilmiş və qeyd edilmişdir: bu sadə əşyalar da 
insanın özü kimi müvəqqətidir. Bu ifadə daha mühümdür: Van Qoqun bu natürmortu bir növ 
simvolik avtoportretdir. Buradaca Van Qoqun sitatından bir parçanı xatırlamaq yerinə düşər: 
“Öz-özümü enerjili surətdə təsvir etmək üçün rənglərdən özüməməxsus istifadə edirəm”. 
Mətndə orta əsrlərin yaxud renessans dövrünün natürmortlarında təsvir olunmuş dəyərlərlə 
Van Qoqun IV abzasda göstərilən həyati dəyərləri arasında qarşıdurma görünmür.Buna görə  də 
cavabın (a) variantı səhvdir. 
Mətnin II abzasında natürmortlarda adətən zənginlik əşyalarını gümüş qab-qacağı, büllur 
piyalələri, rəngarəng gül dəstələrini təsvir edən XVII əsrin holland rəssamlarından söhbət gedir... 
Güman etmək olar ki, Van Qoqun rəsmi (stul, qəlyan, qutu, soğan) o dövrün cəmiyyəti üçün 
maddi rifahın  əhəmiyyətini göstərən XVII əsrin holland natürmortlarına bir növ kinayəli işarə 
idi. Düşünmək olar ki, Van Qoq, o dövrün rəssamlarının əsərlərinin əks etdirdiyi həyati dəyərləri 
qəbul etmirdi. Müvafiq olaraq cavabın (b) variantı düzgündür. 
 Mətndə fransız rəssamı Eduard Manenin və Van Qoqun rəssamlığa, gerçəkliyin 
qavranmasına və eyni təsvir prinsiplərinə eyni cür münasibət bəsləmələri aydın görünür. Lakin 
burada Eduard Manenin hansı həyati dəyərlərə üstünlük verdiyi görünmür. Müvafiq olaraq cavabın 
(c) variantı düzgün deyildir. 
Mətndən göründüyü kimi, Van Qoq üçün hər bir rəng mənəvi  əzab simvolu idi. 
“Günəbaxanlar”da o qarşılıqlı harmonik rənglərdən istifadə etmiş  və dostluq hisslərini bildirmək 
üçün həmin natürmortu Qoqenə  həsr etmişdir. Buna görə  də güman etmək olar ki, 
“Günəbaxanlar”da göstərilən həyati dəyərləri Van Qoqun özü də qəbul etmirdi. 
 
 
5. Sadalananlardan hansı rəssamların əsərlərini “Tromp ley” adlandırmaq olar? 
 
a) Zevksisin və Parasyasın 
b) Zevksisin və Eduard Manenin 
c) Van Qoqun və Parasyasın 
ç) Eduard Manenin və Pol Qoqenin  
 
“Tromp ley”in qədim fransız termini olmasına baxmayaraq, onu Zevksisin və Parasyasın 
əsərləri adlandırmaq olar. “Tromp ley” “gözü aldatmaq” deməkdir. Zevksisin “üzümsalxımı” və 
Parasyasın “Pərdə”si görənlərdə elə təəssürat yaradırdı ki, sanki göz qarşısında duran real əşyadır. 
Müvafiq olaraq cavabın (a) variantı düzgündür.  
Mane və Van Qoq cansız  əşyalar vasitəsilə öz hisslərini və  əhval-ruhiyyələrini  əks etdirə 
bilmirdilər. Onların məqsədi maksimal gerçəkliyə nail olmaq – gözləri aldatmaq deyildi. Bu 
mətndə Qoqenin rəsmləri və rəssamlıq barədə baxışları haqqında heç nə deyilməmişdir, ancaq son 
abzasda başa düşürük ki, Qoqen Van Qoqun dostudur və “qarşılıqlı harmonikliyə” işarə edilir. 
Ehtimala görə Qoqenin də Van Qoqdan fərqli rəssamlıq prinsipləri olmamalı idi. Belə ki, nə 
Manenin, nə Van Qoqun, nə də Qoqenin rəsmlərini “Tromp ley” adlandırmaq olar. Müvafiq olaraq 
cavabın (ç) variantı düzgün deyildir. (b) və (c) variantları isə ancaq qismən düzgündür. 
 
 


 
35
6. Mətndə iki rəssamdan sitat gətirilmişdir. Onların arasında ümumi nə vardır? 
 
a) onlar əsasən, simvolik avtoportretlər yaratmaq üçün qarşılıqlı harmonik rənglərlə rəsm çəkirdilər 
b) onlar üçün rənglərin konkret emosional dəyəri var idi, buna görə də obyektiv gerçəkliyə uyğun 
olan rənglər seçirdilər 
c) onlar cansız əşyalar vasitəsilə hissi, əhval-ruhiyyəni, mənəvi vəziyyəti əks etdirməyə çalışırdılar 
ç) tabloda onlar əsasən, dünyəvi həyatın faniliyini göstərmək üçün adi əşyaları təsvir edirdilər 
 
Mətndə Mane ilə Van Qoqdan sitatlar gətirilmişdir: sitatlardan görünür ki, hər iki rəssam cansız 
əşyalar vasitəsilə öz hisslərini,  əhval-ruhiyyəsini, mənəvi vəziyyətini  əks etdirə bilərdi. Van Qoqa 
gəlincə, bu natürmortların nümunəsi ilə təsdiq olunur. Beləliklə, cavabın (c) variantı düzgündür. 
Mətndə qarşılıqlı harmonik rənglərdən istifadə olunması simvolik avtoportret sahəsində 
yalnız Van Qoqdan söhbət gedir. Bu baxışdan onun Mane ilə oxşarlığı barədə heç nə deyə bilmərik. 
Buna görə də cavabın (a) variantı səhvdir. 
Mane ilə Van Qoq üçün rənglərin konkret emosional dəyəri var idi, buna görə  də onlar 
obyektiv gerçəkliyə deyil, öz mənəvi aləmlərinə uyğun rənglərdən istifadə edirdilər.  Müvafiq 
olaraq cavabın (b) variantı da düzgün deyildir. 
(c) variantı kimi, cavabın (ç) variantı da ancaq Van Qoqa aiddir. Mətnə  əsasən, Mane 
barədə deyə bilmərik ki, o əsasən, dünyəvi həyatın faniliyini göstərmək üçün sadə əşyaların rəsmini 
çəkirdi. Cavabın (ç) variantı da düzgün deyildir. 
 
 
7. Aşağıda təqdim olunan  cümlələrdə bu və ya digər abzasın qısa məzmunu (onların sıra 
nömrəsi mətndəki abzasların ardıcıllığına uyğun gəlməyə bilər) verilmişdir: 
1. Bu janrın düşünülməsində əsaslı dönüş göstərilmişdir 
2. Rəssamlardan birinin yaradıcılığı əsasında bu janrın yeni qaydada konsepsiyası dəqiqləşdirilmişdir. 
3. Dövrlər üzrə bu janrın təyinatının dəyişkənliyi müzakirə edilmişdir 
4. Təsviri incəsənətin janrlarından birinin mahiyyəti izah edilmişdir 
Bu cümlələr hansı abzaslara uyğundur yaxud cavabın variantlarından hansı düzgündür? 
a) I abzas – 3, II abzas – 2, III abzas – 4, IV abzas – 1 
b) I abzas – 4, II abzas – 2, III abzas – 3, IV abzas – 1 
c) I abzas – 3, II abzas – 1, III abzas – 2, IV abzas – 4 
ç) I abzas – 4, II abzas – 3, III abzas – 1, IV abzas – 2 
 
I abzasda rəssamlıq janrlarından birinin adı  çəkilmiş, bu janrın mahiyyəti göstərilmiş 
“natürmort” sözünün mənası izah edilmişdir. Beləliklə, 4-cü cümlə I abzasa uyğun gəlir (təsviri 
incəsənətin janrlarından birinin mahiyyəti izah edilmişdir). 
II abzasda antik dövrdən renessansadək janrın təyinatı kimi natürmort müzakirə edilmiş, 
onun dəyişkənliyi müəyyənləşdirilmişdir.  Beləliklə, 3-cü cümlə II abzasa uyğun gəlir (dövrlər üzrə 
bu janrın təyinatının dəyişkənliyi müzakirə edilmişdir). 
III abzasda natürmort haqqında XIX əsrədək mövcud olan baxışlar verilmiş, XIX əsrdə 
meydana gəlmiş bu janrın düşünülməsində mühüm dəyişikliklər qeyd edilmişdir. Söhbət bu janrın 
yeni qaydada dərk edilməsi ilə  əlaqədar eksperimentlərdən gedir: “Rəssam meyvə  və çiçəklər 
vasitəsilə  hər  şeyi  əks etdirə bilər”. Belə ki, birinci cümlə III abzasa uyğun gəlir (bu janrın 
düşünülməsində əsaslı dönüş göstərilmişdir). 
IV abzasda Van Qoqun iki natürmortu təsvir edilmiş, onlarda müəllifin subyektiv əhval-
ruhiyyəsi, mənəvi aləmi, emosiyası  əks etdirilmişdir. Bundan əlavə, onun sözləri, janrın yeni 
konsepsiyasının mahiyyəti kimi, natürmortun mahiyyətini dəqiq  əks etdirir: “Gördüyüm şeyi 
düzgün təsvir etmək  əvəzinə, özümü daha enerjili təsvir etmək üçün rənglərdən özüməməxsus 
istifadə edirəm”. Belə ki, 2-ci cümlə IV abzasa uyğun gəlir (rəssamlardan birinin yaradıcılığı 
əsasında bu janrın yeni konsepsiyası dəqiqləşdirilmişdir). 
Beləliklə cavabın düzgün variantı (ç)-dir. 


Yüklə 7,26 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə