Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

62 
 
obyekti EHM-in, onun proqram təminatının və informasiya məzmununun təhlükəsiz 
istifadəsi  üzrə  ictimai  münasibətlər  təşkil  edir.  Bu  maddənin  1-ci  hissəsi  aşağıdakı 
ə
məllərdən birinin törədilməsini nəzərdə tutur: 
1. informasiyanın  icazəsiz  məhvinə,  təcrid  olunmasına,  modifikasiya 
edilməsinə  və  ya  surətinin  çıxarılmasına,  EHM,  EHM  sisteminin  və  ya  onların 
şə
bəkələrinin işinin pozulmasına səbəb ola biləcək EHM proqramlarını yaratma; 
2. mövcud  proqramlara  analoji  halların  baş  verməsinə  səbəb  ola  biləcək 
dəyişikliklər etmə; 
3. yuxarıda qeyd edilən hər iki növ proqramlardan istifadə etmə; 
4. onları yayma; 
5. belə proqramlarla yüklənmiş maşın daşıyıcılarından istifadə etmə; 
6. belə maşın daşıyıcılarını yayma. 
Proqramın yaradılması və dəyişdirilməsi dedikdə, EHM dilində yazılmış maşın 
alqoritminin hazırlanması və dəyişdirilməsi başa düşülür. Proqramın istifadəsi və onu 
yayma isə proqramın tətbiq edilməsi və onun tətbiq sferasının genişləndirilməsidir. 
Bütün  bu  əməllərin  nəticəsi  daha  öncəki  maddələrlə  analojidir,  fərq  yalnız 
ondan  ibarətdir  ki,  əməlin  cinayət  hesab  olunması  üçün  proqramın  işə  salınması 
zəruri deyil. Cinayət əməli ziyan verici – virus proqramın yaradılması və ya onun isti-
fadəsi və yayılması ilə başa çatmış hesab olunur. 
Obyektiv  cəhətin  cinayət  əməlinin  törədilməsinin  üsul  və  vasitələrini  xarak-
terizə edən iki məcburi əlaməti var. Bunlar: 
1. Cinayət əməlinin nəticələri sanksiyalaşdırılmamış (qanunsuz) olmalıdır; 
2. Zərərverici  proqramın  özünün  və  ya  proqramda  belə  dəyişikliyin  
mövcudluğu. 
272-ci maddənin 2-ci hissəsində isə eyni əməllərin ehtiyatsızlıqdan ağır nəticə-
lərə səbəb olması halı qeyd olunmuşdur. Cinayətin ehtiyatsızlıqdan törədilməsi CM-
nin 26-ci maddəsində aşağıdakı şəkildə öz əksini tapmışdır: 
Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində 
törədilmiş  əməl  (hərəkət  və  ya  hərəkətsizlik)  ehtiyatsızlıqdan  törədilmiş  cinayət 
sayılır.  (maddə  26.1.  CM)  Bunu  CM-nin  272-ci  maddəsinə  aid  etdikdə  


63 
 
ehtiyatsızlıqdan törədilmiş eyni əməlləri belə şərh etmək olar. Cinayət törətmiş şəxs 
zərərverici  proqram  yaratdığını,  istifadə  etdiyini,  eləcə  də    belə  proqramı  və  ya 
proqram  daşıyıcısını  yaydığını  dərk  etmiş,  bu  əməlin  ağır  nəticələrə  səbəb  olma 
ehtimalını  öncədən  görə  bilmiş,  lakin  kifayət  qədər  əsas  olmadan  onun  qarşısını 
alacağını güman etmişdirsə və ya bu əməlin ictimai təhlükəli nəticələr verə biləcəyi 
imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə 
biləcəyi halda, onları görməmişdirsə cinayət törətmiş hesab olunur və CM-nin 272.2 
maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. “Ağır nəticələr” anlayışı hər bir konkret 
cinayət işinin xüsusiyyətindən irəli gələrək qiymətləndirilir. Beləliklə, bu halda ağır 
nəticələr  dedikdə,  bir  və  ya  bir  neçə  şəxsin  ölməsi,  insan  sağlamlığına  ağır  zərər 
vurma, fəlakət, işin ciddi nizamsızlığı, böyük maliyyə itkisi və s. bu kimi hallar başa 
düşülməlidir.  
Cinayət  əməlinin  subyektiv  cəhəti  birbaşa  qəsdlə  xarakterizə  olunur.  Belə  ki, 
şə
xs zərərverici-virus proqramını yaratdığını və ya adi proqramı zərərli şəklə salmaq 
üçün  modifikasiya  etdiyini  dərk  edir,  bu  proqramın  digər  EHM  istifadəçiləri  tərə-
findən istifadəsi nəticəsində zərərli nəticələrə səbəb olacağını və ya səbəb olma ehti-
malını öncədən görə bilir və bunu arzu edir. 
Motiv və məqsəd bu cinayət tərkibinin əlamətləri qismində çıxış etmir və onun 
təsnifləşdirilməsinə təsir göstərmir. 
Cinayət  subyekti  –  16  yaşına  çatmış  anlaqlı  şəxs  hesab  olunur.  Azərbaycan 
Respublikası qanunvericiliyi ictimaiyyət üçün zərərli əməllər törətmiş, lakin cinayət 
məsuliyyətinə cəlb etmə  yaşına çatmamış  şəxslərə inzibati yolla tərbiyəvi xarakterli 
məcburi ölçülərin tətbiqini də nəzərdən keçirir. 
3. Elektron hesablayıcı maşınların (EHM), EHM sisteminin və ya onların şəbə-
kələrinin istismarı qaydalarını pozma (maddə 273 CM): AR CM-nin 273-cü maddəsi 
EHM-lə, EHM sistemi ilə və ya onların şəbəkələri ilə işləməyə icazəsi olan şəxs tərə-
findən  EHM-in,  EHM  sisteminin  və  ya  onların  şəbəkələrinin  istismarı  qaydalarının 
pozulması nəticəsində EHM-dəki qanunla qorunan məlumatların məhvi, təcrid olun-
ması və ya modifikasiya edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olan cinayət 
ə
məllərinə  görə  məsuliyyəti  müəyyən  edir.  Bu  cinayət  əməlinin  bilavasitə  obyekti 


64 
 
qismində  kompüter  sistemi  və  ya  şəbəkəsi  sahibinin  bu  sistem  və  ya  şəbəkənin 
düzgün istifadəsi üzrə marağı çıxış edir. 
Cinayətin  obyektiv  cəhəti  kompüter  sisteminin  və  ya  şəbəkəsinin  istifadə 
qaydalarının  pozulması  ilə  əhəmiyyətli  zərərin  vurulmasına  səbəb  ola  bilən  hərəkət 
və  hərəkətsizliklə  xarakterizə  olunur.  Bu  hal  faktiki  olaraq  kompüter  sistemi  və  ya 
şə
bəkəsinin təhlükəsizliyini təmin edən müəyyən qaydalara (məsələn, təkrar istifadə 
olunan  maşın  daşıyıcılarında  “virusların”  möcvudluğunun  yoxlanılmaması)  əməl 
olunmamasında və ya onlara açıq şəkildə etinazsızlıq göstərilməsində öz əksini tapır.  
“Kompüter sistemindən istifadə qaydaları” dedikdə, səlahiyyətli dövlət orqanı 
tərəfindən, eləcə də texniki istifadə qaydaları, proqramlarla iş üzrə qaydalar, EHM və 
digər  kompüter  avadanlıqları  istehsalçılarının  müəyyən  etdiyi  qaydalar,  həmçinin 
kompüter sistemi sahibi və ya onun göstərişi ilə qurulmuş olan qaydalar başa düşülür.  
 
Kompüter sisteminin istifadə qaydalarının pozulması EHM-in qanunla qorunan 
informasiyasının  məhvi,  təcrid  edilməsi  və  ya  modifikasiya  olunması,  eləcə  də 
hüquqla qorunan qaydalara və fiziki, hüquqi şəxslərin, cəmiyyət və dövlətin maraq-
larına  əhəmiyyətli  zərər  vurulması  ilə  nəticələnməlidir.  “Qanunla  qorunan  infor-
masiya ” isə CM-nin 271-ci maddəsində “Maşın daşıyıcılarda, EHM, EHM-in sistemi 
və ya şəbəkəsində saxlanılan informasiya” kimi müəyyən olunmuşdur. 
 
Ə
həmiyyətli  ziyan  qiymətləndirilə  bilən  anlayış  olub,  istifadəçinin  təqsiri 
üzündən  baş  vermiş  qanunla  qorunan  EHM  informasiyasının  məhv  olması,  təcrid 
olunması və modifikasiya edilməsinin birbaşa nəticəsi olmalıdır. “Əhəmiyyətli ziyan” 
ə
lamətinin müəyyən edilməsində ictimai təhlükəsizlik əleyhinə uyğun cinayətlər üzrə 
qanunvericilik və məhkəmə praktikası nəzərə alınmalıdır. 
 
Cinayətin  subyektiv  cəhəti  birbaşa  qəsdlə  xarakterizə  olunur.  Günahkar  şəxs 
istifadə qaydalarını pozduğunu dərk edir, məhv olma, təcrid etmə və ya modifikasiya 
olunma halının baş vermə mümkünlüyünü və ya qaçılmazlığını öncədən görür, bunu 
arzu  edir  və  bilərəkdən  bunun  baş  verməsinə  şərait  yaradır.  273-cü  maddənin  2-ci 
hissəsində  eyni  əməllərin  ehtiyatsızlıqdan  ağır  nəticələrə  səbəb  olma  halı  müəyyən 
edilmişdir  ki,  belə  əməllərin  nəticələri  daha  öncə  272-ci  maddənin  2-ci  hissəsinin 
şə
rhində qeyd olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə