Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   16   17   18   19   20   21   22   23   ...   33

59 
 
formal  tərkibə  malik  cinayət  əməlləridir.  Cinayətin  nəticələri  isə  Cinayət  Məcəllə-
sində kompüter cinayətlərinin növlərinə uyğun olaraq konkretləşdirilmişdir. Belə ki, 
cinayət  əməlləri  və  onların  nəticələri  arasında  səbəb-nəticə  əlaqəsinin  mövcudluğu 
məcburidir.  
Kompüter  cinayətlərinin  subyektiv  tərəfi  təqsirin qəsd  formasında  ifadə  olun-
masıdır.  AR  CM-nin  24-cü  maddəsinin  2-ci  hissəsində  qeyd  olunur  ki,  ehtiyat-
sızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi 
hissəsinin  müvafiq  maddəsi  ilə  nəzərdə  tutulmuş  hallarda  cinayət  sayılır.  Ehtiyat-
sızlıqdan  törədilmə  halı  kompüter  cinayətlərinin  bəzi  növlərinə  aid  edilməklə  AR 
CM-nin  Xüsusi  hissəsinin  272.2  və  273.2-ci  maddələrində  öz  əksini  tapmışdır.  
Kompüter cinayətinin subyekti ümumidir və 16 yaşına çatmış istənilən fiziki şəxs ola 
bilər.  Lakin  CM-nin  271.2.2  və  273.1  maddələrində  xüsusi  subyektin  əlamətləri  də 
göstərilmişdir ki, bu da elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar 
sisteminə və ya onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxsdir. 
Kompüter  informasiyası  sferasında  cinayətlər  (kompüter  cinayətləri)  –  bu 
cinayət  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  məlumatların  işlənməsinin  avtomat-
laşdırılmış  sistemlərinə  münasibətdə  özgələrin  hüquq  və  maraqlarının  pozulması, 
eləcə  də  fiziki,  hüquqi  şəxslərin,  cəmiyyət  və  dövlətin  qanunla  qorunan  hüquq  və 
maraqlarına zərər vurmaq məqsədilə törədilmiş təqsirdir. 
1.  Kompüter  informasiyasına  qanunsuz  olaraq  daxil  olma  (maddə  271  CM): 
Cinayətin bilavasitə obyekti qismində kompüter sistemi sahibinin bu sistemdə saxla-
nılan informasiyanın toxunulmazlığına olan hüququdur. Bu cinayət əməlinin obyektiv 
cəhəti  isə  qanunla  qorunan  kompüter  informasiyasına,  yəni  maşın  daşıyıcılarda, 
elektron-hesablayıcı  maşınlarda,  elektron-hesablayıcı  maşınlar  sistemində  və  ya 
onların  şəbəkələrində  saxlanılan  informasiyaya  bu  informasiyanın  məhvinə  gətirib 
çıxaran qanunsuz daxil olmadır. Bu halda informasiya dedikdə, informasiya sistem-
lərində  saxlanılan  şəxslər,  əşyalar,  faktlar,  hadisələr  və  proseslər  haqqında 
məlumatlar başa düşülür. Bu informasiyanın iki əsas əlaməti var: 
- o, qanunsuz daxil olmanı həyata keçirən şəxs üçün yad olmalıdır; 


60 
 
- bu  informasiya  sürətinin  sərbəst  çıxarılmasından  mühafizə  olunmuş  
olmalıdır. 
Qanunla  qorunan  kompüter  informasiyasına  “daxil  olma”  –    şəxs  tərəfindən 
informasiyanın  əldə  olunması,  onun  daxil  edilməsi  və  ya  informasiyanın  işlənməsi 
prosesinə  təsir  etmə  imkanının  əldə  olunması  və  ya  istifadə  edilməsidir.  Bu  daxil 
olma o halda “qanunsuz” hesab edilir ki, şəxs bu əməli kompüter sistemi və ya şəbə-
kəsi sahibinin icazəsi və ya digər qanuni səlahiyyəti olmadan törədir. 
Bu cinayət əməlinin obyektiv cəhətinin məcburi əlaməti sahibkar və ya infor-
masiyanın  qoruyucusuna  informasiyanın  məhv  edilməsi,  təcrid  olunması,  modifi-
kasiya olunması, onun surətinin çıxarılması, yaxud EHM-in işinin, sisteminin və ya 
onların  şəbəkəsinin  fəaliyyətinin  pozulması  şəklində  zərərin  vurulmasıdır.  Bu  isə  o 
deməkdir  ki,  öz-özlüyündə  kompüterin  əməli  yaddaşında  və  ya  maşın  daşıyıcılarda 
(disket, disk və s.) saxlanılan informasiyaya baxılması halı cinayət tərkibi yaratmır. 
nformasiyanın  məhv  edilməsi  dedikdə,  informasiyanın  sadəcə  silinməsi  deyil, 
onların yenidən bərpasının qeyri-mümkünlüyünə səbəb olacaq silinməsi başa düşülür.  
nformasiyanın modifikasiya olunması – informasiya sahibinin icazəsi olmadan 
onun  əhəmiyyətli  şəkildə  dəyişdirilməsi  və  beləliklə  də  bu  informasiyanın  qanuni 
istifadəsini çətinləşdirən əməldir.  nformasiyanın təcrid olunması – bu informasiyanın 
tamlığının qorunub saxlanıldığı halda ona sərbəst daxil olmaya maneələr yaradılması 
və onun məhdudlaşdırılmasıdır. 
EHM-in işinin, sisteminin və ya onların şəbəkəsinin fəaliyyətinin pozulması isə 
kompüter sisteminin öz funksiyalarını tamamilə və lazımı şəkildə yerinə yetirməməsi, 
eləcə  də  sistemin  məhsuldarlığının  nəzərə  çarpacaq  dərəcədə  azalması  halında  baş 
verir.  Bu  halda  fəaliyyətlə  nəticələr  arasında  mütləq  şəkildə  səbəb-nəticə  əlaqəsi 
qurulmalıdır. 
Cinayət əməlinin subyektiv cəhəti təqsirin qəsd forması ilə xarakterizə olunur. 
Şə
xs  qanunla  qorunan  kompüter  informasiyasına  qanunsuz  (sanksiyalaşdırılmamış) 
giriş həyata keçirdiyini dərk edir, törədəcəyi fəaliyyət nəticəsində qanunda qeyd olun-
muş zərərli nəticələrin baş verə biləcəyini və ya baş verəcəyini qabaqcadan görə bilir 
və bunu arzu edir (birbaşa qəsd) və ya buna şüurlu surətdə yol verir (dolayı qəsd). 


61 
 
Bu cinayət əməlinin məqsəd və motivləri möxtəlif ola bilər: qərəzli motiv, hər 
hansı informasiyanın əldə etmək və ya zərər vurmaq istəyi. Motiv və məqsəd cinayət 
tərkibinin məcburi əlaməti deyildir və onun təsnifləşdirilməsinə təsir etmir. 
Subyekt qismində 16 yaşına çatmış anlaqlı fiziki şəxs çıxış edir. 
Təsnifat əlamətlərinə aşağıdakılar daxildir: 
1. bu  cinayət  əməlinin  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərəfindən 
törədilməsi; 
2. vəzifəli  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə  yaxud 
elektron-hesablayıcı maşınlara, elektron-hesablayıcı maşınlar sisteminə və ya onların 
şə
bəkələrinə daxil olmaq hüququ olan şəxs tərəfindən törədilməsi; 
3. bu cinayət əməlinin külli miqdarda ziyan vurmaqla törədilməsi. 
lk əlamətin təsviri AR CM-nin 34-cü maddəsində öz əksini tapmışdır. Həmin 
maddənin  2-ci  hissəsində  deyilir:  “Qabaqcadan  razılaşmaqla  iki  və  ya  daha  çox 
şə
xsin  birgə  iştirakı  ilə  törədilən  cinayət  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  tərə-
findən törədilmiş cinayət hesab olunur.”  kinci təsnifat əlamətini isə belə şərh etmək 
olar.  Burada  vəzifəli  şəxslər  qismində  proqramçılar,  EHM-nın  operatorları,  avadan-
lıqların sazlayıcıları, ixtisaslaşmış iş yerlərinin mütəxəssis-istifadəçiləri və s.  
Elektron-hesablayıcı  maşınlara,  elektron-hesablayıcı  maşınlar  sisteminə  və  ya 
onların şəbəkələrinə daxil olmaq hüququ olan şəxs dedikdə isə sistem sahibinin icazə-
sinə və ya xidməti səlahiyyəti əsasında kompüter sistemində informasiya almağa, onu 
daxil etməyə və ya onda əməliyyatları həyata keçirməyə, həmçinin kompüter avadan-
lığının  texniki  xidmətini  həyata  keçirən  və  başqa  qanuni  əsaslarda  kompüter 
sisteminə girişə malik olan şəxs başa düşülür. Kompüter sisteminə girişi olan şəxs bu 
cinayəti yalnız girişə malik olmadığı informasiyaya daxil olduğu halda törətmiş hesab 
olunur.  
Üçüncü əlamət olan külli miqdarda ziyan dedikdə, CM-nin 190-cı maddəsinin 
qeydinə əsasən, ziyan şərti maliyyə vahidinin 7000 mislindən artıq məbləğə bərabər 
olmalıdır.    
2.  Elektron-hesablayıcı maşınlar üçün ziyan verici proqramlar yaratma, onlar-
dan  istifadə  etmə  və  ya  onları  yayma  (maddə  272):  Bu  cinayət  əməlinin  bilavasitə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə