Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   23   24   25   26   27   28   29   30   ...   33

80 
 
təsnifləşdirilməsində, həm də onların məhkəmə təqibində yüksək ardıcıllıq müşahidə 
olunur.  
Milli  qanunvericiliklərdə  ən  çox  fərqlərin  mövcud  olduğu  əməllər  isə  ictimai 
ə
xlaq əleyhinə cinayətlərdir. Belə ki, bunlar mənəvi və dini prinsiplərdən asılıdırlar. 
Bütün yuxarıda sadalananlar yüksək texnologiyalar sahəsindəki cinayətlərə də 
tətbiq  edilə  bilər.  Beynəlxalq  tənzimləməyə  daha  çox  insan  həyatına,  onun  fiziki 
toxunulmazlığına,  eləcə  də  hüquqi,  fiziki  şəxslərin  və  dövlətin  mülkiyyətinə  qəsd 
edən  kibercinayətlər  məruz  qalır.  Belə  ki,  bu  cinayətlər  də  malum  in  se  cinayətlər 
hesab olunurlar. Hətta belə cinayətlərin təyinində də müxtəlif ölkə qanunvericilikləri 
az və ya çox dərəcədə oxşardırlar. Lakin irqi və dini düşmənçiliyin təbliği ilə bağlı 
cinayətlərlə vəziyyət çox mürəkkəbdir. Çünki müxtəlif dövlətlərdə etik və dini prin-
siplər  o  qədər  güclü  fərqlənirlər  ki,  bu  məsələ  ilə  əlaqədar  razılığın  əldə  olunması 
sadəcə mümkünsüz olur.  
S. Brenner və M. Qudman kibermühitdə törədilən cinayətlərlə bağlı məsələlər 
üzrə  ölkələr  arasında  razılığın  əldə  olunmasına  həsr  edilmiş  “The  Emerging 
Consensus  on  Criminal  Conduct  in  Cyberspace”  (“Kibermühitdə  cinayət  xarakterli 
davranışlarla  bağlı  formalaşan  konsensus”)  adlı  işində  “barəsində  konsensus  əldə 
edilmiş kibercinayətlər” terminini təklif etmişlər. Bu növ kibercinayətlərə - barəsində 
kibercinayətlərlə  mübarizə  üzrə  öz  səylərini  koordinasiya  edən  dövlətlərin  həmin 
ə
məllərin cinayət hesab olunması məsələsində, eləcə də onların araşdırılması və məh-
kəmə  təqibində    razılıq  əldə  etdiyi  və  ya  etməli  olduğu  cinayətlər  aiddir.  Onlar  da 
ə
nənəvi  cinayətlər  kimi  cinayət  əməlinin  obyekti  olan  cinayət  qanunvericiliyi  ilə 
qorunan ictimai  münasibətlərin növündən asılı olaraq təsnifləşdirilirlər. M. Qudman 
və  S.  Brenner  belə  “barəsində  konsensus  əldə  edilmiş  kibercinayətlər”-in  4  növünü 
müəyyən edirlər. Bunlar şəxsiyyət əleyhinə, mülkiyyət əleyhinə, hakimiyyət əleyhinə 
və əxlaq əleyhinə olan cinayətlərdir.
1
 
1.  Şəxsiyyət  əleyhinə  cinayətlər:  stənilən  bir  dövlətin  qanunvericiliyində 
şə
xsiyyətin  cinayət  əməllərindən  müdafiəsinə  istiqamətlənmiş  cinayət-hüquqi 
normalar  mövcuddur.  Lakin  bununla  belə  şəxsiyyət  əleyhinə  cinayət  törətmiş 
                                                           
1
 http://www.lawtechjournal.com/articles/2002/03_020625_goodmanbrenner.php 


81 
 
kibercinayətkarlar  qanunvericilikdəki  boşluqlardan  istifadə  edərək  məsuliyyətdən 
yayına bilərlər. Bu isə aşağıdakılarla əsaslandırılır: 
−  ölkədə  kibermühitin  əmələ  gəlməsi  ilə  meydana  çıxmış  yeni  cinayət 
növlərinə görə məsuliyyəti müəyyən edən normaların mövcud olmaması; 
−  şəxsiyyət  əleyhinə  cinayətlər  üçün  məsuliyyəti  nəzərdə  tutan  cinayət 
qanununun  tərifləri  fiziki  reallığa  o  qədər  əsaslandırılmışdır  ki,  kompüter 
texnologiyalarının köməyi ilə virtual mühitdə törədilmiş cinayətlərə qanunun tətbiqi 
mümkünsüzdür. 
Bununla  belə  kompüter  texnologiyaları  vasitəsilə  törədilən  və  cinayət  qurba-
nına fiziki zərərin vurulmasını nəzərdə tutan cinayətlərin araşdırılması və məhkəmə 
təqibi ilə bağlı ayrı-ayrı ölkə qanunvericiliklərində fərqlərin olması problem yaratmır. 
Belə ki, bu əməllər demək olar ki, bütün dövlətlərdə ənənəvi tərkiblərlə əhatə olunur. 
Şə
xsiyyət əleyhinə olan və barəsində razılığa gəlinməsinin zəruri olduğu “problemli” 
cinayətlərə  isə  qeyri-fiziki,  yəni  izləmə  və  ya  qorxutma  kimi  hallarla  əlaqəli  olan 
kibercinayətlər  daxildir.  nternet  öz  anonimliyi  ilə  təhdid,  qorxutma,  şəxsi  həyata 
müdaxilə, izləmə kimi bir çox cinayətlərə əlverişli şərait yaradır. Kibermühitdə törə-
dilmiş belə cinayətlərə görə cinayət  məsuliyyəti çox zaman ölkə cinayət qanunveri-
ciliklərində öz əksini tapmır. Xüsusilə də çətinliklər cinayətkar və cinayət qurbanının 
müxtəlif dövlətlərin ərazisində olduğu hallarda meydana çıxır ki, belə situasiyaların 
da bəzən praktiki olaraq həll oluna bilməməsi qanunpozucusunun cəzasız qalmasına 
imkan yaradır.  
2.  Mülkiyyət  əleyhinə  cinayətlər:  Şəxsiyyət  əleyhinə  cinayətlər  kimi  bu  növ 
cinayətlər də hər bir dövlətin cinayət qanunvericiliyində mövcuddur. Bu cinayətlərin 
kibermühitdə  kompüter  texnologiyaları  vasitəsilə  törədilməsi  belə  əməllərin  ixti-
saslaşması və onların təqibi ilə bağlı problemlər yaradır. Əsas problem “mülkiyyət” 
anlayışının  dərk  olunması  ilə  bağlıdır.  Belə  ki,  mülkiyyət  münasibətlərinə  qəsd 
edilməsi ilə bağlı qanunvericilik normalarında mülkiyyət əleyhinə cinayətlərin pred-
meti kimi həmişə hər hansı maddi bir şey, yəni fiziki, gözlə görünə bilən predmetlər 
nəzərdə  tutulmuşdur.  Bu  isə  öz  növbəsində  ənənəvi  cinayət  qanunlarının  kibercina-
yətlərə də tətbiq olunması ilə bağlı problemlər yaradır. Belə ki, bu qanunlar informa-


82 
 
siya, elektron məlumatlar və s. əleyhinə cinayətləri əhatə etmirlər. Mülkiyyətin qeyri-
maddi  obyektlərinə  real  həyatda  xərclənilə  bilən  pul  məbləğləri  haqqında  informa-
siyanın  mövcud  olduğu  müəyyən  məlumatlar,  proqram  təminatları  və  s.  aid  edilir. 
Lakin  bəzi  cinayətlərin  ənənəvi  qanunvericiliklə  təqibi  mümkün  olu  bilir.  Məsələn, 
ə
gər xaker kompüter texnologiyalarından istifadə edərək özgənin bank hesabına daxil 
olub  oradan  öz  hesabına  külli  miqdarda  pul  köçürmüşsə  bu  oğurluq  əməli  bəzi 
ölkələrdə mövcud cinayət qanunvericiliyi ilə təqib edilir. Pul vəsaitləri özgə hesabdan 
çıxarılıb cinayətkarın sərəncamına keçibsə cinayətkar onlara fiziki olaraq toxunmasa 
belə  bu  cinayət  əməli  bir  çox  ölkələrin  oğurluq haqqında  ənənəvi  hüquqi  normaları 
ilə əhatə olunur.  Lakin əgər cinayətkar texnoloji tədqiqatlarla məşğul olan müəyyən 
ş
irkətin  kompüter  sisteminə  daxil  olmaqla  gizli  məlumatlarının  sürətini  əldə  edib 
onlardan  istifadə edirsə  (satır və  ya  digər formalarda istifadə  edir)  bu  əməl  ənənəvi 
anlamda  oğurluq  hesab  olunmur.  Belə  ki,  cinayətkarın  informasiyanı  əldə  etməsinə 
baxmayaraq  şirkət  bu  məlumatdan  məhrum  olmur,  yəni  informasiya  şirkətin 
mülkiyyətindən çıxmış hesab olunmur. Lakin bununla məlumatın dəyəri və məxfiliyi 
itir. Problemlər həmçinin əmlakın zədələnməsi kimi cinayətlərin təqibi prosesində də 
meydana çıxır. Ənənəvi hüquq normaları yalnız maddi əmlakın zədələnməsi və məhv 
edilməsi ilə bağlı məsuliyyəti müəyyən edir ki, bu səbəbdən də hər hansı bir saytı və 
ya  qiymətli  informasiyanı  məhv  edən  cinayətkarı  cinayət  məsuliyyətinə  cəlb  etmək 
mümkün olmur.  
Digər  bir  problem  isə  dələduzluğa  dair  normaların  tətbiqi  ilə  bağlı  meydana 
çıxır. Dələduzluq dedikdə, əmlakın oğurlanması, eləcə də yalan və ya etibardan sui-
istifadə  edilməsi  yolu  ilə  özgənin  əmlakına  hüquqların  əldə  edilməsi  başa  düşülür.  
Lakin ənənəvi təriflər kompüter sistemlərinin “aldadılması” halını nəzərdən keçirmir.  
Kompüter  texnologiyalarının  tətbiqi  mülkiyyət  əleyhinə  yönələn,  lakin  cina-
yətlərin  bütün  mümkün  tərkiblərindən  heç  biri  ilə  əhatə  oluna  bilməyən  qanunpo-
zuntuları  doğurur.  Məsələn,  xaker  hər  hansı  bir  kommersiya  müəssisəsinin  saytına 
girişi bloklayır və sayta ziyarətçilərin daxil olması mümkünsüz olur. Təbii ki, bunun 
nəticəsində firma ziyan çəkir. Lakin bu əməl oğurluq hesab olunmur. Belə ki, xaker 
hücum etməklə müəssisənin gəlirini mənimsəmir və eləcə də əmlakın məhvinə səbəb 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə