Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   13   14   15   16   17   18   19   20   ...   33

50 
 
        CM-nin  202.1-ci  maddəsində  nəzərdə  tutulmuş  cinayətin  obyektiv  cəhəti 
kommersiya və ya bank sirri olan məlumatların aşağıdakı alternativ üsullardan biri ilə 
toplanmasından  ibarətdir:  sənədləri  oğurlamaqla,  satın  almaqla,  hədələməklə,  digər 
qanunsuz üsulla. 
Bazardakı inhisarçı mövqeyindən və ya məcburetmədən istifadə etməklə törə-
dilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
1. nhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma: Mülkiyyət formalarının 
müxtəlifliyi  şəraitində  əmtəə  bazarlarının  səmərəli  fəaliyyətinin,  təsərrüfat  subyekt-
lərinin rəqabəti üçün münbit iqtisadi şəraitin hüquqi cəhətdən təmin edilməsi xüsusi 
ə
həmiyyət  kəsb  edir.  Ona  görə  də  qanunvericiliklə  inhisarçılıq  fəaliyyətinin  və 
vicdansız  rəqabətin  məhdudlaşdırılmasının  və  qarşısının  alınmasının  təşkilati  və 
hüquqi  əsasları  müəyyən  edilmişdir.  Həmin  qanunvericilik  həm  yerli  və  əcnəbi 
hüquqi  şəxslərin,  icra  hakimiyyəti  orqanlarının,  yerli  özünüidarə  orqanlarının,  fiziki 
şə
xslərin  iştirak  etdiyi  Azərbaycan  Respublikasının  əmtəə  bazarlarındakı  müna-
sibətlərə,  həm  də  həmin  şəxslər  tərəfindən  Azərbaycan  Respublikasından  kənarda 
bağlanan  əqdlərə və edilən hərəkətlərə şamil edilir. 
Antiinhisar  qanunvericiliyini  pozan  və  cinayət  hesab  edilən  əməllərə  görə 
məsuliyyət  CM-nin  199-cu  maddəsində  nəzərdə  tutulmuşdur  və  cinayətin  obyekti 
sahibkarların  əmtəə  bazarında  qanuni  rəqabəti  ilə  əlaqədar  yaranan  ictimai  müna-
sibətlərdir. 
Təhlil  edilən  maddənin  məzmununa  əsasən,  cinayətin  obyektiv  cəhəti  anti-
inhisar qanunvericliyinin pozulmasının iki müstəqil növünü - inhisarçılıq hərəkətləri 
və rəqabəti məhdudlaşdırmanı özündə birləşdirir. 
2.Əqdin  bağlanmasına  və  ya  onun  bağlanılmasından  imtinaya  məcbur  etmə: 
Mülki  qanunvericiliyin  əsas  prinsiplərindən  birini  təşkil  edən  müddəaya  əsasən, 
vətəndaşlar  (fiziki  şəxslər)  və  hüquqi  şəxslər  öz  subyektiv  mənafelərindən  çıxış 
edərək mülki hüquqlar əldə edirlər və onları həyata keçirirlər. Əqdlər də mülki hüqu-
qun ən mühüm və əsas institutlarından biridir.  
stənilən  iradi  akt  kimi,  əqd  də  iradə  və  iradə  ifadəsinin  məzmunundan 
ibarətdir.  Başqa  şəxslərin  hüquqazidd  hərəkətlərinin  təsiri  altında  bağlanmış  əqd, 


51 
 
mülki  qanunvericiliyə  müvafiq  olaraq,  etibarsız  hesab  edilir  (Azərbaycan  Respub-
likası  Mülki  Məcəlləsinin  14-cü  fəsli),  CM-nin  201-ci  maddəsində  göstərilən 
ə
lamətlər olduqda isə cinayət məsuliyyəti yaranır. 
Obyektiv cəhətdən təhlil edilən cinayət tərkibi iki hərəkətdən ibarət mürəkkəb 
cinayətdir:  psixi  zor;  əqdin  bağlanmasına  və  ya  onun  bağlanmasından  imtinaya 
məcbur  etmə.  Hədənin  istənilən  növü  zamanı  psixi  zorun  başlıca  funksiyası 
zərərçəkmişi əqdin bağlanmasına və ya onun bağlanmasından imtinaya məcbur etmək 
məqsədi  ilə  onun  psixikasına  təsir  etməkdir.  Əqd  bağlamaq  və  ya  onun 
bağlanmasından  imtina  etmək  tələbi  isə  ilk  növbədə  mülki  hüquq  və  vəzifələrin 
yaradılmasına,  dəyişdirilməsinə  və  ya  xitam  edilməsinə  məcbur  etmədən  ibarətdir. 
Təqsirkarın öz məqsədinə çatıb-çatmamasından asılı olmayaraq, məcbur etmə anında 
cinayət başa çatmış hesab edilir. 
 
