Müasir Azərbaycan dili
253
hissələrdən biri həmcins və ya paralel olur.
Məsələn,
Namus bəyə güc gəldi, qan başına vurdu, gözü kəlləsinə
çıxdı. (Mir Cəlal). Bu cümlədə ikinci komponent paraleldir.
Tabesiz mürəkkəb cümlənin bu növünün də tərkib
hissələrinin xəbərləri əksərən felin eyni zamanında olur.
Məsələn,
Kosanın başına iş açıldı, həqiqi savaş başladı.
(S.Rəhimov)
Bəzən tərkib hissələrin xəbərləri müxtəlif zamanda
da ola bilir. Məsələn,
Hirslənmişəm, əllərim əsir.
Səbəb-nəticə əlaqəli cümlələrdə tərkib hissələr
əksərən intonasiya ilə əlaqələnir, lakin bəzən tərkib
hissələri əlaqələndirmək üçün
və bağlayıcısından da
istifadə edilir. Məsələn,
Mən heç cürə özümü saxlaya
bilmədim və gözlərim doldu. (Elçin)
Qeyd. Birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrlə
səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr bir-birinə çox
oxşayır. Onların hər ikisində komponentlərdə sadalanan iş,
hərəkətin icra edilməsində bir ardıcıllıq var. Hər ikisində birinci
komponent səbəbi, ikinci komponent isə bu səbəbdən doğan
nəticəni bildirir. Lakin buna baxmayaraq, bu iki məna növünü
bir-birindən aşağıdakı cəhətə görə fərqləndirmək olar:
Ardıcılzamanlı birləşdirmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə
işin ardıcıllıqla icrası əsas mənadır, səbəb-nəticə mənası isə əlavə.
Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə səbəb-nəticə
məna çaları əsas mənadır, işin ardıcıl icrası isə əlavə. Bundan
başqa, ardıcılzamanlı birləşdirmə əlaqəli cümlələrdə birinci
cümlədəki səbəbdən ikinci cümlədəki nəticə şüurlu şəkildə icra
edilir, bu nəticə yaranmaya da bilər. Səbəb-nəticə əlaqəli tabesiz
mürəkkəb cümlələrdə isə nəticə heç kəsdən asılı olmayaraq,
kortəbii surətdə baş verir. Bu nəticənin qarşısını almaq və ya
ləngitmək mümkün deyil. Məsələn, Axşam oldu, göylər qaraldı.
Axşam oldu evlərdə elektrik lampaları yandırdılar.- cümlələrindən
birincisi səbəb-nəticə, ikincisi isə ardıcılzamanlı birləşdirmə
əlaqəli tabesiz mürəkkəb cümlədir.
Gülarə Abdullayeva
254
Aydınlaşdırma əlaqəsi. Aydinlaşdirma əlaqəli
tabesiz mürəkkəb cümlələr də qapalı sıralı olur. Buna görə
iki komponentdən, yəni iki tərkib hissədən ibarət olur.
Tərkib hissələrdən biri ümumilik bildirir, digəri onu izah
edib aydınlaşdırır. Aydınlaşdıran tərkib hissə əksər halda
ümumilik bildirən hissəyə intonasiya ilə bağlanır.
Məsələn,
Onun gözləri yenə qorxudan böyümüşdü: gözünə sataşan nə
vardısa, hamısı şübhəli görünürdü. (C.Bərgüşad) Atlar tüz-tez
büdrəyirdi; axşamkı sel çığırları yuyub daşların üstünü
açmışdı.(C.Bərgüşad)
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr
əsasən intonasiyanın köməyi ilə qurulur. Belə cümlələrdə
aydınlaşdıran hissəni ümumilik bildirən hissəyə bağlamaq
üçün
az hallarda yəni bağlayıcısından istifadə edilir.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərəflər
bəzən paralel də ola bilir. Aydınlaşdıran hissə bir cümlədən
ibarət olduğu kimi, sadalama üsulu ilə qurulan birləşdirmə
əlaqəli cümlələrdən də ibarət ola bilər. Məsələn,
Ələm
fikrini ha cəmlədi, yaddaşına ha güc verdi, xeyri olmadı:
nə göy gurultusunu eşidə bildi, nə at ayaqlarının tappıltısı,
nə də Yaşılxan dədənin harayı eşidildi. (İ.Məlikzadə) Gözəl
eyvanda oturub cehiz xurçununu közəyirdi; öküz neştər
buynuzu ilə onu bir neçə yerdən dağıtmışdı. (C.Bərgüşad)
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr iki
üsulla sintez-analiz və analiz-sintez üsulu ilə qurulur.
Sintez -
analiz üsulunda əvvəl ümumilik bildirən, sonra
aydınlaşdıran tərkib hissə işlənir. Yazıda ümumilik bildirən
hissədən sonra iki nöqtə
(bəzən də vergül, nöqtəli vergül
və ya tire) qoyulur. Dilimizdə sintez-analiz üsulundan daha
çox istifadə edilir. Məsələn,
Arvadlar çardaqların altında
məşğul idilər: kimi biçinçiləri doyurmaq üçün ayran verir,
kimi inək sağır, kimi boş süfrəsini sərir, gözlərini bir
nöqtəyə zilləyib dururdu. (Mir Cəlal)
Müasir Azərbaycan dili
255
Analiz-sintez üsulunda isə əvvəl aydınlaşdıran,
sonra
ümumilik bildirən hissə gəlir. Bu cür cümlələrdən nisbətən
az istifadə olunur. Yazı zamanı belə cümlələrdə ümumilik
bildirən hissədən əvvəl tire qoyulur. Məsələn,
Kimi qum
ələyir, kimi su daşıyır, kimi əhəng və sement gətirir –hərə
bir iş görürdü. (İ.Məlikzadə).
Qarşılaşdırma əlaqəsi. Qarşılaşdırma əlaqəli tabesiz
mürəkkəb cümlələrin tərkib hissələrində ifadə olunan iş və
hadisələr bir-biri ilə qarşılaşdırılır. Bu hadisələr ya bir-biri ilə
ziddiyyət təşkil edir, yaxud da sadəcə olaraq müqayisə
edilir və fərqləndirilir. Tabesiz mürəkkəb cümlənin bu
növü də qapalı sıralı olub, iki tərkib hissədən ibarət olur.
Məsələn,
Manafa çox varlı demək olmazdı, amma dəvəsi də
vardı, atı da, eşşəyi də .(O Sarıvəlli) Güclə qol çəkə bilirdi,
amma o,biclikdə şeytana papış tikərdi. (İ.Əfəndiyev) Qoluna
toxunan Baba Sakit onu çəkib aparırdı, amma ayaqları getsə
də, bu məsum mənzərədən ayrıla bilmirdi. (İ.Əfəndiyev)
Qarşılaşdırma əlaqəli tabesiz
mürəkkəb cümlənin
tərkib hissələri qarşılaşdırma intonasiyası,
amma, ancaq,
lakin, fəqət qarşılaşdırma bağlayıcıları və antonim sözlərin
köməyi ilə əlaqələnir. Məsələn,
Bağlayıcılı cümlələrdə
olduğu kimi, qarşılaşdırma əlaqəsinin bağlayıcısız növündə
də tərkib hissələrdə çox zaman antonim söz və ifadələr
olur. Məsələn,
Niyə hamı irəliyə getdi, sən geridə qaldın?
(Ə.Vəliyev). Mütaliə azalmış, fikrim çoxalmışdır.
(Ə.Vəliyev). Ələm bu işə qol qoyub, amma Vələd tərs öküz
kimi yola gəlmir. (İ.Məlikzadə)
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin
tərkib hissələri arasında iki cür qarşılaşdırma olur:
1)
ziddiyyətli qarşılaşdırma; 2) müqayisəli–fərqləndirici
qarşılaşdırma. Ziddiyyətli qarşılaşdırmada
tərkib hissələrdəki iş
və hadisələr bir-biri ilə tam ziddiyyət təşkil edir. Məsələn,
Şəkil
çəkmək asandır, həyat yaratmaq çətin.
(C.Cabbarlı) Özü
görünmür, amma bu onun səsidir.(Elçin)
Gülarə Abdullayeva
256
Fərqləndirici qarşılaşdırmada isə tərkib hissələrdə
sadalanan iş, hərəkət, hadisə, hökm sadəcə olaraq bir-biri ilə
qarşılaşdırılır, müqayisə edilir, fərqləndirilir. Məsələn,
Uşaqlı
ev bazardır, uşaqsız ev məzar. (Atalar sözü)
Bölüşdürmə əlaqəsi. Bölüşdürmə əlaqəli tabesiz
mürəkkəb cümlələrin tərkib hissələrində müxtəlif iş və
hadisələr sadalanır, həmin iş və hadisələr ya növbə ilə bir-
birini əvəz edir, ya da iki və daha artıq işdən birinin icrası
nəzərdə tutulur. Tabesiz mürəkkəb cümlənin bu növü də
açıq sıralı olur. Yəni komponentlərin sayı iki, bəzən də ikidən
çox ola bilir. Bu məna əlaqəsini başqalarından
fərqləndirən ən
mühüm cəhət ondan ibarətdir ki, bağlayıcılar olmadan bu
cümlələr qurula bilmir. Tərkib hissələr arasında
ya, ya da,
yaxud da, və yaxud da, gah, gah da, gah da ki və s.
bölüşdürmə bağlayıcıları işlənir. Məsələn,
Gah o mənə qulaq
asdı, gah da mən onu dinlədim.(O. Salamzadə)
Bu cümlələrdə əgər bağlayıcını atsaq, onda məna
əlaqəsi dəyişər, birləşdirmə əlaqəli cümlə yaranar.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə iki
məna xüsusiyyəti özünü göstərir:
a) Belə cümlələrin bir qismində tərkib hissələrdə
ifadə olunan fikirlərin, iş və hadisələrin növbə ilə bir-birini
əvəz etdiyi müşahidə olunur. Bölüşdürmə əlaqəsinin bu
növü
gah, gah da, gah da ki bağlayıcılarının iştirakı ilə
yaranır. Məsələn,
Gah güclü yağış yağır, gah da gün
çıxırdı.
b) Komponentlərdə müxtəlif iş və hadisələr qeyd
olunur, lakin həmin iş və hadisələrdən yalnız birinin
mümkünlüyü öz ifadəsini tapır. Bölüşdürmə əlaqəsinin bu
növü
ya, ya da, yaxud da ki... bağlayıcılarının iştirakı ilə
yaranır. Məsələn,
Ya işlərdən xəbəriniz yoxdur, yainki bilib
gizlədirsiniz. (N.Nərimanov)
Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələr.
Tabesiz mürəkkəb cümlələrin bir qismində birinci tərkib