Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   14   15   16   17   18   19   20   21   ...   33

53 
 
baycan  Respublikasının  müvəkkil  edilmiş  bankdakı  hesaba  daxil  olmadığı  andan 
cinayət başa çatmış hesab edilməlidir. 
Ə
mlak öhdəliklərindən yayınma yolu ilə törədilən iqtisadi fəaliyyət sahəsində 
olan cinayətlər: 
1.  stehlakçıları  aldatma  və  ya  pis keyfiyyətli  məhsul istehsal etmə  və  satma: 
CM-nin  200-cü  maddəsində  bir-birindən  kifayət  qədər  fərqlənən  iki  cinayət  tərkibi 
təsbit edilmişdir. 
CM-nin  200.1-ci  maddəsində  nəzərdə  tutulmuş  cinayətin  obyekti  malların 
satışı (işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi) zamanı istehlakçılarla mal 
satanlar və ya xidmət göstərənlər arasında yaranan münasibətlərdir. Əlavə obyekt qis-
mində  istehlakçıların  həyat  və  sağlamlığı,  habelə  əmlak  mənafeləri  çıxış  edir. 
Obyektiv  cəhətdən  cinayət  mal  satan  və  ya  əhaliyə  xidmət  göstərən  təşkilatlar, 
həmçinin  ticarət  (xidmət)  sahəsində  fərdi  sahibkar  qismində  qeydə  alınmış  fiziki 
şə
xslər  tərəfindən  malın  (xidmətin)  ölçüsünə,  çəkisinə,  hesabına,  habelə  istehlak 
xüsusiyyəti  və  ya  keyfiyyətinə  dair  istehlakçıları  xeyli  miqdarda  aldatmada  ifadə 
olunmuşdur. 
CM-nin  200.3-cü  maddəsində  nəzərdə  tutulmuş  cinayət  çoxobyektlidir.  Bu 
cinayətin əsas bilavasitə obyekti məhsulların lazımi keyfiyyətdə istehsalını və satışa 
buraxılmasını təmin edən ictimai münasibətlərdir. Cinayətkar qəsdin digər bilavasitə 
obyekti əhalinin sağlamlığıdır. Cinayətin predmeti isə pis keyfiyyətli məhsullardır. 
Bu cinayət tərkibinin obyektiv cəhəti isə zərərçəmiş şəxsin sağlamlığına az ağır 
və ya ağır zərər vurulmasına səbəb olmuş aşağıdakı alternativ əməllərdə ifadə olunur: 
pis  keyfiyyətli  məhsulların  istehsalı;  satışa  buraxılması;  belə  məhsulların  satışı; 
onların keyfiyyətsiz olmasının gizlədilməsi. 
Pis keyfiyyətli məhsulların keyfiyyətsiz olmasının gizlədilməsi həm istehsalçı 
və ya satıcı başqa məhsullar üçün verilmiş və ya bilə-bilə qanunsuz uyğunluq sertifi-
katından  istifadə  etdikdə,  sertifikatlaşdırılmanı  həyata  keçirən  orqan  isə  saxta 
sertifikat verdikdə təhlil edilən əlamət mövcud olacaqdır. 
2.Gömrük ödənişlərinin ödənilməsindən yayınma: Azərbaycan Respublikasının 
xarici  iqtisadi  siyasətin  və  daxili  əmtəə  bazarının  dövlət  tənziminin  mühüm  vasitə-


54 
 
lərindən biri Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallara qoyulan 
gömrük  ödənişlərinin  müəyyən  edilməsi  və  tətbiqi  qaydalarıdır.  Bu  qaydaların  və 
gömrük  ödənişləri  mexanizminin  pozulması  dövlət  pul  fondlarının  təşkil  olunması 
sahəsində ölkə iqtisadiyyatına ciddi ziyan vurur. 
Cinayətin  predmeti  gömrük  ödənişləridir.  Cinayətin  obyektiv  cəhəti  isə  xeyli 
miqdarda  gömrük  ödənişlərinin  ödənilməsindən  yayınmada  ifadə  olunur.  Bu  halda 
yayınma  aşağıdakı  hərəkətlərdə  ifadə  oluna  bilər:  gömrük  bəyannaməsində  və  ya 
gömrük  məqsədləri  üçün  zəruri  olan  başqa  sənədlərdə  malın  və  nəqliyyat  vasitə-
lərinin gömrük rejimi; gömrük dəyəri, yaxud mənşə ölkəsi haqqında yalan məlumat 
verilməsi  və  ya  gömrük  ödənişlərindən  azad  etmək  və  ya  onun  miqdarını  azaltmaq 
üçün  əsas  verən  başqa  yalan  məlumatlar  verilməsi;  ödənilmiş  gömrük  ödənişlərinin 
qaytarılması  hüququ,  ödəniş və  ya  başqa əvəz  almaq  hüququ, yaxud  alınmış  əvəzin 
tam və ya qismən qaytarılmaması hüququ verən yalan daxil edilmiş sənədlərin AR-in 
gömrük orqanlarına təqdim edilməsi; ödəmə müddətlərinin pozulması.  
3.Müflisləşmə  zamanı  qanunsuz  hərəkətlər:Sahibkarlıq  fəaliyyəti,  eləcə  də 
digər  iqtisadi  fəaliyyət  təkcə  sahibkarın  özünə  deyil,  həm  də  onun  kontragentlərinə 
ziyan  vurulması  riskinə  malikdir.  Ona  görə  də  istənilən  iqtisadi  subyektin  mülki 
dövriyyədə  iştirakı  ona  və  onun  etdiyi  əməliyyatlara  etibar  göstərilməsi  şəraitində 
mümkündür.  Kreditorların  riskini  minimuma  endirmək  üçün  ölkəmizin  qanun-
vericiliyində  müflisləşmə  institutu  nəzərdə  tutulmuşdur.  Bu  institutun  əsasını 
“Müflisləşmə  və  iflas  haqqında”  Azərbaycan  Respublikasının Qanunu,  mülki  hüqu-
qun müvafiq normaları, habelə bəzi başqa normativ hüquqi aktlar təşkil edir. 
Müflis olmuş sahibkar qanunun tələb etdiyinin əksinə olaraq özünün iqtidarsız 
olmasını  elan  etməyərək,  kontragentləri  qarşısında  əmlak  öhdəliklərinin  icrasından 
yayınmaq üçün öz vəziyyətini gizlətməyə cəhd etdikdə, CM-nin 210-cu maddəsi üzrə 
cinayət məsuliyyətinə cəlb edilə bilər.  
Müflisləşmə zamanı qanunsuz hərəkətlər ayrıca cinayət məsuliyyəti yaradan iki 
növ  əməlləri nəzərdə tutur. Obyektinə görə oxşar olan bu əməllər obyektiv cəhətinə, 
habelə subyektinə görə bir-birindən xeyli fərqlənir. 


55 
 
CM-nin  201.1-ci  maddəsində  nəzərdə  tutulmuş  cinayətin  obyektiv  cəhəti 
müflisləşmə zamanı və ya  müflisləşmə güman edilən zaman törədilən bir sıra alter-
nativ  qanunsuz  hərəkətdən  ibarətdir:  əmlakın  və  ya  əmlak  öhdəliklərinin,  əmlak 
haqqında məlumatların, onun miqdarının, olduğu yerin, yaxud əmlak haqqında digər 
məlumatların gizlədilməsi; əmlakın digərinin sahibliyinə verilməsi, əmlakın özgənin-
kiləşdirilməsi  və  ya  məhv  edilməsi;  iqtisadi  fəaliyyəti  əks  etdirən  mühasibat  və  ya 
digər hesabat sənədlərinin gizlədilməsi, məhv edilməsi və ya saxtalaşdırılması.  
4.Qəsdən  müflisləşmə: Nəzərdən keçirilən cinayətin obyekti dövlətin maliyyə 
fəaliyyəti  sahəsində  yaranan  və  sahibkarlıq  fəaliyyətini  təmin  edən  ictimai  münasi-
bətlərdir.  Cinayət  obyektiv  cəhətdən  ödəmə  qabiliyyətsizliyinin  yaradılmasından  və 
ya artırılmasından ibarətdir.  
Qəsdən  müflisləşmə  dedikdə,  süni  olaraq  ödəmə  qabiliyyətsizliyi  yaradan  və 
belə  qabiliyyətsizliyi  artıraraq  bilə-bilə  iflasa  aparan  sahibkarlıq  fəaliyyəti  (sərfəli 
olmayan əqdlər bağlanması, mühasibat və ya başqa maliyyə fəaliyyətinin səhlənkar-
casına  aparılması;  iqtisadi  kontragentlərin  və  ya  işgüzar  tərəfdaşların  etinasızcasına 
seçilməsi,  pul  vəsaitlərinin  müəssisənin  mənafeyi  ilə  əlaqədar  olmayan  ehtiyaclara 
xərclənməsi və s.) başa düşülür. 
5.Saxta  müflisləşmə:  Nəzərdən  keçirilən  cinayətin  obyekti  dövlətin  maliyyə 
fəaliyyəti  sahəsində  yaranan  və  sahibkarlıq  fəaliyyətini  təmin  edən  ictimai  münasi-
bətlərdir. 
Cinayətin obyektiv cəhəti kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, 
habelə fərdi sahibkar tərəfindən özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan 
elan  etmədən  ibarətdir.  Obyektiv  cəhətin  daha  bir  məcburi  əlaməti  saxta  müflisləş-
mənin xeyli miqdarda ziyan vurulmasıdır. 
Saxta  müflisləşmə  dedikdə,  özünü  təşkilatın  (fərdi  sahibkar)  həqiqi  iqtisadi 
vəziyyətinin  əksinə  olaraq  və  kreditorlarla  razılaşdırılmadan,  bilə-bilə  yalandan 
ödəmə  qabiliyyəti  olmayan  elan  etmə  başa  düşülür.  CM-nin  212.1-ci  maddəsi  ilə 
cinayət  məsuliyyəti  həmin  əməl  nəticəsində  xeyli  miqdarda  ziyan  vurulduqda 
meydana  gəlir.  Saxta  müflisləşmə  nəticəsində  kreditorlara  xeyli  miqdarda  ziyan 
vurulduğu andan cinayət başa çatmış hesab edilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə