Microsoft Word S?BN?M s docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/33
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38368
1   2   3   4   5   6   7   8   9   ...   33

17 
 
-  birja və bank pozuntuları;  
-  ətraf mühitə zərər vuran pozuntular;  
-  çirkli pulların yuyulması. 
Klinard  və  Kuini  iqtisadi  cinayətlərin  strukturunda  məşğulluq  növlərinə  görə 
cinayətkarlığı  və  korporasiyaların  cinayətkarlığını  fərqləndirərək  onun  daha  geniş 
təsnifatını aşağıdakı sxem şəklində vermişlər.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1.2  qtisadi cinayətlərin təsnifatı  
Marşal  Klaynard  və  Peter  Nigerin  təsnifatına  görə  korporasiyaların 
cinayətlərinin aşağıdakı 6 növü var : 
-  inzibati aktların və qətnamələrin pozulması; 
-  təbiətin  qorunması  üzrə  qanunvericiliyin  pozulması  (havanın  və  suyun 
çirkləndirilməsi, ərazilərin neft-kimya məhsullar ilə çirkləndirilməsi və s.); 
qtisadi cinayətkarlıq 
Korporasiyaların cinayətkarlığı 
Məşğulluğun növünə görə 
Şə
xsi fayda əldə etmək 
məqsədilə törədilən cinayətlər 
Korporasiyanın məqsədləri naminə 
idarə heyyəti üzvlərinin törətdiyi 
cinayətlər 
Sahibkarlar əleyhinə törədilən 
cinayətlər 
Bütövlükdə korporasiyaların 
cinayətkarlığı 
Digər korporasiyalar 
ə
leyhinə 
stehlakçılar əleyhinə 
Dövlət iqtisadiyyatı 
ə
leyhinə 


18 
 
-  maliyyə  pozuntuları  (siyasi  təşkilatlara  subsidiyaların  qanunsuz  olaraq 
verilməsi,  siyasətçilərin  ələ  alınması,  valyuta  əməliyyatları  üzrə  qanunvericiliyin 
pozulması və s.);  
-  əməyin  qorunması  və  təhlükəsizliyi  haqqında  qanunvericiliyin  pozulması 
(dininə, cinsinə, irqi əlamətlərinə görə muzdlu işçilərin diskriminasiyası); 
-  “istehsal  cinayətləri”    (zəruri  keyfiyyət  və  təhlükəsizlik  tələblərinə  cavab 
verməyən, istehlakçıların sağlamlığına zərər vura bilən əmtəələrin istehsalı və satışı 
və s.) 
-  “haqsız 
ticarət  təcrübəsi”  (rəqabət  şərtlərinin  pozulması,  razılaşma 
qiymətlərinin təyini, bazarın qeyri-qanuni bölüşdürülməsi və s.) 
E.E. Demetyeva bazar iqtisadiyyatlı ölkələrin iqtisadi cinayətkarlığının əsasını 
təşkil edən korporativ cinayətlər üzrə tədqiqatının nəticələrini ümumiləşdirərək  onun 
növlərinin aşağıdakı fərqli təsnifatını verir: 
−  kapital qoyuluşlarından sui-istifadə nəticəsində partnyorlara, səhmdarlara və 
s.  zərər  vurulması  üzrə  cinayətlər  (mühasibat  sənədləri,  səhmlər  üzrə  müxtəlif 
maxinasiyaların həyata keçirilməsi); 
−  depozit  kapitalının  sui-istifadəsi  nəticəsində  kreditorlara,  qarantlara  zərərin 
vurulmasından  ibarət  olan  cinayətlər  (kreditorlara  zərər  vuran  saxta  müflisləşmə, 
sığorta sahəsində dələduzluq, subsidiyalarla əlaqədar maxinasiyalar); 
−  azad  rəqabət  qaydalarının  pozulması  ilə  əlaqədar  cinayətlər  (sənaye 
cəsusluğu,qiymətlərin süni artırılması və azaldılması, saxta reklam); 
−  istehlakçıların  hüquqlarının  pozulmasından  ibarət  cinayətlər  (istehlakçılara 
fiziki və eləcə də maddi zərər vura bilən keyfiyyətsiz məhsulun istehsalı); 
−  dövlətin  maliyyə  sisteminə  qəsd  edən  cinayətlər  (gəlirin  gizlədilməsi,  vergi 
ödəməkdən yayınma, istehsal və ticarətə nəzarətin pozulması); 
−  təbiətin qanunsuz istifadəsi və ətraf mühitə zərər vurulması ilə əlaqədar olan 
cinayətlər; 
−  sosial  sığorta  və  pensiya  təminatı  sahəsində  maxinasiyaların  həyata 
keçirilməsi  üzrə  cinayətlər,  o  cümlədən  işçilərə  və  qulluqçulara  həm  fiziki,  həm  də 


19 
 
maddi  zərər  vurulmasına  səbəb  olan  texniki  təhlükəsizlik  qaydalarının  qəsdən 
pozulması ilə əlaqədar cinayətlər; 
−  rüşvət alma; 
−  kompüter cinayətləri (kibercinayətlər). 
Yuxarıda  qeyd  olunan  təsnifatlardan  göründüyü  kimi  iqtisadi  cinayətlərin  bir 
növü  də  məhz  son  dövrlər  daha  böyük  təhlükə  hesab  olunan  kibercinayətlərdir. 
qtisadi cinayətkarlığın xüsusi forması kimi kibercinayətkarlığın mahiyyəti, xarakter 
və xüsusiyyətləri növbəti paraqrafda geniş izah olunacaq. 
 
 
1.2 Kibercinayətkarlığın mahiyyəti və xarakterik   
xüsusiyyətləri 
Cəmiyyətin  kompüterləşməsinin  ən  ciddi  mənfi  nəticəsi  məhz  kibercinayətlər 
hesab  olunur.  Kompüter  sistemlərinin  geniş  yayılması,  onların  kommunikasiya 
sistemləri  vasitəsilə  əlaqələndirilməsi,  bu  sistemlərə  elektron  müdaxilə  imkanını 
artırır. Bu cür cinayətlərin ənənəvi tipli cinayətlərdən tutmuş yüksək riyazi və texniki 
hazırlıq  tələb  edən  cinayətlərə  qədər  çox  geniş  əhatə  dairəsi  mövcuddur.  Fərdi 
kompüterlərin  sayının  sürətli  artımı  və  inkişaf  etmiş  kommunikasiya  sisteminin 
mövcudluğu  hətta  həvəskar-cinayətkarların  belə  kompüter  sistemlərinə  daxil 
olmasına imkan yaradır. 
Ə
ksər  ölkələrdə  mövcud  olan  cinayət  qanunvericilikləri  bu  tip  cinayətlərin 
təsnifləşdirilməsi  baxımından  kifayət  qədər  elastik  olsalar  da,  sosial  və  texniki 
dəyişikliklər  bu  hüquq  sistemi  çərçivəsindən  kənarda  qalan  yeni-yeni  problemlər 
yaradır. Çünki dünya təcrübəsində mövcud olan bəzi kompüter cinayətlərinə cinayət 
qanunvericiliyi  təsir  göstərə  bilmir.  Belə  ki,  hüquqi  baxımdan  bu  əməllər  cinayət 
hesab edilə bilməz. Burada EHM-in bəzi əməliyyatlarının kriminallaşması problemi 
nəzərdə tutulur.  
 “Kibercinayətkarlıq” termini hazırkı dövrdə “kompüter cinayətkarlığı” termini 
ilə  yanaşı  işlədilərək,  bəzi  hallarda  hətta  sinonim  anlayışlar  kimi  qəbul  edilir.  Rus 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə