Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   21   22   23   24   25   26   27   28   ...   33

74 
 
eləcə  də  müxtəlif  üsullarla  məlumatların  işlənməsi  prosesinə  digər  müdaxilələr, 
həmçinin  milli  qanunvericiliyə  uyğun  olaraq  saxtalaşdırma  hesab  olunan  qanun 
pozuntularına şərait yaradılması. 
• kompüter məlumatlarının və proqramlarının zədələnməsi; 
•  kompüter 
sabotaji:  Kompüter  və  telekommunikasiya  sistemlərinin 
fəaliyyətinə  mane  olmaq  məqsədilə  kompüter  məlumatlarının  və    proqramlarının 
sanksiyalaşdırılmamış  (icazəsiz)  məhvi,  zədələnməsi,  korlanması  və  digər 
müdaxilələr. 
•  icazəsiz giriş: Mühafizə vasitələrinin pozulması ilə  kompüter sistemi və ya 
şə
bəkəsinə sanksiyalaşdırılmamış icazəsiz giriş. 
•  icazəsiz ələ keçirmə; 
•  qorunan kompüter proqramlarının təkrar istehsalı; 
•  sxemlərin icazəsiz təkrar istehsalı. 
“Əlavə” siyahı isə özündə aşağıdakıları birləşdirir: 
•  kompüter məlumatlarının və proqramlarının dəyişdirilməsi; 
•  kompüter cəsusluğu; 
•  kompüterlərin ixtiyarsız (icazəsiz) istifadəsi; 
•  Qorunan kompüter proqramlarının səlahiyyətsiz istifadəsi:  qtisadi xeyir əldə 
etmək və ya proqramın qanuni sahibinə zərər vurulması məqsədilə qanunla qorunan 
kompüter proqramının icazəsiz (səlahiyyətsiz) istifadəsi. 
Tövsiyyələr  ondan  10  il  sonra  qəbul  edilmiş  AŞ-nın  “Kibercinayətkarlıq 
haqqında”  Konvensiyasından  fərqli  olaraq  Avropa  ölkələrinin  qanunvericiliklərinin 
inkişafına və dəyişdirilməsinə daha  böyük  təsir göstərmişdir. 1990-cı  ildə  BMT-nin 
cinayətkarlığın  qarşısının  alınması  və  qanun  pozucuları  ilə  davranış  üzrə  VIII 
Konqressi BMT-yə üzv dövlətləri milli cinayət qanunvericiliyini müasirləşdirməklə, 
eləcə  də  kompüter  cinayətkarlığı  sahəsində  məhkəmə  təqibində  və  cəzalandırmada 
beynəlxalq  standartların  və  prinsiplərin  inkişafına  yardım  etməklə  kompüter 
cinayətkarlığına qarşı mübarizədə səylərini artırmağa çağıran qətnamə qəbul etmişdir. 
Həmin  ilin  14  dekabrında  BMT-nin  Baş  Assambleyası  tərəfindən  üzv  dövlətləri 


75 
 
1992-ci il 26 noyabr tarixində  Ə T Şurası informasiya sistemlərinin təhlükəsizliyinin 
təmin  olunmasının  rəhbər  prinsipləri  haqqında  minimal  standartların  müəyyən 
olunduğu  Tövsiyə  qəbul  etmişdir.  Bu  standartlar  özündə  cinayət  qanunvericiliyinin 
informasiya  sistemlərinin  təhlükəsizliyinin  pozulmasına  görə  məsuliyyəti  müəyyən 
edən məcburi normalarını birləşdirir. 
1995-ci ildə isə kompüter cinayətkarlığı halının tədqiqatının, eləcə də kompüter 
məlumatlarının  və  informasiyanın  müdafiəsi  haqqında  mövcud  cinayət  qanunve-
riciliklərinin  təhlilinin  aparıldığı  və  bu  sferada  beynəlxalq  əməkdaşlıq  imkanlarının 
təhlil edildiyi “BMT-nin kompüterlərlə əlaqədar cinayətkarlığa nəzarət və bu cinayət-
lərinin qarşısının alınmasına dair Məlumat kitabçası” dərc edilmişdir. 
Həmin  ildə  nterpolun  kompüter  cinayətkarlığı  üzrə  ilk  beynəlxalq  konfransı 
keçirildi. Bu tədbir beynəlxalq aləmin kibercinayətkarlığın yayılması ilə bağlı  nara-
hatlığını bir daha təsdiq etdi. Konfrans iştirakçıları tərəfindən bu növ cinayətkarlığa 
qarşı istifadə oluna biləcək beynəlxalq rasional və effektiv mexanizmin yoxluğunun 
böyük narahatlığa səbəb olduğu vurğulanmışdır. 
Sonrakı  belə  Konfranslar  nterpol  tərəfindən  1995,  1996,  1998  və  2000-ci 
illərdə  keçirilmişdir.  nterpolun  kibercinayətkarlıqla  mübarizəyə  yanaşması  “işçi 
qrupların”  və  “ekspert  qrupların”  fəaliyyətinin  təşkili  ilə  konfrans  iştirakçılarının 
informasiya  texnologiyaları  sferasındakı  cinayətlərlə  mübarizə  təcrübəsinin  istifadə 
olunmasından  ibarətdir.  şçi  qruplar  regional  təcrübənin  öyrənilməsi  məqsədilə 
yaradılmaqla  Avropa,  Asiya,  Afrika və Şimalı və Cənubi Amerikada mövcuddur. 
nterpolun informasiya texnologiyaları sferasındakı cinayətlər üzrə ilk işçi qrupu olan 
Avropa işçi qrupu 1990-cı ildə yaradılmışdır. 
1997-ci  ildə  Böyük  Səkkizliyin  daxili  işlər  və  ədliyyə  nazirlərinin  Vaşinq-
tondakı  görüşündə  “yüksək  texnologiyalar  sferasında  cinayətlərlə  mübarizənin  10 
prinsipi” qəbul edilmişdir. 1999-cu ildə isə rəsmi beynəlxalq sənəd olmasa da mühüm 
ə
həmiyyət kəsb edən Təhlükəsizlik və əməkdaşlıq Mərkəzinin (C SAC) kibercinayət-
karlıq haqqında  Konvensiyası  imzalanmışdır. Bu konvensiyada  cinayət  tərkiblərinin 
dəqiq  xarakteristikası  verilməsə  də  hansı  əməllərin  kriminal  xarakterli  olması 
müəyyən edilmişdir. Konvensiyada bu əməllərə aşağıdakılar aid edilir:  


76 
 
−  kompüter sistemlərinə qanunsuz olaraq daxil olma; 
−  kompüter  sistemlərinin  fəaliyyətinin  pozulması  məqsədilə  məlumatların 
idarə edilməsi; 
−  şəxsiyyətə  və  mülkiyyətə  zərər  vurulması  məqsədilə  məlumatların  idarə 
edilməsi; 
−  kompüter təhlükəsizliyi tədbirlərinə müdaxilə; 
−  konvensiyada  nəzərdən  keçirilən  cinayətlərin  törədilməsi  üçün  zəruri  olan 
avadanlıqların istehsalı və yayılması; 
−  qanunsuz  fəaliyyətin  həyata  keçirilməsində  kompüter  texnologiyalarının 
istifadəsi; 
−  konvensiyaya  tərəfdar  olan  dövlətlərin  infrastrukturuna  zərbələr  vurmaq 
məqsədilə yuxarıda qeyd edilən pozuntulardan istənilən birinin törədilməsi. 
2000-ci  ilin  mayında  “Böyük  Səkkizlik”  dövlətləri  əsas  mövzusunun  nternet 
şə
bəkəsində  cinayətkarlıqla  mübarizədə  səylərin  koordinasiya  edilməsi  məsələsinin 
təşkil etdiyi kibercinayətkarlıq üzrə Konfrans keçirmişdir. “Böyük Səkkizlik” dövlət-
lərinin bu məsələ ilə bağlı fikirləri qlobal informasiya cəmiyyətinin Okinavi Xartiya-
sında öz əksini tapmışdır. Bu xartiyanın 8-ci paraqrafında qeyd olunur: “Beynəlxalq 
ə
məkdaşlığın  qlobal  informasiya  cəmiyyətinin  inkişafına  yönəldilmiş  səyləri  təhlü-
kəsiz və cinayətlərdən azad olan kibermühitin yaradılması üzrə fəaliyyətlə müşayiət 
olunmalıdır.  Bundan  başqa  kompüter  şəbəkə  və  sistemlərinə  icazəsiz  daxil  olma, 
eləcə də kompüter virusları kimi aktual problemlərin effektiv siyasi həllinin tapılması 
zəruridir. 
2000-ci  ilin  iyun  ayında  AŞ-nın  sammitində  AŞ-na  üzv  15  dövlətin  başçıları 
2002-ci ilin sonuna qədər kibercinayətkarlığa dair koordinasiyalaşdırılmış və ardıcıl 
bir  yanaşmanın  formalaşdırılmasına  çağıran  “Avropa  elektron  fəaliyyət  planı”-nı 
qəbul etdilər. 1999-cu ilin oktyabrdan AŞ-nın gündəliyində olan bu məsələ çox illik 
səylərin  məhsulu  olaraq  2001-ci  il  23  noyabr  tarixində  AŞ-nın  kibercinayətkarlıq 
haqqında  Budapeşt  Konvensiyasının  qəbul  edilməsi  ilə  öz  həllini  tapdı.  Bu  qlobal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə