Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   15   16   17   18   19   20   21   22   ...   33

56 
 
6.Vergi  ödəməkdən  yayınma:  Müasir  dövlətdə  vergilər  gəlirlərin  əsas 
formasıdır.  Azərbaycan  Respublikası  Konstitusiyanın  73-cü  maddəsinə  əsasən, 
qanunla  müəyyən  olunmuş  vergiləri  və  başqa  dövlət  ödənişlərini  tam  həcmdə  və 
vaxtında ödəmək hər bir şəxsin borcudur. Vergi ödəməkdən yayınma isə ölkə iqtisa-
diyyatının və maliyyə sisteminin sabitliyini pozulmasına səbəb olur. 
ki  növ  əsas  vergi  ödəyicisi  –  fiziki  və  hüquqi  şəxslər  bir-birindən  fərqlən-
diyindən  CM-nin  213-cü  maddəsində  cinayət  hesab  edilən  əməllərin  iki  müxtəlif 
növü  təsbit  olunmuşdur.  Obyektinə  görə  oxşar  olan  bu  cinayət  tərkibləri  obyektiv 
cəhətinə və subyektinə görə xeyli dərəcədə bir-birindən fərqlənir. 
CM-nin  213.1-ci  maddəsində  nəzərdə  tutulmuş  cinayət  tərkibinin  obyekti 
dövlətin maliyyə fəaliyyəti sahəsində ictimai münasibətlərdir. Bu cinayətin obyektiv 
cəhəti  isə  fiziki  şəxslər  tərəfindən  AR  qanunvericliyində  nəzərdə  tutulmuş  hallarda 
gəlirlər haqqında bəyannamə təqdim etməməklə, yaxud gəlirlər və ya xərclər barədə 
bilə-bilə  təhrif  olunmuş  məlumatları  bəyannamədə  göstərməklə,  yaxud  digər  üsulla 
xeyli  miqdarda  vergiləri  və  ya  başqa  icbari  ödənişləri  ödəməkdən  yayınmadan 
ibarətdir. 
CM-nin  213.3-cü  maddəsində  göstərilmiş  cinayətin  isə  obyekti  hüquqi  şəxs-
lərdən vergilərin yığılması ilə əlaqədar dövlətin maliyyə fəaliyyəti sahəsində yaranan 
ictimai münasibətlərdir. 
CM-nin  213.3-cü  maddəsində  nəzərdə  tutulmuş  cinayətin  obyektiv  cəhəti 
gəlirlər  və  xərclər  barədə  bilə-bilə  təhrif  olunmuş  məlumatları  təşkilat  mühasibat 
sənədlərində daxil etməklə, yaxud digər üsulla xeyli miqdarda vergiləri və ya başqa 
icbari ödənişləri ödəməkdən yayınmada ifadə olunmuşdur. 
Beləliklə,  Azərbaycan  Respublikasının  CM-nin  “ qtisadi  fəaliyyət  sahəsində 
cinayətlər”  adlandırılan  24-cü  fəslində  iqtisadi  cinayətkarlıq  formaları  geniş  şərh 
olunsa da iqtisadi cinayətkarlığın xüsusi forması olan kibercinayətkarlıq və eləcə də 
kompüter  cinayətlərinə  görə  məsuliyyət  bu  fəsildə  öz  əksini  tapmamışdır.  Azər-
baycanda  Respublikasının  cinayət  qanunvericiliyində  kibercinayətkarlığın  hüquqi 
təsbiti məsələsi növbəti paraqrafda daha geniş şərh olunacaqdır. 
 