Xarici iqtisadi fəaliyyətin iştirakçısının hüquqlarından istifadə edilməklə törə-
dilən iqtisadi fəaliyyət sahəsində olan cinayətlər: 
1.Qaçaqmalçılıq: Bu cinayət obyektiv cəhətdən malların və digər əşyalarınAR 
gömrük  sərhədindən  gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənəd-
lərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, 
yaxud  bəyan  etməməklə  və  ya  düzgün  bəyan  etməməklə  külli  miqdarda  keçiril-
məsindən ibarətdir. 
Qaçaqmalçılığın  predmeti  kimi  mallar  dedikdə,  Azərbaycan  Respublikasının 
Gömrük Məcəlləsinin 17-ci maddəsinə əsasən. istənilən daşınan əmlak, o cümlədən 
valyuta,  valyuta  sərvətləri,  elektrik  və  digər  enerji  növləri,  nəqliyyat  vasitələri 
(sərnişinlərin  və  malların  beynəlxalq  daşınmaları  üçün  nəzərdə  tutulan  nəqliyyat 
vasitələri istisna olmaqla) başa düşülür. Bundan başqa, şərh edilən cinayətin predmeti 
qismində  gömrük  sərhədindən  keçirilərkən  gömrük  nəzarətindən  keçməli,  eyniləş-
dirilməli  və  bəyan  edilməli  əşyalar,  məsələn,  əlyazmalar.  incəsənət  əsərləri və  s. də 
çıxış edə bilər. 
2.Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi,  arxeoloji 
sərvəti  olan  əşyaları  Azərbaycan  Respublikasına  qaytarmama:  Cinayətin  obyekti 
Azərbaycan  xalqının  və  xarici  ölkə  xalqlarının  incəsənət,  tarixi  və  arxeoloji  sərvəti 


52 
 
olan  əşyalara  sahiblik,  istifadə  və  sərəncam  hüququnu  təmin  edən  ictimai  münasi-
bətlərdir. 
Cinayətin  predmeti  aşağıdakı  yollarla  əldə  edilmiş  mədəni  sərvətlər  ola  bilər; 
Azərbaycan  Respublikasının  vətəndaşı  olan  şəxs  və  ya  şəxslər  qrupu  tərəfindən, 
habelə  AR  ərazisində  daimi  yaşayan  əcnəbilər  və  ya  vətəndaşlığı  olmayan  şəxslər 
tərəfindən yaradılmış; AR ərazisində tapılmış; həmin sərvətlərin əldə edildiyi ölkənin 
səlahiyyətli orqanlarının razılığı ilə həyata keçirilmiş arxeoloji, etnoloji və təbii-elmi 
ekspedisiyalar  nəticəsində  tapılmış;  azad  mübadilə  yolu  ilə  əldə  edilmiş;  bəxşiş 
olaraq  əldə  edilmiş  və  ya  həmin  sərvətin  mənşə  ölkəsinin  səlahiyyətli  orqanlarının 
razılığı ilə qanuni olaraq əldə edilmiş. 
Cinayət  obyektiv  cəhətdən  AR  qanunvericiliyinə  müvafiq  olaraq  qaytarılması 
məcburi  olan  AR  hüdudlarından  kənara  çıxarılmış  AR-in  və  xarici  ölkələrin  incə-
sənət,  tarixi  və  arxeoloji  sərvəti  olan  əşyaları  müəyyən  edilmiş  müddətdə  AR-ə 
qaytarmamada ifadə olunur. 
Valyuta  vəsaitləri  ilə  qanunsuz  davranma  yolu  ilə  törədilən  iqtisadi  fəaliyyət 
sahəsində olan cinayətlər: 
1.Xarici  valyuta  vəsaitlərini  xaricdən  qaytarmama:  Bu  cinayətin  obyekti 
valyuta tənzimi və valyuta nəzarəti ilə əlaqədar dövlətin maliyyə fəaliyyəti sahəsində 
yaranan ictimai münasibətlərdir.  
Təhlil  edilən  cinayət  obyektiv  cəhətdən  xarici  iqtisadi  fəaliyyətin  həyata 
keçirilməsi nəticəsində əldə edilmiş və AR qanunvericiliyinə müvafiq olaraq AR-in 
müvəkkil  edilmiş  bankının  hesabına  məcburi  qaydada  köçürülməli  olan  xeyli  miq-
darda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamada ifadə olunur.  
 “Valyuta  tənzimi  haqqında”  Azərbaycan  Respublikası  Qanununun  7-ci  mad-
dəsinə  görə  xarici  valyuta  vəsaitlərini  xaricdən  qaytarmama  dedikdə,  rezident 
müəssisə  və  təşkilatların  xarici  iqtisadi  fəaliyyətdən  əldə  etdikləri  xarici  valyuta 
vəsaitlərini  Azərbaycan  Respublikasının  müvəkkil  bankındakı  hesaba  köçürmə-
məsindən ibarət hərəkətsizlik başa düşülməlidir.  
Xarici  valyuta  vəsaitlərinin  bankın  nəzarət  sənədlərində  (əqdin  pasportunda, 
gömrük-bank  nəzarəti  uçotu  vərəqində,  dosyedə)  müəyyən  edilmiş  müddətdə  Azər-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə