Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   9   10   11   12   13   14   15   16   ...   33

38 
 
kibercinayətkarlığın  dəyəri  Çində  25  mlrd  dollar,  Braziliyada  15  mlrd  dollar, 
Hindistanda isə 4 mlrd dollar olmuşdur.  Bununla yanaşı Symantec daha bir təhlükəli 
tendensiya olan mobil telefonlar üçün virusların yaradılmasına xüsusi diqqət yetirir. 
Lakin  Symantec  viruslarla  əlaqədar  vəziyyəti  tədqiq  edən  yeganə  proqram  təminatı 
istehsal edən şirkət deyildir. Demək olar ki, virus əleyhinə proqram təminatı istehsalı 
ilə  məşğul  olan  bütün  iri  şirkətlər  zərərli proqramlar  və onların  törətdiyi  nəticələrin 
tədqiqi ilə məşğul olurlar. 
Ponemon  nstitutu  tərəfindən  HP  üçün  hazırlanan  "Kibercinayətlərin  llik 
Maliyyə  Zərərləri"  hesabatında  qeyd  edilir  ki,  kompüter  istifadəçilərinin  virus 
proqramları haqqında məlumatları hər il daha da artsa da cinayətlərin sayı və zərərləri 
də əvvəlki illərlə müqayisədə artmaqdadır. Hesabata görə kibercinayətlərin illik orta 
hesabla  vurduğu  zərər  8,9  milyon  dollardır.  Bu  cinayətlər  nəticəsində  itkilər  və 
nəticələrin aradan qaldırılması üçün xərclənən vəsaitlərin həcmi isə illik olaraq 1,5 – 
36,5 milyon dollar aralığında dəyişir. Kibercinayətkarlığın bu il üzrə göstəriciləri isə 
ötən  ilkindən  56%  çoxdur.  Bu  cinayətlərin  qarşısı  vaxtında  alınmadıqda  onun 
maliyyə  zərərləri  də  xeyli  artır.  Belə  ki,  hesabata  görə  hücumların  nəticələrinin 
aradan qaldırılması orta hesabla 24 gün çəkir və xərcləri 591,780 dollara bərabər olur. 
Ötən  il  isə  18  günlük  bərpa  xərcləri  415,748  dollar  dəyərində  idi.  Əgər  hücumlar 
ş
irkət daxilindən edilibsə o zaman onun nəticələrinin aradan qaldırılması orta hesabla 
50 gün çəkir ki, 2011-ci ildə bu rəqəm 45 günə bərabər idi.
1
 
Verilən  bu  statistik məlumatlar  kibercinayətlərin  sayının  hər gün  artdığını  bir 
daha  sübut  edir.  Təəssüflər  olsun  ki,  demək  olar  ki,  bütün  tədqiqatçılar  və 
mütəxəssislər  kibercinayətkarlıqla  əlaqədar  vəziyyətin  pisləşmə  tendensiyasının 
mövcudluğunu  etiraf  edirlər.  Daha  bir  təhlükəli  tendensiya  isə  kibercinayətkarlıqla 
mütəşəkkil  cinayətkarlığın  bir-birinə  daha  da  yaxınlaşması  halıdır.  Bütün  bu 
deyilənlərdən bir daha aydın olur ki, müasir dünya üçün kibercinayətkarlıq çox ciddi 
bir  problemdir.  Ona  qarşı  dünyanın  daha  təsirli  mübarizə  üsullarına  ehtiyacı  var. 
Çünki  dövlətlərin,  iqtisadiyyatların  və  ayrı-ayrı  şəxslərin  fəaliyyətdə  olan 
kiberməkandan  asılılığı  səbəbindən  gələcəkdə  baş  verə  biləcək  fəlakət,  bədbəxt 
                                                           
1
201 3
rd
Annual Cost of Cyber Crime StudyResultsURL:https://www.brighttalk.com/webcast/7477/57491 


39 
 
hadisə və ya cinayət nəticəsində kiberməkanda yarana biləcək genişmiqyaslı qəzalar 
ə
halinin böyük bir qisminə dağıdıcı təsir göstərə bilər.  
 
FƏS L II. AZƏRBAYCANDA  QT SAD  C NAYƏTKARLIĞA QARŞI 
MÜBAR ZƏN N MÜAS R VƏZ YYƏT   VƏ K BERC NAYƏTKARLIĞA 
QARŞI MÜBAR ZƏN N HÜQUQ  TƏM NATI MEXAN ZM  
2.1 Azərbaycan Respublikasının qanunvericilik sistemində iqtisadi 
cinayətkarlıq formalarının hüquqi təsbiti 
qtisadi  cinayətkarlığa  qarşı  mübarizənin  mühüm  həlqələrindən  biri  qanun-
vericilikdə  iqtisadi  cinayət  hesab  oluna  biləcək  cinayət  formalarının  hüquqi  təsbiti 
məsələsidir.  Azərbaycan  Respublikasının  qanunvericilik  sistemində  iqtisadi  cinayət-
karlıq formaları “iqtisadi fəaliyyət sahəsində olan cinayətlər” kimi nəzərdən keçirilir. 
qtisadi  fəaliyyət  sahəsində  olan  cinayətlərə  belə  bir  ümumi  anlayış  vermək  olar: 
“ qtisadi  fəaliyyət  sahəsində  olan  cinayət  dedikdə,  iqtisadi  sahədə  qəsdən  törədilən, 
öz  qulluq  mövqeyindən  və  ya  hər  kəsin  öz  bacarığından  və  əmlakından  sahibkarlıq 
fəaliyyətindən və ya başqa iqtisadi fəaliyyətdən azad istifadə etmək hüququndan sui-
istifadənin bu və ya başqa formasında (qeydiyyatdan keçmədən sahibkarlıq fəaliyyəti 
ilə məşğul olma, yalançı sahibkarlıq, qanunsuz əldə edilmiş və ya saxlanmış əmlak-
dan,  bazardakı  inhisarçı  mövqeyindən,  məcburetmədən,  özgənin  əmtəə  nişanından, 
yalan və ya qanunsuz yolla əldə edilmiş məlumatdan istifadə etmə və s.),  yaxud da 
qanundan, ayrı-ayrı fəaliyyət növləri ilə məşğul olmadan və ya bağlanmış əqdlərdən 
irəli  gələn  müxtəlif  öhdəliklərin  icrasından  yayınmada  ifadə  olunan,  şəxsiyyətə, 
cəmiyyətə və ya dövlətə ziyan vuran və ya ziyan vurmaq təhlükəsi yaradan əməllər 
başa  düşülür”.  Bu  cinayətkarlıq  formalarının  qanunvericilikdə  hüquqi  təsbiti  aşağı-
dakı təkmilləşmə yolunu keçmişdir. 
Sovet cinayət qanunvericiliyi öz mövcudluğunun ilk illərindən iri müəsissələrin 
milliləşdirilməsi və xüsusi sahibkarlıq fəaliyyətinin mümkün olduğu sahələrin daral-
dılması yolu ilə getmişdir. Hələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (CM) 
qəbul  edilənədək  işə  götürmə  zamanı  vasitəçilik  funksiyaları,  poçt  göndərişlərinin 


40 
 
poçt  idarələri  ilə  yanaşı  daşınması,  tünd  spirtli  içkilərinin  hazırlanması  və  satışı, 
xaricdən malların alınması və s. cinayət hesab edilmişdi. Bütün bu qadağalar CM-də 
də öz əksini tapmışdır. Əvvəllər məlum olan əmlak qəsdlərindən isə sələmçiliyə görə, 
satılan  malların  saxtalaşdırılmasına  görə,  özgənin  əmtəə,  fabrik  və  ya  əmtəə 
nişanından, özgə firma şəklindən, modelindən və ya özgənin adından istifadəyə görə 
məsuliyyət  saxlanılmışdı.  darəçilik  qaydaları  əleyhinə  cinayətlərə  müxtəlif  növ 
dələduzluq,  vergilərdən  yayınma,  habelə  saxta  pul  və  qiymətli  kağızlar  hazırlama 
daxil edilmişdi. Bununla yanaşı CM-nə  “Təsərrüfat cinayətləri” fəsli daxil edilmişdir 
ki,  həmin  fəsildə  əvvəllər  praktiki  olaraq  məlum  olmayan  -  əmək  fərariliyi;  əmək 
mükəlləfiyyəti  qaydasında  təqdim  edilmiş  işçi  qüvvəsindən  dövlət  müəsissəsinin 
vəzifəli  şəxsi  tərəfindən  təsərrüfatsızcasına  istifadə  etmə  və  s.  kimi  cinayətlər  də 
nəzərdə tutulmuşdu. 
Respublikanın 1927-ci il CM-də idarəçilik qaydaları əleyhinə olan cinayətlərin 
siyahısı müəyyən olunmuş və bu siyahıya qaydaları pozmaqla yerin təkinin işlənməsi, 
aksiz  qaydalarına  riayət  etməmə  kimi  tərkiblər  daxil  edilmiş,  habelə  əvvəllər  təsər-
rüfat cinayəti hesab edilən bir sıra əməllərlə (ticarət qaydalarını pozma, spirti və spitli 
maddələri satış məqsədilə hazırlama və satma və s. ) tamamlanmışdır. 
Dövlət  fərdi  sahibkarlığı  qadağan  edərək,  maddi  nemətlərin,  xüsusən  də 
siyahısı  getdikcə  artmaqda  olan  yüksək  tələbatlı  malların  və  məhsulların  ümumi 
bölgüsü və yenidən bölgüsü prinsipini də cinayət-hüquqi mühafizədən kənarda qoya 
bilməzdi.  Bunun  nəticəsində  CM-nə  dəfələrlə  ticarət  sahəsində  pozuntulara  görə 
məsuliyyət  haqqında  maddələr  əlavə  edilmiş,  alqı-satqıya  görə  məsuliyyət 
ciddiləşdirilmişdir.  Ölkəmizin  1999-cu  il  30  dekabr  tarixli  yeni  CM  əvvəlki 
məcəllədə  məlum  olan  təsərrüfat  cinayətlərindən  yalnız  bir  neçəsini  saxlayaraq,  bir 
sıra  yeni  tərkiblər  nəzərdə  tutmuşdur  ki,  onların  da  əksəriyyəti  bu  və  ya  başqa 
variantda  XX  əsrin  əvvəllərində  qüvvədə  olmuş  qanunvericiliyə  məlum  idi.  Buna 
baxmayaraq  yeni  CM-nin  “ qtisadi  fəaliyyət  sahəsində  olan  cinayətlər”  adlanan 
fəslinə  ekoloji  xarakterli  qəsdlər  daxil  edilməmişdir,  çünki  belə  qəsdlərə  “ ctimai 
təhlükəsizlik  və  ictimai  qayda  əleyhinə  olan  cinayətlər”  bölməsində  müstəqil  fəsil 
ayrılmışdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə