Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   18   19   20   21   22   23   24   25   ...   33

65 
 
 
Cinayətin  subyekti  xüsusi  olmaqla  EHM-ə,  onun  sistem  və  şəbəkəsinə  daxil 
olmağa icazəsi olan şəxsdir. Bütün bu şərh olunan maddələri özündə əks etdirən AR 
CM-nin  “Kompüter  informasiyası  sahəsində  cinayətlər”  adlı  30-cu  fəsli  kompüter 
cinayətkarlığı  ilə  mübarizə  sahəsində  əsas  mənbə  olsa  da  bu  fəsil  mövcud  müasir 
vəziyyətə tam uyğun gəlmir. Belə ki, iqtisadi münasibətlərin daim yenilənməsi uyğun 
olaraq  cinayət  qanunvericiliyində  də  dəyişikliklərin  edilməsini  zəruri  edir.  AR  CM 
qəbul olunandan bəri kompüterlər də sürətli templərlə insan fəaliyyətinin demək olar 
ki bütün sferalarını əhatə etmişdir. Bu dövr ərzində Azərbaycanda  nternet şəbəkəsi 
istifadəçilərinin sayında da əhəmiyyətli artım baş vermişdir. Belə ki, “ nternet World 
Stats”-ın məlumatına görə 2000-ci ildə bu rəqəm 12000 nəfər olduğu halda, 2012-ci 
ildə  istifadəçilərin  sayı  4,7  milyon  nəfərə  çatmışdır.
1
 Bu  isə  o  deməkdir  ki,  ölkə 
ə
halisin  50  %-ə  qədər  internet  istifadəçisidir.  Kompüter  cinayətlərinin  mövcud  təd-
qiqi metodları və bu cinayətlərin törədilməsinə görə məsuliyyəti müəyyən edən nor-
maların müasir şərtlərə cavab verməməsi səbəbindən kompüter texnologiyalarının bu 
inkişafı ictimai təhlükəli əməllərin törədilməsinə şərait yaratmışdır. Kompüter infor-
masiyası sferasında cinayətlərə görə məsuliyyət haqqında mövcud cinayət qanunveri-
ciliyi isə kibercinayətkarlıq probleminin yalnız həlli görüntüsünü yaradır. Ən əsası isə 
bu  normalar  yalnız  kompüter  cinayətləri,  yəni  kompüterlər  və  kompüter  infor-
masiyası  əleyhinə törədilən  cinayətləri  əhatə  edir.  Belə ki,  bu  normalarda kompüter 
vasitəsilə  törədilən  digər  cinayətlərə  görə  məsuliyyət  müəyyən  olunmamışdır.  Təbii 
ki, bu o demək deyil ki, qanunvericidən CM-nin kompüter cinayətlərinə həsr olunmuş 
fəslinə  kompüter  vasitəsilə  törədilən  lakin  digər  obyektlərə  qəsd  edən  cinayətlər 
barəsində  normaların  əlavə  edilməsi  tələb  olunur.  Lakin  bizim  fikrimizcə,  CM-də 
digər  cinayət  əməllərinin  gizlədilməsi  və  ya  onların  törədilməsinin  asanlaşdırılması 
məqsədilə  kompüter  və  kompüter  məlumatları  ilə  səlahiyyətsiz  əməliyyatlara  görə 
məsuliyyət  nəzərdə  tutulmalıdır.  Beləliklə,  qanunvericilikdə  obyektini  yalnız  kom-
püter  şəbəkələrinin  fəaliyyətinin  təhlükəsizliyi  təşkil  edən  əməllər  deyil,  həmçinin 
digər kibercinayətlərdə əks olunacaq. Qeyd edək ki, MDB-ə üzv dövlətlərin Nümu-
nəvi  Məcəlləsi və onun kompüter informasiyası sahəsində cinayətlər barəsində fəsli 
                                                           
1
 Internet Usage in Asiahttp://www.internetworldstats.com/stats3.htm#asia 


66 
 
fikrimizcə kompüter cinayətlərinə münasibətdə AR CM-dən daha ətraflı sənəddir. Bu 
məcəllənin “informasiya təhlükəsizliyi əleyhinə cinayətlər” adlı XII fəslinə aşağıdakı 
7 maddə daxildir.
 
- “Kompüter informasiyasına sanksiyalaşdırılmamış giriş”; 
- “Kompüter informasiyasının modifikasiya olunması”; 
- “Kompüter sabotajı”; 
- “Kompüter informasiyasının qanunsuz ələ keçirilməsi”; 
- “Kompüter  sistemi  və  şəbəkəsinə  qanunsuz  girişi  həyata  keçirməyə  imkan 
verən vasitələrin hazırlanması”;  
- “Zərərverici proqramların hazırlanması, istifadəsi və yayılması”;  
- “Kompüter sistemi və şəbəkələrinin istifadəsi qaydalarının pozulması”. 
AR  CM-nin  kibercinayətkarlığa  həsr  olunmuş  normalarının  təkmilləş-
dirilməsində sonralar bu maddələrdən istifadə etmək olar.  
30-cu  fəslin  təhlili  nəinki  ayrı-ayrı  maddələrdə,  həmçinin  bütövlükdə  fəsildə 
bəzi  təzadların,  çatışmazlıqların  mövcudluğunu  aşkara  çıxarır.  Hər  şeydən  öncə 
qanunverici tərəfindən “EHM” termininin istifadəsi düzgün deyildir. Nəzərə alsaq ki, 
271-ci  maddədə  “kompüter  informasiyası”-na  qanunsuz  girişə  görə  məsuliyyət 
nəzərdə  tutulub,  272  və  273-cü  maddələrdə  isə  “Elektron-hesablama  maşınları” 
barəsində  danışılır.  Buradan  belə  bir  nəticəyə  gəlmək  olar  ki,  “EHM”  termini 
“kompüter”  sözünün  tam  sinonimi  olaraq  işlədilir.  Lakin  müasir  zamanda  texnolo-
giyaların  belə  sürətli  inkişafını  nəzərə  alsaq  deyə  bilərik  ki,  EHM  və  kompüterlər 
müasir  mənalarına  görə  heç  də  sinonim  sözlər  deyildir.  Bizim  fikrimizcə  “EHM” 
terminini daha universal və anlaşılan “kompüter” sözü ilə əvəz etmək daha məqsədə 
uyğun  olardı.  Onu  da  qeyd  edək  ki,  MDB-ə  üzv  dövlətlərin  Nümunəvi  Cinayət 
Məcəlləsindədə “EHM” termini deyil, “kompüter” termini istifadə edilmişdir.  
Onu  da  qeyd  edək  ki,  qanunsuz  olaraq  daxil  olma  anlayışı  alimlərin  fikrincə, 
является
 оценочным, bu isə bir daha AR CM-nin 271-ci maddəsində hüquqi-texniki 
çatışmazlıqların mövcudluğunu sübut edir. Fikrimizcə, maddənin hərfi şərhi bu daxil 
olmanın  hüquq  normalarının  pozulması  vasitəsilə  həyat  keçirilməsi  anlamına  gəlir. 
Bununla yanaşı, “qanunsuz” anlayışı sahibkarın və ya qanuni mülkiyyətçinin ixtiyarı 


67 
 
olmadan  informasiyanın  ələ  keçirilməsi  mənasını  verir.  Beləliklə,  bu  problem 
“qanunsuz olaraq daxil olma” anlayışını “sanksiyalaşdırılmamış daxil olma” termini 
ilə əvəz etməklə həll edilə bilər.  
 
AR CM-nin 271-ci maddəsinin daha bir çatışmayan cəhəti ondan ibarətdir ki, 
qanunverici  bu  cinayət  əməlinin  obyektiv  cəhətinin  məcburi  əlaməti  kimi  infor-
masiyanın  məhv  edilməsi,  təcrid  olunması,  modifikasiya  olunması,  onun  surətinin 
çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin 
pozulmasını  müəyyən  etmişdir.  Beləliklə,  informasiyaya  sadəcə  səlahiyyətsiz  daxil 
olma  qanunla  cəzalandırılmır.  Bununla  yanaşı,  bizim  fikrimizcə,  informasiyanın 
oxunması  halı  da  onun  surətinin  çıxarılması  qədər  təhlükəli  əməldir.  Bəzi  hallarda 
bəd niyyətli şəxsin informasiyanı görməsi və oxuması bu informasiyanın öz dəyərinin 
itirməsi  və  ya  surətini  çıxarmadan  istifadəsi  üçün  kifayətdir.  Məsələn,  kompüterin 
ekranının şəklinin çəkilməsi. Kompüter şəbəkə və sistemlərinə giriş əldə edən bir çox 
şə
xslər  hesab  edir  ki,  onlar  heç  bir  qanunsuz  əməl  törətmirlər.  Əgər  hətta  bu  əməl 
istifadəçi tərəfindən qoyulmuş müdafiə sistemini pozmaqla törədilirsə də.  
Biz  hesab  edirik  ki,  kompüter  sistemlərinin  normal  fəaliyyətini,  eləcə  də 
informasiyanın  saxlanması  və  göndərilməsini  təmin  etmək  üçün  cinayət  qanun-
vericiliyi  kompüter  sistemlərinin  müdafiə  vasitələrini  istifadə  edən  hər  bir  istifa-
dəçinin  kompüterini  mühafizə  etməlidir.  Bununla  belə,  kompüter  informasiyasının 
surətinin  çıxarılmasına  görə  cinayət  məsuliyyət  MDB-ə  üzv  dövlətlərin  Nümunə 
Məcəlləsində  olduğu  kimi  ayrıca  maddədə  nəzərdə  tutula  bilər.  Beləliklə,  CM-nin 
271-ci  maddəsindən  “kompüter  informasiyasının  sanksiyalaşdırılmamış  ələ  keçiril-
məsi”,  “informasiyanın  sanksiyalaşdırılmamış  modifikasiya  edilməsi”,  “kompüter 
sabotajı” (kompüterlərin və kompüter şəbəkələrinin fəaliyyətinə mane olmaq məqsə-
dilə  informasiyanın  qəsdən  bloklaşdırılması  və  ya  məhvi)  kimi  tərkibləri  ayırmaqla 
bu maddənin konkretləşdirilməsinə zərurət vardır. 
CM-nin  273-cü  maddəsinə  gəldikdə  isə  bu  maddədə  aşağıdakı  çatışmazlıqlar 
mövcuddur.  
Birinci, verilən maddədə “Elektron hesablayıcı maşınların (EHM), EHM siste-
minin və ya onların şəbəkələrinin istismarı qaydalarını pozma” halı nəzərdə tutulub.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə