Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   ...   6   7   8   9   10   11   12   13   ...   33

29 
 
1.  Kompüter  sistemi  və  verilənlərinin  tamlığı,  məxfiliyi  və  istifadə  imkanları 
ə
leyhinə törədilən cinayətləri: Bu qrup özündə aşağıdakı cinayət növlərini birləşdirir: 
-  qanunsuz  daxil  olma,  giriş  -  kompüter  və  ya  onun  hər  hansı  bir  hissəsinə 
qərəzli, qanuna zidd giriş (maddə 2); 
-  qanunsuz ələ keçirmə - ictimai mübadilə üçün nəzərdə tutulmayan kompüter 
verilənlərinin qərəzli və qanuna zidd ələ keçirilməsi (maddə 3); 
-  məlumatlara  müdaxilə  -  kompüter  verilənlərinin,  məlumatların  qərəzli  və 
qanuna zidd olaraq törədilən zədələnməsi, silinməsi, pozulması (maddə 4); 
-  sistemə  müdaxilə  -  kompüter  sisteminin  fəaliyyətinə  mane  olan  qərəzli  və 
qanunazidd əməl (maddə 5). 
2. kompüter vasitələrinin istifadəsi ilə bağlı cinayətlər; 
3. məlumatların məzmunu və tərkibi ilə əlaqəli cinayətlər; 
4.  müəllif hüquqlarının və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər; 
5. məsuliyyətin əlavə növləri və sanksiyaları. 
Konvensiyada  öz  əksini  tapmış  bu  təsnifat  tam  əhatəli  və  sabit  təsnifat  hesab 
oluna  bilməz.  Belə  ki,  elmi-texniki  tərəqqinin  inkişafı  və  kibermühitdə  ictimai 
münasibətlərin 
genişlənməsi 
bu 
siyahının 
artacağını 
istisna 
etmir. 
Avropa  Şurasının  Konvensiyasında  təqdim  olunan  bu  təsnifatla  yanaşı  digər  rəsmi, 
eləcə  də  qeyri-rəsmi  təsnifatlar  da  mövcuddur.  Belə  təsnifatlardan  biri  1991-ci  ildə 
nterpolun  işçi  qrupu  tərəfindən  hazırlanmışdır.  Həmin  ildə  bu  kodlaşma 
avtomatlaşdırılmış  axtarış  informasiya  sisteminə  daxil  edilmişdir.  Bu  təsnifatın 
üstünlüyü, onun vasitəsilə bir çox kibercinayət növləri və onların törədilmə üsulları 
haqqında  sistemli  təsəvvür  əldə  etmək  imkanın  mövcudluğundan  ibarətdir.    Lakin 
bununla  belə  bu  təsnifatın  çatışmayan  cəhətləri  də  mövcuddur.  Belə  ki,  bu  təsnifat 
özündə  kiberterrorizm,  kiber  izləmə  və  s.  kimi  yeni  yaranmış  kibercinayətləri  əks 
etdirmir.    Faktiki  olaraq  bu  kodlaşmanı  insan  həyatı  və  təhlükəsinə  birbaşa  təhlükə 
hesab  olunmayan  cinayətlərin  təsnifatı  kimi  xarakterizə  etmək  olar.  Bu  təsnifat 
cinayət  obyekti  qismində  kompüterlər  və  onların  fəaliyyəti,  kompüter  sistemləri  və 
verilənləri,  eləcə  də  mülkiyyət  və  müəlliflik  hüquqlarının  çıxış  etdiyi  cinayətlər 
baxımından daha uyğun hesab olunur. 


30 
 
Verilən təsnifatda kompüter cinayətlərini xarakterizə edən bütün kodlar Q hərfi 
ilə  başlayan    eyniləşdiriciyə  malikdirlər.  Bunlar  özləri  də  qəsdin  növündən  asılı 
olaraq  6  qrupa  bölünür  (bunlar  da  hərflərlə  işarə  olunur  məs:  kompüter 
dələduzluğunun  daxil  olduğu  qrup-QF  ilə  işarələnir  (F-fraud).  Növbəti  təsnifat  isə 
cinayətin  törədilmə  üsulundan  asılı  olaraq  aparılır.  Hər  bir  təsnifatda  ardıcıllıq 
cinayətin ictimai təhlükəsinin azalması istiqamətində gedir. 
Təsnifat aşağıdakı şəkildə təqdim olunur: 
•  QA –  cazəsiz (sanksiyalaşdırılmamış) giriş və ələ keçirmə 
•  QAH – kompüter abordajı 
•  QA  - ələ keçirmə 
•  QAT – vaxtın oğurlanması 
•  QAZ – icazəsiz giriş və ələ keçirmənin digər növləri 
•  QD – kompüter verilənlərinin dəyişdirilməsi 
•  QDL – məntiqi bomba  
•  QDT – troya atı 
•  QDV – kompüter virusu 
•  QDW – kompüter soxulcanı 
•  QDZ – verilənlərin dəyişdirilməsinin digər növləri 
•  QF – kompüter dələduzluğu  
•  QFC – ATM-lərlə dələduzluq  
•  QFF – kompüter saxtalaşdırması 
•  QFG – oyun avtomatları ilə dələduzluq 
•  QFM – giriş-çıxış proqramları ilə manipulyasiyalar  
•  QFP – ödəmə vasitələri ilə dələduzluq 
•  QFT – telefon dələduzluğu 
•  QFZ –kompüter dələduzluğunun digər növləri 
•  QR – qanunsuz olaraq sürətin çıxarılması 
•  QRG – kompüter oyunları 
•  QRS – digər proqram təminatları 


31 
 
•  QRT – yarımkeçirici məmulatların topoqrafiyası 
•  QRZ – digər növ qanunsuz sürət çıxarmalar 
•  QS – kompüter sabotajı  
•  QSH – avadanlıq təminatı ilə 
•  QSS – proqram təminatı ilə  
•  QSZ – sabotajın digər növləri 
•  QZ – digər kompüter cinayətləri 
•  QZB – kompüter elan lövhələrinin istifadəsi ilə həyata keçirilən cinayətlər 
•  QZE – kommersiya sirri hesab olunan məlumatların oğurlanması 
•  QZS – məxfi xarakterliinformasiyanın göndərilməsi 
•  QZZ – kompüter cinayətlərinin digər növləri 
Amerika  tədqiqatçısı  D.L.  Şinder  “kiber”  adlandırıla  bilən  və  daha  çox 
cinayətləri  əhatə  edən  başqa  bir  təsnifat  aparmışdır.  Bütün  digər  xarici 
mütəxəssislərin  təsnifatları  içərisində  D.L.  Şinderin  təsnifatı  daha  geniş  və  daha 
dəqiqdir.  Belə  ki,  digər  tədqiqatçılar  əsasən  «computer  crimes»,  «computer-related 
crimes» və «computer-facilitated crimes» təsnifatı ilə kifayətlənirlər. 
D.L.Şinderin tədqiqatında aşağıdakı təsnifat verilmişdir: 
1. insanların fiziki təhlükəsizliyinə, həyatı və sağlamlığına qəsd edən zorakı və 
digər potensial təhlükə daşıyan kibercinayətlər; 
2. məxfi  informasiyaya  qəsd  edən  cinayətlər  -  informasiyaya  heç  bir  zərər 
törətmədən kompüter və kompüter sistemlərinə qanunsuz olaraq daxil olma; 
3. dağıdıcı-destruktiv  kibercinayətlər  –  bu  cinayətlərin  mahiyyəti  kompüter 
verilənlərinin  zədələnməsindən,  eləcə  də  kompüter  sistemlərinin  tamlığına  və 
təhlükəsiz fəaliyyətinə qəsd etmələrdən ibarətdir; 
4. mülkiyyət,  mülkiyyət  hüquqları,  eləcə  də  informasiya  və  müəlliflik 
hüquqlarına mülkiyyətçilik hüququna qəsd edən cinayətlər. D. Denninq bu cinayətləri 
şə
rti  olaraq  “oğurluq”  adlandırdığı  cinayətlər  qrupuna  daxil  etmişdir.
1
 Bu  adın  şərti 
olaraq  verilməsi  isə  oğurluq  halının  ənənəvi  qaydada  törədilməməsindən,  yəni 
                                                           
1
Деннинг
  Д.  Активность,  хактивизм  и  кибертерроризм:  Интернет  как  средство  воздействия 
на
 внешнюю политику» URL:http://crime.vl.ru/docs/stats/stat_92.htm 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə