Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   22   23   24   25   26   27   28   29   ...   33

77 
 
kompüter  şəbəkəsində  hüququ  münasibətlərini  tənzimləyən  ən  mühüm  sənədlərdən 
biridir.  
Bu gün Kibercinayətkarlıq haqqında Konvensiya telekommunikasiya hüquqları 
sferasının  bazasını  təşkil  edən  ən  mühüm  beynəlxalq-hüquqi  aktlardan  biridir.  Onu 
qlobal  informasiya  cəmiyyətinin  Okinavi  Xartiyası  ilə  bir  cərgəyə  qoymaq  olar. 
Lakin  xartiyada  informasiya  kommunikasiya  texnologiyalarının  inkişafının  ümumi 
konsepsiyasının  qəbul  edilməsindən  söhbət  gedirdisə,  bu  Konvensiyada  real  hüquqi 
tənzimləmə mexanizmləri öz əksini tapmışdır.
1
 
Milli  və  beynəlxalq  səylər  bir-birini  tamamlayaraq  kibercinayətkarlıq  prob-
leminə qlobal diqqəti təmin edir, eləcə də bu problemin həllində atılacaq addımların 
koordinasiyasını  və  milli  qanunvericiliklərin  unifikasiyasını  şərtləndirir.  Dünyanın 
qırxdan çox dövləti kibercinayətkarlıqla beynəlxalq mübarizə strategiyasının forma-
laşdırılmasına cəlb edilmişlər. Onların bəziləri yüksək texnologiyalar sferasında cina-
yətlərlə  mübarizə  üzrə  daha  təkmil  və  praktikada  istifadə  olunan  qanunvericiliyə 
malik olduğu halda, digərləri bu istiqamətdə hələ yeni-yeni addım atırlar. Beynəlxalq 
və üstmilli qurumların milli qanunvericiliklərdə islahatların keçirilməsində və kiber-
cinayətlərin  aşkara  çıxarılmasının  prosessual,  texniki  və  digər  vasitələrinin  koor-
dinasiya edilməsində böyük xidmətləri olmuşdur. Kibercinayətkarlıq sahəsində tədqi-
qatçı  alim  Ulrik  Ziber  belə  bir  qərara  gəlmişdir  ki,  beynəlxalq  səviyyədə  həyata 
keçirilən  tədbirlərlə  milli  cinayət  qanunvericiliklərdə  edilən  islahatlar  arasında  sıx 
qarşılıqlı əlaqə mövcuddur.  
Lakin  milli  qanunvericiliklərin  formalaşdırılmasında  və  beynəlxalq  səylərin 
koordinasiyasında müşahidə edilən bu inkişafa baxmayaraq, qlobal anlamda kiberci-
nayətkarlıq  haqqında  qanunvericilik  M.  Qudman  və  S.  Brennerin  qeyd  etdiyi  kimi 
“yeni qanunlar, artıq mövcud olan qanunlar və qanunların olmamasından ibarət xaos” 
olaraq  qalmaqdadır.  Ekspertlər  tərəfindən  kibercinayətkarlıqla  mübarizə  üzrə  qlobal 
strategiyaya  uyğun  olan,  hərtərəfli  milli  startegiyanın  inkişaf  etdirilməsi  zəruriliyi 
                                                           
1
Окинавская
 Хартия глобального информационного сообщества –  URL: http://www.internet-
law.ru/intlaw/laws/okinava.htm 


78 
 
daim qeyd edilir. Belə ki, beynəlxalq səviyyədə həyata keçirilən səylər mütləq şəkildə 
ayrı götürülmüş dövlət səviyyəsində tədbirlərlə möhkəmləndirilməlidir. 
Kibercinayətkarlıqla  mübarizədə  beynəlxalq  əməkdaşlıq  bu  tip  əməllərin  bəzi 
ölkə qanunvericiliklərində kriminallaşdırıldığı halda, digərlərində cinayət əməli hesab 
olunmadığı  şəraitdə  mümkün  deyildir.  Faktiki  olaraq,  milli  qanunvericiliklərdə 
mövcud bu fərqlər cinayətkarlar üçün xüsusi “baryer” rolu oynayaraq onların məsu-
liyyətdən yayına bilməsinə və cəzasız qalmasına xidmət edir.   
nformasiya cəmiyyətinin sərhədləri ilə yanaşı hətta getdikcə dövlətlərin fiziki 
sərhədlərinin silinməsinə səbəb olan qloballaşmadan öncə hər hansı bir əməlin krimi-
nallaşdırılması qərarı yalnız dövlətə məxsus idi və bu beynəlxalq mühitə təsir göstər-
mirdi. Dövlətə yalnız öz vətəndaşlarına və onun ərazisində olan şəxslərə təsir göstərə 
bilmək vacib idi. Bununla yanaşı, 300-400 il bundan əvvəl hər hansı bir ölkə məsə-
lən,  ngitərə vətəndaşının digər bir ölkə məsələn, Çin ərazisində olması imkanı çox az 
idi.  Lakin  qlobal  informasiya  şəbəkəsinin  meydana  gəlməsi  ilə  ölkələr  arasında 
mövcud “virtual” sərhədləri aşmaq üçün yalnız internetə çıxışı olan kompüter olması 
kifayətdir.  Kibercinayətlər  kibermühitin  istənilən  ərazisində,  bu  ərazinin  hansı 
ölkənin  yurisdiksiyasına  aid  olmasından  asılı  olmayaraq  silahlana  bilərlər.  Onlar 
kompüter texnologiyalarının inkişafının bu sahədə münasibətləri tənzimləyən qanun-
vericiliyin inkişafını üstələməsi nəticəsində əmələ gələn hüquqi boşluqlardan uğurla 
istifadə edirlər. Bu problemin iki aspekti var: Birincisi, kibercinayət törətmiş şəxslər 
cəzalanmamış  qalır,  ikincisi,  öz  ölkəsində  qanunlara  riayət  edən  şəxslər  kompüter 
texnologiyaları sferasındakı münasibətlərin cinayət-hüquqi tənzimlənməsindəki fərq-
lərə görə digər ölkədə məhkəmə təqibinə məruz qala bilərlər. 
Daha əvvəl də qeyd edildiyi kimi qlobal informasiya şəbəkələrində sərhədlərin 
olmaması kibercinayətkarlıqla mübarizədə müəyyən ardıcıllığın olmasını və ölkələrin 
fəaliyyətinin koordinasiya edilməsini tələb edir. Amerika tədqiqatçıları S. Brenner və 
M. Qudman bu problemin iki həll yolunun mövcudluğunu iddia edirlər.  
Birinci, kibercinayətlərə görə məsuliyyəti nəzərdə tutan universal vahid məcəl-
lənin yaradılması. Bu halda kompüter texnologiyaları sferasında törədilən cinayətlər 
ayrı-ayrı milli qanunvericiliklə deyil, bu vahid beynəlxalq qanunla təqib ediləcək.  Bu 


79 
 
isə  kibercinayətkarlıqla  mübarizənin  cinayət-hüquqi  tənzimlənməsinin  milli  qanun-
vericiliyin səlahiyyətindən çıxıb, beynəlxalq, üstmilli səviyyəyə qalxmasına, bununla 
da  ayrı-ayrı  dövlətlərin  fəaliyyətindəki  uyğunsuzluqların  aradan  qalxmasına  səbəb 
olacaqdır.  Lakin  tədqiqatçıların  fikrinə  görə  bu  sistemin  işləmə  imkanı  şübhəlidir. 
Belə ki, ölkələr öz səlahiyyətində olan idarəetmə funksiyasını beynəlxalq səviyyəyə 
qaldırmağa meyilli deyillər. Bu üsula alternativ variant isə yeni qanunların qəbulunda 
və  ya  mövcud  qanunlarda  islahatların  həyata  keçirilməsində  dövlətlərin  rəhbər  tuta 
biləcəkləri  müəyyən  bir  şablonun,  prinsiplər  dəstinin  formalaşdırılmasıdır.  Bu  prin-
siplər    kibercinayətkarlıqla  mübarizə  üzrə  milli  qanunvericiliklərdə  boşluqların  və 
eləcə də hər hansı bir ölkə qanunlarının digərinin cinayət-hüquqi normaları ilə uyğun-
suzluğunun  olmamasının  zəmanəti  kimi  çıxış  edəcəklər.  Avropa  Şurası  da  məhz  bu 
yolla gedərək “Kibercinayətkarlıq haqqında” Konvensiyanı qəbul etdi.  
Cinayət-hüquqi  tənzimləmənin  funksiyası  cəmiyyətdə  sosial  intizamın,  döv-
lətin  normal  fəaliyyət  göstərməsi  və  inkişafı  üçün  zəruri  ictimai  münasibətlərin 
qorunmasından  ibarətdir.  Hər  bir  ölkə  hansı  ictimai  münasibətlərin  cinayət-hüquqi 
mühafizəyə aid edildiyini özü müəyyən edir. Elə xüsusi əməllər var ki, onlar yalnız 
bir və ya bir neçə ölkədə cinayət hesab edilir. Bu isə ölkədə mövcud dini, etik norma-
ların və ya siyasi rejimin mövcudluğundan irəli gəlir. Lakin elə cinayət növləri də var 
ki,  onlar  demək  olar  ki  bütün  dövlətlərin  cinayət  qanunvericiliklərində  təsbit  olun-
muşdur. Bunlar: 
1. şəxsiyyət  əleyhinə  cinayətlər  (qətlə  yetirmə,  zorlama,  sağlamlığa  zərər 
vurma); 
2. mülkiyyət  əleyhinə  cinayətlər  (oğurluq,  dələduzluq,  mülkiyyətin  məhv 
edilməsi); 
3. dövlət  hakimiyyəti  əleyhinə  cinayətlər  (dövlətə  xəyanət,  cəsusluq,  ədalət 
ə
leyhinə cinayətlər); 
4. ictimai əxlaq əleyhinə cinayətlər. 
lk  iki  kateqoriya  malum  in  se  cinayətlər  hesab  olunurlar.  Bu  cinayətlərin 
mahiyyəti  ictimai  qanunlara  və  əxlaq  normalarına  ziddir.  Onları  qadağan  etmədən 
cəmiyyət  fəaliyyət  göstərə  bilməz.  Ona  görə  də  bu  əməllərin  həm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə