Müasir Azərbaycan dili
261
aid olub, hərəkətin obyektini bildirir. Bu cür cümlələr tarixən
bir sadə cümlədən - bir özəkdən ibarət olmuş, sonralar onların
feli sifət tərkibi ilə ifadə olunmuş üzvü predikativlik
qazanmış,...budaq cümləyə çevrilmişdir”. (6, səh. 302)
Müəllif ikinci cümlənin isə tarixən iki cümlədən – iki
özəkdən ibarət olduğunu söyləyərək qeyd edir ki, belə
cümlələri sadələşdirmək mümkün olmur və onlar ikiözəkli
cümlələr adlanır.
Prof. Ə.Abdullayev də tabeli mürəkkəb cümlələri bu
cür təsnif etmişdir. (3, səh. 248-355)
Tabeli mürəkkəb cümlələrdə budaq cümləni
baş cümləyə bağlayan vasitələr
Tabeli mürəkkəb cümlələrdə budaq cümlə baş cümləyə
rəngarəng vasitələrlə bağlanır. Bu baxımdan bağlayıcı,
bağlayıcı söz, şəkilçi və ədatlar, modallıq vasitələri, qəlib və
korrelat sözün mühüm rolunu göstərmək olar.
1. İntonasiya. Tabesiz
mürəkkəb cümlələrdə olduğu
kimi, tabeli mürəkkəb cümlələrdə də bəzən
budaq cümlə baş
cümləyə yalniz intonasiya vasitəsi ilə bağlanır. Digər bağlayıcı
vasitələr olduqda da intonasiyadan istifadə olunur. Lakin heç
bir başqa bağlayıcı vasitə olmadıqda intonasiyanın üzərinə daha
çox yük düşür. Məsələn,
Adam var, qapılıb düşüncələrə, Hər
işi özünə bir nöqsan sayır. (B.Vahabzadə) Bilmirdi, nə desin,
hardan başlasın. (Q.İsmayılov) Üç gündür, at belində dağları,
daşları gəzirəm.(C.Cabbarlı)
İntonasiya ilə qurulan belə tabeli mürəkkəb cümlələrə
asanlıqla
ki bağlayıcısını əlavə etmək mümkündür.
2. Bağlayıcılar və qəlib sözlər. Budaq cümlənin baş
cümləyə bağlanmasında tabelilik bağlayıcıları müstəsna
əhəmiyyətə malikdir. Bu baxımdan
ki bağlayıcısı daha çox
Gülarə Abdullayeva
262
diqqəti cəlb edir. Bu bağlayıcı, demək olar ki, bütün budaq
cümlə növlərinin baş cümləyə bağlanmasında iştirak edir və
budaq cümlənin növü baş cümlədən doğan sualla müəyyənləşir.
Məsələn,
O düz bir ay idi ki, yollarda idi. (İ. Şıxlı) Sonra
camaat eşitdi ki, Molla Sadıq dərs əvəzinə, cadudan danışır.
(İ.Şıxlı)
Bu bağlayıcının mühüm xüsusiyyəti ondan ibarətdir ki,
onun işləndiyi cümlələrdə əksər hallarda baş cümlə əvvəl,
budaq cümlə sonra gəlir. Baş cümlə ya müəyyən üzvü
buraxılmış yarımçıq cümlə şəklində olur, həmin üzvün baş
cümlədən doğan sualına budaq cümlə cavab verir, ya da baş
cümlədə əvəzliklə ifadə olunmuş hər hansı cümlə üzvü budaq
cümlə vasitəsi ilə izah edilir, aydınlaşdırılır. Məsələn,
Onu da
bilirdi ki, mollalar Allah xofu ilə savadsız adamları
qorxudur.(İ.Şıxlı) Göytəpəlilər onu da anlayırdılar ki, birdən-
birə bu yolla gedib-gələnlər azaldı. (İ.Şıxlı) Onu inandırdılar
ki, müridlik savab işdir. (İ.Şıxlı) O gördü ki, atası iri pəncəli
əlləri ilə bu saat onu yaxalayacaq. (İ.Şıxlı)
Verilmiş nümunələrin hamısında budaq cümlə baş
cümləyə
ki bağlayıcısı ilə bağlanaraq, ondan sonra işlənmişdir.
Əvvəlki iki cümlənin baş cümləsində
onu sözü əvəzliklə ifadə
olunmuş tamamlıq olub, konkret heç bir məna ifadə etmir,
özündən sonra budaq cümlənin gəlməsini və onun mənasını
izah etməsini tələb edir. Əvəzliklə ifadə olunmuş belə sözlər
qəlib söz adlanır. Üçüncü, dördüncü cümlələrdə isə baş cümlə
yarımçıq cümlə şəklindədir. Bu cümlələrdə buraxılmış
tamamlıq budaq cümlə vasitəsi ilə nəzərə çatdırılır. Cümləni
sadələşdirdikdə qəlib söz atılır, budaq cümlə tərkib şəklində
onun yerinə keçir. Ümumiyyətlə, budaq cümlənin növü bu cür
qəlib sözlərin hansı cümlə üzvü yerində durması ilə
müəyyənləşdirilir.
Baş cümlədə qəlib söz olmadıqda, budaq cümlənin növü
intonasiyanın köməyi ilə müəyyənləşdirilir, budaq cümlə baş
cümlədən doğan suala cavab verir.
Müasir Azərbaycan dili
263
Nəticə və qoşulma budaq cümləli tabeli mürəkkəb
cümlələr istisna olmaqla, bütün
ki bağlayıcılı cümlələrdə bu iki
hal mümkündür: baş cümlədə qəlib söz ola da bilər, olmaya da.
Olmadıqda təsəvvür edilməlidir. Məsələn,
Deyirlər, çox adam
bu yolla varlanıb. –
Onu deyirlər, çox adam bu yolla varlanıb.
Tabeli mürəkkəb cümlələrin baş cümləsində
o, bu, onu,
bunu, ona, buna, elə, belə, ora, bura, orası, burası və s. kimi
sözlər qəlib söz kimi işlənə bilir. Eyni qəlib söz müxtəlif cümlə
üzvləri yerində işlənməklə - sintaktik vəzifəni dəyişməklə
budaq cümlənin növünü dəyişmiş olur. Məsələn,
Elə məqalə
oxuyur ki, hamını maraqlandırır. Məqaləni elə oxuyur ki,
hamını maraqlandırır.- cümlələrindən
birincisi təyin, ikincisi
tərz budaq cümləsidir.
Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə
baş cümləyə
əgər, hərgah bağlayıcıları ilə bağlanır. Belə
cümlələr, adətən, şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
olur və “budaq cümlə+baş cümlə” quruluşunda olur. Məsələn,
Əgər nökər əliboş qayıtsa, sabah o biri sahili də gəzərəm.
(İ.Şıxlı) Əgər qızı qaytarsa, şenliyin arasında gəzə bilməzdi.
(İ.Şıxlı)
Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə
baş cümləyə
çünki, ona görə ki, ondan ötrü ki, tipli
bağlayıcılarla bağlanır. Bu bağlayıcılar səbəb və məqsəd budaq
cümləli tabeli mürəkkəb cümlələrin yaranmasında iştirak edir.
Məsələn,
Ayağı bir o qədər ağrımırdı, çünki qılçasını dizdən
yuxarı kəsmişdilər. (C.Cabbarlı)
Tabeli mürəkkəb cümlələrin bir qismində budaq cümlə
baş cümləyə
ona görə də, onun üçün də, buna görə də tipli
bağlayıcılarla əlaqələnir. Bu bağlayıcılar nəticə budaq cümləli
tabeli mürəkkəb cümlələrin qurulmasında iştirak edir. Məsələn,
Gedəsi yeri yox idi, ona görə də Bahar döyülməyə də dözürdü.
(Mir Cəlal)
3. Bağlayıcı sözlər - “budaq cümlə+ baş cümlə”
quruluşlu tabeli mürəkkəb cümlələrdə budaq cümləni baş
Gülarə Abdullayeva
264
cümləyə bağlayan əsas vasitə kimi çıxış edir. Bağlayıcı sözlər,
adətən, budaq cümlənin əvvəlində işlənir və onu baş cümləyə
bağlayır. Budaq cümlədəki bağlayıcı sözə müvafiq olaraq baş
cümlədə
qarşılıq bildirən söz olur. Həmin söz
korrelat adlanır.
Bağlayıcı sözlə qarşılıq bildirən söz mürəkkəb cümlənin
komponentlərinin daha möhkəm bağlanmasına xidmət edir.
Bağlayıcılarla formalaşan tabeli mürəkkəb cümlələrdən fərqli
olaraq, bu cür cümlələrdə həmişə budaq cümlə əvvəl, baş
cümlə sonra işlənir
. İndi mən haraya desən, oraya çapacağam.
(İ. Şıxlı) Belə cümlələrdə qarşılıq bildirən söz hansı üzv
yerində
işlənirsə, budaq cümlə onun adı ilə adlanır. Baş cümlədə
qarşılıq bildirən söz işlənməyə də bilər, lakin təsəvvür
edilməlidir:
Tahir hara göz gəzdirdisə, (orada) nəhəng neft
buruqları göründü. (M. Hüseyn) Kimi əcəl hərləyirsə, (o)
qabağa çıxsın. (İ.Şıxlı)
Bağlayıcı sözlər bağlayıcıdan fərqli olaraq, əsas nitq
hissələrindən ibarət olub, morfologiyada öyrəndiyimiz nisbi
əvəzliklərdir ki, bunlara
kim, nə, hər kim, hər kəs, hər nə,
necə, nə cür, haçan, hara, nə qədər, hansı və s. sözlər
daxildir, onlar ya təklikdə, ya da
ki ədatı ilə birlikdə işlənərək
budaq cümlənin baş cümləyə bağlanmasına xidmət edir.
Məsələn,
Kimi gözləyirsən o gəlmir, kimdən qaçırsan, o
qabağına çıxır. (Ə.Mustafayev) Hər kəs bağa tez çatsa, qızıl
bayrağı o götürəcək. (M.S.Ordubadi) Kim ki, onu tanıyırdı,
yaxınına getməyə can atırdı. (İ.Şıxlı)
Bəzən belə cümlələrdə
ki ədatı
-sa, -sə şəkilçisi ilə də
əvəz olunur.
Məsələn,
Kim başını quyuya sallayırdısa, başsız
qalırdı. (C.Bərgüşad)
4. Şəkilçilər. Budaq cümlənin baş cümləyə
bağlanmasında bağlayıcılar, bağlayıcı sözlərlə yanaşı,
-sa
2
,
-mı
4
şəkilçilərinin,
isə köməkçi sözünün ixtisarının da xüsusi
rolu vardır.
-sa
2
şəkilçisi “budaq cümlə+baş cümlə” quruluşlu
bütün tabeli
mürəkkəb cümlələrdə işlənərək, budaq cümləni baş
cümləyə bağlaya bilir. Lakin bütün budaq cümlə növlərinin baş