57 
 
 
2.2 Kibercinayətkarlıqla mübarizə sahəsində Azərbaycanın  
milli hüquq sisteminin müasir vəziyyəti  
 
Külli  miqdarda  müxtəlif  informasiyaların  istifadəsinə  əsaslanan  müasir 
cəmiyyətin  inkişafını  cəmiyyətin  bütün həyat  sferalarına  elektron hesablama  maşın-
larının  geniş  tətbiqi  olmadan  təsəvvür  etmək  mümkünsüzdür.  EHM-lər  yalnız  ayrı-
ayrı idarəetmə və eləcə də təsərrüfat vahidləri səviyyəsində informasiyanın işlənməsi, 
saxlanmasına    və  ya  vətəndaşlar  arasında  əlaqənin  yaradılmasına  xidmət  etmir,  o 
həmçinin dövlətin daxili və xarici təhlükəsizliyinin təmin olunması məqsədilə geniş 
tətbiq edilir.  Amma elmi-texniki inqilabın genişlənməsi ölkə iqtisadiyyatının inkişaf 
amillərinin  tərkibində  proqressiv  dəyişikliklərə  səbəb  olmaqla  yanaşı,  kriminal 
dünyanın  neqativ  tendensiyalarının  genişlənməsinə,  cinayət  əməllərinin  yeni  forma 
və növlərinin  yaranmasına gətirib çıxarır. Bu isə özünü cinayətkar qrup və birliklərin 
öz  fəaliyyətində  elm  və  texnikanın  yeni  nailiyyətlərindən  aktiv  istifadə  etmələrində 
daha aydın şəkildə göstərir.  
Azərbaycanda kompüter  texnikası  vasitələrinin və  informasiya  emalı  texnolo-
giyalarının  istifadəsi  ilə  əlaqəli  olan,  eləcə  də  yerli  hüquq  elminə  və  praktikasına 
məlum  olmayan  yeni  növ  cinayət  əməllərinin  –  kompüter  cinayətlərinin  meydana 
gəlməsi faktı xüsusi həyəcan doğurur. Bu isə öz növbəsində ölkə qanunvericiliyində 
baş  verən  bu  hala  adekvat  hüquqi  təsir  mexanizminin  işlənib  hazırlanmasını  zəruri 
edir.  Bu  istiqamətdə  əks  olunmuş  cinayət  əməlləri  mahiyyət  etibarı  ilə  heç  də 
cinayətin  törədilməsi  üçün  vasitə  kimi  elektron  hesablama  texnikasının  istifadəsini 
nəzərdə  tutmur.  Cinayət  Məcəlləsinin  30-cu  fəslinə  informasiyanın  və  EHM-nın 
istifadəsi  vasitəsilə  informasiyanın  işlənməsi  sisteminin  təhlükəsizliyinə  qəsd  edən 
ictimai-təhlükəli əməllər daxil edilmişdir.  
nformasiyanın qanunsuz istifadəsinin nəticələri çox müxtəlif ola bilər. Belə ki, 
informasiyadan  qanunsuz  istifadə  intellektual  mülkiyyətin  toxunulmazlığının 
pozulması ilə yanaşı vətəndaşların şəxsi həyatları barədə məlumatlarının yayılmasına, 
birbaşa  itkilər  və  əldə  olunmamış  mənfəət  şəklində  mülkiyyətə  zərər  vurulmasına, 


58 
 
müəssisələrin nüfuzunun itirilməsi və müəssisələrin normal fəaliyyətinin pozulmasına 
səbəb  ola  bilər.  Bu  səbəbdən  də  bu  növ  cinayətlərin  Cinayət  Məcəlləsinin  “ ctimai 
təhlükəsizlik  və ictimai  qayda  əleyhinə  olan  cinayətlər”  adlı   X  Bölməsində  yerləş-
dirilməsi tamamilə doğrudur.  
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsində  Kompüter  informasiya  sfera-
sındakı cinayətlərə aşağıdakılar daxildir: 
1. Kompüter informasiyasına qanunsuz olaraq daxil olma (maddə 271); 
2. Elektron-hesablayıcı  maşınlar  üçün  ziyanverici  proqramlar  yaratma, 
onlardan istifadə etmə və ya onları yayma (maddə 272); 
3. Elektron  hesablayıcı  maşınların  (EHM),  EHM  sisteminin  və  ya  onların 
şə
bəkələrinin istismarı qaydalarını pozma (maddə 273). 
Bu  cinayət  tərkiblərinin  konstruksiyasının  xüsusiliyi  onların  maddi  tip  üzrə 
formalaşdırılmasıdır.  Yəni,  bu  tərkiblərdə  EHM  istifadəçilərinə  zərər  vurulması 
şə
klində  ictimai  təhlükəli  hücumlar  nəzərdə  tutulmuşdur.  EHM  istifadəçilərinə 
zərərin vurulması isə EHM-lərin və ya EHM şəbəkəsinin normal fəaliyyətinin pozul-
masından ibarətdir.  
 
Kompüter  texnikasınının  fiziki  olaraq  zədələnməsi  və  ya  məhv  edilməsi, 
qanunsuz ələ keçirilməsi isə maddi dəyərə malik predmetlər kimi AR CM-nin 23-cü 
“Mülkiyyət əleyhinə cinayətlər” fəslində nəzərdən keçirilir. 
Bütövlükdə    AR  CM-nin  30-cu  fəslinin  əsas  məqsədi  informasiyanın  qorun-
masından  və  məhz  buna  əsasəndə  bu  informasiya  ehtiyatlarının  maddi    daşıyıcıları 
olan aparat texniki vasitələrinin də təhlükəsizliyinin təmin olunmasından   ibarətdir.  
 
Kompüter  cinayətlərinin  obyektiv  tərəfi  hərəkətlə  yanaşı  hərəkətsizliklə  də 
xarakterizə  olunur.  Hərəkət  (hərəkətsizlik)  kompüter  informasiyasının  istifadəsi  ilə 
bağlı hüquq və maraqların pozulması ilə əlaqəlidir. 
 Daha öncə də qeyd olunduğu kimi kompüter cinayətləri maddi tərkibə malik-
dirlər. Belə ki, bu hərəkət (hərəkətsizlik) şəxsiyyətin, cəmiyyət və ya dövlətin hüquq 
və  maraqlarına  əhəmiyyətli  zərər  vurmalıdır.  Lakin  AR  CM-nin  272-ci  maddəsində 
nəzərdə  tutulmuş  cinayət  əməlləri  yəni,  elektron-hesablayıcı  maşınlar  üçün  ziyan 
verici  proqramlar  yaratma,  onlardan  istifadə  etmə  və  ya  onları  yayma  istina  olaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə