Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   20   21   22   23   24   25   26   27   ...   33

71 
 
ilədək azadlıqdan məhrumetmə cəzası tətbiqolunacaq. Əgər əməllər ictimai əhəmiy-
yətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə 
törədilərsə,  3  ilədək  vəzifə  tutma  hüququndan  məhrum  edilməklə  4  ildən  6  ilədək 
müddətə  azadlıqdan  məhrumetmə  ilə  cəzalandırılacaq.  Bundan  başqa  qanunda 
Məcəllənin  271-273-2-ci  maddələrində  istifadə  olunan  “kompüter  sistemi”, 
“kompüter məlumatları” kimi anlayışların izahı verilmişdir. Belə ki, 271-ci maddənin 
qeydinə  əsasən  “kompüter  sistemi”  dedikdə,  müvafiq  proqramlara  uyğun  olaraq 
verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən hər hansı qurğu və ya bir-
birinə  qoşulmuş  və  ya  əlaqələndirilmiş  qurğular  qrupu  başa  düşülür.  “Kompüter 
məlumatları” dedikdə isə, kompüter sistemində işlənməsi, emal edilməsi üçün yararlı 
olan  istənilən  informasiya  (faktlar,  məlumatlar,  proqramlar  və  anlayışlar)  başa 
düşülür.  
Beləliklə,  yeni  yaranmış  bir  sahə  olan  kompüter  hüquq  münasibətləri 
sferasında  cinayət  hüquqi  siyasətin  reallaşması  üzrə  ilk  cəhdlər  edilmişdir.  Lakin 
insan  fəaliyyətinin  demək  olar  ki,  bütün  sferalarını  əhatə  edən  informasiya 
texnologiyaları  inkişaf  etdikcə  qanunvericiliyində  bu  dəyişikliklərə  uyğunlaşdırıl-
masına daima zərurət olacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
FƏS L III. MÜAS R ŞƏRA TDƏ K BERC NAYƏTKARLIQLA  
MÜBAR ZƏ SAHƏS NDƏ XAR C  TƏCRÜBƏDƏN  ST FADƏ  


72 
 
ST QAMƏTLƏR  
3.1 Kibercinayətkarlığa qarşı mübarizənin beynəlxalq 
hüquqi təminatı 
Beynəlxalq  təşkilatlar  kibercinayətkarlığın  təhlükəsini,  transsərhəd  xarakterə 
malik olduğundan bir tərəfli yanaşmanın məhdudluğunu, eləcə də bu problemin həlli 
üçün  texniki  tədbirlərlə  yanaşı  beynəlxalq  qanunvericiliyin  yaradılmasında  beynəl-
xalq  əməkdaşlığın  zəruriliyini  etiraf  edirlər.  ƏT,  Avropa  Şurası,  Avropa  Birliyi, 
BMT  və  nterpol  kimi  təşkilatlar  beynəlxalq  səylərin  koordinasiya  olunmasında, 
eləcə də yüksək texnologiyalar sferasında cinayətlərlə mübarizədə beynəlxalq əmək-
daşlığın qurulmasında mühüm rol oynayırlar. 1980-cı ildən Avropa Şurasının kiber-
cinayətkarlıq haqqında Konvensiyasının qəbul olunmasına qədər kibercinayətkarlıqla 
mübarizə sahəsində beynəlxalq təşkilatların mühüm sənədlərinin qısa şərhi zəruridir. 
Bu  sahədə  beynəlxalq  əməkdaşlığı  daha  yaxşı  nümayiş  etdirmək  üçün  məqsədə 
uyğun üsul xronoloji ardıcıllığın tətbiq edilməsidir. Belə ki, bu üsul sənədlərin hansı 
təşkilat tərəfindən qəbul edilməsindən asılı olmayaraq kibercinayətkarlıqla mübarizə 
məsələsinə  vahid  yanaşmanın  formalaşdırılması  üçün  edilmiş  səylərin  inkişafını 
nümayiş etdirəcəkdir.  
Kibercinayətkarlıq  probleminin  hərtərəfli  tədqiqi  və  onunla  beynəlxalq 
miqyasda  cinayət-hüquqi  mübarizə  tədbirləri  ilk  dəfə  Ə T  tərəfindən  həyata 
keçirilmişdir.  Bu  təşkilat  1983-1985-ci  illər  ərzində  kibercinayətlərə  görə  cinayət 
məsuliyyətini  müəyyən  edən  normalarının  harmoniyalaşdırılması  imkanlarını  tədqiq 
etmişdir.  Bu  təşkilatın  gəldiyi  nəticələr  “Kompüterlərlə  əlaqədar  cinayətlər:  hüquqi 
siyasətin  təhlili”  adlı  məcmuədə  qeyd  olunmuşdur.  Məcmuədə  təşkilatın  mövcud 
qanunvericiliyi  təhlil  edərək orada islahatların həyata  keçirilməsi ilə  bağlı təklifləri, 
eləcə  də  kriminal  xarakterli  hesab  olunan  əməllərin  minimal  siyahısını  vermişdir. 
Buraya daxildir: 
1. Maliyyə  vəsaitlərinin  və  digər  maddi  nemətlərin  qanunsuz  yerdəyişməsi 
məqsədilə kompüter məlumatlarının və ya kompüter proqramlarının qəsdən dəyişdi-
rilməsi, gizlədilməsi və  silinməsi. 


73 
 
2. Kompüter  məlumatlarının  və  ya  kompüter  proqramlarının  saxtakarlıq  edil-
məsi (niyyətilə) məqsədilə dəyişdirilməsi, gizlədilməsi və  silinməsi. 
3. Kompüterin  və  ya  telekommunikasiya  sisteminin  fəaliyyətinə  mane  olmaq 
(niyyətilə)  məqsədilə  kompüter  məlumatlarının  və  ya  kompüter  proqramlarının 
qəsdən dəyişdirilməsi, gizlədilməsi və  silinməsi. 
4. Kompüter proqramlarının kommersiya məqsədli istifadəsi və ya onun  satışa 
buraxılması niyyətilə bu proqram sahiblərinin hüquqlarının pozulması. 
5. Kompüter məlumatlarına və ya telekommunikasiya sistemləri məlumatlarına 
bu sistemin fəaliyyətinə görə məsul şəxsin icazəsi olmadan və ya təhlükəsizlik şərtlə-
rinin pozulması ilə qəsdən törədilmiş giriş, eləcə də ələ keçirmə. 
1985-ci ildən 1989-cu ilə qədər Avropa Birliyinin kompüterlərlə əlaqəli cina-
yətkarlıq məsələləri üzrə Xüsusi Komitəsi Avropa Birliyinin Nazirlər Komitəsi tərə-
findən təsdiq edilmiş 13.09.1989-cu il tarixli 89 №-li Tövsiyəni işləyib hazırlamışdır. 
Bu  sənəddə  kompüter  cinayətləri  ilə  əlaqədar  vahid  cinayət-hüquqi  strate-
giyanın  hazırlanması  üçün  AB  iştirakçı  ölkələrinə  tövsiyə  edilən  qanun  pozuntu-
larının  siyahısı  verilmişdir.  Həmçinin  burada  kompüterlərlə  əlaqədar  bir  sıra  cina-
yətlərin  kriminallaşdırılması  məsələsində  beynəlxalq  konsensusun  əldə  edilməsi 
zəruriliyi  də  qeyd  olunmuşdur.  Tövsiyədə  cinayətlərin  2  növ  –  “minimal”  və 
“fakültativ  (əlavə)”  siyahısı  öz  əksini  tapmışdır.    “Minimal”  siyahı  özündə  mütləq 
şə
kildə beynəlxalq qanunvericiliklə qadağan edilməli olan və  məhkəmə qaydasında 
təqibi həyata keçirilən əməlləri birləşdirir. “Əlavə” siyahıda isə həlli ilə bağlı beynəl-
xalq razılığa gəlinməsinin mürəkkəb olduğu qanun pozuntuları qeyd olunmuşdur.
1
 
Qanun pozuntularının “minimal” siyahısına daxildir: 
• kompüter  dələduzluğu:  Qeyri-qanuni  iqtisadi  xeyir  əldə  edilməsi  niyyətilə 
üçüncü  şəxslərə  iqtisadi  ziyan  vurulmasına  səbəb  olan  kompüter  məlumatlarının  və 
ya  kompüter  proqramlarının  daxil  edilməsi,  dəyişdirilməsi,  silinməsi,  zədələnməsi, 
eləcə də məlumatlarının işlənməsi prosesinə digər müdaxilələr. 
• kompüter informasiyasının saxtalaşdırılması: Kompüter məlumatlarının və ya 
kompüter proqramlarının daxil edilməsi, dəyişdirilməsi, gizlədilməsi, məhv edilməsi, 
                                                           
1
 URL:http://cm.coe.int/ta/rec/1989/89r9.htm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə