Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

68 
 
Lakin hazırki dövrdə EHM-lərin istifadə qaydalarının müəyyən olunduğu heç bir nor-
mativ  sənəd  yoxdur.  Bu  səbəbdən  də  maddə  hansı  qaydaların  pozulmasının  cinayət 
məsuliyyətinə  səbəb  olduğu  aydın  deyildir.  Qanunverici  bu  maddədə  EHM-lərin 
texniki  istifadə  qaydalarının  ya  müəyyən  proqramlarla  işləmə  qaydalarının  və  ya 
EHM-də saxlanılan informasiyanın işlənməsi qaydalarının nəzərdə tutulduğunu qeyd 
etmir.  
Maddə elə tərtib olunmuşdur ki, qanunverici tərəfindən bir neçə cinayətyaradan 
ə
lamət müəyyən olunmuşdur: 
1. EHM  sisteminin  və  ya  onların  şəbəkələrinin  istismarı  qaydalarının 
pozulması; 
2.  bu  qaydaların  pozulması  nəticəsində  EHM-dəki  qanunla  qorunan 
məlumatların məhvi, təcrid olunması və ya modifikasiya edilməsi; 
3.  əhəmiyyətli zərər vurulması. 
Beləliklə, çox mürəkkəb bir tərkib əmələ gəlir: sərhədləri qeyri-müəyyən olan 
qaydaların  pozulması,  bu  pozulma  informasiyaya  münasibətdə  müəyyən  nəticələrə 
gətirməlidir,  bu  isə  öz  növbəsində  sərhədlərinin  qanunverici  tərəfindən  dəqiq 
müəyyən  olunmadığı  əhəmiyyətli  zərər  vurmalıdır.  Bizim  fikrimizcə,  qaydaların 
pozulub-pozulmamasından  asılı  olmayaraq  məlumatların  əhəmiyyətli  zərər  vurul-
masına  səbəb  olan  məhv  edilməsi,  təcrid  olunması  və  ya  modifikasiya  edilməsinin 
kriminallaşdırılması  daha  məqsədə uyğundur.  Belə  alınır  ki,  əgər  hüquqi  sahibkarın 
razılığı  ilə  və  EHM-in  istifadə  qaydalarını  pozmadan  EHM  və  EHM-də  saxlanılan 
informasiyaya giriş əldə etmiş şəxs 273-cü maddədə göstərilmiş nəticələrə səbəb olan 
ə
məl  törətmişsə,  bu  əməl  nə  AR  CM-nin  271-ci  maddəsinin  (qanunsuz  daxil  olma 
ə
lamətlərinin mövcud olmaması), nə də 273-cü maddənin təsir dairəsinə düşmür.  
Bundan başqa AR Cinayət Məcəlləsində “kompüter dələduzluğu” – kompüter 
məlumatlarının  daxil  edilməsi,  dəyişdirilməsi,  silinməsi  və  ya  təcrid  olunması 
vasitəsilə  özgənin  əmlakının  oğurlanması  və  ya  özgəsinin  əmlakına  hüquqların  ələ 
keçirilməsi  və  ya  kompüter  sistemlərinin  fəaliyyətinə  istənilən  müdaxilə  haqqında 
normalar mövcud deyildir. 


69 
 
Həm  ayrı-ayrı  şəxslər  üçün,  həm  də  cinayətkar  qrupların  qeyri-qanuni  fəaliy-
yətinə geniş imkan yaradan informasiya texnologiyalarının istifadə sferasının geniş-
lənməsi ilə əlaqədar artmaqda olan kibercinayətkarlıq təhlükəsi ilə mübarizə aparmaq 
üçün  daima  beynəlxalq  əməkdaşlıq  zəruridir.  Kibercinayətkarlığı  tənzimləmək  və 
onunla  mübarizə  aparmaq  bir  dövlət  səviyyəsində  demək  olar  ki,  mümkünsüzdür. 
Beynəlxalq normaların qəbulu isə milli qanunvericiliklərı dəyişikliklərin edilməsi ilə 
müşaiyət  olunmalıdır.  Dövlətlərin  səylərinin  koordinasiyası  kompüter  texnologiya-
larının inkişafına  cəld reaksiya vermək və uyğun normaların qəbul edilməsini təmin 
etmək  baxımından  çox  zəruridir.    Hal-hazırda  kibercinayətkarlıqla  mübarizə  üzrə 
beynəlxalq  strategiyanın  formalaşdırılmasında  dünyanın  40-dan  çox  dövləti  fəaliy-
yətdədir və bu fəaliyyətin uzunmüddətli olacağı gözlənilir. Lakin, bütün çətinliklərə 
baxmayaraq,  beynəlxalq  əməkdaşlığın  qanunvericiliyin  unifikasiyası  ilə  bağlı  bir 
qərara  gəlmələrinin  zəruriliyi  aydın  bir  məsələdir.  Əks  halda,  kibercinayətkarlığın 
transsərhəd  xarakterini  nəzərə  alaraq  ayrı-ayrı  milli  qanunvericiliklərdə  müəyyən 
uyğunsuzluqlar ictimai təhlükəli əməl törətmiş şəxslərin məsuliyyətdən yayınmasına 
və cinayətlərin tədqiqində çətinliklərin yaranmasına səbəb olacadır.  
Azərbaycan  Respublikasında  da  bu  istiqamətdə  artıq  ilk  addımlar  atılmışdır. 
Məlum  olduğu  kimi,  Rabitə və  nformasiya  Texnologiyaları Nazirliyi    hələ 2005-ci 
ildə  Azərbaycan  Respublikasının  bu  sahədə  yeganə  beynəlxalq  mexanizm  olan 
“Kibercinayətkarlıq  haqqında”  konvensiyaya  qoşulması  təşəbbüskarı  kimi  çıxış 
etmişdi.  2008-ci  ildə  Prezident  lham  Əliyevin  sərəncamı  ilə  ölkəmiz  bu  konven-
siyaya qoşulması haqqında Avropa Şurasında, Strasburqda sənəd imzalayıb. 2009-cu 
ilin sentyabrın 30-da isə bu sənəd parlament tərəfindən qəbul olunmuşdur. 2010-cu il 
iyulun 1-də nəzərdə tutulan müvafiq prosedurlar həyata keçirildikdən sonra ölkəmiz 
adıçəkilən  konvensiyaya  qoşulmuşdur.  Bu,  kibertəhlükəsizliyin  təmin  olunması  və 
onun  ayrılmaz  hissəsi  olan  kibercinayətkarlığa  qarşı  mübarizə  sahəsində  istifadə 
olunan  beynəlxalq  mexanizmlərdən  biridir.  Sözügedən  konvensiyanın  35-ci  maddə-
sinə  görə,  hər  bir  ölkə  həftənin  7  günü  və  24  saatı  ərzində  fəaliyyət  göstərən, 
ə
laqələndirici  bir  qurumu  müəyyənləşdirir.  Konvensiyada  bununla  əlaqədar    Milli 
Təhlükəsizlik  Nazirliyi  əlaqələndirici  qurum  kimi  müəyyənləşdirilib.  Onlar  24/7 


70 
 
sistemində  əlaqələndirici  qurumlarla  birgə  işləyərək,  real  zaman  ərzində  müxtəlif 
ölkələrlə bu sahədə qanuna zidd əməllər baş verdikdə onunla mübarizə aparmaq üçün 
tədbirlər  görməsi  ilə  bağlı  mexanizm  müəyyənləşdirə  bilərlər.  Ondan  əlavə,  sözsüz 
ki, bu Konvensiyaya görə hər bir ölkənin milli qanunvericiliyində də müvafiq dəyi-
ş
ikliklərin edilməsi də tələb olunur. Beləliklə, 29 iyun 2012-ci il tarixində  Məsələn, 
“Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun qəbul olunmuşdur. Bu 
qanuna  görə  kibercinayətkarlıqla  bağlı  bölməyə  də  yeni  müddəalar  əlavə  olunub. 
Ə
lavələrdə  beynəlxalq  təcrübə,  eləcə  də  “Kibercinayətkarlıq  haqqında”  konven-
siyanın  tələbləri  əks  olunub.  CM-in  yeni  redaksiyasında  AR  CM-nin  “Kompüter 
informasiyası  sahəsində  cinayətlər”  adlı  30-cu  fəslinin  adı  dəyişdirilərək  “Kiber-
cinayətlər”  adlandırılmaqla  bu  fəsilə  daxil  maddələrdə  də  dəyişikliklər  edilməsi 
qərara alınmışdır. Beləliklə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyi-
ş
ikliklər edilməsi haqqında 29 iyun 2012-ci il tarixli qanuna görə “Kibercinayətlər” 
adlı 30-cu fəslə aşağıdakı maddələrdən ibarət olacaqdır: 
- Kompüter sisteminə qanunsuz daxil olma (Maddə 271); 
- Kompüter məlumatlarını qanunsuz ələ keçirmə (Maddə 272); 
- Kompüter  sisteminə  və  ya  kompyuter  məlumatlarına  qanunsuz  müdaxilə 
(Maddə 273); 
- Kibercinayətlərin  törədilməsi  üçün hazırlanmış  vasitələrin  dövriyyəsi  (Maddə 
273-1); 
- Kompüter məlumatlarının saxtalaşdırılması (Maddə 273-2). 
Qanuna  əsasən  kompüter  sisteminə  qanunsuz  daxil  olma,  məlumatları 
qanunsuz  ələ  keçirmə,  həmin  məlumatları  saxtalaşdırmaya,  kibercinayətlərin  törə-
dilməsi  üçün  hazırlanmış  vasitələrin  dövriyyəsi,  kompüter  məlumatlarının  saxtalaş-
dırılmasına  görə  cəzalar  sərtləşdirilib.  Belə  ki,  yuxarıda  göstərilən  qanun  pozun-
tularına  yol  vermiş  şəxs  iki  ilədək  müəyyən  vəzifə  tutma  hüququndan  məhrum 
edilməklə  1000  manatdan  2000  manatadək  cərimə  və  ya  2  ilədək  azadlıqdan  məh-
rumetmə  cəzası  ilə  cəzalandırılacaq.Bu  cinayət  vəzifəli  şəxs  tərəfindən  öz  qulluq 
mövqeyindən  istifadə  etməklə  törədilərsə,  3  ilədək  müddətdə  vəzifə  tutma  hüqu-
qundan  məhrum  edilməklə  2000  manatdan  3000  manatadək  cərimə  və  ya  2  ildən 4 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə