Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   25   26   27   28   29   30   31   32   33

83 
 
olmur.  Çünki,  sayta  fiziki  olaraq  zərər  vurulmamış  və  o  məhv  edilməmişdir.  Bu 
hücum  daxili  kompüter  sisteminə  daxil  olunmadan  xaricdən  törədildiyindən  hətta 
kibermühitin sərhədlərinin aşılması halı kimi də nəzərdən keçirilə bilməz. 
Bu səbəbdən də köhnə təriflərin müasirləşdirilməsi, yeni normaların qəbulu və 
onların müasir şəraitdə tətbiqi üçün yeni tərkiblərin – “konsensus əldə olunmuş kiber-
cinayətlərin” tərkiblərinin yaradılması zəruridir. 
3. Dövlət hakimiyyəti əleyhinə cinayətlər: Daha öncəki iki kateqoriyada olduğu 
kimi  bu  növ  cinayətlərdə  də  kompüter  texnologiyaları  vasitəsilə  törədilən  əməlləri 
ə
hatə edən tərkiblər mövcuddur. Məsələn, dövlətə qarşı xəyanət və ya cəsusluq kimi 
ə
nənəvi tərkiblərdə cinayət əməlinin nəticəsindən danışılır və orada bu əməlin törə-
dilmə  üsulu  nəzərdə  tutulmur.  Həmçinin  sənədlərin  saxtalaşdırılması  halı  da  yeni 
tərkib yaratmır.  Bununla belə problemlər mövcuddur və bu problemlər kütləvi qarı-
ş
ıqlığın  yaradılması,  dövlət  hakimiyyətinin  zorla  dəyişdirilməsinə  çağırışların  edil-
məsi, milli düşmənçiliyinin qızışdırılması kimi cinayətlərin ixtisaslaşdırılması zamanı 
meydana çıxa bilər. Belə ki, bu cinayətlərin kompüter texnologiyaları vasitəsilə törə-
dilməsi heç də həmişə ənənəvi tərkiblərdə əhatə olunmur. Bununla yanaşı ədalət əley-
hinə  cinayətlərlə  mübarizə  üzrə  milli  qanunvericilikdə  islahatların  keçirilməsi  də 
zəruridir. Belə ki, bu cinayətlərin ənənəvi tərkiblərində məsələn,  ədliyyə orqanlarının 
kompüter  sistemlərinə  hücumların  edilməsi,  məhkumlara  dair  məlumatların  dəyiş-
dirilməsi, eləcə də cinayətkarlar barəsində materialların məhv edilməsi və s. bu kimi 
cinayət  əməlləri  nəzərdə  tutulmayıb.  lk  baxışda  bu  məsələlərin  yalnız  milli  səviy-
yədə həll olunmasının zəruriliyi və onların həlli ilə bağlı beynəlxalq səylərin koordi-
nasiyasına ehtiyac olmadığı nəzərə çarpır. Lakin kibercinayətlərin transsərhəd xarak-
teri bu cinayətlərin tədqiqində dövlətlərin bu və ya digər səviyyədə bir-birindən asılı 
olduğunu aşkara çıxarır. Əgər kibermühitdə cinayət törədən şəxs hər hansı bir ölkədə 
ə
dalət  əleyhinə  cinayət  üzrə  milli  qanunvericiliyində  boşluqlar  aşkar  edib  onlardan 
istifadə  edərsə  bu  həmin  ölkənin  cinayət  qurbanı  olmuş  vətəndaşlarına  mənfi  təsir 
göstərə bilər.  
4.  ctimai əxlaq əleyhinə cinayətlər:Konsensus əldə olunmuş kibercinayətlərin 
müəyyən  olunması  baxımından  ictimai  əxlaq  əleyhinə  cinayətlər  kateqoriyasına  aid 


84 
 
edilən əməllər daha problemli və mürəkkəb hesab olunur. Dünya ölkələrinin qanun-
vericilikləri  bu  məsələdə  o  qədər  bir-birinə  ziddir  ki,  bu  əməllərdən  hansılarının 
bütün dövlətlərdə təqib edilməsi üzrə beynəlxalq razılığın əldə oluna bilməsi şübhə-
lidir.  Belə  ki,  bir  dövlətdə  ictimai  əxlaq  əleyhinə  cinayət  hesab  olunan  əməllər 
(avaralıq, qumar oyunları və s.) digər dövlətdə cinayət hesab olunmur. 
ctimai əxlaq əleyhinə cinayətlər etik normalarla sıx bağlıdır. Bu normalar isə 
ayrı-ayrı  dövlətlərdə əhəmiyyətli dərəcədə  fərqlidirlər.    Xüsusilə  bu  dini normalarla 
ə
laqəli  olan  və  milli  qanunvericilikdə  nəzərdə  tutulan  cinayətlərə  aiddir.  Konsensus 
ə
ldə olunmuş əməllər kateqoriyasına həmçinin narkotik maddələr və spirtli içkilərin 
istifadə olunması kimi hallar da aid edilə bilmir.  
Yuxarıda nəzərdən keçirilən 4 kateqoriya cinayət əməlləri ilə yanaşı elə cina-
yətlər də mövcuddur ki, eyni bir cinayət əməli ayrı-ayrı dövlətlərdə müxtəlif ictimai 
münasibət  növlərinə  qarşı  qəsd  hesab  olunur.  Məsələn,  terrorizm  bəzi  ölkələrdə 
dövlət əleyhinə cinayət hesab olunduğu halda, digərlərində ictimai təhlükəsizlik əley-
hinə,  bir  qrup  ölkələrdə  isə  hətta  insanın  şəxsiyyəti  və  mülkiyyəti  əleyhinə  cinayət 
kimi nəzərdən keçirilir. Beləliklə “konsensus əldə edilmiş kibercinayətlərin” müəyyə 
edilməsi  və  bu  cinayətlərlə  mübarizə  üzrə  strategiyanın  işlənib  hazırlanmasında 
beynəlxalq səylərin koordinasiyası, eləcə də onların araşdırılması və cinayətkarların 
məhkəmə təqibi üzrə fəaliyyət aşağıdakıları nəzərdə tutur: 
- şəxsiyyət  əleyhinə  cinayətlərin  kiberizləmə  kimi  yeni  növlərinin  müəyyən 
edilməsi; 
- mülkiyyət  əleyhinə  cinayətlər  üzrə  mövcud  qanunvericilik  normalarını 
yenidən  nəzərdən  keçirməklə  bu  normalarda  qeyri-maddi  mülkiyyət  obyektlərinə 
qəsd olunması hallarının əhatə olunmasına nail olmaq; 
- DNS-hücumları  (Domain  Name  System)  və  informasiyanın  zədələnməsinə 
görə məsuliyyəti nəzərdə tutan, mülkiyyət əleyhinə yeni cinayət növlərinin müəyyən 
edilməsi; 
- ədalət  əleyhinə  cinayət  üzrə  normaların  yenidən  nəzərdən  keçirilməsi  ilə 
onlarda  elektron  dəlillərin  dəyişdirilməsi,  məhv  edilməsi  və  ya  saxtalaşdırılmasına 
yönəldilmiş əməllərin də öz əksini tapmasına nail olmaq; 


85 
 
- ədalətin  təmin  olunmasına  maneələr  yaradan  cinayət  növlərinin  müəyyən 
edilməsi; 
- ictimai  əxlaq  əleyhinə  cinayətlər  haqqında  normalara  yenidən  baxmaqla 
kompüter texnologiyaları amilini də nəzərə almaq. 
Ehtimal  olunur  ki,  milli  qanunvericilik  normalarındakı  uyğunsuzluqların 
aradan  qaldırılması  üzrə  işlər  məhz  mülkiyyət  əleyhinə  kibercinayətlər  kateqoriyası 
üzrə  aparılacaq.  Müəyyənedici  amil  kimi  bu  cinayət  əməllərinin  minimal  xərclərlə 
böyük  itkilər  törətməyə  qadir  olması,  eləcə  də  transmilli  şirkətlərin,  qlobal  maliyyə 
bazarlarının  işgüzar  dairələrinin  mülkiyyətlərinin  təhlükəsizliyinin  təmin  olun-
masında  maraqlı  olmaları  çıxış  edir.  Lakin  konsensusun  əldə  olunmasını  ləngidən 
amillər  də  mövcuddur  ki,  bunlara  bir  çox  kibercinayətkarlıq  növlərinin  milli 
qanunvericiklərdə  artıq  mövcud  olan  normaların  istifadə  olunması  ilə  araşdırıla 
bilməsi  və  eləcə  də  hansı  əməllərin  kriminal  hesab  olunması  ilə  əlaqədar  dövlətlər 
arası  razılığın  əldə  olunmasında  çətinliklərin  mövcud  olmasıdır.  Bununla  yanaşı 
kibercinayətkarlıqla 
mübarizə 
üzrə 
effektli 
ə
məkdaşlığa 
nail 
olunması 
qanunvericiliyin  və  hüquqi  terminlərin  vahidliyini  zəruri  edir.  Bu  hal  isə  özü  də 
konsensusun  ələ  olunması  prosesini  çətinləşdirə  bilər.  Lakin  bütün  bu  çətinliklərə 
baxmayaraq,  kibercinayətlərin  təsnifləşdirilməsində  və  elektron  əməllərin 
kriminallaşdırılması  məsələsi  üzrə  ölkələr  arasında  razılığın  əldə  olunması  kiber-
cinayətkarlıqla effektli mübarizə üçün zəruridir. 
Mütəxəssislər ümid edirlər ki, Avropa Şurasının “Kibercinayətkarlıq haqqında 
Konvensiyasının”  qəbulu  ilə  başlanan  bu  proses  nə  vaxtsa  uğurla  tamamlanacaq  və 
dünya dövlətləri kompüter texnologiyaları vasitəsilə törədilən əməllərdən hansılarının 
kriminal  xarakterli  olmasına  dair  razılığa  gələ  biləcəklər  və  bununla  da  kibercina-
yətlərlə  mübarizə  sferasında  vahid  cinayət-hüquqi  qanunvericiliyin  işlənib  hazırlan-
masına və istifadəsinə nail olacaqlar. 
Qlobal  kiberməkanın  bir  parçası  olan  Azərbaycanda  iqtisadi  cinayətkarlıq  və 
onun xüsusi növü olan  kibercinayətkarlıqla mübarizənin müasir vəziyyəti, eləcə də 
mübarizənin  hüquqi  təminat    mexanizmi  və  təkmilləşmə  istiqamətləri  isə  növbəti 
fəsildə daha ətraflı şərh olunacaqdır.
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə