Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   25   26   27   28   29   30   31   32   33

86 
 
3.2 Kibercinayətkarlıqla milli hüquq çərçivəsində mübarizə 
sahəsində  xarici ölkələrin  təcrübəsi 
Kibercinayətkarlıqla  mübarizə  üzrə  müxtəlif  ölkələrin  milli  qanunvericiliklə-
rinin inkişaf tarixi kompüter cinayətkarlığının yaranması tarixi ilə bağlıdır və ətraflı 
təhlil edildikdə bəzi qanunauyğunluqlar aşkara çıxır.  nformasiya texnologiyalarının 
inkişafı  və  onların  insan  fəaliyyətinin  getdikcə  daha  çox  sferalarına  daxil  olması 
cinayət  əməllərinin  yeni  formalarının  yaranmasına  səbəb  olmuşdur.  Bu  isə  öz 
növbəsində  yeni-yeni  əməllərin  kriminallaşmasına,  artıq  mövcud  cinayət 
qanunvericiliklərinə dəyişikliklərin edilməsinə və yeni normaların qəbul olunmasına 
gətirib çıxarmışdır.  
Yüksək  texnologiyalar  sahəsində  cinayətlərlə  mübarizə  sferasında  cinayət 
qanunvericiliyinin  dəyişdirilməsi  yalnız  texniki  inkişafın  deyil,  eləcə  də  hüquq 
konsepsiyalarında  baş  verən  fundamental  dəyişikliklərin  nəticəsidir.  XX  əsrin 
ortalarına  qədər  mövcud  cinayət  məcəllələri  əsasən  maddi  obyektlərə  mülkiyyət 
hüququnun  qorunmasına  xidmət  edirdi.  Lakin  XX  əsrin  sonlarında  informasiya 
cəmiyyətinin meydana gəlməsi qeyri-maddi obyektlərin və informasiyanın qorunması 
məsələsinin əhəmiyyətinin artmasına səbəb olmuşdur. Bu yeni obyektlər yeni hüquq 
normalarının qəbulunu tələb edirdi. Belə ki, onlar maddi nemətlərlə analoji qaydada 
müdafiə  oluna  bilmirdi.  Cinayət  əməllərinin  yeni  formalarının  yaranması  ilə  dünya 
ölkələrinin  cinayət  qanunvericilikləri  müxtəlif  dəyişikliklərə  məruz  qalmışdır.  Bu 
dəyişikliklər  5  istiqamətdə həyata  keçirilmişdir.  Kompüter  cinayətkarlığının  inkişafı 
tarixi  ilə  əlaqədar  olan  bu  istiqamətlər  kibercinayətkarlıqla  mübarizə  sahəsində 
cinayət-hüquqi,  eləcə  də  cinayət-prosessual  tənzimləmənin  5  sferasını  əks  etdirir. 
Həmin istiqamətlər aşağıdakılardır: 
1. Məxfiliyin  qorunması  üzrə  qanunvericilik.  Cinayət  qanunvericiliyində 
islahatların 1-ci istiqaməti məxfiliyin qorunması ilə əlaqədardır. Belə ki, 60-cı illərdə 
kompüterlər əsasən hərbi və elmi qurumlarda istifadə olunduğundan əsas təhlükə də 
məhz gizli məlumatlarının itirilməsi və onlara icazəsiz müdaxilənin baş verməsi idi. 
lk  islahatların  həyata  keçirilməsinə  informasiya  texnologiyalarının  istifadəsi 


87 
 
vasitəsilə  məlumatların  toplanması,  saxlanması  və  ötürülməsi  üçün  yeni  imkanların 
meydana  gəlməsi  səbəb  olmuşdur.  Kompüter  məlumatlarının  müdafiəsi  haqqında 
qanunvericilik  aşağıdakı  ölkələrdə  meydana  gəlmişdir:  sveç  (1973),  ABŞ  (1974), 
Almaniya (1977), Avstriya, Danimarka, Fransa və Norveç (1978), Lüksemburq (1979 
və 1982),  slandiya və  srail (1981), Avstraliya və Kanada (1982), Böyük Britaniya 
(1984),  Finlandiya  (1987),  rlandiya,  Yaponiya  və  Hollandiya  (1988),  Portuqaliya 
(1991),  Belçika  və  sveçrə  (1992),  spaniya  (1992  və  1995),  taliya  və  Yunanıstan 
(1997).  Braziliya,  Hollandiya,  Portuqaliya  və  spaniyada  hətta  məlumatların 
qorunması ilə əlaqədar Konstitusiyaya dəyişikliklər də edilmişdir. 
2. Kompüter  şəbəkələrinin  hücumlardan  müdafiəsi  və  eləcə  də  iqtisadi 
cinayətlər  üzrə  qanunvericilik.  Cinayət  qanunvericiliyində  dəyişikliklərin  ikinci 
istiqaməti  70-ci  illərdə  kompüter  texnologiyaları  sferasında  iqtisadi  cinayətkarlığın 
(bankların kompüter şəbəkələrinə müdaxilələr, sənaye cəsusluğu və s.), 80-ci illərdə 
isə bir çox başqa sahələrdə də kompüter şəbəkələrinə qanunsuz müdaxilələrin artması 
ilə  əlaqədar  olmuşdur.  Bütün  bunlar  1980-ci  ildən  başlayaraq  islahatların  həyata 
keçirilməsinə  gətirib  çıxardı.  slahatların  keçirilməsinə  səbəb  kimi  həmin  dövrdə 
mövcud olan cinayət-hüquq normalarının yalnız fiziki və maddi obyektlərin ənənəvi 
cinayət  əməllərindən  müdafiəsinə  xidmət  etməsi  çıxış  edirdi.  Lakin  iqtisadi 
kibercinayətkarlığın  yeni  formaları  nəinki  yeni  qəsd  etmə  predmetlərinə,  eləcə  də 
yeni  obyektlərə  (kompüter  proqramları,  kompüter  sistemləri)  malikdirlər.  Mövcud 
ə
nənəvi tərkiblər bu əməllərin təsnifi üçün uyğun deyildi, cinayət hüququnun analoji 
qaydada  tətbiqi  isə  hüquq  prinsiplərinə  ziddir.  Bu  səbəbdən  də  mövcud  normaların 
istifadəsi  mümkün  deyildi.  Bütün  bunlar  bir  çox  ölkələrin  iqtisadi 
kibercinayətkarlıqla  və  kompüter  sistemlərinə  qanunsuz  müdaxilə  ilə  mübarizəni 
təmin    edə  biləcək  yeni  normalar  qəbul  etməsinə  gətirib  çıxardı.  Cinayət 
qanunvericiliklərində dəyişikliklər  taliya (1978), Avstraliya (1979), Böyük Britaniya 
(1981,1990),  ABŞ (1980-ci illər), Kanada və Danimarka (1985), Almaniya (1986), 
Avstriya,  Yaponiya  və  Norveç  (1987),  Fransa,  Yunanıstan  (1988),  Finlandiya 
(1990,1995), Hollandiya (1992), Lüksemburq (1993),  sveçrə (1994),  spaniya (1995) 
və Malayziyada (1997) həyata keçirilmişdir. 


88 
 
3.  ntellektual  mülkiyyətin  müdafiəsi.  Cinayət-hüquqi  islahatların  3-cü 
istiqaməti kompüter texnologiyaları sferasında intellektual mülkiyyətin müdafiəsi ilə 
ə
laqədardır.  Kompüter  proqramları  müəlliflərinin  hüquqlarının  qorunması  üzrə 
normalar  Filippin  (1972),  ABŞ  (1980), Macarıstan  (1983), Avstraliya,  Hindistan  və 
Meksika  (1984),  Çili,  Almaniya,  Fransa,  Yaponiya,  Böyük  Britaniya  (1985), 
Braziliya,  Kanada,  spaniya  (1987),  Danimarka,  srail  (1988),  sveç  (1989),  Norveç 
(1990), Finlandiya (1991), Avstriya (1993), Lüksemburqda (1995) qəbul edilmişdir. 
4. Qeyri-qanuni və zərərli informasiyadan müdafiə. Cinayət qanunvericiliyində 
islahatların  4-cü  istiqaməti  informasiya  şəbəkələrində  yerləşdirilmiş  informasiyanın 
məzmunu  ilə  əlaqədar  olmuşdur.    Bu  islahatlar  öz  başlanğıcını  1980-ci  illərdən 
götürsədə, 1990-cı illərdə  nternet şəbəkəsinin yayılması ilə daha da sürətlənmişdir. 
Lakin  qeyri-qanuni  və  zərərli  informasiyanın  nternet  şəbəkəsində  yerləşdirilməsi 
problemi  hələ  də  praktiki  olaraq  həll  olunmaz  xarakter  daşıyır.  Cinayət 
qanunvericiliyində  bu  istiqamətdə  islahatlar  həyata  keçirən  ölkələrə  misal  olaraq 
Böyük Britaniya (1994), ABŞ (1996) və Almaniya (1997) göstərilə bilər. 
5. Cinayət-prosessual  qanunvericilik.  1980-ci  illərdən  həyata  keçirilməyə 
başlanılan cinayət-prosessual qanunvericilikdə dəyişikliklər Böyük Britaniya (1984), 
Danimarka (1985), ABŞ (1986), Kanada (1986, 1988, 1997), Almaniya (1989, 1996), 
Hollandiya (1992),  və Avstriyada (1993) qəbul edilmişdir.  
Təəssüflər  olsun  ki,  milli  qanunvericiliklərdə  həyata  keçirilən  yuxarıda 
sadalanan bütün dəyişiklikləri hər bir ölkə fərdi şəkildə həyata keçirmişdir. Belə ki, 
bəzi 
ölkələr 
cinayət 
məcəlləsinə 
dəyişiklər 
edilməsini, 
digərləri 
isə 
kibercinayətkarlıqla  mübarizəyə  yönəlmiş  xüsusi  qanunların  qəbul  edilməsini  üstün 
tutmuşlar.  Ölkələrin  bu  sferada  milli  cinayət  qanunvericilikləri  olduqca  müxtəlif  və 
hətta  bir-birinə  ziddirlər.  Daha  əvvəl  də  qeyd  edildiyi  kimi  milli  cinayət 
qanunvericiliklərində  eyniliklərin  olmaması  hətta  bir  region  çərçivəsində  -  məsələn, 
Avropada,  dövlət  sərhədləri  tanımayan  bir  hal  olan  kibercinayətkarlıqla  effektiv 
mübarizə  metodlarının  inkişafını  əhəmiyyətli  dərəcədə  ləngidir.  Bununla  belə 
aydındır ki, vahid normaların işlənib hazırlanması uzun bir prosesdir. Belə ki, 2001-ci 
ilin  noyabr  ayında  qəbul  olunmuş  Avropa  Şurasının  “Kibercinayətkarlıq  haqqında” 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə