Müasir Azərbaycan dili
257
hissədəki fikir söyləndikdən sonra sanki ikinci tərkib
hissədə ifadə olunacaq fikir yada düşür və birinci tərkib
hissəyə qoşulur. Qoşulma əlaqəsi intonasiya ilə,
həm də,
özü də, da, də və s. qoşulma bağlayıcılarının köməyi ilə
yaranır. Məsələn,
Amma bu qırxıncı hamısından cavandır;
özü də xalis od parçasıdır. (M.İbrahimov).
Qoşulma əlaqəli tabesiz mürəkkəb cümlələrdə ikinci
tərkib hissədə ifadə olunan fikirlər, iş və hadisələr birincini
tamamlamaq, aydınlaşdırmaq, sanki nitq prosesində
unudulmuş
hadisəni, əlaməti əlavə etmək xarakteri daşıyır.
Yazıda bu növ tabesiz mürəkkəb cümlələrin tərkib
hissələri arasına nöqtəli vergül, tire, bəzən də vergül
qoyulur.
ƏDƏBİYYAT:
1. Abdullayev Ə.Z., Seyidov Y.M., Həsənov A.Q. Müasir
Azərbaycan dili. IV hissə. Sintaksis. Bakı, 1985.
2. Abdullayev Ə. Z. Azərbaycan dili məsələləri. Bakı, 1992.
3. Abdullazadə N. Xalıqov F. Azərbaycan dili. II hissə.
Bakı, 2006.
4. Kazımov Q.Ş. Müasir Azərbaycan dili. Sintaksis.
“Təhsil” nəşriyyatı, Bakı, 2007.
5. Müasir Azərbaycan dili. III cild. Sintaksis. EA nəşri,
Bakı, 1981.
6. Müasir Azərbaycan dili proqramı. AMİ, Bakı, 2009.
Gülarə Abdullayeva
258
Mövzu № 7 Tabeli mürəkkəb cümlələr
Mövzunun planı:
1.Tabeli mürəkkəb cümlə anlayışı
2.Tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş
cümləyə bağlayan vasitələr
3. Tabeli mürəkkəb cümlələrdə budaq cümlənin növləri
4
. Başqasının nitqinin ifadə üsulları
Tabeli mürəkkəb cümlə anlayışı
Tabeli mürəkkəb cümlə iki və daha artıq sadə
cümlənin məna və qrammatik cəhətdən tabelilik yolu ilə
vahid bir tam kimi birləşməsi nəticəsində yaranan
sintaktik vahiddir.
Tabeli mürəkkəb cümlələrin tərkib hissələri arasında
məna və qrammatik əlaqə daha möhkəm olur. Əvvəlki
mürəkkəb cümlə növündən fərqli olaraq, tabeli mürəkkəb
cümləni əmələ gətirən tərəflər bərabərhüquqlu komponentlər
kimi çıxış edə bilmir, onlardan biri digərini özündən asılı
vəziyyətə salır.
Ümumiyyətlə, tabesiz və tabeli mürəkkəb cümlələrin bir
sıra oxşar cəhətləri vardır. Bunlar aşağıdakılardır:
1. Hər iki cümlə cüttərkibli və təktərkibli cümlələrdən
ibarət olur.
2. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələr iki və
daha çox predikativ mərkəzə malik olur, buna görə də onların
hər ikisi mürəkkəb quruluşlu hesab edilir.
Müasir Azərbaycan dili
259
3. Hər iki cümlə növünün
komponentləri intonasiya və
bağlayıcı ilə əlaqələnir.
4. Həm tabesiz, həm də tabeli mürəkkəb cümlələrin
komponentləri arasında müəyyən fərqlərlə səbəb, nəticə,
qarşılaşdırma, zaman, qoşulma məna əlaqələri olur.
5. Dilimizdə tabeli mürəkkəb cümlələrin bir qismi
tarixən tabesiz mürəkkəb cümlələrdən törəmişdir. Mənşəyində
tabesiz mürəkkəb cümlə duran tabeli mürəkkəb cümlələri
sadələşdirmək olmur və belə cümlələr tarixən iki predikativ
mərkəzdən, iki özəkdən əmələ gəldiyi üçün
ikiözəkli mürəkkəb
cümlə adlanır.
Bu oxşarlıqlarla yanaşı,
tabesiz və tabeli mürəkkəb
cümlələri fərqləndirən aşağıdakı cəhətlər də vardır:
1. Tabesiz mürəkkəb cümlələrin tərəfləri arasında
asılılıq bərabər səviyyədədirsə, tabeli mürəkkəb cümlələrdə bu,
birtərəflidir.
2. Tabesiz mürəkkəb cümlələrdə komponentlər
intonasiya və bağlayıcı ilə əlaqələndiyi halda, tabeli mürəkkəb
cümlələrdə bu bağlayıcı vasitələrə bağlayıcı söz və şəkilçini də
əlavə etmək lazım gəlır.
3. Tabesiz mürəkkəb cümlə bərabərhüquqlu tərkib
hissələrdən ibarətdirsə, tabeli mürəkkəb cümlə qrammatik
cəhətdən biri üstün, digəri isə ona
tabe olan hissələrdən -
cümlələrdən təşkil olunur.
Tabeli mürəkkəb cümlələrin başlıca əlaməti ondan
ibarətdir ki, bu sintaktik quruluşa daxil olan cümlələrdən
biri qismən müstəqil, digəri isə ondan asılıdır. Həmin
müstəqil cümləyə
baş cümlə, asılı cümləyə isə
budaq
cümlə deyilir. Qeyd etmək lazımdır ki, tabeli mürəkkəb
cümlədə tam müstəqillik yoxdur, çünki mürəkkəb cümlənin
tərkib hissələri müstəqil cümlə ola bilməz,
bu tərkib
hissələri cümlə formasına malik olsalar da, ayrıca cümlə
intonasiyasına (bitmə intonasiyasına) malik deyillər. Onlar
birləşdikləri cümlənin ümumi bitmə intonasiyasına daxildir.
Gülarə Abdullayeva
260
Baş cümlənin müstəqilliyi yalnız budaq cümlənin
vəziyyətinə nisbətən götürülür. Baş cümlə budaq cümlə ilə
müqayisədə qrammatik cəhətdən müstəqil olur.
Tabeli mürəkkəb cümlənin tərkib hissələrini baş və
budaq cümlə adlandırarkən biz məna asılılığını deyil,
qrammatik asılılığı əsas götürürük. Məna yükü bu tərəflər
arasında müxtəlif cür paylana bilər: bərabər paylana bilər, məna
yükü baş cümlədə çox, budaq cümlədə az ola bilər və ya əksinə.
Məsələn,
O hiss etdi ki, Tapdıq adamın qabağını kəsmək
fikrindədir. (İ.Şıxlı) – cümləsində əsas məna yükünün ikinci
tərəfin (
Tapdıq adamın qabağını kəsmək fikrindədir) üzərinə
düşməsini nəzərə alsaydıq, onu baş cümlə hesab edərdik. Lakin
əslində, bu hissə budaq cümlə olub, baş cümlənin buraxılmış
tamamlığının əvəzində işlənir, onu aydınlaşdırır.
Baş cümlə tabeli mürəkkəb cümlənin qurulması
üçün zəmin yaradır, onun ümumi məzmununun açılması
üçün də həlledici rol oynayır.
Tabeli mürəkkəb cümlələr rəngarəng quruluş
xüsusiyyətlərinə malik olur. Bəzən baş cümlə əvvəl, budaq
cümlə sonra, bəzən də əksinə ola bilir. Bu zaman tabeli
mürəkkəb cümlənin komponentlərini əlaqələndirən vasitələr də
fərqlənir. Birinci halda intonasiya və bağlayıcılar
müşahidə
edilirsə, ikinci halda budaq cümlə baş cümləyə bağlayıcı söz və
şəkilçilər vasitəsi ilə bağlanır. Tabeli mürəkkəb cümlələrin
tərkibində bəzən qəlib söz, yerlik, korrelat olur, bəzən əksinə,
olmur. Bəzi hallarda mürəkkəb cümlələri sadələşdirmək
mümkün olduğu halda, bəziləri, ümumiyyətlə, sadələşmir.
Prof. Q.Kazımov bu xüsusiyyətin tabeli mürəkkəb cümlələrin
inkişaf tarixi ilə əlaqəli olduğunu qeyd edərək yazır: “Şübhəsiz,
bütün bunlar tabeli mürəkkəb cümlənin
inkişaf xüsusiyyətləri
ilə bağlıdır. Misallara diqqət yetirək:
Doğru deyiblər ki, yaraq
yaman şey olur. Ailən burda qalmasa, sənə kim qulluq verər?
Birinci cümlədə baş cümlə əvvəl, budaq cümlə sonra
işlənmişdir. Budaq cümlə baş cümlənin bir üzvünə - xəbərinə